(1916 -1946)
Seyid Yusif Mürtəzəvi 1916 – cı ildə Bəndər – Ənzəli şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur.Orta təhsilini Ənzəli şəhərində bitirmiş, Tehranda isə Ali hərbi məktəbə daxil olmuş, 1937 – ci ildə oranı bitirmişdir.1945 – ci ilə qədər İranın piyada qoşun bölmələrində zabit kimi xidmət etmişdir.
Qoşunda cərəyan edən fəsad, xüsusilə qoşunun hərbi texnikasının Amerika müstəşar- larının ixtiyarına verilməsi Mürtəzəvidə şah rejiminə qarşı nifrət yaratmışdır.O, şah qoşununun Amerikapərəst rəhbərlərinin , həm də İran qoşununda özlərini bütün ixtiyar sahibi kimi hesab edən Amerikanın hərbi müstəşarlarına qarşı apardığı mübarizə ilə əlaqədar qoşun içərisində olan mütərəqqi zabitlər arasında hörmət qazanmışdı.Seyid Yusif Mürtəzəvi hələ hərbi məktəbdə oxuyarkən öz bacarığı sayəsində bölük fərmandehi olmuşdur.
1941 – ci ildə Rza şahın hakimiyyətdən getməsi, diktatorluğun aradan qaldırılması ilə əlaqədar qoşunda inqilabi mübarizə gücləndiyi zaman Mürtəzəvi 1943 – cü ildə fəaliyyət edən İran Xalq Partiyasının sıralarına daxil olmuşdur.O, 1945 – ci ilin avqust ayına qədər qoşunda fəaliyyət etmişdir.1945 – ci ilin əvvəlindən qoşunu tərk edərək Azərbaycanda güclənən inqilabi hərəkata kömək məqsədi ilə Azərbaycana gəlmiş , Azərbaycan Demokrat Firqəsinin sıralarına daxil olmuşdur.S.Y.Mürtəzəvi Azərbaycanın bir çox mahallarında fədai dəstələrinin hazırlanmasında fəal iştirak etmişdir.Milli Hökumətin yaranmasında , xalq qoşunlarının təşkil edilməsində, Xəmsə mahalının azad edilməsində yaxından iştirak etmişdir.
Seyid Yusif Mürtəzəvi Zəncan cəbhəsində gedən döyüşlərdə həmişə fədailər ilə bir səngərdə vuruşmuş və yaralanmışdır.Fədailərə həmişə qayğı ilə yanaşan Mürtəzəvi fədailər arasında qazandığı hörmət və nüfuzu ilə Zəncan cəbhəsi qərargah rəisi və cəbhənin fərmandehi Qulam Yəhyanın müavini təyin olunmuşdur.
Azərbaycan Milli Məclisi S.Y.Mürtəzəvinin hərbi ləyaqətini, Milli Hökumətin yaranmasındakı xidmətlərinin və fədailər arasındakı nüfuzunu nəzərə alaraq onu” 21 Azər” medalı ilə təltif etmiş, ona polkovnik hərbi rütbəsi verilmişdir.
1946 – cı il dekabr ayında şah qoşunları Azərbaycana hücum edən zaman başqa zabit yoldaşları ilə birlikdə Mürtəzəvi də ölümü mərdliklə qəbul etmiş, bütün aldadıcı vədləri rədd edərək demişdir:” Mən Azərbaycan xalqının azadlığı yolunda ölümü sevinclə qarşılayıram.”
Azərbaycan zəhmətkeşləri xalq ordusunun ləyaqətli zabitini , öz fədakar oğlu polkovnik Seyid Yusif Mürtəzəvinin xatirəsini həmişə əzizləyəcəkdir
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü