Məhəmmədhüseyn Yəhyai
Günəş ilinin 4-cü onilliyində ölkənin iqtisadi inkişafı, artan neft gəlirləri ilə birlikdə ictimai strukturda əsaslı dəyişikliklərə səbəb oldu. Şəhərləşmə günü-gündə artmağa başladı. Demək olar ki, ucqar əyalətlərin iqtisadiyyatda iştirakı və bazarın genişlənməsi, ölkənin ümummilli gəlirininyüksəlməsinə gətirib çıxadı. Gənc kütlələr yeni qurulan fabrik və müəssisələrdə iş axtarmaq üçün böyük şəhərlərə, xüsusən də Tehrana axın edirdilər. Onların əhəmiyyətli bir qismi şəraiti az olan şəhərlərin kənarlarında məskunlaşdı. Ətraf əyalətlərdə yeni hərbi kazarmaların, təhlükəsizlik təşkilatlarının qurulması ilə bürokratiya və hərbi xərclər genişləndi. Bəzi sinif və peşə sahiblərinin gəlirlərinin artması onları ölkənin orta iqtisadi-sosial sinfinə çevirdi. Nəticədə, şəhərin yeni və orta sinfi çoxaldı. Lakin eyni zamanda ölkənin müxtəlif bölgələrində qeyri-bərabər iqtisadi artım əhali ilə regionlar arasında sinfi fərqi xeyli artırdı. Ona görə də gənclər (akademik və şəhər) dünya hadisələrdən habelə ölkənin daxili vəziyyətindən ilhamlanaraq belə qeyri-bərabər iqtisadi artıma və ədalətsizliyə qarşı mübarizə aparmaq üçün təşkilatlanmağa başladılar. Lakin gənclərinin və şəhərin orta təbəqəsinin təşkilatlanma növü və tələbləri eyni deyildi. Bəziləri dini mənsubiyyəti ilə Qərb mədəniyyətinin istilasından, Avropa və Qərb həyat tərzinin ölkədə yayılmasından ehtiyat edərək, sosial-iqtisadi ədalətsizlik bəhanəsi altında xalqın çəkdiyi əziyyətdən bir vasitə kimi istifadə edərək öz dini inanclarını onun yerinə qoymaq niyyətində idilər. Bəziləri isə əsasən ölkədə demokratiya və azadlıq tələb edənlər olaraq infrastruktur uyğunsuzluğundan, diktaturadan habelə boğuntudan şikayətləniedilər. Sol və marksist təmayüllü gənclərdən ibarət digər qruplar siyasi və iqtisadi quruluşu dəyişdirmək üçün xalqı dəyişiklik və inqilaba səsləyirdilər. Beləliklə, ölkədə bəzən həm ölkə daxilində, həm də xaricdə siyasi partiyaları, ayrı-ayrı şəxsləri çaşdıran təlatümlü onillik başlamışdı.
İran Tudə Partiyası və Azərbaycan Demokrat Firqəsi kimi ənənəvi və mütərəqqi partiyalar ölkə daxilində fəaliyyət göstərmək hüququna malik deyildilər. Onlar sərhədlərdən kənarda ciddi mühacirət problemi ilə qarşı-qarşıya idilər. Bəzən də şəxsi çəkişmələr və vəzifə uğrunda mübarizələr bu problemi daha da artırırdı.
4-cü onillik başlanmadan öncə(1336-cı h.q ilinin payızı) İran Tudə Partiyasının rəhbərliyi və mərkəziyyəti demokratik Almaniyaya köçmüşdü. Rəhbərliyin əksəriyyəti dil(alman, fransız və s.) və Avropanın həyat tərzinə bələd idi. Onlar Berlin yaxınlığındakı “Leyibzik” şəhərində məskunlaşaraq Berlində “Peik İran” radiostansiyasını işə saldılar. Qərbi Berlin və digər Avropa ölkələrlə əlaqə gücləndi. Sonrakı illərdə radio mərkəzi Bolqarıstanın paytaxtı “Sofiya”ya kö çərək, orada fəaliyyətini davam etdirdi.
İran Tudə Partiyası rəhbərlərindən biri və mövcud rejitərəfindən tutulub, illərlə işgəncələrə məruz qalan “Məryəm Firuz” 1995-ci ildə “Didgah Araşdırma və Nəşriyyat İnstitutu”na verdiyi müsahibədə deyir: “ Mən xəbərlər və reportajları almaq üçün həftədə iki yaxud üç dəfə Qərbi Berlinə gedirdim. Çünki xəbərlər və reportajlar oraya Şərqi Berlindən daha tez çatırdı. Onlrı redaktə etdikdən sonra xalqa çatmaq üçün Bolqarıstana (Radio Peyk) göndərirdik. Şaha qarşı olan “Radio Peyk”in ən çox dinləyicisi var idi. Eyni zamanda xəbərləri müxtəlif dillərə tərcümə edib qəzetlərə verirdik. Qərbi Almaniyadakı gənclər təşkilatı ilə sıx əməkdaşlıq etdik.
Bu arada “İran Tələbələrinin Beynəlxalq Konfederasiyası” Avropa ölkələri habelə ABŞ-da tələbələrin sayını artırmaqla sinf və siyasi fəaliyyətlərini genişləndirirdi.
Bütün bu müddət ərzində Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti Bakı və Azərbaycan Sosialist Respublikasının digər şəhərləri şərçıvəsindən kənara çıxmadı. Bu, iki partiyanın birlik və əməkdaşlıq ruhuna zidd idi. Çünki İrandan göndərilən tələbələr və Avropa ölkələrində yaşayan iranlılar arasında Azərbaycan Demokrat Firqəsinin varlığından və fəaliyyətindən bəzən xəbərsiz olan türklər də az deyildi. Başqa sözlə desək, firqə partiyanın kölgəsində qalmışdı. Bu da ilk gündən ona qarşı çıxan və birliyin məqsədini partiya daxilində firqəni əritmək olduğunu bilən bəzi kadrlar və rəhbərlik üçün xoş bir hal idi. Onlar həmiş yatırladırdılar ki, bir ölkədə fəhlə sinfinin avanqardını heç bir bəhanə ilə bölmək olmaz. Bir ölkədə fəhlə sinfinin bir neçə milli partiyasının varlığı tamamilə yanlışdır.( Ehsan Təbəri)
Əlbətdə, bu qavrayış fərqli mədəniyyət və dillərlə müxtəlif millətlər yaşamayan bir ölkərə aiddir. Çünki belə ölkələrdə bazarlar və mədəniyyətlər bir-birinə çulğalaşmışdır. Halbuki 12 Şəhrivər bəyanatı təriqətin niyə və necəliyini habelə məqsədlərini açıqlamışdır. Bu müraciətnamə ölkənin digər bölgələrində işçi sinfi və onların hüquqları ilə ziddiyyət təşkil etmirdi. Öz müqəddəratını təyinetmə hüququ isə demokratiyanın və millətlər tərəfindən qurulan parlamentar sistemin inkişafına köməkyardım edir. Çünki “Marks” İrlandiyanın azad edilməsi Britaniya proletariatının azadlığı üçün lazımi şəraitin yaratması qənaətinə gəlmişdi. Ona görə də xalqların azadlığı fəhlə sinfinin apardığı siyasətlə ziddiyyət təşkil etmir. Hegel deyirdi: dövlət qura bilməyən millətlər qeyri-tarixi millətlər adlanırlar və yox olmağa məhkumdurlar. O üzdən də istibdaddan qurtuluşunu hyqıran Azərbaycan Demokrat Firqəsinin qələbəsi bütün ölkə daxilinə yayıla bildi.
Partiya rəhbərlərinin bəziləri Azərbaycan Demokrat Firqəsində, onun bəqasında narazılıqlarını öz davranış və danışıqları ilə ifadə etdilər. Keçmişfirqə sədri Əmirəli lahrudinin “Xatirələr və mülahizələr” adlı kitabına nəzər saldıqda o, yazır: “Biz elə bir ölkədə yaşayırıq ki, burada müxtəlif millətlər, etnik qruplar özlərinə məxsus dilləri, adət-ənənələri ilə yaşayırlar. İranın hakim təbəqəsi bu ölkədəki xalqların, milli azlıqların dilni, mədəniyyətini yad dil və mədəniyyət kimi qadağan edərək fars dilini, fars mədəniyyətini milli dil və mədəniyyət kimi onların təhmil etmişdir. O, Lenindən stat gətirərək yazər; Millətlərin və dillərin bərabərliyini dmüdafə etməyən, heç bir milli zülm yaxud bərabərsizliyə qarşı mübarizə aparmayan bir şəxs nəinki marksist deyil, demokrat da deyildir.”
Lahrudi partiyaın yarandığı gündən milli məsələyə əhəmiyyət verməməkdə onun rəhbərliyini ittiham edir. Çünki partiya proqramının 1-ci maddəsində və dövlət təşkilatı formunda deyilir: “Xalq Cümhuriyyəti bütün milli-demokratik qüvvələrə, cəmiyyətin bütün milli-demokratik qüvvələrinə, yəni fəhlələrə, kəndlilərə, sənətkarlara, mütərəqqi ziyalılara və milli kapitalistlərə arxalanır… Bu hökumət İran xalqının könüllü razılığına və bərabər hüquqlu olmalarına əsaslanaraq yaranır…”
Söhbət öz müqəddəratını təyinetmə hüququndan və ya federal bir hökumətindən getmir. Millətlərin hüquqlarına etinasızlıq məsələsi partiyanın bəzi rəhbər kadrlarının davranışlarında özünü göstərirdi. Ona görə də onlar Azərbaycan Demokrat Firqəsinin yaranmasını yalnış addım hesab edirdilər. Halbu ki, Mehdi Zirəkzadə yazırdı: “Biz Azərbaycanın demokratik hərəkatını İranın xoşbəxtliyi üçün lazıml gördük və dünyada İranın düşmənləri Azərbaycan Demokratik Firqəsini separatçı bir təşkilat kimi təqdim edəndə biz öz yolumuza davam etdik. Heç vaxt bu mahnılara aldanmadıq və Azərbaycanın demokratik hərəkatını İran azadlıqsevərlərinin silahı olaraq tanıdıq.( Azadlıq Cabhəsi qəzeti, sentyabr 1946, Lahrudinin sitat gətirdiyi)
