Dr: Məhəmmədhüseyn Yəyai
Dördüncü geniş plenumun sonuncu günündə Azərbaycan Demokrat Firqəsi ilə İran Tudə Partiyasının birləşməsi partiyanın Mərkəzi Komitəsinin bəzi üzvləri tərəfindən xatırlalanarkən bir qrup partiya kadrları, xüsusən də zabit üzvlərin kəskin etirazına səbəb olduə Plenomun sonunda gələcəkdə böhrandan çıxış yolu üçün olunan tövsiyələrə əsasən mərkəzi komitənin İcraiyyə heyəti hər dörd aydan bir plenomun təşkil etməyə məcburdur. Lakin bu mövzu əvəzinə onlar Azərbaycan Demokrat Firqəsinin yaranmasından bu günədək gördüyü işləri tənqid etməyə başladılar. Partiyanın mərkəzi komitəsinin üzvlərinə təzyiq etmək məqsədilə yeni ittihamalar irəli sürdülər. Lakin onların bu ittihamlarında heç bir yenilik yox idi. Onların bu iddiaları keçmiş mənasız və əsassız ittihamlardan başqa bir şey deyildi. Onlar yenidən bu əsassız ittihamları irəli surməyə başladılar. Partiya zabitləri və əleyhdarları tərəfindən artan təzyiqlər nəticəsində firqənin təşkili və fəaliyyəti ilə bağlı Sovet hakimiyyət orqanlarına habelə Sovet İttifaqı Kommunist Partiyasına şikayət məktubları yazmağın sayı artdı. Bu arada Sov.İKP-nin 20-ci qurultayında Xruşşovun Stalin və Bağırov dövrünü tənqid etməsi onu daha da şiddətləndirirdi.
Rza İnayat partiyanın bir qrup zabitləri ilə birlikdə 1956-cı il noyabrın 16-da İran Tudə Partiyası Mərkəzi Komitəsinə məktub yazdı: “… Sovet Azərbaycanında Azərbaycan Demokrat Firqəsi adı ilə fəaliyyət göstərən mövcud təşkilat Azərbaycan zəhmətkeşlərinin tələblərini təmsil etmir, o, başqa məqsədlər üçün yaranmışdır. Bundan sonra Azərbaycan xalqının nümayədəsi kimi çıxış edən Azərbaycan Demokrat Firqəsi rəhbərləri ilə hər hansı danışıqlar aparılmamalıdır…”
Yaxud partiyanın başqa bir qrup zabitləri( Mehdi Rüstəmi, Əli Məhan, Yusif Həmzəlu) həddlərini aşaraq 1956-ci ilin noyabr ayının 2-də ayrı bir məktubda belə yazırlar: “ … Firqə əslində Sovet İttifaqının cənub sərhədlərində formalaşmış Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) davamı olan Sento hərbi paktının bölgədə genişlənməsində mühüm rol oynayıbdır.”
