آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

“SALARE MİLLİ” – BAĞIRXAN

Hacı Rza Bənnanın oğlu Bağır 1861 – ci ildə Təbrizin qədimi ” Xiyaban ” məhəlləsində anadan olmuşdur.Bu gözəl və pak insan bəzi səbəblər üzündən məktəbə getməmişdir.Lakin hərbi sahədə gözə çarpan istedadı və hüşyarlığı onu tez məşhurlaşdırdı.Belə ki, o kəndxudalığa qədər yüksəlmiş və bir müddətdən sonra Qacarların idarəetmə sisteminə daxil olmuşdur.

Amma ruhiyyə və əqidəsi bu hökumətin prinsipləri ilə fərqli olduğundan o, öz vəzifəsin- dən istefa etmişdi.Az keçmədi ki, Bağırxan Məşrutiyyət inqilabının mübariz qəhrəmanlarına qoşuldu.Onun bu inqilabda mühüm şəxsə çevrilməsinin və qəhrəman kimi şöhrət tapmasının səbəbi hərbi sahədə, Təbrizin on günlük mühasirəsi zamanı, 1908 – ci il üsyanı dövründə şah qoşunları ilə qarşıdurmada gös-

tərdiyi fədakarlıqlar olmuşdur.

Səttarxanın göstərişi ilə Bağırxanın adına medal təsis edilmiş və döyüşlərdə fədəkarlıq göstərən fədailərə verilirdi.Bağırxana həm xalq , həm də Əyalət Əncüməni tərəfindən “Salari – milli”

(“Xalq rəhbəri”) adı verilmişdi.Demək olar ku, əksər döyüşlərdə Bağırxan Səttarxanla səngərlərdə birlikdə şah rejiminə və irticaçılara qarşı qəhrəmancasına döyüşmüşdür.Onun başçılıq etdiyi Xiyaban mücahidləri arasında Mir Haşım xan, Hüseyn xan, Sadiq xan Vəsmi və başqa məşhur mücahid komandirləri olduğu kimi Şeyx Məhəmməd Xiyabani, Şeyx Səlim kimi görkəmli din adamları olmuşdur.Bağır xan və Səttarxan Şeyx Səlim və Şeyx Məhəmməd Xiyabani kimi siyasətçilərin məsləhət və tövsiyyələrinə qulaq asmış və dinləmişlər.O, bu iki böyük din adamı və inqilabçı ilə hələ Məşrutə hərəkatı başlamazdan üç il əvvəl istibdada qarşı mübarizədə əqidə birliyi əsasında anlaşmışdılar.

İmperializmin agentləri olan feodal Süpehdar və Sərdar Əsəd aldadılaraq Səttarxan və Bağırxanı hiylə qurub Tehrana çağırırlar.Səttarxanın düşmən tərəfindən aldadılması və aradan götürülməsi Bağırxana ağır təsir etmişdir.

Atabəy parkı döyüşündə yaralanan Səttarxanın xəstəxanada çarpayısının yanında dostu Bağırxan yanında olmuşdur.

1914 – cü ildə Səttarxanın ölümü Bağırxana ağır təsir etmişdi, lakin buna baxmayaraq Təbrizə dönərək yenidən vətənin istiqlalı uğrunda mübarizəni davam etdirmək istəyirdi.Görkəmli tarixçi Səməd Sərdariniyanın dediyi kimi, Bağırxan Səttarxandan 5 yaş böyük idi.O, 1917 –

ci ildə 18 nəfər yoldaşı ilə Qəsri – Şirinin Bəşiman kəndində Məhəmmədəli Talebani adlı bir şəxsin evində qonaq olur.Ev sahibi onların cibində ingilis lirələrinin çox olduğunu güman edərək, gecə ikən qonaqların başını kəsmiş, lakin ciblərində heç bir şey tapmamışdır.

Təbriz xalqı öz qəhrəmanını heç vaxt yaddan çıxarmır.Təbrizdə indi də elə binalar vardır ki, onların əsasının Bağırxan tərəfindən qoyulduğu- nu güman edirlər.Bu evlərin hazırkı sahibləri öz evlərilə fəxr edirlər.Bağırxanın göstərdiyi xidmətlər həmişə yad edilir.Təbrizin Xiyaban məhəlləsində onun evinin qarşısındakı məscid “Salar məscidi” adlanaraq Bağırxanın xatirəsini daşıyır.1946 – cı ildə azadlıq mücahidləri Məhəmməd Rza şahın iqtidarını Azərbaycanda yıxdıqdan sonra qurulan Azərbaycan Milli Hökuməti Bağırxanın yaşadığı küçəyə” Bağırxan xiyabanı” adını vermişdir.

Məşrutə hərəkatı bayramının 41 – ci ildönümü münasibətilə Azərbaycan Milli Məclisi binasının qarşısındakı meydanda 5 avqust 1946 – cı ildə (14 mordad 1325 – ci il) Bağırxanın heykəli ucaldılmışdır.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email