آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Avropdakı “sarı” kabus

Avropdakı “sarı” kabus: Tarixin ən böyük İttifaqı dağılırmı? – Müsahibə

Artıq “rahat Avropa” anlayışı dəyişikliyə doğru gedir. Çünki qloballaşma nəticəsində müəssisələrin Çin, Hindistan kimi ölkələrə köçürülməsi Avropada işsizlik yaratmaqla bərabər, Avropanın artan enerji tələbatları və s. amillər bu cür problemlərə yol açmağa davam edəcəkdir.

Fransa isə Avropanın hətta son sosialist ölkəsi adlanır. Orada əhali az vergi verib, dövlətdən daha çox tələblər edirlər. Nəticədə, dizelin qiymətinin bir neçə sent artması bu cür iğtişaşlara səbəb olur.

– “Sarı jiletli”lər hərəkatını siyasi hərəkat hesab etmək olarmı və hadisələrin bu şəkildə böyüməsinin arxasında hansısa güc və yaxud dövlət dura bilərmi?

– Adətən, sosial yönümlü etirazlar sonradan siyasi şüarlara keçir və bunda bəzi xarici qüvvələr maraqlı olur. İranda, Türkiyədə və s. ölkələrdə biz son illər bu cür hallarí müşahidə edirik.

Nəzakət Məmmədova: “Bu hadisələr Fransan-ABŞ, ABŞ-Avropa Birliyi münasibətlərinə müəyyən təsir göstərəcək, lakin birliyin parçalanması inandırıcı deyil”.

Fransadakı hadisələri də Makronun avrosentrist mövqeyi ilə əlaqələndirməyə çalışırlar. Bu baxımdan hər zaman olduğu kimi ABŞ izi axtarılır.

– “Sarı jiletli”lərin hərəkatı Avropa İttifaqının gələcəyinə necə təsir edə bilər? Bu hərəkat Avropa İttifaqını sarsıda və parçalaya bilərmi?

– “Sarı jiletli”lər hərəkatının Avropa Birliyini parçalayacağı inandırıcı deyil. Avropa Birliyi möhkəm təməllər üzərində qurulub. Separatizm, sosial etirazlar çətin ki, onu yaxın zamanda parçalaya bilsin. Təbii ki, hər bir birliyin, ittifaqın nə zamansa sonu olur, lakin o gün bu gün deyil və Avropa Birliyi belə yaxın zamanda parcalanmayacaq. Bu hadisələr Fransan-ABŞ, ABŞ-Avropa Birliyi münasibətlərinə müəyyən təsir göstərəcək, lakin birliyin parçalanması inandırıcı deyil.

Nərminə UMUDLU
pia.az

Etiket: Fransada “sarı jiletli”lərin etirazı Avropa İttifaqı

Vacib xəbərlərimizdən Poliqon İA (PİA.az) Teleqram-kanalından xəbər tutun.

Radikallara səs verməklə Qərb ölkələrinin əhalisi miqrantların çıxıb gedəcəyinə ümid edirlər. Ksenofobiya qiyamı qlobal elitadan tutmuş sadə miqrantlara qədər hər kəsə yönəlib. Miqrantlar əmək böhranı yaradır. Bu Avropa dövlətlərinin və ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir, mədəni identikliyə zərbə vurur.
Artıq aydındır ki, qloballaşmanın əsas qurbanı elə ona liderlik edən ABŞ-ın özüdür. Çünki ABŞ siyasi liderə çevrilsə də, hazırda iqtisadi rəqabətdə Çinə uduzur. Trampa səs verən amerikalılar onun Meksika ilə sərhəddə sədd çəkəcəyinə ümid ediblər. Artıq latın amerikalılar ABŞ əhalisinin 17,6 faizini təşkil edir. Fransa əhalisinin 10 faizi müsəlman, Almaniya əhalisinin 20 faizi miqrantdır.
Radikallaşma Avropanın dünyaya bəxş etdiyi demokratiya, insan haqları kimi ümumbəşəri dəyərlərə zərbə vurur. Radikal partiyaların, liderlərin hakimiyyətə gəlməsi Avropaya və dünyaya yaxşı hec nə vəd etmir. Bu, sivilizasiyalar arası qarşıdurmanı artıra, dünyada sülh və təhlükəsizliyə təhdidə çevrilə bilər.
Avropa Birliyi kimi bir nümunəvi modelin mövcudluğuna təhlükə olmaqla yanaşı, bütün bəşəriyyəti ümumi dəyərlər əsasında birləşdirmək istəyən qloballaşmanın bəşəriyyəti parçalayan bir amilə çevrilməsinə səbəb ola bilər.
Nəzakət xanım, Fransa höküməti geri addım atmasına baxmayaraq, Fransada “sarı jiletli”lərin etiraz aksiyaları davam edir. Bəzi siyasi ekspertlərə görə “sarı jiletli”lər hərəkatı Makronun siyasi karyerasına son verdi. Hazırda Avropanın “sosial cənnət”lərindən biri olan Fransada nələr baş verir?
“Sarı jiletli”lər hərəkatının Makronun siyasi karyerasına son verdiyini söyləmək çətindir. Amma onun reytinqinin aşağı düşməsi real faktdır. Hadisələr Makronun reytinqini 26 faizədək azaldıb.
Hərəkatın liderinin olmaması, sosial şəbəkələrdən başlaması hökumətin onlarla danışıq aparmasını çətinləşdirir. Bəzi müxalifət partiyalarının da etirazçılara dəstək verməsi Makronu çətin vəziyyətə salır.
Hərəkatın indi, yaxud gələcəkdə başqa Avropa ölkələrinə yayılması istisna edilmir. Çünki qloballaşma zəngin Avropa ölkələrini də öz ağuşuna aldıqca sosial zəmində problemlər qaçılmaz olur.
Nəzakət Məmmədova: “Hərəkatın liderinin olmaması, sosial şəbəkələrdən başlaması hökumətin onlarla danışıq aparmasını çətinləşdirir”.

Politoloq: “Radikallaşma Avropanın dünyaya bəxş etdiyi demokratiya, insan haqları kimi ümumbəşəri dəyərlərə zərbə vurur”

“Ksenofobiya qiyamı qlobal elitadan tutmuş sadə miqrantlara qədər hər kəsə yönəlib. Miqrantlar əmək böhranı yaradır. Bu Avropa dövlətlərinin və ABŞ-ın milli təhlükəsizliyi üçün təhdiddir, mədəni identikliyə zərbə vurur”.

Bu sözləri son günlər Avropda baş verən iğtişaşların əsas səbəbləri ilə bağlı PİA.az-a müsahibəsində politoloq Məzəkət Məmmədova bildirib.

Xatırladaq ki, Fransada noyabrın 17-də yanacağın bahalaşmasına reaksiya ilə başlayan, lakin daha sonra prezident Emmanuel Makrona və hökumətə qarşı qəzəbə çevrilən “sarı jiletlilər”in etirazları bütün Avropanın rahatlığını pozub. “Sarı jiletlilər” hökumətin mitinqləri dayandırma çağırışlarına və yanacağın qiymətinin artırılmasını gələn il üçün dondurulması qərarına baxmayaraq, başda Parisdə olmaqla, ölkə səviyyəsində Makron və hökumətinin siyasi və iqtisadi strategiyalarına qarşı reaksiyalarını dilə gətirmək məqsədilə küçələrə axın hər şənbə-bazar küçələrə axın edirlər. Etirazçılar bir qayda olaraq qarşılarına çıxan hər şeyi dağıdır, od vurub yandırırlar.

Qısa müddət ərzində genişlənən “sarı jiletlilər” hərəkatı artıq bir çox Avropa İttifaqı dövlətlərinə yayılmaqdadır. Türkiyədə belə artıq xalqı küçələrə səsləyən ciddi səslər eşidilməkdədir. Marqlıdır ki, “sarı jiletlilər” Fransa hökümətinə qarşı 25 bənddən ibarət tələbnamə irəli sürüblər. Və bu tələbnamələrdə diqqət çəkən əsas məqam tələblərin geosiyasi və qlobal dünya siyasəti əlaqədar tələblərdir.

Bu tələblərin arasında Fransanın arasında Fransanın NATO-nu dərhal tərk eləməsi və xaricdə hərbi əməliyyatlarıdan imtina eləməsi, Avropa İttifaından çıxmaq və Fransanın siyasi, maliyyə və iqtisadi müstəqilliyini bərpa eləmək, Afrika xalqının talan edilmiş sərvətinin qaytarılması, konstitusiyanın dəyişdirilməsi, təhsil sisteminin dəyişdirilməsi kimi sırf siyasi və geosiyasi tələbləri yer alır.

Fransada başlanan “Sarı jiletli”lər hərəkatı və ümumiyyətlə Avropanın gələcəyi ilə bağlı PİA.az politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib. Politoloqla olan müsahibəni təqdim edirik:

  • Nəzakət xanım, son illərdə gedən proseslər onu göstəriri ki, Avropada solçular etimadı itirməkdə, ultra sağ təmayüllərin isə reytinqi artmaqdadır. Bunun səbəbini nədə görürsünüz?
  • Bütün bu proseslərin kökündə qloballaşma dayanır desək, yanılmarıq. Qloballaşma nəticəsində dünyada varlı ölkələrin daha da varlanması, yoxsul ölkələrin isə daha da kasıblaşması müşahidə olunur. Lakin qəribəlik bundan ibarətdir ki, bu fonda varlı ölkələrin əhalisi yoxsullaşır, yoxsul ölkələrin əhalisinin isə gəlirləri artır.

Yoxsul ölkələrin əhalisi əmək miqrantı kimi ABŞ-a və Avropaya üz tuturlar. Nəticədə, həmin ABŞ-da və Avropada öz yerli əhalisinin güzəranı pisləşir.

Varlı ölkələrin sakinləri bu baxımdan özlərini “yeni yoxsullar” adlandırır, qloballaşmanın qurbanları hesab edilirlər. İndiyədək onlar özlərini orta sinif təbəqəyə aid edirdilərsə, indi yeni yoxsul, işləyən kasıb sayırlar. İş artıq heç də yoxsulluqdan qurtulma yolu deyil. Məhz Qərbdəki bu narazı kütlə radikal liderlərin, populist siyasi partiyaların əsas elektoratıdır. Trampın əsas seçiciləri, Brexitə səs verənlər də onlardır.

Sanki bir möcüzə onları əvvəlki rifah halına qaytaracaq. Radikal siyasətçilər onlara bunu vəd edirlər. Hər şeydə miqrantları günahlandırmaq da məhz onların gəlib ucuz işçi qüvvəsi kimi yerli vətəndaşların işlərini əllərindən almasına əsaslanır.

Nəzakət Məmmədova: “Qloballaşma nəticəsində dünyada varlı ölkələrin daha da varlanması, yoxsul ölkələrin isə daha da kasıblaşması müşahidə olunur”.

Facebook
Telegram
Twitter
Email