Dr: Məhəmmədhüseyn Yəhyai
Günəş ilinin 40-cı onilliyi, əsasən 28 avqust dövlət çevrilişi və hərbi qüvvələrin siyasi-iqtisadi işlərə müdaxiləsi nəticəsində yaranan tənəzzül dövründən sonra, ciddi sosial gərginliklə başladı. Böhrandan çıxmaq üçün iqtisadi və sosial islahatlar qaçılmaz idi. İslahatların həyata keçirilməsi ilə sosial-iqtisadi struktur sürətlə dəyişdi və bu da cəmiyyətin sosial dəyişikliyə hazır olduğunu göstərirdi. Bir neçə mərhələdə aparılan torpaq islahatının həyata keçirilməsi ilə kənd yerlərindən çoxlu sayda işçi iri şəhərlərə axışdı. Şəhərlərin əhalisi sürətlə artdı. Lakin şəhərlərin infrastrukturu bütün yeni mühacirləri cəlb etmək gücünə malik deyildi. Nəticədə, şəhərlərin kənarında kartondan və dəmirdən daxmalar tikildi. Onlar “Hələbiabad”lar kimi tanındılar. Yaftabad, Türkabad, Nəziabad, Müftabad, Yaxşı Abad, Cavadiyyə, Dəmiryolu və s. bölgələrdə yerləşənlərin bir çoxunu türkdilli camaat təşkil edirdi. Bu mühacir axını çox vaxt rifahdan, sağlamlıqdan, təhsildən və …. xidmətlərdən məhrum idi.
Bu onillikdə torpaqlarının pulunu Kənd Təsərrüfatı Bankından almış bir qrup iri torpaq sahibləri günü-gündən bazarı genişlənən istehlak sənayesində iştirak etmək və gəlirlərini artırmaq üçün şəhərlərə köçdülər. Onlar cəmiyyət və köhnə iqtisadi quruluşun dəyişdiyini başa düşdülər. Ona görə də yeni quruluşda iştirak etmək və genişlənən bu bazardan daha çox yararlanmaq istədilər. Çünki siyasi hakimiyyətin əli ilə uzun müddətdən bəri feodalizm, böyük mülkiyyətçilik və ərbab-rəiyyət siseminin laxlayan əsasları məhv edilməkdə idi. Böyük mülkədarların bəziləri ruhanilərin köməyinə arxalanaraq sosial və iqtisadi dəyişikliklərə qarşı dirəniş göstərirdilər. Lakin çoxlu enişli-yoxuşlu günəş ilinin 40-ci onilliyi kapitalist sistemini hakim edərək sosial və iqtisadi quruluşu dəyişdirdi. Şah sarayı ona tabe olan bütün qurumları, o cümlədən siyasi, həmkarlar ittifaqı qrup və təşkilatları, bütün şəhər qrupları periferik ziddiyyətləri ilə birlikdə bu yeni strukturda öz yerini tapmalı idi. Padşah və saray bu sürətli dəyişikliklərdən narahat olaraq öz sabitliyini düşünərək, uzun və geniş təşkilatçılığı ilə iqtisadi-sosial inkişaf prosesinə nəzarət etmək, onu izləmək istəyirdi. Beləliklə də ictimaiyyətə nəzarət etmək üçün silahlı qüvvələri, iqtisadi institutları və təhlükəsizlik təşkilatı (SAVAK) möhkəmlənmək barədə düşünürdü.
Üçüncü (1962-1967) və dördüncü (1972-1982) inkişaf proqramlarında onların büdcələri neft gəlirlərinin artmasına uyğun olaraq çoxalarq 9,5 milyard dolları keçdi. Onun 3,9 milyarda yaxını infrastruktura, 1,2 milyardı kənd təsərrüfatına, 1,9 milyardı isə işçi qüvvəsinə xərcləndi.
Beləliklə, elektrik enerjisi istehsalı üçün bir neçə iri bəndlər habelə ölkənin infrastrukturı üçün minlərlə kilometr yol, liman, hava limanları və s. inşa edildi. Kənd təsərrüfatına traktor, kimyəvi gübrələr, suvarma avadanlığı və s. alındı. Humanitar və tibb sahələrində peşə məktəbləri, xəstəxana habelə universitetlər və … yaradıldı. Bu sahələr üçün geniş surətdə işçi qüvvəsi və kadrlar hazırlanmağa başladı. Bütün bu fəaliyyətlər bir tərəfdən Üdaxili Məhsulun həcmini artırdı, digər tərəfdən isə sosial-iqtisadi baxımdan orta təbəqəninyaranıb genişlənməsinə səbəb oldu. Bu da sonrakı illərdə ölkənin siyasi taleyində mühüm rol oynadı. Eyni halda şah həmişə öz hərbi, iqtisadi bazalarını düşünür və onları gücləndirməyə, xərclərini artırmağa çalışırdı. Beləliklə də, iqtisadi resursların önəmli bir hissəsi məhsuldar olmayan və hətta hərbi sənayenin artımında o qədər də uğur qazanmayan sahələrə sərf olunurdu. Lakin bu dövrdə qadınlar əmək bazarına daxil oldular. 1977-ci ildə onların dövlət dairələrində sayı 28%, məktəblərdə 30%, uşaq bağçalarında isə 100% hüdunda olmuşdur. Şah, 1971-1977-cı illər arasında hərbi bazasını gücləndirmək üçün Qərb ölkələrindən 12 milyard dollardan çox hərbi silah, o cümlədən döyüş təyyarələri (Fantom, Tomkat F-14, raketlər, hərbi gəmilər və s.) və digər avadanlıqlar aldı.
Con Foran İranın neft gəlirlərinin 20 faizindən çoxu silah alışına xərclənaətindədir. 1978-ci ildə ölkədə sayı 37.000 ibarət olan və əksəriyyəti toxunulmaz hüququna sahib ABŞ hərbi texnikləri və mülki personalı var idi. Onların hər birisinə ayda 9000 dollar maaş verilirdi, çünki səbəbi iranlıların ABŞ-dan alınmış silahlardan istifadə edə bilməməsi idi. (Con Foran, İranın İctimai İnkişaf Tarixi, tərcüməsi Əhməd Tədəyyün, səh. 512).
Şah hərbi və təhlükəsizlik qüvvələrini gücləndirməklə yanaşı, maddi vəziyyətini yaxşılaşdırdı. Çünki ətrafındakılara maaş və müavinətlər vermək üçün sarayın maliyyə imkanlarını da artırdı. Şah və Sarayın maliyyə qaynaqları daşınmaz əmlak, neft komissiyaları, ticarət və müxtəlif sahələrdə investisiyalar (maşınqayırma, avtomobil, tikinti və toxuculuq) Pəhləvi Fondunun maliyyə qaynaqlarından təmin olunurdu. Bu fondə bir çox şirkətlərdə(mədən, sement , bank, sığorta, kənd təsərrüfatı, sənaye və s.) paya sahib idi.
Günəş ilinin 40-cı onilliyinin sonu, 50-ci onilliyin ortalarında şah öz təkəbbür və qüruruna o qədər qərq olmuşdu ki, heç kimi dinləmək istəmirdi. O, Narsisizm əlamətləri göstərən tədbirlərə əl atdı. Beləliklə, bir qrup da ona yaltaqlıq etməklə yanaşı, müxtəlif titullar verirdilər. Bu istiqamətdə azərbaycanlı senator(deputat) Rezazadə Şəfəq kimi bir yaşılı ona “Ariya Mehr” titulunu təklif etdiv və bu da pşahın xoşuna gəlib, müsbət qarşılandı.(Məsud Behnud, Seyid Ziyadan Bəxtiyara Qədər, s. 534)
Eyni halda Milli Radio və Televiziyanın açılması ilə bədii və millətçilik təbliğatı artdı. Bu fəaliyyətlərin əksəriyyəti şahın ehtişamlığı üçün təbliğat məqsədləri daşıyırdı. Bununla yanaşı, neft gəlirlərinin çoxalması hərbi güçün artmasana və nümayişinə səbəb oldu. Beləliklə, kiçik periferik ölkələrə müdaxilə etməsinə qədər (Şeyx Dhofarın qorunub saxlanması) davam etdi. Şah öz rejimini regional jandarm adlandıraraq sol qüvvələrə müqavimət göstərirdi. O, hakimiyyətinin ikinci dövründə diktaturasını genişləndirərək Rza şah kimi əsiki milətçiliyə söykənməklə hicri tarixini imperiyaya tarixilə dəyişdirdi. Baha başa gələn 2500 illik bayramları keçirməyə göstəriş verdi. İctimaiyyətə istəyini təhmil etmək üçün “Rəstaxiz” adlı bir geniş partiyanın təməlini qoydu. O, buc part iyanı yaratmaqla məqsədi ölkənin siyasi, iqtisadi və sosial orqanlarına nüfuz etmək və onları nəzarət altına almaq idi.
Şah uzun illər əvvəl “Vətənim üçün missiya” kitabında yazırdı ki, mən bir konstitusiya monarxı olarq partiyaların fəaliyyətini dəstəkləyirəm, istibdaddan, təkpartiyalı sistemə qarşıym. Lakin o, neftin qiymətinin ardıçıl olaraq bahalaşdığı bir vaxtda bürokratiyanın güclənməsi və hərbi-təhlükəsizlik qüvvələrinin kəskin artması ilə təkpartiyalı sistemə meyl etdi. O, 1352-ci günəş ilinin istənd ayının 11-də öz çıxışında bu məsələni xalqa bəyan etdi. Bunun ardınca “Yeni İran” Partiyasının keçmiş baş katibi Əmir Abbas Hüveyda yeni yaradılan partiyanın sədri seçildi. (Aydındır ki, Hüveryda şaha və “Rəstaxiz” partiyasına qarşı olmuş kimi görünməsə də, şahın bu əməlinə nikbin baxmadı və gələcəyi qaranlıq görürdü və xüsusi dairələrdə bu məsələni vurğulayırdı.)
Şah təkəbbür və eqoizmlə özünü məmləkətin sahibi kimi göstərdi. O, təkpartiyalılığı tənqid edənlərin qarşısında deyirdi: “Bu vəziyyəti qəbul etmək istəməyənlərə bu ölkədə yer yoxdur, bu partiyaya sıralarına qoşulmaq istəməyənlər Tudə partiyasının tərəfdarlarıdırlar. Bu satqınlar və xainlər ya həbsdə olmalı, ya da bu ölkədən getməlidirlər. Onun bu bəyanatı mövcud konstitusiyaya zidd idi. O, həm də öz əmr və hökmlərini qanundan üstün tutdurdu. Şahla çox rəğbət göstərən “New York Times” qəzetinin jurnalisti Con Axes İrana səfər etdikdən sonra 30 sentyabr 1975-ci ildə həmin qəzetdə dərc olunan məqaləsində yazırdı: “XIV Lüdovikin “dövlət mənəm” dediyi söz dünyanın heç bir ölkəsində bugünkü İrandakı qədər öz təşdiqini tapmamışdır. Bu sözdən əsəbləşən şah ertəsi gün saray naziri “Aləm”ə dedi: “bu itin oğlu yazıb mən XIV Lüdovikəm, halbuki o irticanın beynidir, mən isə inqilabın lideriyəm. (Abbas Milani, Şaha baxış, səh. 432)
Bu çıxış şahda təkəbbür və özünəgüvənliyin göstəricisidir. “Rastaxiz” partiyası “Yeni İranın və Xalq partiyalarının birləşməsindən yarandı. O partiya “Şah və Millət İnqilabı” ilə bağlı öz varlıq fəlsəfəsini bir kitabçada çap etdirərək yazdı: “İmperator “Aria Mehr”(şaha verilən tituldur) ölkədə sinif anlayışını kökündən silmiş. Sinfi məsələlərə və sinfi mübarizəyə həmişəlik son qoymuş. Şah təkcə İranın siyasi lideri deyil, ilk növbədə o, öz milləti üçün yollar, körpülər, bəndlər, su kəmərləri çəkdirməklə yanaşı, həm də xalqının ruhuna, düşüncəsinə, qəlbinə işıq salan bir mənəvi müəllim və liderdir. (Yervand Abrahamiandan sitat gətirilmişdir, yuxarıda qeyd olunan, səh. 543)
Bu çıxış şahın həmişə sol qüvvələrdən nigərançılığını göstərir. Bəzən şah bu hərəkətləri ilə onların şüarlarını təhrif etməyə çalışmışdır. “Rəstaxiz” Partiyasının yaranmasından sonra şahın diktaturası kəskin şəkildə artmağa başladı. Şah orta təbəqənin qəlbinə yol tapıb onları idarə etmək arzusunda idi. Çünki onlar günü-gündən şahın hərəkətlərindən daha çox narahat və məyus olurdular. Beləliklə, xalqla rejim arasında getdikcə daha çox uçurum hiss olunurdu və onlar artıq bir-birlərinə inanmırdılar. . Şah və tərəfdarları hesab edirdilər ki, bu məsələdə bəzi nəşiyyələrin önəmirolları olduğu üçün onların nəşrinin qarşısı alınmalıdır. Şah böhra və gərginliyi azaltmaq üçün onlarla nəşriyyənin bağlanmasını habelə yazıçı, şair və ziyalıların(əksəriyyəti azərbaycanlı olan) həbs edilməsini əmr etdi. O, həmkarlar ittifaqları və zəhmətkeş təşkilatları üzərində nəzarəti artırdı. (Dini nəşriyyələrin əksəriyyəti bu represiyadan kənarda qaldı. Vəqf Təşkilatı və Tehran Universitetinin İlahiyyat Fakültəsi, din ocaqları, onlara aid çoxsaylı kitab və nəşriyyələr çap edildi.)
Neft gəlirlərinin istifadəsi ilə ölkənin müasirləşməsi və iqtisadi yüksəlişinin davam etdiyi illərdə rejimin aşkar və gizli dəstəyi ilə dini fəaliyyətlər xeyli dərəcədə genişlənirdi. Ölkədə sement və kərpic qıtlığı yaranması bəzi layihələrin həyata keçirilməsinin qarşısını almaqa səbəb oldu. 1977-ci ildə məscidlərin sayı 75000-i ötməsinə baxmayaraq onların tikintisi yenədə davam edirdi. “Rəstaxiz” Partiyası bütün vasitələrə və təbliğata əl atmasına baxmayaraq xalq arasında özünə mövqe qazana bilmədi. Milli Məclisə keçirilən ilk seçkilərdə iştirakçıların sayı azaldı. , Təhlükəsizlik məmurları və SAVAK müxtəlif yollarla çoxlu sayda namizədi seçkidən uzaqlaşdırdı. Lazım gəldikdə bəzilərindən istifadə etmək üçün seçkiyə müdaxilə edərək onları parlamentə girdi. Onlardan biri və uzun illər xaricdə yaşayan “Əhməd Bəni Əhməd” Təbriz şəhərindən parlamentə getdi. Sosial böhranın başlaması ilə o, yüksək səslə hökuməti və onun fəaliyyətini sərt tənqid etdi. Demək olar ki, o, şaha və onun rejiminə qarşı ən kəskin çtənqidi çıxış edənlərdən biri idi. Lakin saxta pyeslər oynadığına baxmayaraq, xalqın diqqəti edə bilməyib və uğursuzluğa düçar oldu. Bu dövrdə “Pan-İranist” Partiyasından “Möhsün Pezeşqpur” və “Amili Tehrani” kimi şəxslər də parlamentə daxil olaraq özlərinin faşist sayağı şüarlarını təkrarladılar. Neft gəlirləri artdıqca şahın beynində başqq bir fikir də firlanırdı. O da qədim Fars İmperiyasının şanlı dövrünün, zəngin mədəniyyətinin tanınması və şahın istifadə etdiyi İranda monarxiyanın davam etməsi üçün 2500 illik yubileyinin keçirilməsi fikri idi. Şahın bu hərəkəti ilə yeni şəraitdə beynəlxalq sistemdə İrana yer verilməsi və şəxsiyyət qazanması üçün onu bir vasitə kimi göstərmək idi. Lakin əməldə bu şənliklərin böyük xərcləriha belə bəzi yüksək rütbəli məmurların maliyyə sui-istifadələri ilə bağlı yayılan və tez bir zamanda məşhurlaşan söz-söhbətlər bu şənliyi şahın əleyhdarları üçün fürsətə çevirdi. (Abbas Milani, həmin mənbə, səh. 405)
Dünyada yeni rekordları qeydə alan “Ginnes”in illik rekordlar kitabında 1980-ci ildə heyrətedici xərcləri ilə bağlı yazır: “İranda monarxiyanın 2500-cü ildönümü bu günə qədər tarixdə ən təmtəraqla qeydə alınan ziyafət sayılır.Yemək və şərab ofisantları(qulluqçuları) hər biri Avropadan işə götürülmüşdür. Onların bəziləri şahın ailəsi ilə fransada qaldığı “Se. Moritz” otelində olan işçılərdən seçilmişdir. 2500 illik bayram tədbirlərini işıqlandırmaq üçün İrana gələn xarici jurnalistlərə ölkənin digər bölgələrinə getməyə habelə müşahidələri barədə məlumat verməyə icazə verilməyirdi. SAVAK və təhlükəsizlik nazirliyi onların gecəqondulara, yoxsul məntəqələrə və ya böyük şəhərlərin kənarına getməsinə mane olsalar da, bəzən onların bəziləri fürsətdən istifadə edərək bu yerlərə gedib reportajlar hazırlayırdılar. Onların birisinin reportajinda belə yazılmışdır: “Cavadiyyə rayonunda 27 kv.metrlik evlərdə 20 nəfərin yaşadığını, kanalizasiyanın kənarında tənəkə dəmirdən ev tikən insanların habelə şəhər hüdudlarından kənarda Amerikadan ölkəyə gətirilən malların möhkəm və davamlı kartonlarından inşa edilən evlərdə yaşayan insanları gördüm.(Məsud Behnoud, Seyid Ziyadan Bəxtiyara Qədər, s. 569)
Bu dövrdə şahın ambisiyaların sonu görünmürdü. Demək olar ki, yalnız 1974-cü ildə o, 1973-cü ildə ABŞ-dan silah alan bütün dünya ölkələri qədər müasir və bahalı silahlar aldı.
Bu dövrdə sol qüvvələrə qarşı şiddətli mübarizə davam edirdi. Təhlükəsizlik qüvvələri və SAVAK-ın məqsədi cctimaiyyətdə qorxu və panika yaratmaq üçün bu qüvvələri məhv etmək, onları vəhşicəsinə öldürmək idi. 40-cı onilliyin ortalarında SAVAK məmurları İran Tudə Partiyasının içinə sızaraq, təşkilatlanmaq üçün ölkəyə gəlmiş bir sıra partiya üzvlərini həbs və ya məhv etmişdi. Partiyanın mübarizə üsulunu tənqid edən və əksəriyyəti tələbə olan gənclər dünyadakı partizan hərəkatlarından ilhamlanaraq, zamanın gedişi ilə üyğun təşkilatlanmağa başladılar. 40-ci onilliyin sonu 50-ci onilliyin başlanğıcında “Xalq Fədai Partizanları” təşkilatı yarandı. Bu gənclərin sosial-iqtisadi bazaları çox vaxt şəhərin orta və yuxarı iqtisadi və sosial təbəqələrinə mənsub idi. Bu üsyankar gənclərin bəziləri yoxsul zəhmətkeşlərin, bəzən də yoxsul kəndlilərin onlara qoşulacağına inanaraq üsyana və silahlı mübarizəyə üz tutdular. Onların bir çoxu Xorasan, Tehran və Azərbaycandan idi. Onlar xalqın kapitalizm zülmündən qurtulacağına inanan təmiz və pak insanlar idi. Onlar mübarizə yolnu seçməkdə, ictimai şəraiti dərk və təhlil etməkdə yanışlığa yuvarlanmaqlarına baxmayaraq, yoxsul kütlələri bədbəxtlikdən qurtarmaq üçün özlərini qurban verməyə hazır idilər. , Onların bir hissəsi silahlı mübarizəyə üz tutdular və bu da 1950-ci illərin əvvəllərində küçə döyüşlərinə səbəb oldu.
Rejim qisas almaq üçün dəhşətli cinayət törətdiə Siyasi məhbuslardan bir qrupunu(sonradan Cəzəni qrupu adlandırldı) Evin səhralarında (Evin təpələri) qətlə yetirdi. Bu qrupda, Xalq Fədailərindən (Cəzani, Ziya Zərifi, Kələntəri, Cəlili Əfşar, Sərmadi, Çupobanzadə) və Xalq Mücahidlərindən isə(Zülənvar və Cavan Xoşdel) idilər. Ertəsi gün rejimə bağlı qəzetlər və ya SAVAK-ın nəzarətində olan nəşriyyələr onların həbsxanadan qaçmağa çalışdıqları üçün vurulduqlarını yazdılar. Lakin kimsə buna inanmadı. Bir müddət sonra Ali Məktəbinin bir qrup yazıçı, rəssam, işçi və tələbələrin mübahisəli məhkəməsi Televiziyada başladı. Sonda “Kəramət Danişian” və “Xosro Qolsorxi” adlı iki nəfər edma məhkum oldu. Silahlı mübarizə və küçə toqquşmaları genişləndikcə, sui-qəsdlərin sayı da artırdı. Qısa müddətd ərzində ordunun məhkəmə başçısı general Farsio, kapitalist Fateh Yəzdi, İran Tudə Partiyasına sızan SAVAK məmuru Abbas Şəhriari, təxribatla mübarizə komitəsinin rəhbəri general Tahiri və bir neçə amerikalı polkovnik terror olundular. Bu edam və sui-qəsd xəbərləri bütün dünyaya sürətlə yayıldı. İranda artıq təhlükəsiz və siyasi sabitlik adası sözü eşidilmədi.(həmişə reşim tərəfindən İranın bir sabitlik və təhlükəsizlik adası olduğu təbliğ edilirdi.)
Bu artan sui-qəsd tendensiyası şahı çox narahat edir, əsəbləşdirir və bəzən də gicəldirdi. Ona görə də ictimaiyyətdə təzyiq və represiyaı artırdı.
Bu illərdə Saidi, Bərahəni, Xaksar, Paknəjad, Sultanpur, Behazin, Hezarxani və… kimi çoxlu sayda ziyalılar, yazıçılar həbs olundular. , Bu tendensiya göstərdi ki, İran “Veyl” quysuna, naməlum və qeyri-müəyyən gələcəyə doğru irəliləyir.
İran Tudə Partiyası gənclərin qəzəblənmələrini diqqət mərkəzində saylyaraq onu öz nəşiylərində əks etdirməsinə baxmayaraq şəxslərin terror edilməsini müdafiə etmirdi. Bu barədə yazırdı: “Partiyamız heç vaxt fərdi qətli kütləvi siyasi mübarizə ilə əvəz etməyib və etməyəcək. Terrorizmlə mübarizədə marksist klassiklərinin prinsipial təhlilini praktiki dəyər hesab edir. (Ehsan Təbəri, Marksizm və Terrorizm, Dünya jurnalı, No 2, 1344-cü il yay)
Bununla bağlı başqa yerdə yazır: “Hazırkı şəraitdə nəticəsiz və ya səmərəsiz təkbətək müharibələr yalnız qüvvə və vasitələrin itkisi ilə nəticələnə bilər.” (Nurəddin Kianuri, İran Xalq Fədai Partizanları və İran Tudə Partiyası, “Dünya” jurnalı, № 4, iyul 1975)
İran Tudə Partiya şəhər partizanlarının hərəkətlərinə qarşı çıxdı və fərdi sui-qəsdlərin hərəkatın xeyrinə olmadığını bəyan edirdi. O, döyüşən qüvvələri təşkilatlanmağa çağırırdı.
İranda baş verənlər partiyanın plenumlarında öz əksini tapırdı. Partiyanın 13-cü plenumu 1969-cu il noyabrın 6-dan 11-dək Polşada keçirildi. Bu plenumda SAVAK məmuru olan Abbas Şəhriari və onun Tehran təşkilatına sızmış dəstəsinin(Şəhriyari dəstəsinin Ruhulla Məlayiri adlı üzvü və Tehran təşkilatının Radmaneşə ünvanlanmış məktubu ilə birlikdə Sovet İttifaqı sərhədçıləri tərəfindən tanınır) məsələsi bir daha araşdırıldı. Həmin plenumda Şəhriyariyə güvənən partiyanın birinci katibi Radmaneşin fəaliyyəti partiyanın katibliyinin və idarə heyətinin digər iki üzvü tərəfindən ciddi şəkildə tənqid olundu. Ona görə də məsələni araşdırmaq üçün bir komissiya yaradıldı. Bu komissiyada Radməniş, İskəndəri, Kambaxş, Təbəri, Qudvə, Cüvdət və Qulam Yəhya Danişian iştirak etdi.
13-cü Plenumda Radmənişin mövqeyi ciddi şəkildə sarsıldı. Nəhayət o, partiyanın birinci katibi vəzifəsindən azad edildi. Onun yerinə müvəqqəti olaraq uzun illər partiyanın birinci katibi vəzifəsinə can atan İrəc İskəndəri seçildi. Radməniş, İskəndəri və Kambəxş partiyanın ən yüksək heyət olan katiblər heyətinin uzvü idilər. Bu heyətdən sonra partiyanın icraiyyə heyəti ikinci yerdə dururdu. Firqə üzvlərindən bəziləri İH-nin üzvü olmaqla yanaşı, partiyanın birinci katibinin seçilməsində də rollarə var idi. İskəndəri Azərbaycanın, Demokrat Firqəsi ilə o qədər də konstruktiv və yaxşı münasibətdə deyildi, bunu da dəfələrlə öz davranış və danışıqlarında göstərmişdir. Ona görə də partiya ilə firqə münasibətləri yenidən gərginləşdi, çünki partiya Azərbaycanında firqəni partiyanın bir bölməsi kimi görməkdə israrlı edərək onun təşkilati müstəqilliyinə inanmırdı. Radmaneşin baş katib vəzifəsindən azad edilməsi və ölkə daxilində partiyanın mühüm məsuliyyəti həyata keçirmək Kianuri, İskəndəri və Kambəxşə tapşırıldı.
Ölkədə siyasi hadisələrin sürətləndiyi bir vaxtda, yəni 1970-ci ilin dekabrında Partiya Mərkəzi Komitəsinin XIV Plenumu keçirildi. Bu plenumda partiyanın İH-nin hesabatına baxılması habelə katiblər heyətinin və İH-nin seçilməsinin müzakirə olunması güliyə gətirilmişdi. Plenum, 13-14-cü Plenumlar arasındakı dövrdə İ.H tərəfrindən təklif olunan kollektiv və təşkilati iş prinsiplərinin çoxsaylı pozulması hallarını nəzərə alaraq, yoldaş Radməniş haqıında məsələ müəyyənləşdi, yəni onu partiyanın birinci katibi və İran bölməsi vəzifəsindən azad edilməsi təşdiq etdi. Plenumda yaranmış vəziyyətin əsas səbəbini onuncu plenumdan sonra kollektiv rəhbərliyin zəifliyində gördü. Plenum partiya rəhbərliyində bu problem həll olunadan, yəni aktivliklik yaranmadan digər məsələlərin həllinin mümkün olmadığını xatırladıldı. (Sənədlər və Baxışlar, səh. 579)
Bu plenumda partiyanın birinci katibi İskəndərinin İrandakı vəziyyətin təhlili ilə bağlı məruzəsi icraiyyə şurası tərəfindən qəbul edilməyib və gələcəkdə yenidən baxılmasına qərar verildi. Bu plenumda Radməniş ən ağır tənqidə məruz qaldı. Plenum onun avantürist yollarla partiyaya rəhbərlik etməyə çalışdığını, ölkədə inqilabın obyektiv şərtlərinin zərurətini və rejimin devrilməsinin gündəliyə gətirilməsi iddiasını irəli sürməsini vurğuladı. plenum Radmənişi İraqda “Tiymur Bəxtiyar”la görüşməsini Təhlükəsizlik Təşkilatının partiyanı gözdən salması kimi qiymətləndirərək, onu avantürist planlara sövq etməklə təşkilatda böyük təxribat törətməkdə günahlandırdı.( həmin mənbə, səh 582)
Sonda plenum belə nəticəyə gəlir ki, qrup rəhbərliyi səmərəsizdir. Çünki səkkiz il müddətində partiya işləri bu üç nəfərdən ibarət qrupa (katiblər heyətinə)) tapşırıldığına baxmayaraq Radməniş işləri təkbaşına idarə etdib və bu özbaşınalıq partiya nüfuzuna zərbə vurmuşdur.
XIV plenumda İrəc İskəndəri birinci, Kəmbəxş isə ikinci katib seçildi. O zaman partiya rəhbərliyində üçüncü katib vəzifəsi yox idi. Lakin qısa bir məddətdən sonra Kambəxş infakt keçirərək dünyasını dəyişdi.( 10 noyabr 1971) Kambəxşı vəfatından sonra İran bölməsinin məsuliyyəti və mərkəzi komitənin ikinci katibi vəzifəsi Kianuriyə tapşırıldı. Kianuri Leybzikdə partiya katibliyi xaricində yeni bir şöbə yaratdı. Bu bölmə üçün Ənuşirəvan İbrahimi (firqədən), Mənuçehr Behzadi və Kazım Nadim adlı üç nəfəri əməkdaşlığa dəvət etdi. Ənuşirəvan İbrahimi Azərbaycan Demokrat Firqəsi üzvü və Qulam Yəhya Daneşianın Bakıdakı müavini. Azərbaycanda işğalçılar tərəfindən edam edilən Azərbaycan Milli Hökumətinin prokuroru Firidun İbrahiminin qardaşı idi. Beləliklə, Bakıdan Ənuşirəvan İbrahimi və Bolqarıstandan “Peyk İran” radiosu işçisi Kazım Nədim Demokratik Almaniyaya ezam olundular. Bu plenumda bəziləri Azərbaycan Demokrat Firqəsindən olanlar yeni yaranmış icraiyyə heyətinin üzvlüyünə seçildi. İdarə heyətində İsgəndəri, Kambəxş, Təbəri, Danishian, Cövdət, Səfəri, Mizani, Kianuri və Qüdvə iştirak edirdilər.
İranda sol hərəkatın radikallaşdığı bir vaxtda İskəndəri partiyanın birinci katibi seçildi. İrəc İskəndəri İran Tudə Partiyasının (53 nəfərlik qrup) ilk üzvlərindən biri olmuş. Qacar şahzadələrindən biri olaraq sosializ ideyasına inanan birsiyasi şəxsiyyət olmuş, Fransada təhsil almış, partiya siyasətində orta mövqedə olmuş və daha çox Radmənişə meylli olmuşdur. (Kapital Marksı fars dilinə tərcümə etmişdi).
Ölkəni şəraitinə diqqət yetirdikdə İran Tudə Partiyası regiyonun iqtisadiyyat və siyasətinə təsir edən bir təşkilata çütün bölmələrində evrilmişdi. O, ictimaiyyətin ziyalı kütləsinin inkişafında təsiredici rolu var idi. Partiya geniş təbliğata başladı və bu da özünü təşkilatın bütün bölmələrində göstərdi.
Azərbaycan Demokrat Firqəsi də partiyayanın fəaliyyəti ilə yanaşı, Azərbaycan Respublikası daxilində fəaliyyətini genişləndirdi və bu da ölkə daxilindəki sürətlə gedən iqtisadi-sosial inkişafı əks etdirdi. Eyni zamanda, partiyanın tərəfdarları Qərbi Avropa və ABŞ-da gndən-günə artan tələbələr qrupu daxilində geniş təbliğat aparmağa başladılar. Partiya İran ictimaiyyətində inqlab mərhələsini milli demokratik mərhələdə olduğunu bildirərək belə qiymətləndirdi: “ Ölkədə fəhlələr, inqilabçı ziyalılar, xırda peşə sahibləri milli burjuaziya ilə əməkdaşlıq edib və İran inqilabının bu mərhələsini həyata keçirməlidirlər.”
Çünki kəmiyyət və keyfiyyət baxımından işçi sinfi ona təkbaşına rəhbərlik etmək iqtidarında deyildir. Ona yalnız sosialist mərhələsinə getməyə yön verə bilər. Tez bir zamanda partiya fəhlə sinfini təşkilatlandırmaqla o mərhələni həyata keçirməyə çalışacaqdır. Halbuki sol qüvvələrin və partizan hərəkatının bir qrupu İranda inqilabı ” xalq demokratiyası” mərhələəsində olduğuna habelə fəhlə sinfinin istənilən üsyanda dominant rol oynaya biləcəyinə və ona rəhbərlik edə biləcəyinə inanırdı. Partiya iqtisadi və sosial prosesi daha çox Sovet İttifaqı və digər sosialist ölkələrinin köməyi ilə həyata keçirilən sənayeləşmədə görürdü. Bu ictimai hərəkatın gedişatı işçilərin kəmiyyət və keyfiyyətinin artması yönündə olduğuna inanaraq o prosesin davamıda israrlı idi. Onunla yanaşı partiya ölkə daxilində mübariz dəstələr yaratdı. Azərbaycan bölgəsində təşkilatlanma işlərinə Ənuşirəvan İbrahimi rəhbərlik edirdi. Lakin ölkənin başqa bölgələrində təşkilatlanma işinə Kianuri başçılıq edirdi. Məhəmməd Mehdi Partovi və Rəhman Hatifinin əməkdaşlığı ilə “Navid” qrupu 1975-ci ilin dekabrında “Navid” həftəlik jurnalının ilk sayını nəşr etdi. Rəhman Hatefi “Keyhan” qəzetində də fəaliyyət göstərirdi və onun redaktor müavini idi (o vaxt Əmir Tahiri redaktor idi). Bu iş 50-ci onilliyə qədər davam etdi. Partovi və Hatefi “Huşəng Tizabi” ilə çox yaxın dost idilər. “Nəvid”in nəşri də bu yaxınlığın və dostluğun nəticəsi idi, “Huşəng Tizabi” 1974-cü ildə ikinci həbsi zamanı işgəncələr altında öldürüldü. Görünür, bu müddət ərzində ölkə daxilində partiyanın başqa formalaşmış özəkləri də olmuşdur.
İran Tudə Partiyasının XV Plenumu 1975-ci ilin iyulunda Berlində (Demokratik Almaniya) keçirildi. Bu plenum XIV Plenumdan bir neçə il sonra keçirilirdi. Demək olarki, bu plenumun keçirilməsi İrandakı yarnan bu şərait və xalq mübarizəsinin yüksək zirvədə olduğu baxımdan böyük önəm daşıyırdı. Çünki İranda gedən hadisələr yaxın gələcəkdə ölkə dərin bir dəyişikliyin olmasını göstərirdi. Ona görə də İsgəndərinin birinci katibiliyi dövründə bir neçə illik sakitlikdən sonra partiyanın rəhbərliyində növbəti dəfə dəyişikliklər baş verirdi. Yeni şəraitdə partiyaya ölkənin daxili hərəkatı ilə koordinasiya edə bilən yeni bir proqram lazım idi.
Yeniproqramda deyilirdi: “ Bu plenum təsdiq edir ki, İran ictimaiyyətinin dərin və elmi təhlilindən sonra monarxiyanın devrilməsinin, ölkəmizdə milli-demokratik respublikanın qurulmasının, İran cəmiyyətində əsaslı dəyişikliklərin həyata keçiriləsinin, onun sosializm mərhələsinə yönəlməsininin zərurətini əvvəlcədən görür və dərk edir.” (Sənədlər və Baxışlar, səh. 661)
XV plenumda partiyanın təsdiq edilmiş proqramında Azərbaycan və Kürdüstan hərəkatı ilə bağlı belə deyilirdi: “1325-1325-ci illərdə Azərbaycanda və Kürdüstanda milli-demokratik hərəkat geniş vüsət aldı. Bu bölgələrdə Azərbaycan və Kürdüstanın demokratik partiyaları yaradılaraq bu iki xalqın mənafeyi uğrunda qəhrəmancasına mübarizə apardılar. Vəhdət Konfransı əsasında Azərbaycan Demokratik Firqəsi öz adını və mərkəzi komitəsini saxlayaraq, Partiya Əyalət Komitəsi statusuna yilənir. (Sənədlər və Baxışlar, səh. 667).
Təbiidir ki, Azərbaycan Demokrat Firqəsi Müstəqil Mərkəzi Komitəsi adını qoruyub saxlaması Əyalət Komitəsinin konsepsiyasına uyğun deyildi və ona zidd idi.
Hər halda 15-ci Plenum bir daha milli məsələyə toxunaraq siyasi islahat bölməsində belə deyilirdi: “İran Milli-Demokratik Respublikası hökuməti İran xalqlarının könüllü razılığı əsasında birliyini dəstəkləyir və ona inanır. Xalqlar arasında real və mənəvi birlik. bərabərlik və dostluğa əsaslanaraq İranda milli zülmü aradan qaldırılmalı və aşağıdakı prinsiplər həyata keçirilməlidir.
A: İran xalqlarının öz müqəddəratını təyin etmək hüququnun tam təmin edilməsi.
B: İranda yaşayan milli azlıqların milli, sosial və mədəni haqlarının tanışması.
Partiya İranda millətlər sözünü işlətməkdən çəkinirdi. Halbuki o, rəsmi sənətlərində İranı çoxmillətli ölkə göstərmişdi.
. Bu plenum vasitəsi ilə Kianuri komandası öz mövqeyini möhkəmləndirdi və o,(Kianvari) İran təşkilatının idarəçiliyini öz üzərinə götürdü. Bu arada İranda nəşr olunan “Navid” qəzetinin tirajı artır, bəzən onun nüsxələri xaricə və partiya katibliyinə göndərilirdi. XV Plenumun keçirilməsi ilə Kianvar ikinci katib vəzifəsinə, müşavir üzvüləri olan Cavad Mizani (Cavanşir) və Həmid Səfəri isə siyasi heyət üzvülüyünə qəbul edildilər. Partiyanın üç qadin üzvü onun mərkəzi qqadrı vəzifəsinə yüksəldi. Bu plenumda şəxslərin seçilməsi açıq şəkildə aparılırdı və bu da bəzən iştirakçıların etirazına səbəb olurdu. Kianuri plenumda həmişə xatırladırdı ki, İranda vəziyyət dəyişir və ölkə inqilabi şəraitə doğrü gedir. Müqavilində, partiya və firqəin digər üvləri, o cümlədən İskəndər, Noruzu, Cövdətəsəfəri vəziyyəti normal sayaraq şahla barışmaq və ölkədə iqtisadi-sosial yüksəliş prosesinin tərəfdarı kimi çıxış edirdilər. İskəndəri çıxış və yazılarında diktaturanın ləğvi habelə xalqın demokratik hüquqlarının təmin edilməsini, Kianvari isə bunu qəbul etməyərək İranda imperiya rejiminin devrilməsini istəyirdi. İrandakı vəziyyətdən ilham alan bu iki fikir hər gün daha qabarıq şəkildə özünü göstərir və partiyanın mərkəzi kadrlarında arasında fikir ayrılığını artırırdı. Nəhayət, plenum belə bir qərara gəldi ki, “şahın zalım hakimiyyətini devrilməlidir!” şüarı əvvəlki şüarları ilə dəyişidirilməlidir.(Maziyar Behruz, İdealist Üsyançılar, s. 147).
Lakin partiyanın proqramı ölkədə inqilabi mərhələni Milli-Demokratik mərhələ adlandıran və digər qüvvələrlə vahid cəbhəyə çağıran əvvəlki prosedurlarla siyasətini tənzimlənməyə davam etdi. Eyni halda dövlətin İranı sənayeləşməkdə dövlətin apradığı siyasəti dəstəkləyirdi və bu da “Şahın İstibdad Hakimiyyətini devrilməlidir!” şüarı ilə uyğun deyildi. XV Plenumdan bir neçə ay sonra ölkəni sosial-iqtisadi böhranlar özzünü göstərməyə başladı. Ölkə “Rəstaxi” adlı geniş partiyanın yaradılması, neft gəlirlərinin artması ilə ölkə büdcəsini və iqtisadiyyatını bu neft gəlirlərindən tam asılı vəziyyətə gətirib çıxardı. Neftin qiymətinin cüzi dəyişməsi, onun ixracının azalması ölkənin inkişafına və iqtisadi sisteminə ziyan vururdu. Bu da ölkədə ictimai hərəkatları qızışdıra bilərdi.
Şahın qüdrətin zirvəsində olmasına baxmayaraq ciddi nigərançılıq keçirirdi. Digər tərəfdən, ABŞ bəzi senatorları Tehrana qabaqcıl hərbi texnikanın satılmasından narazı olduqlarını və bəziləri isə insan hüquqlarının riayət olunmasını bəyan edirdilər.
Əmir Əsədulla Ələm “Abdolreza Huşənq Məhdəvi”nin nəzarəti altında tərtib edilmiş “Şahla Söhbətlərim” adlı məxfi xatirə kitabında yazır: “Amerikalı jurnalist habelə iranlıların dostu olan Cozef Kraft ilə müsahibədə dedim; Cimi Karterin düşmənlərimizin təbliğatının təsiri altına oluğu üçün təəccüblənirəm. Bizim siyasi məhbuslarımız kommunistdir və bu ölkədə kommunitlərin fəaliyyətləri qanunsuzdur. “Xalqı siyasi azadlıqdan məhrum etmişik” sözləri, düşmənlərimizin tutu quşu kimi təkrar etdiyi şuarlardır. Silahlara gəlincə, biz ABŞ hərbi texnikasına o qədər pul xərcləyirik ki, nə ABŞ hökuməti, nə də onları istehsan edən başqa dövlətlər onu bizdən əsirgəyə bilməzlər.” (Şahla Söhbətlərim, səh…)
Bir tərəfdən də geniş silah alışı və dövlətin həddən artıq xərclərin artması, digər tərəfdən isə böhran və həyəcan təbili çalırdı. Həmçinin gəlirlərinin artması ilə hökumət böyük bir sahibkara çevrilmiş və iqtisadiyyatın həcmi böyüb 20%-ə qədər inkişaf etdi. Bu rəqəmin ən kiçik azalması işsizlik, inflyasiya və böhrana gətirib çıxara bilərdi. Bəzi ictimai fəallar vəziyyəti “neft lənəti” adlandırırdılar. 1353-cü ildə iqtisadiyyat pulla o qədər qərq olmuşdu ki, birdən-birə şahın əmri ilə mərkəzda inkişaf planı hazırlamaq tələb olundu. İqtisadi və infrastruktur imkanları nəzərə alınmadan dövlət büdcəsi iki qat artırıldı. Bəzi əyalətlər bu böyük büdcəni cəlb etməkdə çətinliklə üzləşdilər. Həmin il büdcə profisiti(artığı) 2 milyard dolları çox oldu, lakin sonrakı illərdə onun kəsiri bu dəfə artaraq 7,3 milyard dollardan da çox oldu.1976-cı ildə vəziyyət daha da pisləşdi, böyük şəhərlərə mühacirət davam etdi. İnflyasiya sürətlə yayıldı və elektrik enerjisinin tez-tez kəsilməsi ölkə istehsalına ciddi ziyan vuraraq ailələrin narazılığına səbəb oldu. Neft ixracının və valyuta gəlirlərinin bir qədər azalması şahı qorxudaraq ölkədə iqtisadiyyatın iflasa uğramaq təhlükəsi olduğunu etiraf etməyə məcbur oldu.
Ələm yazır: “Padşah təlaşla mənə dedi: “Müflis olduq, iqtisadiyyatın bütün təkərləri dayanmağa məhkumdur. (həmin əsər, 3 yanvar 1976-cı il).
1977-ci ildə böhran daha da dərinləşdi və şah bəzi yüksək rütbəli dövlət xadimlərini dəyişmək məcburiyyətində qaldı. Bir neçə il şahın baş naziri olmuş Əmir Abbas Hüveyda istefa verməyə məcbur oldu. O, avqust ayının 14-də istefa verdi. Uzun illər baş nazir postunu gözləyən Cəmşid Amuzgar hökumətin rəhbərliyini öz üzərinə götürdü və 1977-ci il avqustun ortalarında kabinetini formalaşdırdı. Eyni halda, o, “Rəstaxi” Partiyasının baş katib vəzifəsinə nail olmuşdu.
Müxalifət partiyalarının sərbəst, azad mətbuat xərclərə, israfçılığa, oğurluğa, korrupsiyaya nəzarət olmadığı bir vaxta habelə dörd il ərzində artan kütləvi neft gəlirlərindən sonra ölkə iqtisadiyyatı çöküş astanasında qərar tapdı. Cəmiş Amuzqar iqtisadiyyatı idarə etmək üçün xaricdən kreditlər almağa və ciddi qənaətə ehtiyac duyurdu. Neft gəlirlərindən yaranan sərxoşluq dövrü başa çatdı, ən az iqtisadi qənaətin həyata keçirilməsi və xərclərin azaldılması ilə ölkə əhalısının böyük bir qrupu narazılar sırasına qoşuldu. Cəmiş Amuzqar öz proqramında ölkədə açıq siyasi fəzanın olmasını bəyan edirdi. Lakin o, istibdad rejimlərdə demokratiyaya keçidin avtoritarizm üçün təhlükəli an olduğunu və bəzən də sistemi məhv etdiyini bilmirdi. Üstəlik, Amuzqarın demokratiyaya keçmək və onun icrası üçün heç bir planı yox idi. Amuzqar qiymətlərin sürətlə artmasının qarşısını almaq üçün xərcləri azaltmaqla büdcə kəsiri problemini həll etməyə çalışsa da, elektrik enerjisinin kəsilməsi (bəzən gündə bir neçə saat) insanları çox qəzəbləndirir, hiddətləndirir və hirsləndirirdi. Am teuzqar xnokratlara söykənmişdi. O, Təbrizin kapitalisti, Azərbaycanın ən böyük kibrit zavodunun sahibi Hacı Təvakolun oğlu Tağı Təvəkküli”ni Energetika Nazirliyinə gətirdi. İctimai narazılığı azaltmaq və həmçinin daxili məsrəfi təmin üçün energetika naziri Yaponiyadan bir sıra kiçik miqyaslı qazla işləyən elektrik stansiyaları aldı. Lakin sənaye kompleksləridə istehsalın azalması işçi qüvvəsinin bir hissəsini ixtisar etməsinə gətirib çıxardı. Bu da əmək sektorunda narazılığa səbəb oldu. Amuzqar tupikə dirənmişdi, çünki iqtisadi böhran dərinləşirdi. Öz gələcəyindən nigərançılıq keçirən şah ziddiyyətli sözlər deməyə davam edir, bəzən açıq siyasi fəzanın yaranmasını müdafiə edib və iqtisadi inkişafdan danışaraq deyirdi: “nəyin olub-olmadığını xalqa deyin (Milli Müdafiə Universitetdə mühazirə)”
Bəzən o, azadlığı lüks əşya adlandırır və Polşaya səfəri zamanı o ölkənin mətbuatı ilə söhbətində deyirdi: “Siyasi azadlıq bir yoxsul adam üçün lüks şeydir.”
1977-ci ilin ikinci yarısından uzun müddət yazmaqdan, söz söyləməkdən yasaq edilmiş bəzi yazıçı və mütəfəkkirlər yazıb danışmağa başladılar. Hənin ilin son aylarında getdikcə sayı artmaqda idi. Şamlu, Bərahəni, Saidi, Şayigan və başqaları kəskin tənqidi yazılar yazmağa başladılar. Şah yenə əsəbiləşdi və Fransanın Figaro qəzetinə verdiyi müsahibədə dedi: “Nə vaxt bu ölkədə insanlara azadlıqlar verməyə qərar versək, fosillər, pozqular və mənfi söyləyənlər ayağa qalxırlar. Onlar xalqa etdikləri xəyanəti sübuta yetirmişlər. S.C.Pişəvəri sağlığına badə qaldıranlar, ayağa qalxaraq suyu lilləndirib və balıq tutmaq istəyirlər.”(Məsud Behnud, Seyyid Zayadan Bəxtiyara Qədər, səh 828)
Şah bu çıxışı ilə ömrünün sonuna qədər Azərbaycan Demokrat Firqəsinə nifrət bəslədiyini və hətta ömrünün son aylarında da bu düşmənçilikdən əl çəkmədiyini göstərdi. Şah azadlığın öz əlində olduğuna inanırdı və bu üzdən də nə vaxt lazım bilsə, onu xalqa hədiyə edəcək.
Bu aylarda (1977-ci ilin son ayları) siyasi fəaliyyət ən yüksək həddə çatdı və genişləndi. Kazem Hasibinin başçılıq etdiyi İran, İran Milləti və Milli Sosialist Cəbhəsi partiyalarının iştirakı ilə “IV Milli Cəbhə” öz varlığını elan etdi. Lakin təhlükəsizlik qüvvələrinin və SAVAK-ın hücumu səbəbindən onların ilk toplantısı uğursuz oldu. Bu isə iğtişaşlara səbəb oldu. Halbuki Təbriz Xalqının qiyamı adı ilə tanınan Təbriz hadisəsi ölkənin siyasi tərazlığını alt-üst etdi və İran xalqın üsyanında yeni bir səhifə yaratdı 1356-ci günəş ilinin bəhmən ayının 29-dan əvvəl Ayətulla Şəriətmədari ilə əlaqə quruldu ki, Təbriz xalqını sakitliyə çaxırsın. Əlbəttə belə nəzərə gəlirdi ki, Təbrizedə mühüm hadisə baş verməyəcək. Halbuki Təbrizdə vəziyyət kül altına közə bənzəyirdi və hər an alovlana bilərdi. 29 aban( noyabrın 20-də) səhər saatlarında çoxlu sayda Təbriz Universitetinin tələbəsi hökumət əleyhinə şüarlar səsləndirərək şəhər mərkəzinə doğru yürüş etdilər. Yolda bir çox vətəndaş da onlara qoşuldu. Şəhərin müxtəlif yerlərində yerləşdirilən, tank və transportyorlarla silahlanmış hərbi qüvvələr tələbə vəəhalinin izdihamını dağıda bilmədilər. Nəticədə etirazlar genişlənərək iğtişaşlarlara səbəb oldu. Bu iğtişaşda bir sıra ticarət mərkəzləri və banklar dağıdılaraq oda çəkildi, camaatda həyəcanı artırdı. Həmçinin şahın bir sıra heykəlləri dağıdılıb və pulemyot atəşinin səsi gecəyə qədər davam etdi. Təbriz uzun illər belə hadisələrlə üzləşməmişdi, çünki Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra bölgədə bir növ gizli(elan olunmamış) hərbi vəziyyət hökm sürürdü və istənilən üsyanın qarşısı tez bir zamanda alındı. Təbriz xalqının üsyanı şah hökumətini çox narahat etdi. Onlaru üsyan bir sürpiriz oldu üçün b təəccübləndirib və Amuzgar hökumətinin mövqeyini təhlükə altına aldı. Şah hökumətinin bəzi məmurları böhranın dərinliyini və rejiminin devirəcəyini dərk etdilər. Təbriz hadisəsinin ertəsi günü ordu başçıları şahla birlikdə bir toplantı keçirdilər. Bu iclasda ordu komandirləri arasında fikir ayrılığı yarandı.Bəzi komandırlər şahın ümidsizliyini, çaşğınlığını və habelə ruhiyyəsini itirdiyini görüb və anladılr. Ona görə də ordu komandirləri əvvəlkindən daha çox özlərini necə xilas edəcəklərini düşünməyə başladılar. Baxmayaraq ki, onlar yenə də şaha təsəlli vermək üçün öz boş şüarlarını səsləndirdilər. Sonrakı günlərdə Amuzgarın parlament müavini “Hülakü Rambod” Milli Məclisdə məruzəsində bildirdi: “Sərhədin o tayından gələn xarici agentlər bu hadisəni törətdilər, onların arasında əsil bir azərbaycanlı yox idi …”
Yenə də həmişəki şüarlar təkrarlanırdı. Yenə də Azərbaycan xalqı keçmişdə olduğu kimi alçaldırılırdı. Lakin ABŞ səfiri “Sallivan” Dövlət Departamentinə verdiyi hesabatda qeyd etdi ki, xalq istibdaddan və korrupsiyadan bezmişdir.
Təbriz hadisələri ölkənin siyasi tarixində dönüş nöqtəsi oldu, o vaxtdan bəri yazıçılar, hüquqşünaslar, professorlar və ziyalılar senzuranı ləğv etmək üçün Amuzgar hökumətinə təzyiq göstərdilər. Təbriz yenidən xalq hərəkatının mərkəzinə çevrildi. Daha siyasi sabitlikdən söhbət getmırdi. Xarici diplomatlar aidiyyatı ölkələrə verdikləri hesabatlarda rejimin sabitləşə bilməyəcəyini xatırladırdaraq hadisələr iğtişaşların genişləndiyini göstərdiyini vurğulayırdılar. Hətta rejimin devrilməsindən və onun effektivliyini itirilməsində də danışır və yazırdılar.
Təbriz hadisələri o qədər ki, xalqa yanaşmaqda hökmdarları məyus etdisə, o qədərdə rejim müxalifətini də cəsarətləndirib və qətiyyətli etdi. Amuzgar həbiçilərə müraciət edərək ilk addımda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini olmuş “general Şəfqəti” Azimudə adlı başqa bir general ilə dəyişərək Şərqi Azərbaycana vali seçdi.
Təbriz hadisələrindən sonra etiraz edən xalqın şüarlarında bir dönüş yarandı və bu dəfə şahın özü hədəfə alındı. Siyasi məhbuslar misli görünməmiş bir aclıq aksiyasına başlayaraq təhlükəsizlik qüvvələrinə və SAVAK-a təzyiqləri artırdılar. 1978-ci ilin aprel ayının ilk günlərində Təbriz əhalisi növbəti dəfə böyük bir etiraza başlayaraq onları müdafiə vədəstəkləmək üçün Təbriz bazarı bağlandı. Təbriz küçələrində gedən döyüş çox sayda insanın ölümünə və yaralanmasına səbəb oldu. Bu dəfə Ayətulla Şəriətmədari öz fikrini bildirərək çıxış etdi. Bir sıra xarici jurnalistlər ondan müsahibə almaq üçün Quma gediblər. Şəriətmədari bu müsahibəsində dəfələrlə konstitusiya və onun icrası haqqında çıxış edərək dedi: “İlk növbədə konstitusiyanın dəqiq həyata keçirilməsini istəyirik”.
Amma eyni zamanda Xomeyni çıxışında rejimlə güzəştə getməyi və konstitusiyanın həyata keçirilməsinin vurğulanmasını pisləyirdi. Belə nəzərə gəlirdi ki, onların arasında fikir ayrılıqları və rəqabət getdikcə artır və gələcəkdə bu münasibətlər gərginləşəcəyi güman edilirdi. Şəriətmədari böhrandan çıxmaq üçün şaha məsləhət görür ki, ölkədə sakitliyi bərpa etmək məqsədilə bir sıra ifrat ruhanilər, o cümlədən Sadiq Xalxali həbs olunsun. (Fərahin Xatirələri, Əbədi Eşq, Mahmud Tüluinin sitat gətirdiyi, Məktublar və Adlar, səh. 498).
Ordu və təhlükəsizlik qüvvələri Təbriz hadisələrinin ölkənin digər bölgələrində təkrarlanmamasının habelə müxtəlif bölgələrdə gedən nümayişlərin o hadisələrlə əlaqələnməsinin qarşısını almağa çalışdılar. Ölkədə iqtisadi və sosial vəziyyət pisləşməyə doğru gedirdi. , İqtisadi artım kəskin şəkildə azalmaqda idi. Amuzgar bir neçə şəhərdə hərbi vəziyyət elan etdi, lakin cəmiyyətdə sakitliyi bərpa edə bilməyərək uğursuzluğa düçar oldu və 26 sentyabr 1978-ci ildə veteran siyasətçi olan “Şərif İmami” ilə əvəz edildi.
Şərif İmami hökumətini “Milli Darışıq Dövləti” adlandırdı.(Şərif İmami ölkənin siyasi tarixində 5% kimi tanınırdı, çünki baölanan hər bir böyük müqavilədən 5% pay alırdı.)
Şərif İmami 13 il Senatın, Pəhləvi Fondunun, Ticarət Palatasının sədri habelə dini qruplarla yaxşı münasibətdə olmuş. O, ilk addımda bir qrup şah tərəfdarlarını müxtəlif cinayətlərə, o cümlədən korrupsiyaya görə işdən çıxardı. Lakin ictimaiyyətdə sakitlik yaranmadı. Şərif İmami yenidən ölkənin tarixini imperiya tarixindən hicri şəmsi ilinə dəyişdi. Həmçinin əyləncə mərkəzlərinin(kazinolar, meyxanalar və s.) bağlanmasına göstəriş verdi. bir Yenə də Cəmiyyətdə hökm sürməsi vacib olan azadlıqdan danışdı və “Vətən Təhlükədə” olduğunu dəfələrlə vurğuladı. Ölkədən xaricə kapital axını daha da sürətlənmişdi. Bu dəfə Kərim Səncabinin başçılığı ilə IV Milli Cəbhə öz fəaliyyətə başladı. Ardıcıllıqla nümayişlər davam etməkdə idi. Dünənə qədər ağızlarına möhür vuraraq rejimə yaltaqlıq edən depodatlar birdən-birə müxalifətə keçdilər. Onların bəziləri, o cümlədən Təbriz təmsilçisi “Əhməd Bəni Əhməd” özlərini xalqla bir sırada göstərmək üçün rejimi tənqid edirdilər. Rejim müxalifəti özünü təşkilatlandırırdı. “Yazıçılar Cəmiyyəti” inqlabçı şair və İran Tudə Pariyası tərəfdarı olan “Behazin”i cəmiyyətin seçdı. Senzuraya qarşı müqavimət kəskin şəkildə artdı. Vəkillər Kollegiyası yaradıldı, İran Azadlıq və İnsan Haqlarını Müdafiə Cəmiyyəti fəaliyyətə başladı. Milli Akademiklər Təşkilatı elan edildi. Habelə digər həmkarlar ittifaqları və siyasi qruplar yaradıldı. Bu cəmiyyətlər rejimə təzyiqləri artırdılar. Bu arada Azərbaycanın əski siyasətçiləri fürsət axtarmaq və Xomeyni ilə rəqabət aparmaq üçün siyasi partiya yaratdılar. Bu istiqamətdə Rəhmətulla Müqəddəm Marağai “Radikal Hərəkat” adl bir partiya yaradıb və özünü Ayətulla Şəriətmədariyə yaxınlaşdırdı. Bu şəraitdə şah rejimindən ən çox əziyyət çəkən Azərbaycan Demokrat Firqəsinin böşluğu hiss olunurdu.
İğtişaşlar bütün ölkəyə yayıldığı bir vaxta, Xomeyni dostları ilə birlikdə Parisin Orli hava limanına daxil oldular. Xomeyni qısa müddət ərzində çoxdan gəlişinə hazırlanan “Nouvel Loussatou” məhəlləsində məskunlaşdı. Alma ağacının altı dünya mətbuatının söhbətinə çevrildi. Demək olar ki, ölkədə dəyişikliklər sürətlə davam edirdi. Mehr ayının 24-i Müstafa Xomeyninin vəfatının ildönümü Xomeyni tərəfdarlarına özlərini ictimaiyyətə təqdim etmək üçün daha bir bəhanə oldu. Bəzi əski siyasətçilər Xomeyni ilə görüşmək üçün Fransaya gedirdilər. Onlardan biri olan Səncabi Xomeyni ilə görüşündə belə qənaətə gəldi ki, Xomeyni şah hökumətinə güzəştə getmək istəmir çünki hər gün yeni tələblər irəli sürərək deyir: “Şah getməlidir və monarxiya qeyri-legitimdir.”
Ona görə də o vaxta qədər konstitusiyaya və onun həyata keçirilməsinə dəstək verən Milli Cəbhə bu şüardan vaz keçərək, rejimin devrilməsinin zəruriliyindən danışırdı. Qruplar və siyasi şəxsiyyətlər özistəklərindən vaz keçib və Xomeyninin bazasını gücləndirməyə yardım edirdilər.
Ayətulla Şəriətmədari bir müsahibədə dedi: “Bizim Ayətulla Xomeyni ilə ortaq məqsədimiz var. Biz istəyirik ki, konstitusiyada deyildiyi kimi hökumət demokratik bir gücə çevrilsin.Biz “Milli Cəbhə”, “Azadlıq Üçün Birlik”(Bəni Əhməd Qrupu) və paniranistlər ilə əlaqədəyik. (Məsud Behnuddan sitat gətirir, həmin əsər, səh. 808).
Sonralar(günlər və aylar sonra) Şəriətmədari öz mövqeyində geri çəkilərək Xomeynini dəstəkləməyə başladı.
Günəş ilinin aban ayının 14-də ölkədə mühüm və taleyüklü bir hadisə baş verdi. Simasında ümidsizlik və üməyusluq əlamətləri görünən şah televiziyaya çıxaraq titrək səslə dedi: “Əziz İran xalqı, mən sizin inqlab səsinizi eşitdim.”
Lakin o, hərbi kabineti formalaşdırmaq üçün General Qulamrza Əzhərini baş nazir təyin etdi. Əzhari hərbi formada cəmiyyətə, kabinetini təqdim etdi. O, bir neçə gün sonra Hüveyda, Azmun, Ruhani, Nikpey, Dariuş Hümayun, general Nasiri və Höcəbr Yəzdani barəsində həbs qərarı verdi. Lakin heç bir tədbir insanların küçələrə çıxmasına mane ola bilmirdi, xalq artıq küçələrdə nəzarəti ələ keçirmişdi.
Bu arada 1979-cu ilin ilk həftəsində Karter (ABŞ), Jiskar d’Esten (Fransa), Kallahan (Böyük Britaniya), Şmidt (Federal Almaniya)-nin iştirakı ilə “Qvadelup” konfransıkeçirildi. Görüşdə Jiskar d’Esten dedi: “İrandan gələn informasiyaya əsassən artıq şahın işi bitmişdirş”
Callahan və Carter onun bu bəyanatını dəstəkləyərək dedilər: “ Xomeyni ilə münasibət qurmaq barədə düşünməliyik.”
Lakin Şmidt şahı müdafi etmək tərəfdarı idi. Amma Şahın işi bitmişdi. Baxmayaraq ki, Bjezinski, Nelson Rokfeller, Kissinger, Sallivan, Cyrus Vance, Əşraf, Zahidi və başqaları şahı bu çətin durumdan xilas etmək üçün bir yol tapmağa çalışırdılar.
Əzhərinin hökuməti qısa zaman kəsiyində süqut etdi. Siyasi dairələrdə onun infarkt keçirdiyi deyilirdi. Bu dəfə hökumətin qurulması Şapur Bəxtiyara tapşırıldı. Bəxtiyar 1979-cu il yanvarın 8-də öz hökumətini qurdu. Onun dövləti hərbi hökumət deyildi, lakin hərbiçılır tərəfindən dəstəklənməli idi. Hərbiçilərin bəziləri Bəxtiyara qarşı çıxdılar. Bu durumdan qəzəblənən general Qulaməli Oveysi istefa verib və ölkəni tərk etdi. Bəxtiyar bütün siyasi məhbusları azad etdi və ordu ilə yaxşı münasibət qurmağa çalışdı. Şah yorğunluğunu və istirahətə ehtiyac olduğunu bildirərək yanvarın 7-də ölkəni tərk etdi. Xomeyni fevralın 30-də Tehrana gəldi. İnqilab Şurası yaradıldı. General Hayzer və Sallivan general Qarabağinin vasitəçiliyi əsasında İnqilab Şurasının iki üzvü ilə görüşüdülər. Onlar ABŞ-a verdikləri hesabatda yazırdılar: “Bəxtiyar və ordu müqavimət göstərsələr, ölkədə kommunizm hərəkatı başlayacaq və bu da bizim mənafeyimiz üçün təhlükəli olacaq. Çünki regionun digər ölkələrinə də yayılacaq, ən yaxşı yol İslam Respublikasını qəbul etmək və onu formalaşdırmaqdır.
Xomeyni Ələvi məktəbində məskunlaşdı. İlk fürsətdəTehran Bələdiyyəsi Cavad Şəhristani öz istefa ərizəsini Xomeyniyə təqdimetdi. 1979-cu il fevralın 4-də İnqlab Şurası Mehdi Bazarqan baş nazir olmaq üçün Xumeyniyə təqdim etdi. Fevralın 6-da Milli Şura Məclis nümayəndələri Bəxtiyarı vəzifəsindən azad edərək Bazarqanı baş nazir seçdilər. Fevralın 8-də ən Xomeyni hərbçilərə bir bəyanat göndərdi. O bəyanatın bir bölümündə belə deyilirdi: “Biz hərbçilərə deyirik, İslam kafirlikdən yaxşıdır. Millət sizin üçün yadellidən yaxşıdır. Biz sizə bunu deyirik. Siz də özünüz üçün bu işi görün, başqa şeyləri buraxın. Düşünməyin ki, qoymasanız, gəlib sizi asarıq…”
Fevralın 12-də orduda əsgərlərlə Hərbi Hava Qüvvələrinin üzvləri arasında toqquşma xəbəri yayıldı. Bəxtiyar hələ də müqavimətdən danışmağa davam edirdi. Amma Tehran küçələrində başqa şeylərhadisələr baş verirdi. Bəhmən ayının 22-də ordu öz bitərəfliyini(neytrallığını) elan dərək Ordunun Ali Şurası hərbi hissələrinə öz kazarmalarına qayıtmağı əmr edir.
Şah ömrünün son günlərində inqilabın köklərini axtarmağa çalışırdı.İ ngiltərənin İrandakı səfiri Entoni Parsons ilə söhbətində dedi: “ Mənin iki səhvim oldu. Birincisi “Rəstaxiz” partiyası yaratmaq və ikincisi isə hicri tarixini İperaturluq tarixinə çevirmək idi.”
Bu da ictimai reallıqları və sosial strokturu dərk etməkdə acizliyini göstərirdi. Şah “Tarixə cavab” kitabında dəfələrlə inqilabın səbəbkarini yadelli müdaxilələri gördüyünü təkrarlayır, o, İnqlabın daxili köklərinə diqqət yetirmir. Şah devrilməsinin başqa bir səbəbini də neft siyasəti ilə əlaqələndirərək yazırdı: “… inqilabı anlamaq üçün neft siyasətini başa düşmək lazımdır! Neftdən ədalətli pay istəyərək tiran, quldur oldum….”
Hətta xalq kütləsinin iradəsi olan azadlığa hücum edibvə deyirdi: “…belə qənaətə gəldim ki, 1956 və 1957-ci il hadisələrinin səbəblərindən biri də universitetləri tələsik açmağım olmuş….”
Bu ifadə doğru olmasa da, o, ən kiçik böhran qarşısında Amerika və İngiltərə səfirlikləri ilə əlaqə saxlayırdı. Son aylarda həmişə “ bu amerikalılar bizim bizdən nə istəyirlər?”- deyirdi. O, böhranı idarə etməyə qadir deyildi və ondan qaçırdı. Ən kiçik siyasi böhran və artan sosial iğtişaşlar qarşısındə ruhiyyəsini itirirdi.
1975-ci ilin iyulunda İran Tudə Partiyası Mərkəzi Komitəsinin 15-ci Plenumunun göstərişi ilə Kianuri ölkə daxilində təşkilatın məsuliyyətini öz üzərinə götürərək uzaqdan onu təqib edirdi. Nəvid təşkilatı ilə birlikdə ölkədə daxilində olan müxtəlif mərkəzlərdə siyasi və həmkarlar ittifaqı təşkilatını yaratmaqda idi. Kianuri və komandasının davranış tərzinə partiyanın mərkəzi komitəsi daxilində ciddi etiraz var idi. Bəziləri onu düşüncə pozqunluğu və solçu adlandırırdı. Baxmayaraq ki, partiya rejimin devrilməsinin qaçılmaz olduğu qənaətinə gəlmişdi, lakin laik və dünyəvi bir respublikanın qurulmasınl istəyirdi. Ölkənin daxili vəziyyətinə və Xomeyni tərəfdarlarının rəhbərliyinə görə Kianuri inqilaba Xomeyninin başçılıq etməsinə inanırdı. Lakin bəzi digər partiya rəhbəri, o cümələdən, İsgəndəri komandası İrandakı inqilabi hərəkatı mötədil görür və demokratik hüquqların bərpasını vurğulayırdılar. .Onlar Xomeyninin rəhbərliyi altında onun demokratik quruluş qura bilməyəcəyinə şübhə edirdilər. Burada Azərbaycan Demokrat Firqəsinin mövqeyi həlledici idi. Firqə rəhbəri Qulam Yəhya Daneşyan Kianurinin fikirləri ilə razılaşmasa da, ölkədə baş verən sürətli inkişaf onu Kianuriyə yaxınlaşdırdı. Bu arada sovet rəsmiləri və Heydər Əliyev başda olmaqla Azərbaycan Kommunist Partiyası şah rejimi son günlərini keçirdiyi və hətta Xomeyninin rəhbərliyini İranın sosial reallığı kimi qəbul etdiyi qənaətinə gəlmişdi. Bu üzdən də 1978-ci ilin noyabrında Sovetlər vəziyyəti o qədər kritik qiymətləndirdi ki, ABŞ-a hərbi müdaxilə barədə xəbərdarlıq edərək “Pravda” qəzeti inqilabçılara hərbi çevrilişin təhlükələri barədə məlumat verdi. Xomeynini inqilabın lideri adlandıraraq onu proqnozlaşdırdı və xalqın iradəsinə əsaslanan hökumətin yəni dini hakimiyyətin qurulmasından bəhs etməmişdir (Maziar Behruz, İdealist üsyançıları, s. 177)
1978-ci il dekabrın 14-də İran Tudə Partiyasının icraiyyə heyəti toplandı keçirib və partiyanın rəhbərliyində dəyişikliklər etdi. Kianurinin İran təşkilatındakı məsuliyyətini nəzərə alaraq onu İskəndərinin yerinə gətirdi. Çünki XVI Plenumun təşkil olduqda onu partiyanın birinci katibliyinə təyin etsinlər. Azərbaycan Demokratik Firqəsi İranın şərtlərinə uyğun olaraq Kianurinin birinci katib olmasını qəbul etdi. Kianuri işi irəli aparmaq üçün firqə təşkilatından Həmid Səfərini partiyanın ikinci katibliyə, Fərəculla Mizanini (Cavanşir) isə üçüncü katibliyə təklif etdi. Əlbəttə siyasi büru(katiblik) üzvlüyünə iki nəfər də(firqədən Ənuşirəvan İbrahımı və Behzadi) təklif olundu. Birlikdə bu təkliflər plenumda öz təsdiqini tapdı.
1978-ci ilin martında Leybzikdə XVI Plenum keçirildi. Bu plenumda İcraiyyə heyətinin 1978-ci il dekabrın 13-dəki qərarlarını, yəni siyasi büronun və icraiyyə Heyətinin tərkibində dəyişiklik edilməsi, o cümlədən Kianurinin MK-nın birinci katibi seçilməsi ilə bağlı çıxarılan qərarı təsdiq edildi.(Sənədlər və baxışlar səh.941)
Plenum Kianuri, İskəndəri, Qudvə, Təbəri, Mizani, Cüvdət, Behzadi, Safari, İbrahimi icraiyyə heyəti üzvləri, Məryəm Firuz, Əmir Xosrəvi, Şandermani, Rəsədi mərkəzi komitənin müşavir üzvu seçildilər.
VI plenumda uzun illər şah həbsxanasında olan hərbi zabitlər(Həcəri, Keyməniş, Şəltuki, Əmui) qiyabı olaraq mərkəzi komitənin üzvü seçildilər.
XVI Plenum partiya fəaliyyəti üçün bütün üzv və kadrlardan İrana qayıtmağı tələb etdi. Yalnız qocalıq və ya xəstəlik səbəbindən Danişian, Əmirxızı, Avansiyan və Radmanişə İrana qayıtmaqdan imtina edə biləcəkləri deyildi. Təbii ki, partiya kadrlarından az sayda qayitdi. kadr Ənuşirəvan. Partiyanın rəhbərliyində olan Azərbaycan Demokrat Firqəsindən olan İbrahimi və Həmid Səfəri İrana qayıdıblar. Bir müddət sonra Həmid Səfəri xəstəliklə əlaqədar Avropaya qayıtdı. İskəndəri də uzun müddət İranda qalmadı. Belə nəzərə gəlir ki, onlaropaya geri qayıtmalarına səbəb olan amillər fikir və ideya ayrılığı habelə ruhaniyyətin hakimiyyətə yiyələnməsi ilə bağlıdır.