آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

ABBASƏLİ PƏNBEYİ (1897 – 1977)

Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897 –

ci ildə (h.ş.1276) Miyana şəhərində anadan olmuşdur.

Abbasəli Pənbeyi Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri hökumətinin fədailərindən olmuşdur.Atası Kərbəlayı Baxşəli və anası Zabitənin verdiyi tərbiyə onun həyatında mühüm rol oynamışdır.

Cənubi Azərbaycanda 1945 – ci ildə başlanan azadlıq hərəkatında Abbasəli Pənbeyi də fəal iştirak etmiş və ayrı – ayrı təşkilatlara rəhbərlik etmişdir.O, gənc yaşlarından dindar bir insan olmuşdur.Rza şah Pəhləvi dövründə həmişə haqq və ədalətin müdafiəçisi olmuş, Azərbaycan Demokrat Firqəsi yarananda Miyanada fədai dəstələrinin hazırlanmasında, başçılarının təyin edilməsində əsas rol oynamışdır.Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsində fəal iştirak etmişdir.

Bir müddət Təbriz bələdiyyə sədri, sonra Urmiya və Salmasda vali olmuşdur.

1946 – cı ilin dekabr ayının 12 – də (1325, 21 Azər ) Azərbaycan Milli Hökuməti xəyanət nəticəsində süqut etdi.

Fədailərin çoxu Şimali Azərbaycana mühacirət etdi.Abbasəli Pənbeyi İranda qaldı.O, Səlmas şəhərində tutuldu və Təbriz məhkəməsinin hökmü ilə edam cəzasına məhkum edildi.İl yarım həbsdə yatdıqdan sonra Bəndər Abbas şəhərinə sürgün edildi.Bəndər Abbas şəhərində də bir il həbsdə yatandan sonra əfv edildi.Abbasəli həbsdən sonra doğma şəhəri Miyanaya qayıtdı.

1951 – ci ildə ( şəmsi 1330) Miyana şəhərində xeyriyyə işləri ilə məşğul olmağa başlayır.Abbasəli Pənbeyi şəhərdə tibb məntəqəsi, aptek, yeni məktəblərin yaradılma – sında yardımçı olmuşdur.

O, kəhrizlərin çəkilməsində (Əhməd kəhrizi, Zinə kəhrizi) köməklik edir.

Xeyirxahlığı ilə tanınan S.C.Pişəvəri fədaisi Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1977 – ci ildə (1355) Miyanada dünyasını dəyişmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email