آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 Azər hərəkatının sərhəng (polkovnik) fədaisi ƏLİ ŞƏMİDƏ

ƏIi İsmayıl oğlu Şəmidə 1915 – ci ildə Ənzəli şəhərində ( Pəhləvi ) fəhlə ailəsində anadan olmuşdur.Milliyyətcə azərbaycanlıdır.1931 – ci ilin əvvəlində İran Xalq Partiyasının gizli təşkilatının üzvü olub, həmin ilin axırlarından həbsə alınıb 10 il həbs cəzasına məhkum olunmuşdur.Üç il Rəşt zindanında, 7 il isə Tehran həbsxanasında qalmışdır.Həbsdən azad olduqdan sonra ömürlük İsfahan şəhərinə sürgün olunmuşdur.

Sürgündə olarkən müxtəlif idarə müəssisələrdə işləmiş, , eyni zamanda İsfahan “Rusbaf” toxuculuq fabrikində çalışmışdır.İsfahanda yaşayarkən bir neçə dəfə yenə də qısamüddətli həbsə alınmışdır.

Rza Pəhləvinin xaricə qaçması, İran azadlıq hərəkatının yüksəlməsi nəticəsində İsfahandan Tehrana gəlmiş, lakin İran Xalq Partiyası tərəfindən partiya işində işləmək məqsədi ilə yenidən müvəqqəti olaraq İsfahana göndəril –

mişdir.

1943 – cü ildə İXP – nin Mərkəzi Komitəsinin qərarı ilə Tehran şəhərinə çağırılmışdır.Tehranda partiyanın nəzdində yaradılmış klub müdiri, “Zəfər” qəzetinin əməkdaşı olmuşdur.

İran Xalq Partiyasının birinci qurultayına nümayəndə və İcraiyyə komitəsinin katibi təyin olunmuşdur.

1942 – 1945 – ci illərdə demokratik qəzet və jurnallarda öz məqalələri ilə çıxışlar etmiş, rus klassiklərinin əsərlərinin tərcüməsi ilə də məşğul olmuşdur.1945 – ci ildə Parisdə keçiriləcək Birinci Ümumdünya Həmkarlar İttifaqının konfransına nümayəndə seçilib, ora gedərkın həbs edilib, sonra isə həbsdən azad olmuşdur.

1945 – ci ilin axırlarında Azərbaycanın milli azadlıq hərəkatında iştirak etmişdir.Miyana şəhərinin Vilayət Partiya Komitəsinin birinci katibi seçilmiş, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin şöbə müdirinin müavini işləmişdir.

Azərbaycan Demokrat Firqəsinin məğlub olub hökumət geri çəkiləndə, Sovet Azərbaycanına mühacirət etmişdir.Əli Şəmidə mühacirət illərində ( 1947 -1953 ) Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsində fəaliyyət göstərmiş ” Azərbaycan ” qəzetinin redaktoru işləmişdir.1953 – cü ildən elmi işlə məşğul olmuşdur. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyətə başlamış dır. İran Həmkarlar İttifaqının yaranması və fəaliyyəti haqqında elmlər doktoru adını almışdır.İran mübarizə tarixinin rəhbərlərindən Heydər Əmioğlunun həyat və fəaliyyət haqqında bir kitab nəşr etdirmiş, çoxlu məqalələrin, tərcümələrin müəllifidir.1997 – ci ildə Bakıda vəfat etmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email