Onlar partiyaya göstəriş verir və yazırlar: “… İran Tudə partiyası əməli şəkildə firqənin ləğv olunması üçün səy göstərməlidir. Bu təşkilatla hər türlü əlaqə və müzakirə etmək doğru deyildir. Çünki onun varlığı İran hökumətinin əlinə Bağdad hərbi paktına (İraq çıxdıqdan sonra onun adı Sento paktı olaraq dəyişdirilmiş, o, Türkiyə, İran və Pakistandan ibarət olan hərbi ittifaq adlanırdı) daxil olmaq üçün bəhanə verir…. Partiyamız Firqəni bir təşkilat olaraq rəsmiyyətə tanımamaq üçün Sovet İttifaqı Kommunist Partiyasından tələb etməlidir ki, mühacirətdə bu təşkilatın fəaliyyəti haqda öz mövqeyini bildirməlidir.(Əmirəli Lahrudi. Xatirələr və Mülahizələr. Firqə nəşri. s 303)
Bu deyim və davranış onu göstərir ki, bu gənc və bəzən fədakar zabitlər imperializm mərhələsində kapitalizm sisteminin mahiyyəti ilə hələ tanış deyildilər, kapitalın qloballaşması prosesini proqnozlaşdırmırdılar. Ola bilsin ki, onlar İkinci Dünya Müharibəsinin və Hitler Nasizminin Sovet İttifaqını dağıtmaq məqsədindən xəbərsiz olublar. Üstəlik, deyəsən İranın tarixi və siyasi-iqtisadi hadisələri ilə biganə idilər. Yəni İranda 28 mürdad çevrilişi(ABŞ və Böyük Britaniyanın arxivlərinə əsaslanaraq bu çevriliş onlar tərəfindən hazırlanıb həyata keçirilib) baş vermiş və İran siyasətini ABŞ-ın siyasəti istiqamətində nizamlamışdır. Onlar Azərbaycan Demokrat Firqəsinin 12 Şəhrivər müraciətnaməsində qeyd olunan prinsipial siyasətinin uğur qazanması və irəliləməsi həm ölkədə demokratiyanın əsaslarını möhkəmləndirəcək, həm də dövlət çevrilişinin qarşısını alacağından xəbərsiz idilər. Beləliklə də İranın Sento hərbi ittifaqına girməsinə ehtiyac qalmırdı. Hər halda bəzi partiya zabitlərinin habelə firqə müxalifətçilərinin bəzən şovonizm, ağalıq əlamətlərini özündə əks etdirən israrlı və bitib-tükənməyən yazdıqları məktublarında firqə ilə mübarizələri düşmənçilik həddinə qədər yüksəlirdi. Bu cür davranış və çıxışlar partiyanın mərkəzi komitəsinin bəzi üzvlərinə də öz təsirini buraxırdı, bu da onları məktub yazmağa, narahatlıqla və təşvişə sürükləyirdi. Bu da demək olar ki, onların dünyagörüşünə zidd idi. Hər halda Sovet İttifaqi Kommunist Prtiyasına davamlı məktub yazmaları səbəb oldu ki, onlar bir kommesiya yaratsınlar. Bu Kommesiya İran Tudə Partiyasından bir nümayəndə heyəti yaradıb və onlarla müzakirə etmək üçün tələb etdilər.
Hər halda Sovet İttifaqı Kommust Partiyasına ardıcıl yazılan mənktublar səbəb oldu ki, onlar bir komissiya təşkil edib və İran Tudə Patiyasından oraya bir nümayəndə heyəti göndərməsini istəsinlər. 1956-cı il avqustun 20-də təşkil olunmuş konfransda İran Tudə Partiyasının nümayəndə heyətinin izahatlarının bir hissəsində belə qeyd olunur:
“… Azərbaycan Demokrat Firqəsi İran Tudə Partiyası ilə məsləhətləşmədən müəyyən bir şəraitdə Bağırovun rəhbərlik etdiyi dairələrin nəzarəti altında formalaşdı. Sonrakı hadisələr bu firqənin ayrılmaq niyyətində olduğunu və azadlıq hərəkatına heç bir fayda vermədiyini göstərdi. Çünki ona geniş təbliğat imkanları verilməsi, o cümlədən radio, qəzet, təşkilat və s. kimi məsələlər Azərbaycan Demokrat Firqəsinin əsasını qoyduğu siyasətin nüfuzlu tərəfdarları olduğu fikrini diqqət mərkəzində saxlayır.
Mövcud reallıq heç bir şübhə yeri qoymur ki, fəhlə sinfi partiyasının üç partiyaya (İran Tudeh Partiyası, Azərbaycan Demokratik Firqəsi, İran Kürdüstan Demokrat Partiyası) bölünməsi pis nəticələr verib və biz mühacirətdə də bunun davamını partiya ilə firqə aramıda olan soyuq münasibətlərdə görürük. Unutmaq lazım deyil ki, Azərbaycan İranın uzun tarixi ərzində başqa etnik qruplardan (millətlərdən) ayrı yaşamamış və ölkədə yaşayan digər etnoslarla ruhi, tarixi, mədəni bağlılığı vardır.
İranda milli zülm ondan ibarətdir ki, xalqlar özünü idarə erməkndən və ana dillərində təhsil almaqdan məhrum olmaqdır. Lakin azərbaycanlılar iqtisadi, siyasi, mədəni, təriqət və sayir baxımdan heç də farslardan geri qalmırlar. İran min ildən artıq türklər tərəfindən idarə olunub. Türk dili Qacar sarayının və Təbriz vəliəhdliyinin dili olmuşdur. Tehran, Mazandaran, Xorasan və Azərbaycanın digər bölgələrində bir çox baş nazirlər, senatorlar, parlament üzvləri, generallar, tacirlər, sənaye sahibləri, din xadimləri, iri torpaq sahibləri və xeyli sayda iranlı fəhlə azərbaycanlıdır. Maraqlıdır ki, paniranistlərdən bir qrupu azərbaycanlıdır. (Əmirəli Ləhrudi, həmin mənbə, s. 312/315)
Partiyanın nümayəndə heyəti bu uzun-uzadı söhbətində azərbaycanlıların ölkə idarəçiliyində və iqtisadiyyatda tutduğu mövqeni önə çəkməklə, firqə yaranmasına ehtiyac olmadığını habelə partiyada farsçılıq ittihamının əsassız olduğunu göstərməyə çalışır. Çünki azərbaycanlılar partiya rəhbərliyində iştirak edirlər. Lakin onlar güman edirdilər ki, firqəçilər öz müqəddəratını həll etməyə inanmırlar, onlar ADF-ni millətçi bir firqə hesab edirdilər. Halbuki belə deyildi. Firqə yaranmış şəraitdən istifadə edərək Azərbaycan xalqının iqtisadi-siyası azadlığını əldə etmək istəyirdi. Bu tələb İrandakı fəhlə hərəkatına heç bir ziyan vurmurdu. Üstəlik, Azərbaycanda sənaye inkişaf etmədiyi üçün fəhlə sinifinin sayı çox deyildi. Bu üzdən də firqə daha çox kənli hərəkatını diqqət mərkəzində saxlayaraq çoxlu fəhlə, kənli və zəhmətkeşlərin birliyinə çalışırdı. Həmin komessiyada iştirak edən “Psilov” və Ponomariyov” İranda milli məsələnin önəmli olduğunu vürğuladılar. Kommunist partiyasının 20-ci qurultayda “Xruşşov” da Sovet respublikalarının və Kommunist partiyalarının səlahiyyətlərinin(ixtiyarat) genişlənməsini tövsiyə etmişdi. Ponomariyov və Pasilov İranda millətlərin hüquqlarının təmin edilməsinə hörmətlə yanaşmağı və Azərbaycan Demokrat Firqəsinin ləğv edilməməsin təkid etməklə yanaşı, iki partiyanın birləşməsinə ciddi şəkildə çalışdılar.( Əmirəli Lahrudi, həmin mənbə). Firqənin yaranması barədə İran Tudə Partiyası nümayəndə heyətinin çıxışlaarının bir çox hissəsi həqiqətə uyğun deyildi. Sanki, onlar Azərbaycanın hazırkı reallığı və iqtisadi-sosial şəraiti ilə o qədər də tanış deyildilər. Bu da partiyanın İran millətçiliyinin, sinfi mübarizənin, parlamentarizm və mərkəzçiliyin güclü təsirinə məruz qaldığını, onların əyalətlərdəki tələblərdən xəbərləri belə yox idi. Lakin mühacirətdə onlara bu çatışmazlıqları haqqında düşünmək imkanı yarandı. Bəlkə də partiyanın siyasi-ictimai fəaliyyətinin iflasa uğramasının mühüm amillərindən biri də bu idi.
İran Tudə Partiyası özünün ilk dövrü olan mühacirət dövründə bir çox problemlərlə üzləşdi. Onların bəzilərinin kökü keçmişdə ölkədən partiya üzvləri vasitəsi ilə xaricə köçmüşdür. Partiyanın israrla firqə ilə birləşmək istəyinin müxtəlif səbəbləri var idi. Partiyanın daha çox problemləri ört-basdır etmsi, zabit və müxalifətdə olan kadrların üsyanlarının qarşısını almaqdan ibarət idi. Aşağıda bu haqda bir qədər izah edək:
- İran Tudə Partiyası yarandıqdan sonra ölkənin yazıçı, ziyalı, fəhlə, zəhmətkeş və yoxsul iş zümrələri arasında ən mühüm sosial bazalardan birinə çevrilərək ölkənin ən böyük siyasi təşkilatını formalaşdırdı. Onun mərkəzi kadrının (şəhər ziyalıları, yuxarı orta təbəqəyə mənsub bəzi savadlı avropada təhsil almış) ruhuna uyğun gələn parlament nümayəndəliyinə və nazirlik məqamına yiyələnməyə can atdı. Lakin 20-ci günəş ilinin on illiyin sonlarında geriliyərək bir çox kadrların onun sıralarından uzaqlaşması ilə üzləşdi. 1332-ci 28 Mordad çevrilişi ilə partiyanın hərbi bölümünə ağır zərbə vuruldu. Bu üzdən də mühacirətdə bu məğlubiyyətlərin, nöqsanların və yanlışlıqların səbəbini araşdırmalı idi. Lakin ilk illərdə vaxtını çoxlu Azərbaycan Demokrat Firqəsinın fəaliyyətlərinə həsr etdi. Bu baxımdan mühacirətdə bəzi partiya kadrlarının dəyərləndirilməsi reallığa uyğun gəlmirdi. O dəyərləndirmələr Azərbaycan ictimaiyyətində olan reallıqlardan çox uzaq idi. Çünki Azərbaycan dil və mədəni təhqirlərə habelə iqtisadi geriliyə son qoymaq istəyirdi. Üstəlik, Azərbaycan xalqının azadlıq mübarizəsi İranın digər bölgələrinin tələblərinə zidd deyildi. Bağırov və Atakişiyevə aid etmək Azərbaycan xalqına hörmətsizlik və cəfakarlıqdır. Çünki Azərbaycan xalqı tarix boyu İranın siyasi-ictimai mübarizəsində ölkədə yaşayan xalqların önündə olmuşdur. İranın siyasi tarixi bunu təsdiqləyir. Nəticə etibarı ilə, partiya sıralarının azalması və tənəzzülünün səbəbi nə tənha firqə və Azərbaycan Milli Hökuməti deyil, həm də o, azalığının inkişafı yolunda əsas rol oynaya bilərdi…
- İran Tudə Partiyasında həmişə firqə ilə müxalifətdə olan kadrları qaldırdıqları fəhlə hərəkatında yaranan parçalanmanın səbəbi Azərbaycan Demokrat Firqəsidir, sözləri doğru deyildir. Fəhlə hərəkatına onun maraqlarını qorumaq üçün siyasi bir partiya lazımdır. Bu kimi hərəkatlar, partiyalar azad və demokratik mühitdə daha çox fəaliyyət azadlığına malikdirlər, çünki belə mühitdə xalqı daha yaxşı təşkilatlandırmaq olar. Zaman ötdükcə bu da fəhlə sinfini öz hüquqları ilə tanış edib və onun inkişafına çalışır. Azərbaycan Demokrat Firqəsi bütün İranda azadlığı yaymağa, mütərəqqi partiyaların fəaliyyətinə şərait yaratmağa çalışırdı. Ona görə də ADF millətçi bir partiya deyildi. Yalnız firqə hər bir xalq tərəfindən hökumətin formalaşması və seçilməsini rəsmiyyətə tanıyan Atlantik Xartiyası çərçivəsində öz milli hüquqlarını tələb edirdi. Mühacirət zamanı İran Tudə Partiyasının sıralarında olan bəzi firqə müxaliflərinin onu(ADF) millətçilikdə ittiham etməsi başa düşülən və real deyil. Üstəlik, partiya İranı demoqrafik tərkibinə, siyasi coğrafiyasına və mədəni müxtəlifliyinə görə “çoxmillətli” ölkə tanıyaraq adlandırır. Lakin partiyanın bəzi üzvləri bu sözə qarşı çıxaraq İranda yalnız bir millətin yaşadığına təkid etdilər.
Firqə əleyhdarları birləşmə(vəhdət) prosesindən əvvəl və ya birləşmə zamanı Xruşşovun şahla görüşündə dediklərini təkrarlayırdılar:
“ Firqənin yaranması yanlış bir iş idi. Bu söz doğru olsa belə, onlardan soruşmaliyiq, cənablar sizin nə üçün ADF-i dəyərləndirmənisiz? Şah minlərlə azərbaycanlını qətlə yetirib, onun yenicə formalaşmaqda olan demokratiyasını məhv etməklə istibdad və zülmün qara kölgəsini bütün ölkədə yaymağa çalışmış. Qonşu ölkənin siyasətçisinin bu çıxışı qürur və məmnunluq mənbəyidir, yoxsa təqdirdir? Üstəlik, istənilən ölkənin siyasətçisi yalnız öz ölkəsinin mənafeyini düşünür, belə çıxış nə alçaldıcı, nə də xoşbəxtlik səbəbidir. Azad xalq ilk növbədə özunu və ətraf mühiti düşünür. Azərbaycanın qurtuluşu bütün İranda azadlığın başlanğıcı demək idi. Bu da ölkənin müstəqilliyinə öz töhfəsini verərək çevrilişlərin və irticanın qarşısının alınmasına böyük maneə olurdu.Unutmaq olmaz ki, firqə uğursuzluğa düçar oldu, lakin Azərbaycanda milli qüruru dirçəldirdi.
- Görünən odur ki, partiyanın bəzi üzvləri, xüsusən də mühacirətdə olan gənc hərbi kadrlar mühit və şəraitdən narazı idilər. Onlar zaman keçdikcə barışmaz mövqedə dayandılar. Firqə üzvləri dil və mədəniyyət baxımından Sosialist Azərbaycan Respublikası vətəndaşları ilə oxşarlıqları ictimaiyyətdə onların yaxşı mövqedə olduqlarına səbəb olmuşdu. Bu üzdəndə partiya kadrları onları rəqib kimi görürdülər. Çünki hər il 300-dən artıq gənc elm və peşə mərkəzlərinə daxil olurdular. Onlar zaman ötdükcə qonaq olduqları ölkədə şərait sabitlişdikcə yaxşı mövqe və məqama yiyələndilər. Bununla yanaşı, firqə üzvləri təşkilatlanaraq Bakı şəhərində özləri üçün qərargah da hazıdılar. Respublikanın başqa şəhərlərində də müxtəlif komitələr yartdılar. Ona görə də firqə partiya ilə birləşməyə o qədər də ehtiyac duymurdu. Firqə partiya ilə birləşdiyi təqdirdə firqə kadrlarının sayı( neçə min üzv) pardiya üzvlərinin sayından(partiyanın uzvlərinin sayı 500-dən az idi) neçə bərabər çox olduğu üçün partiyanın kontrolunu əldə etməyə qadir idi. Bu da partiya rəhbərliyi və hərbi katrların xoşuna gəlmirdi. Nəticədə, firqə ilə münasibətdə şaiyə, şişirtmə, bəzən də aşağılama taktikasına əl atdılar. Bu xoşagəlməz mühitdə partiyanın əksər tələblərinə cavab verən birliyə doğru irəlilədilər….