Lahroudi partiyanın icraiyyə heyəti üzvlərinin (Dr. Reza Radməniş, Iraj İskəndəri, Əbdülsəməd Kambəxş, Ehsan Təbəri, Əhməd Qaimi, Qulamhüseyn Fürutən, Nurəddin Kianuri, Hüseyn Cüdət, Qulam Yəhya Danişian) mənəvi xüsusiyyətlərini və siyasi mövqelərini təqdim edərkən onların Azərbaycan Demokrat Firqəsinə münasibəti, Birlik Konfransı və onun yekun bəyanatı ilə ziddiyyət təşkil edən mühüm məqamlara işarə edir. O yazır: “Radməniş əsil bir demokrat şəxs olaraq, sosializmə dərindən inanır və mötədilliyi müdafiə edirdi. İsgəndəri ünsiyyətcil, dözümlü, aristokrat və hüquqşünas bir şahzadə idi. O, firqəyə qarşı barışmaz mövqedə idi. Qulam Yəhya Danışıanı firqə sədirliyindən çıxarmaq üçün hər bir şeyə(İkitərəfli söhbətlər və vədlər vererməklə), əl atırdı. Lakin kinli adam deyildi, amma xatirələrində firqəyə qarşı kəskin və normaal olmayan hücumlar etmişdir. Təbəri fəlsəfədə, ədəbiyyatda, ritorikada bənzərsiz bir şəxs idi. Onu Leybzikdə daha yaxından tanıdım. O, doğrudan da demokrat və ziyalı bir insan idi, başqalarının fikrinə hörmətlə yanaşsa da, Azərbaycanın demokrat Firqəsinə düşmən münasibət bəsləyir, həmişə onun ləğvini tələb edirdi. Əbdülsəməd Kambəxş da Qacar aristokratiyasına mənsub olunmuş, rus dilini çox gözəl bilən, partiyanın zabitlər təşkilatında fəallıq göstərmiş və eyni zamanda firqə ilə partiya arasında vasitəçı rolunu oynamışdır.1950-ci ildən Bakıda firqə ilə əməkdaşlıq etmiş və bir müddət Danişianın müavini olmuşdur. O, Sosial Elmlər Akademiyasında təhhsil almaq üçün Moskvaya və sonra isə Leybzikə getmişdir. O, həmiş firqə ilə dostluq münasibəti saxlamışdır. Cüdət fikir baxımdan Radmənişə yaxın idi, fərqə ilə münasibəti yaxşı idi. Radməniş, Cüdət, İskəndari, Fürutən, Kianuri Avropada, Kambəxş Rusiyada, Təbəri və Qasimi isə İranda təhsil almışdı. Qasimidən başqa onların hamısı sinfi möqe baxımında yuxarı təbəqəyə mənsub şəxslər idi. Ona görə də onlar bizi isə kənli və özlərini elita hesab edirdilər. Leybzikdə icraiyyə heyətində atamızı yandırırdılar. Bəziləri istehzalı gülüş və gah da təhqirlə yuxarıdan aşağı baxaraq bizlərə ruhi təzyiq edirdilər. Ona görə də həmişə təkid etdim ki, partiya katibliyində mənə iş tapşırsan,. Lakin dil kimi müxtəlif bəhanələr gətirərək mən mühum iş tapşırmaqdan imtina edirdilər. Mən rus, fars və türk dillərini mükəmməl bildiyim halda, radio, jurnal və Qərbdəki gənclərlə ünsiyyətdə işimizin mühüm bir hissəsi fars dilində olmasına baxmayaraq mən bir iş tapşırmırdılar. Onla belə işləri öz aralarında bölüşdürürdülər. Nəhayət, illərlə Mərkəzi Komitənin üzvü, Partiya Katibliyinin əməkdaşı olandan və ayrı-seçkilik, təhqir oldüqdan sonra Bakıya qayıtdım. Deyəsən, Mərkəzi Komitənin icraiyyə heyəti də mənim katiblikdən uzaqlaşmağımı istəmirdilər. Görünür ki, mənə etibar etmirdilər.
Şeyx Fəzlullah Nurinin nəvəsi Nurəddin Kianuri həmişə partiyanın rəhbərliyində müxtəlif vəzifələrdə olub. Onun kobud davranışları bəzən dostlarını incidirdi. İşlərdə qəribə bir fəallığı var idi. Həmişə iş bölgüsü aparırdı. Katiblik onu bir sahibkar adlandırırdı. O da bəzi icraiyyə heyəti üzvləri kimi firqəyə qarşı mövqedə idi, bəzən onu gizləməyə çalışırdı. Lakin danışıq və davranışı ilə onu göstərirdi. Ola bilsin ki, Qulam Yəhya Danişian partiya ilə firqə birliyinə heç bir perspektiv görmədiyi üçün bəzən öz sözünü demiş və firqənin müstəqil təşkilatını qoruyub saxlamasını təkid etmişdir. (Əmir Əli Lahroudi, həmin mənbə, səh. 637-656)
Azərbaycan Demokratik Firq’si VII Geniş Plenum və Vəhdət Konfransı əsasında İran Tudə Partiyası ilə əməkdaşlığa başlamışdı və bütün təşkilati vəzifələrini yerinə yetirirdi. O, “Sovet İttifaqında “İranlı Siyasi Pənahəndələr Cəmiyyəti” adı altında fəaliyyət göstərir. Firqə üzvlərindən bir qrup partiyada Mərkəzi Komitə və ya müşavir üzvü ünvanında iştirak edirdilər. Qulam Yəhya Danişian həm firqə sədri və həm də partiyanın siyasi bürosunun üzvü kimi fəaliyyət göstərirdi. Sonralar firqənin birinci katibi olmuş Əmirəli Lahrudi uzun müddət partiyanın Leybzik və Bakıda siyasi büronun üzvü idi. Firqənin gənclərin təşkilatına rəhbərlik edən Ənuşirvan İbrahimi 1979-cu il inqilabından sonra firqənin birinci katibliyə qədər yüksəldi. (Firqə və partiya şəhidlərindən biri olaraq 1988-ci ildə edam edildi.)
Partiya da fəaliyyət göstərən digər firqə üzvlərindən bunları ad aparmaq olar. . Əbülhəsən Rəhmani tarix elmləri doktoru, Sovet İttifaqında “İranlı PəNhəndələr Cəmiyyəti”nin rəhbəri, İran Tudə Partiyası Mərkəzi Komitəsinin müşaviri. Səməd Afiyyət geologiya doktoru, Firqənin İcraiyyə Komitəsinin üzvü və Partiya Mərkəzi Komitəsinin üzvü. Lütfəli Ərdəbilian, firqə və Partiya Mərkəzi Komitəsinin dəftərxana katibi ş Balaş Azərağlu, Azərbaycanın görkəmli yazıçı, şairi, firqə və partiya Mərkəzi Komitəsinin üzvü. Əzim Əzimzadə, firqə və partiya Mərkəzi Komitəsinin üzvü, firqə katibi, partiyanın Mərkəzi Komitəsinin üzvü. Əzim Cüdai, firə dəftərxana işçisi, MK üzvü. Səməd Həkimi, təqaüdçü işçi. Martik Qriqoryan firqənin sənədlərməsulu və partiyanın müşaviri. Şərqşünas Abbasəli Zünuzi. Partiya Mərkəzi Komitəsinin müşaviri. Qafar Kəndli Ədəbiyyat elmləri doktoru, Partiya Mərkəzi Komitəsinin müşaviri. Məhəmməd Fəqihi, Partiya Mərkəzi Komitəsinin müşaviri, işçi.
Azərbaycan Demokratik Firqəsi siyasi, mədəni və ictimai fəaliyyətini davam etdirmək üçün “Pənahəndələr Cəmiyyəti”ni aktivləşdirərək onu Azərbaycan Sosialist Respublikasının digər şəhərlərində də genişləndirdi. “Pənahəndələr Cəmiyyəti” təşkilat baxımdan müstəqil olsa da, bu firqə və onun rəhbərliyi ilə daha sıx əməkdaşlıq edirdi. Bu cəmiyyətin daxilində üzvlərinin sosial-iqtisadi ehtiyaclarını ödəmək üçün “Gənclər Komitəsi” və “Qadınlar Komitəsi” yaradıldı.
Cəmiyyət üzvləri siyasi maarifləndirmək ilə yanaşı, ölkədə baş verən hadisələrdən də xəbərdar olurdular. Cəmiyyətin fəallığı uzaq şəhərlərə və “Saxoz”lara qədər genişlənmişdi. Bakı, Gəncə, Ağdam, Şəki, Əli Bayramlı, Quba, Şamaxı və s. kimi şəhərlərdə üzvlərin sayı daha çox idi.
Firqənin bəzi üzvləri, məsələn, tarix elmləri doktoru Məhəmməd Dadaşzadə, kənd təsərrüfatı doktoru Miras Niknəjad və başqaları Mərkəzi Komitənin üzvü və müşaviri olaraq firqəmərkəzində saxlanırdılar. Bu illərərzində “Azərbaycan” qəzetinin nəşri Məhəmmədrza Afiyyət, Söhrab Taher, Mədinə Qolqun və başqaları kimi savadlı şəxslər vasitəsi ilə həyata keçirildi.
Cəmiyyətin qadınlar şöbəsində Sitarə Danişian, həkin Tahirə Pur əhm, həkim Adilə Çernik Bülənd(hal-hazırdı ADF-nin sədridir) və başqaları fəaliyyət edirdilər.
Ədəbiyyat doktoru Sabir Əmrahi, İqtisadiyyat doktoru Fərəc Dəstquşadə, Hüquqşünas İslam Nur, Dəmiryolu Mühəndisi Qurban Əlizadə, Dehqan Nünəkərani, Məhəmməd Cəlili, Sultanəli Qulami (təqaüdçü), firqənin keçmiş hərbi zabiti Məcid Məhəmmədi Vənd, Surət Baqiri və Şamaxı şəhərinin məsula Məşhədi Novruz və bəzi başqa cəmiyyət fəalları iştirak etdi. Təftiş komissiyasında tarix doktoru Məhəmməd Şəms, Gəncədən fəhlə Adil Adilian, həmin şəhərdən olan biznes işçisi İbrahim İbrahimzadə, Qulam Hüseyn Dehqani, Ayyub Nəmini və başqaları əməkdaşlıq edirdilər. Beləliklə, firqə siyasi-ictimai fəaliyyətin Qərbə meyl etdiyi bu kritik illərdə müstəqilliyini və varlığını qoruyub saxlamağa, öz üzvlərinin habelə sürgünə məcbur edilən digərlərinin sosial, iqtisadi, mədəni ehtiyaclarını ödəməyə çalışırdı. Ölkə, İqtisadi, sosial və hətta struktur şəraitinə uyğun olaraq, sürətlə dəyişməkdə idi. Dünya ölkələri, xüsusilə Sovet İttifaqı və digər sosialist ölkələri ilə ticarət əlaqələri siyasi-ictimai fəaliyyət üçün yeni şərait yaradırdı. Partiya tərəfindən idarə olunan Peyk İran Radiosu 1976-cı ilə qədər fəaliyyətini davam etdirdi. Onu bir müddət “Həmid Safari” idərəedirdi. onun redaksiya heyəti və diktorları Nikain, Daniş, Namvər, Purhormozan, Mələkə Məhəmmədi, Nədim və digər çəxslərdən ibarət olmuşlar. Onunla yanaşı, Sovet rəsmləri tərəfindən yaradılan “Milli Səs Radiosu” bəzi vaxt şahı sərt tənqid edir və bəzən də ona qarşı yumşaq siyasət yürüdürdü. O radio Xomeyni və tərəfdarlarının təşəbbüsü ilə başlanan 6 iyun 1963-cü(15. Xordad. 1342) il hərəkatı mürtəce adlandıaraq şahın sosial-iqtisadi islahatlarını müsbət addımlar kimi qiymətləndirmişdir. “Milli Səs Radiosu”nun v kürdcə verilişini, Gəlavij, Qızılçı və türkcə isə Nasirani, Əli Əbloch və Söhrab tahir aparırdı. Buşəxslərdən sonuncu iki nəfər firqə üzvu idi.
Hər-halda 40-cı illərin təlatümlü onilliyi siyasi hərəkatlarda öz əksini tapmış mühüm siyasi və iqtisadi eniş-yoxuşlarla müşayiət olunurdu.
40-cı illərin ortalarında İranın Sovet İttifaqı habelə digər sosialist ölkələrlə ticarət, iqtisadi və sənaye əlaqələri kəskin şəkildə artırdı. İkitərəfli danışıqlarda İran həmişə Sovet İttifaqı öz respublikalarında Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinin qarşısının alınmasına təkir edirdi. Sovet rəsmiləri də firqə rəhbərlərini öz ictimai fəaliyyətlərini inkişaf etdirmək üçün sosial-iqtisadi hüquqlarını müdafiə edə biləcək bir təşkilat yaratmağa səsləyirdilər. Bununla bağlı olaraq “İranlı Pənahəndələr Cəmiyyəti” formalaşdı. Onunla eyni vaxtda partiya o, kampaniyaya qoşulub, iki tərəfdə iki aktiv fraksiya yaratmışdı. Biri Sovet İttifaqında, digəri sosialist ölkələrində hər an artmaqda olan partiya üzvlərinin və onların ailələrini təşkilatlandırmaq idi.
Eyni zamanda, partiya uzun illər fasilədən sonra (XI Plenum 20 dekabr 1964-cü ildə- 30 dey 1343 qurulmuş) mərkəzi komitənin üzv və müşavirlərinin iştirakı ilə 20131967-ci il iyunun 7-də(16-23 xordad 1347) XII Plenumunu təşkil etmək qərarına gəldi. Bu barədə partiyanın Mərkəzi Komitəsinin katibliyinin bildirişinin bir hissəsində qeyd olunmuşdu: “MK-nın XII Plenumu partiyadaxili mühitinin yaxşılaşdırılması, onun siyasətinin aydınlaşdırılması və kollektiv rəhbərliyin təmin edilməsi istiqamətində ciddi addımlar atmışdır. Bu addıım şübhəsiz ki, partiyamızın işinin təkmilləşdirilməsində müsbət nəticələri olacaqdır. (Sənədlər və baxışlar, səh. 559).
Partiya ağır və çətin illəri yaşayırdı. Bir tərəfdən partiyadaxili parçalanmalar, digər tərəfdən isə ölkə daxilində gedən proseslər, partiyanın siyasətinə kəskin şəkildə qarşı çıxan, solçu qrupla habelə təşkilatlar qlobal şəraitin təsiri altında silahlı mübarizəyəüz tuturdular. Belə bir şəraitdə partiya ilə firqə birliyi də onu önəmli təşkilat və fikir birliyinə gətirib çıxara bilməmişdi. Ona görə də davranış və danışıqda hər iki tərəf bir-birinə qarşı inamsızlıq göstərdi. XII Plenumun 6-cı və 7-ci bəndlərində “Partiyanın təbliğatı və ideoloji fəaliyyəti” bölməsində ona istinad edilir: “Plenum İranın qəhrəmanı Səttar xanın anadan olmasının 100 illiyi münasibətilə partiya rəhbərliyi ya Azərbaycandakı əyalət təşkilatımız (Azərbaycan Demokrat Firqəsi) tərəfindən həyata keçirilən yaxud təbliğat hesabatlarında öz əksini tapmış tədbirlər toplusunu təsdiq edir.”
7-ci bənddə əlavə edir: “Plenum, planlaşdırdığı kimi gələcək rəhbərliyə tövsiyə edir ki, İranda milli məsələsi ilə bağlı partiyanın tezislərini hazırlamaq üçün seminar təşkil etsin və bu tezisləri tez bir zamanda hazırlayıb nəşr etsin.”
İran Tudə partiyası əvvəldən bu sahədə milli məsələlərə və digər çağırışlara o qədər də məhəl qoymurdu. Partiya firqə ilə birləşib və ortaq proqram hazırlamasına baxmayaraq firqənn adının Azərbaycan Əyalət Komitəsi adı ilə əvəz edilməsi habelə Sovet Azərbaycanında firəqə rəhbərliyi.onun nəzarəti altında olması qənaətində idi. O birlik məsələsini əritmə siyasəti ilə qarışdırmışdı. . Partiya bu siyasəti irəli sürmək və həyata keçirmək üçün müxtəlif taktikalardan istifadə edirdi , bu da bəzən firə rəhbərlərinin bəzilərinin xoşuna gəlmirdi. Onlar özlərini daha təcrübəli hesab edirdilər. Çünki bir müddət hökumət quraraq, siyasətin, həyatın çətin yollarından keçmişdilər. Onlar partiya ilə bərabər hüquqlu olaraq real birliyə, ortaq funksiya və strategiyaya həmçinin tam əməkdaşlığa layiq olduğunu düşünürdülər.
Vəhdət Konfransından bir neçə il sonra partiya rəhbərliyinin firqə daxilində müdaxilələri o təşkilatda gərginlik yaratdı. Bəzən bəzi firqə üzv və kadrları partiya üzvlərinin təhriki ilə gileylənərək bəzi firqə rəhbərlərinin davranışlarını sərt tənqid edirdilər. Eyni zamanda partiya rəhbərliyin’ yalan məlumatlar verib, onun firqənin daxili işlərinə qarışmasını tələb edirdilər. Və firqə cəza tədbirlərinin ləğv edilməsini istəyirdilər. Yəni partiya rəhbərliyindən firqə rəhbərliyi ilə problem yaşayan şəxslərə qarşı təşkilat tərəfində hərəkətə keçməsinə maneə törətsinlər. Qulam Yəhya Danişian İrac İskəndarinin firqənin daxili işlərinə qarışmasından sıxılaraq o haqda yazır: “İskəndəri öz vəzifəsindən istifadə edərək partiyadakı böhranı və xaosu firqəyə ötürmək istəyirdi.” (Qulam Yəhya Daneşiyanın xatirələri, Səməd ləqəbinin tərcüməsi, səh. 253)
Bununla əlaqədar olaraq, 1962-ci ilin oktyabrında Azərbaycan təşkilatı Qulam Hüseyn Biqdeli, Mizpur Abbas, İsmayıl Tarix Peyma, Səidə Məhəmməd Azərlu, Tağı Şahin və Həmid Məhəmmədzadəni anti-təşkilati hərəkətlərinə görə firqədən ixrac edilmişdi. Verilən hökm hələ onların əllərinə yetişmədən partiya o qərarı ləğv edib və telefon vasitəsi ilə firqə rəhbərliyinə xəbər verdi. Mənim fikrimcə heç bir nizamlı partiyad a belə hadisə baş vermir.
Azərbaycan Demokrat Firqəsi gərginliyi azaltmaq və təşkilatını yenidən qurmaq üçün 1963-cü il mayın 19-da dördüncü konfransını çağırdı. Amma partiya rəhbərliyindən kimsənin orada iştirak etməməsi bu dövrdəki soyuq münasibətlərdən xəbər verirdi. Firqə əvvəlcə konfransı mart ayında keçirməyi planlaşdırsa da, partiya rəhbərliyinin tələbi ilə aprel ayına qədər təxirə ssalındı. Konfrans planlaşdırılmış tarixdə başlayıb, aktual məsələlər, firqə və partiya münasibətləri, partiya təşkilatında yaranmış böhran müzakirə edildi. Böhrandan çıxmaq üçün konfransda partiya rəhbərliyinə məktub yazmaq təşdiqləndi. Bu məktubda partiyanın qurultay çığırması, qurultay olmadığı təqdirdə konfras çağırıb patiyanın yeni rəhbərliyinin seşilməsi tövsiyə edilmişdi. Azərbaycan Demokrat Firqəsinin bu tövsiyə və xahişi partiya rəhbərliyinin ürəyincə olmadı. Bu üzdən də İrəc İskəndəri firqənin konfrans keçirməsini şübhə altına almaq və qərarlarını ləğv etmək üçün tələsik Bakıya gəldi. Onlar(İskəndəri və Kambaxş) firqənin konfransının qərar və nəticələrini ləğv etmək üçün hətta Azərbaycan KP-nin birinci katibi Axundova da müraciət edərək müraciət etdilər. Lakin onlar bir səslə “biz sizin daxili işinizə qarışmırıq”-dedilər. (həmin mənbə-Danişian, səh. 255).
Nəhayət, İskəndəri Qulam Yəhya Danişian ilə görüşür. Ona xatırladır ki, siz bu konfransı özbaşına təşkil etmisiniz, biz bunu tanımırıq, hesabatınızı eşitməyə və görməyə ehtiyac görmürük və heç vaxt onun qərarlarını tanımayacağıq.
İskəndəri bu davranışı partiya rəhbərliyinin firqə müstəqilliyinə əhəmiyyət vermədiyini və bəlkə də onu tanımadığını,göstəricisi idi. Ona görə də firqənin adını qoruyub saxlamağın onlar üçün mənasız olduğunu bir daha göstərdi. Bu arada, İskəndəri öz tərəfdarlarını firqənin rəhbərliyində Azərbaycan Demokrat Firqəsi dördüncü konfransından sonra firqə rəhbərliyini təhkim etmək və partiyanın məktubuna baxmaq üçün 9 oktyabr 1963-cü ildə mərkəzi komitənin plenumunu çağırdı. Plenum ölkədəki vəziyyəti araşdırdıqdan sonra partiyanın fəaliyyətini tənqid etməklə yanaşı, belə bir qənaətə gəldi ki, onun tələbləri üzərində düşünməklə, fəaliyyətini irəli aparmaq üçün partiya ilə münasibətləri yenidən qurmalı və öz tələblərini açıq şəkildə bəyan etməlidir.
Azərbaycan Demokrat Firqəsinin partiyaya ünvanladığı məktubun bir hissəsində yazılmışdı: “Partiyanın müvəqqəti heyəti digər partiya orqan və təşkilatları ilə məsləhətləşmədən İranda aparılan sosial-iqtisadi islahatları boykot edir. (Firqə kənd məsələlərinə tam vaq1if idi. Çünki, öz hakimiyyəti dövründə ilk torpaq islahatına başladı.) Partiyanın müvəqqəti idarə heyəti tələsik dəyərləndirmə apararaq islahatlar referendumunu boykot etdiyini düşünürük. Bu bir səhvdir, çünki referendumda 5 milyondan artıq insan iştirak etmiş və partiya rəhbərliyi bu səhvi ilə ğz nüfuz və etibarına böyük zərbə vurmuşdur. , Məktubun başqa bir hissəsində partiyanın Milli Cəbhəyə yaxınlaşıb əməkdaşlıq etməli olduğu vurğulayaraq, daxildə nizamli bir təşkilatın olmasını zəruri etdiyini bildirirdi. Sadəcə maraqlı və sürətli yazılar yazmaqla kifayətlənməməli, rejimə qarşı mübarizədə milli maraqlara xidmət edən cərəyanları dəstəkləməliydik. Partiyanın proqramını müzakirə edilməli və 21 Azər hərəkatının əhəmiyyəti partiya nəşrlərində öz əksini tapmalıdır. (həmin mənbə, S. 259).
Firqənin məkubu alındıqdan az sonra partiya tərəfindən cavab gəldi. Partiyanın məktubunda əvvəlki ittihamlar təkrarlanmışdı. İrandakı vəziyyətlə bağlı firqənin mövqeyi tənqid olunmuşdu. ayrılmadan söhbət getdi. Ayrılmaqda söz gedirdi. Partiyanın müvəqqəti rəhbərliyi Azərbaycan Demokrat Firqəsinin öz ideyalarını partiyaya sırımağa çalışdığına inanmışdı. Bu da reallığa uyğun gəlmir. Nəticədə bəzi adamlara boş vədlər verməklə firqə daxilində parçalanmalar yaratmağa çalışdılar. Firqə də təşkilatdaxili birliyi qolumaqla yoluna davam etmək qənaətinə gəlməli oldu. Lakin yenə də partiya ilə münasibətlərini vədət prinsipi əsasında qorumalı oldu.
Azərbaycan Demokrat Firqəsi özünə tabe qurumları ilə siyasi, ictimai və mədəni fəaliyyətini davam etdirdi. Müntəzəm şəkildə və lszım gəldikdə öz plenumlarını təşkil etdi.
Qulam Yəhya Danişian 1966-cı ilin avqust ayındatəşkil olan ikinci plenumunda öz çıxışında belə demişdir: “Sovetlər İttifaqında doğulmuş 8 min gəncimiz var. Onları vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Çünki vətən onları gözləyir. Biz onları Azərbaycan hərəkatı tarixi və onda iştirak etmiş insanlarla tanış etməliyik. Danishian həmin çıxışında partiya ilə firqə arasında əməkdaşlıqdan da bəhs edərək deyir; İranda partiyanın iki üzvü həbs edilərək edam cəzasına məhkum edildi(Pərviz Hekmətcu və Əli Xavəri). Partiya onları xilas etmək üçün çox çalışara q onları müdafiə etmək üçün bacarıqlı vəkillər tutdu.Azərbaycan təşkilatı(firqə) butun xərcləri ödəməyi üzərinə götüredü. Hətta, Xavərinin müdafiəsini nəşriyyəmizdə çap etdik. Biz Xavərini ölümdən xilas edə bildik. (Hikmətcu həbsxanada öldürüldü.)
Firqə ictimai-siyasi fəaliyyətini inkişaf etdirmək üçün çoxsaylı plenumlar təşkil edir, ideoloji məsələlər üzərində işləyirdi. O, qadın və gəncləri ictimai, maarif və mədəni fəaliyyətlərdə aktivləşdirəyə çalışırdı. 1968-ci ilin fevralında təşkil olan plenumda “Səttar xan” Sərdari- Millinin anadan olmasının 100 illiyi gündəliyə gətirildi və o ubiley böyük təntənı ilə həyata keçirildi. Həmin ilin avqustunda növbəti plenum təşkil olundu və İranda partiya üzvlərinin həbsinin səbəbləri araşdırıldı. Görünür, məxfiliyin ən sadə prinsiplərinə əməl olunmamış və Radmənişin sadəliyi onun SAVAK-ın tələsinə düşməsinə səbəb olmuş. . Partiya ilə firqə vəhdətini araşdıran digər plenum 1971-ci il fevralın 5-də keçirildı. Plenumda partiya qurultayının çağırılmalı olduğunu xatırlandı. Çünki onun proqramı gqurultay tərəfindən təsdiq edilmək əvəzinə plenumda təsdiqnmışdı. Onun bəzi materialları köhnəlmiş və artıq öz effektini itirmişdir. Çünki dövlət tərəfindən onun bəzi istək və proqnozları(xalisə torpaqların bölünməsi) həyata keçirilmişdir.
Bu arada bəzi partiya kadrları firqədən bir qrup üzvlərini işləmək üçün ölkəyə göndərməsini istəyirdilər, firqə isə bundan imtina edərək deyirdi: “Biz ölkə daxilində gizli işləməyə hazır deyilik.Çünki yanlışlıqlarımızı bilməli, onları aydınlaşdırıb və düzəltməyə çalışmalıyıq.” (Qulam Yəhya Danişiianın 5 fevral 1971-ci ildə keçirilən Plenumdakı çıxışının xülasəsi).
Bu fəaliyyətlər toplusu onu göstərirki, Azərbaycan DemokratFirqəsi öz əhdinə sadiq qalmış və birlik(vədət) məqsədlərinə nail olmaq üçün çalışmışdır. Lakin bəzi partiya liderləri tərəfindən həmin davranış müşahidə edilmir. Çünki onlar təkcə firqəni ordaq və əməkdaş bilmirlər, həm də onupartıyanın alt məcmuəsi hesab edirdilər. Və bu məsələdə israr edirdilər ….
Ardı var
Birinci haşiyə yazı: Fəthəli şah Qacarın dövründə ölkə Avropaya göndərilən tələbələrin ilk qrupu Abbas Mirzənin istəyi ilə həyata keçirildi. Abbas Mirzə İranın məğlubiyyət və gerilik səbəblərini dərk etdi. Bunu kompensasiya etmək məqsədi ilə ilk qrup gəncləri yeni elm və texnologiyaları öyrənmək üçün Avropaya göndərdi. . Onun ardınca hər il bir sıra seçilmiş tələbələr dövlət imkanları ilə xaricə göndərilir və zaman keçdikcə onların sayı ildən-ilə artaraq Rza şahın dövründə ildə100-ə çatdı. İlk illərdə iranlı tələbələr Avropa Ölkələrinin Tələbələr Birliyinin təsiri altında öz həmkarlar ittifaqlarını yaradaraq, xarici valyuta və institutlarda tələbə maaşlarını əldə etmək üçün fəaliyyət göstərirdilər. Ölkədə 28 avqust dövlət çevrilişi və repressiyaların hökm sürməsi əcnəbi tələbələri siyasi səhnəyə çıxararaq, fəallaşdırdı. İstibdad rejimi ilə mübarizə aparmaq Avropa ölkələrində və ABŞ-dakı tələbələrin fəaliyyətinin bir hissəsinə çevrildi. 1960-cı il aprelin 16-dan 19-dək Fransa, İngiltərə və Almaniyada olan iranlı tələbələrin birliyi ilə “Dünya İranlı Tələbələr Konfederasiyası Almaniyanın Heydelberq şəhərində yaradıldı. . Bu iclası Mənuçehr Aştiani təşkil edildi. Konfederasiya İran Tudə Partiyasının (Sabitian, Hazarxani, Hamzei) tərəfdarları vasitısilı yaradıldır. Həmin ildə də ilk qurultayını Londonda keçirmişdir. Bir qrup isveçrəli və avstriyalı tələbələr bu konqresdə iştirak edirdilər. Parisdə keçirilən II qurultayda fransız tələbələr “Fars məktubu” adlı nəşriyyəni buraxırdılar. Bu il Tehran Universiteti Tələbə Təşkilatı və Amerika Birləşmiş Ştatları Tələbə Assosiasiyası ora üzv qəbul olundular. ABŞ Tələbə Assosiasiyası əsasən dini və ya milli düşüncəyə sahib idi. Milad ilinin 60-cı onilliyində Konfederasiyada müxtəlif solç meylli düşüncələr çoxsaylı parçalanmalara səbəb oldu. 1964 və 1945-ci illərdə !İran Tudə Partiyası İnqilabi Təşkilatı” və “Tufan” qrupu partiyanı revizionist və islahatçı adlandıraraq ondan ayrıldılar. Vyetnam və Kuba müharibəsi 1964-cü ildə konfederasiyanın keçirilən IV Konqresində onun başqa bir bölümünü ayırdı. Günəş ilinin onilliyinin ortalarında islamçı qruplar(Bəni Sədr, Qutbzadə, Çəmran və s.) konfederasiyadan ayrıldılar. 1968-ci ildə SSRİ-nin Çexoslovakiyaya müdaxiləsi və Çin (Maoist) tərəfdarlarının fəallaşması konfederasiyaya daha bir zərbə vurdu. Nəticədə bir neçə tələbə qrup və təşkilatları var olduqlarını elan etdilər.
1970-ci ildə “İranlı Tələbələrin Beynəlxalq Konfederasiyası” İran hökuməti tərəfindən qeyri-qanuni elan edildi. Konfederasiya daxilində sol radikalizmin güclənməsi və ölkədə partizan mübarizəsi fikir ayrılıqlarını daha da gücləndirdi. İran Tude partiyası konfederasiya tələbələrini tənqid etməyə başladı. Onları Maoist, anarxist, trotskiist, sağçı millətçi, ifratçı solçu ünsürlər olmaqda ittiham edirdi. (Mənuçehr Behzadi, Biz və konfederasiya, məqaləsi, Sənədlər və Baxışlar kitabında yenidən Nəşr, səh. 781)
Eyni zamanda o, xaricdəki gəncləri və tələbələri ölkə daxilində mübarizəyə yardım etməyə çağırdı. 1974-cü ildə Konfederasiya şah rejimini devirmək şüarını qəbul etdi…