Azərbaycan xalqının görkəmli oğlu Həsən Zəhiri 1921 – ci ildə (1300) Xoy şəhərində anadan olmuşdur.O, ibtidai təhsilini doğma şəhərində almış, orta təhsilini Təbriz şəhərində Firdovsi məktəbində başa çatdırmışdır.H.Zahiri bir il ali mühəndislik məktəbində oxuduqdan sonra , 1941 – ci ildə (1320) Tehranın hərbi zabitlik məktəbinə daxil olmuş və iki il sonra məktəbi topçu leytenant rütbəsi ilə bitirmişdir.Təhsil dövründə həmişə birincilik qazanan Həsən Zəhirinin zəkası, hərbi fənlər və adi biliklərlə deyil , eyni zamanda ictimai vəziyyətlə də maraqlanırdı.O, hələ təhsil alarkən İran xalqlarının dözülməz vəziyyəti, xüsusilə Azərbaycan xalqının ictimai, iqtisadi və siyasi məhrumiyyətləri haqqında düşünürdü.O, İran ordusunda xidmət etdiyi vaxt şahın və hakimiyyətin xalqın mənafeyinə qarşı nə kimi xəyanətlər törətdiklərini daha yaxından hiss etmişdir.H.Zəhiri öz əqidəsində möhkəm , xalq işinə sədaqətli, mübarizədə çox qorxmaz və cəsarətli idi. Mövcud quruluşa qarşı bütün İran miqyasında genişlənən xalq hərəkatı orduya təsir etdikcə H.Zəhiri də ordu daxilindəki cinayət və xəyanətə qarşı mübarizəsini şiddətləndirmiş və nəhayət, gələcək taleyini Azərbaycan xalqının milli hərəkatı ilə bağlamalı olmuşdur.
Həsən Zəhiri 1945 – ci ildə (1324) yanvar ayında irtica ordusundan birdəfəlik üz döndərərək Təbrizdə özünü Azərbaycan Xalq Qoşunları qərargahına təqdim etdi və top alayında xidmətə başlayır.O, gecə – gündüz yorulmadan çalışdı.Onun xalq işinə sədaqəti, döyüşçülərin təlim və tərbiyəsində, , siyasi hazırlıq işində xidməti nəzərə alınaraq dəfələrlə baş qərargah tərəfindən təqdir olunur.
Həsən Zəhiri Azərbaycan Xalq Qoşunlarının ləyaqətli zabiti kimi soltanlıq dərəcəsi ilə təltif edilir.O, istedadlı, bilikli mübariz gəncliyin bariz bir nümunəsidir.
Azərbaycan Demokrat Firqəsinin fəal üzvlərin – dən olan Zəhiri özünün hərbi, elmi, ictimai sahələrdəki məlumatı ilə heç vaxt kifayətlən – məz və həmişə biliyini artırmağa çalışardı.O, öz əsgərlərinin də döyüş fənlərini, siyasi biliklərini dərinləşdirməkdə var qüvvə ilə səy göstərirdi.
Şahənşah ordusu Azərbaycana xaincəsinə basqın etdikdə Həsən Zahiri də İran dövləti tərəfindən təqiblərə məruz qaldı. Həsən Zahiri zabit yoldaşları ilə birlikdə Azərbaycan Milli Hökumətin himnini oxuya – oxuya “Yaşasın azadlıq”- deyə – rək ölümü qarşıladı.O, xalq azadlıq ordusunun fədakar döyüşçüsü kimi öz təmiz qanını azadlıq yolunda axıtdı.Azərbaycan xalqı mərd oğlunu unutmamışdır.Nakam ölmüs Həsən Zəhirinin qanı heç vaxt yerdə qalmayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü