(1944 -1971)
Poetik əsərlərini Oxtay təxəllüsü ilə qələmə alan Əlirza Nabdil 1944 – cü ildə Təbriz şəhərində ortabab bir ailədə anadan olmuşdur.Onun uşaqlıq və gənclik illəriTəbrizdə keçmişdir.Sonra Tehran Universitetinin hüquq fakültəsini bitirmiş, lakin ixtisası üzrə çalışmaq imkanı verilmədiyindən, Xoy şəhərində müəllimlik etmişdir.O, xalqın azadlıq və istiqlaliyyəti uğrunda mübarizlərdən biridir.Xoyda müəllim işlədiyi illərdə o,Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı – müəllim Səməd Behrəngi ilə tanış olur və tanışlıq onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.Şeirlərini” Oxtay” təxəllüsü ilə yazan Ə.Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi deyil.Şairin təxəllüsünün izahı ilə bağlı qeydlərindən anlaşıldığı kimi, təxəllüsün anlamı”oxa tay, ox kimi, oxa bənzər” mənalarını verir.Ölümündən sonra dostları onun şeirlərini “İşıq” adlı bir kitabda nəşr etdirmişdir.Daha sonra onun ölümündən10 il sonra , 1980 – cı ildə “Ehya” nəşriyyatında “Tülkü kitabı” adı altında nəşr olunmuşdur.Əlirza Nabdil dostları ilə birlikdə Təbrizdəki İran”Xalq Fədai Çerikləri” təşkilatını yaratmışdır.Şah xəfiyyələri 1971 – ci ilin yazında Əlirza Nabdil Oxtayı Tehranın Paminar rayonunda təqib edib ağır yaralayır və huşsuz halda ələ keçirirlər.Həbsxanada onun əməliyyat edilməsinə tanınmış cərrah Cavad Heyət dəvət edilib. Əməliyyat uğurla keçsə də , Oxtay işgəncələrə dözməyərək mübarizə yoldaşlarının adını çəkə biləcəyindən ehtiyatlanaraq intihara cəhd edir.Özünü həbsxana xəstəxanasının üçüncü qatından atarkən yarasının tikişləri sökülür.O, yerə tökülən bağırsaqlarını əlinə dolayaraq qırmaqla ölümünü sürətləndirmək istəyib.Lakin özünü yetirən həbsxana işçiləri Oxtayın intihar etməsinə mane olurlar.11 aylıq ağır işgəncələrdən sonra 1971 – ci ilin mart ayında onu bir qrup məsləkdaşları ilə birlikdə edam edirlər.Onu Tehrandakı “Beheşte Zəhra” qəbristanlığında dəfn etmişlər.
Şairliklə yanaşı, həm də alovlu publisist olmuşdur. Onun kəskin publisistikası kimi, şeirləri də şahlıq rejiminə qarşı” odlu güllə, top mərmisi” idi.Heç təsadüfi deyildir ki, onun şeir toplusunda dostları” İşıq” adı veriblər., çünki o, həyatını xalqın azadlığı uğrunda odlu məşələ döndərmişdi.
Əlirza Nabdil Oxtayın qısa, ancaq mənalı ömrü qaranlıqlar içərisindən nurlu mayak kimi gələcəyə yol açırdı. Bu gün də ədəbi irsi inqilabçı şairi milyonların qəlbində yaşadır və sevdirir.
SƏMƏD KÖNLÜMDƏDİR
Oxudu qaranquş ayrılıq sözün,
Mürvət əhlinin gözü yoldakən.
Cumdu tufanlara, unutdu özün,
Ulduza nə cavab verəcəyəm mən.
Qışda qarlı dağlar soraqlaşsalar,
Təbrizin gül oğlun, mehriban oğlun,
Bir haray çəkərəm, ey uca dağlar,
Axtarın Arazın canlı belindən.
Düşmən tənə versə, Səməd hardadır?
Əlimi sinəmə çalıb deyərəm:
- Səməd könlümdədir, ürəyimdədir,
Döyüşür, ölsə də dönməz elindən.
Onun sədaqəti can verir bizə,
Alovlu eşqindən ilham alırıq.
Hər dəqiqə baş çəkir ürəyimizə,
Müşayatlıq edir öz əkdiyindən.
Söyləyin:- Gedəcək, sözü qalacaq!
Ədalət nağılın el doğruldacaq.
Zülm evi ədlilən bərbad olacaq,
Səmədi qarşıda görəcək düşmən.
Bu bir nağıldır ki, ellər söyləyir,
Biri səsdən düşsə, o birisi deyər.
Nağılçı dayanar, söz davam edər,
El üçün yaşayar burda bəslənən.
Nigaran qalmasın, Ulduza deyin,
Könlümə almışam Səmədin eşqin;
Səməd könlümdədir, ürəyimdədir,
Vurğunun adaşı cigərimdədir,
İntiqam alacaq el düşmənindən!
Əlirza Nabdil Oxtay
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü