(1898 – 1946)
Urmu şəhərinin kərpic kürələri.Mən bu kürələri heç görməmişdim.Hətta 20 il bundan əvvəl belə.Çünki, 20 il bundan əvvəl mən Urmu şəhərinə tamamilə başqa bir iş üçün ezam olunmuşdum.Lakin indi 20 ildən sonra kərpic kürələrində tənha dolanır, onun yerləşdiyi məntəqədə gəzişirdim.Nəhayət, kürələrin dərinliyində yerləşən enli bir divarın dibində sıra ilə düzülmüş baş daşlarını tapdım.Qollarımı sinəmdə çarpazlayıb sükut etdim. Xalqımızın xoşbəxtliyi və ölkələrimizin istiqlalı uğrunda canlarından keçmiş olan bu qəhrəmanların qardaşlıq məzarı qarşısında başımı ehtiramla əydim.Sonra irəli keçib baş daşlarını nəzərdən keçirdim.Daşları bir – birindən fərqləndirən heç bir əlamət yox idi.Onların üzərində nə ad, nə soyad və nə də tarix yazılmamışdı.Əlbəttdə, mən 20 il bundan əvvəl Milli Hökumət dövründə Urmu ətrafında qaçaqçılarla mübarizə zamanı dostlaşdığım bir adamın xatirəsini yad etmək üçün buraya gəlmişdim.Vəli Gənce Mehrin xatirəsini yad etmək üçün, ancaq nə fərq var.Onun yanında yatan digər şəhidlərin də xatirəsi mənim üçün Vəli qədər əziz idi.Şəhərdən, gözdən uzaq , kimsəsiz bir yerdə soyuq məzarın qucağında əbədi yuxuya dalmış bu qəhrəmanlardan yalnız birini – Vəlini tanıyırdım.Onun həyatı və keçdiyi mübarizə yolu haqqında ətraflı məlumat toplamışdım.Tehranda rastlaşdığım firqəçilərdən biri vaxtilə həmin şəhidlərin 22 – lərin içərisində olmuş və gözlənilməz təsadüf nəticəsində canını ölümün pəncəsindən xilas edə bilmişdi.Həmin adamın dedikləri və söylədiyi hekayət indi bir daha gözlərim önündən gəlib keçdi.Diqqətlə baş daşlarını süzdüm.Onlardan biri sanki, canlandı.Elə bil daşın yerindən orta boylu, ağ bənizli möhkəm bədənli bir vücud baş qaldırdı.Mən onu təbəssümdən qaynar gözlərindən tanıdım.O, necə də dəyişmişdi.20 il bundan qabaqda gördüyüm kimi qalmışdı.Çiyinlərindəki paqonlar və ulduzlar par – par parıldayırdı.Belindəki kəməri möhkəm dartmışdı.Ayaqlarındakı qara çəkmələr bərq vururdu.O, sanki, təbəssüm dolu dodaqlarını açıb məni səslədi.Onun cavabında:
– Vəli, qardaşım – deyə bağırdım.Mənim bağırtım kimsəsiz kərpic kürələrində əks – səda verdi: V..əli! Qar…da…şım!
Ətrafa yenə də dərin sükut çökdü.Axşam qarışmışdı.Gözlərimin önündə məzar daşlarından başqa heç nə görünmürdü.
Deyəsən yuxu görürəm deyə öz – özünmə fikirləşdim.Bəli, məni xəyal aparmışdı.Vəli mənim xəyalımda canlanmışdı.Divarların kölgəsində baş qaldırmış çöl çiçəklərindən və yaşıl otlardan dərib qardaşlıq məzarının üzərinə səpdim.Onlardan ayrılıb şəhərə yola düşdüm.Bütün yol boyu düşünürdüm:
– Öz həyatlarını xalqın xoşbəxtliyi uğrunda fəda edənlər ölmürlər. Onlar adamların şüurunda,
qəlbində, xəyalında yaşayırlar.
Məgər Vəli də belə adamlardan biri deyildimi?
Tehranda rastlaşdığım firqəçilərdən birinin Vəli haqqında danışdığı hekayəti xatırlatsam yəqin ki, bu suala cavab vermiş olaram.
Bir gün Tehranda gizli görüşlərimizin birində məni bir nəfərlə tanış etdilər.O, uzun müddət idi ki, gizlənirdi.Dərhal aramızda söhbət başladı. Ondan soruşdum:
– Adınız nədir?
– Heydər.
Milli Hökumət zamanı harada işləyirdiniz?
– Urmuda, nəzmiyyədə.
– Necə Urmuda? – deyə mən həyəcanımı gizlədə bilmədim. Onda siz Vəli Gənce Mehri tanımamış olmazsınız?
– Kiçik leytenant Vəlini?
-Bəli, özüdür ki, var.
Lap yaxşı tanıyırdım – deyə Heydər udqundu.Sanki bir anlığa nitqi düyünlənib boğazında qaldl.Kədərli gözlərində yaş damcıları həlqələndi.O, son dərəcə həyəcanlı idi.Yaşarmış gözlərini mənə çevirdi…
– Bəli, mən onunla yalnız bir neçə gün bir yerdə olmuşam.Türkiyə ilə sərhəd boyunda
Milli Hökumətə baş qaldlrmış düşmənlər əleyhinə Vəli ilə birlikdə mübarizə aparırdıq.Lakin azacıq tanışlığımıza baxmayaraq onun iradəsinə, cəsarətinə, qoçaqlığına heyran qalmışdım. Adamda da bir belə enerji, bir belə iman olar?
– Tamamilə doğru deyirsiniz.Biz onunla ölüm ayağına qədər bir yerdə getdik.Tanıdığım gündən həyatının son dəqiqələrinə qədər xalqa və Milli Hökumətə olan inamını itirmədi. Cəlladların işgəncə və hədələri önündə mətanətlə dayandı.Məqsəd və məsləyindən dönmədi.
– Siz onun həyat və mübarizəsinə aid bir şeyi bilirsinizmi? Bu bizə çox lazımdır.
Bir qədər – deyə Heydər susdu.Sonra mənim xahişimi qəbul edib sözə başlad:
1325 – ci ilin Azər ayında(1945 – ci ilin dekabr ayında) bütün Azərbaycanda baş verən hadisələr yəqin ki, xatirinizdədir.Belə günlərdən biri də Urmuda Azər ayının son günlərində baş verdi. Bir dəstə bıçaqçı qoşun hissəsinə qoşularaq nəzmiyyəni üzük qaşı kimi mühasirəyə almışdı.Biz 22 nəfər Milli Hökumətin polis işçisi müqavimət göstərirdik.Kiçik leytenant Vəli Gənce Mehr də bizim içimizdə idi.O, yoldaşlarına ürək – dirək verir,özünün hərəkətləri və qoxmazlığı ilə yoldaşlarını ruhlandırırdı. Nəhayət, səhərə yaxın Vəli və bir neçə yoldaşımız ağır yaralandı. Ehtiyatda olan güllələrimiz qurtardı.Bizi əsir aldılar.Vəli ilə məni bir otağa saldılar.O, ağır yaralandığına və dəhşətli ağrıya baxmayaraq ruhdan düşməyirdi.İki gün həmin otaqda bir yerdə qaldıq O, bir axşam keçdiyi mübarizə yolu haqqında çətinliklə də olsa danışdı.1277 – ci ildə (1898)Təbrizdə fəhlə ailəsində doğulmuş olan Vəli Gənce Mehr öz atası Hüseyn kişi ilə birlikdə kiçik yaşlarından sənaye şəhərlərinə gedir.O, gənc yaşlarından inqilabi nümayişlərin və tətillərin iştirakçısı olur.
Zəhmətkeş xalq kütlələrinin ağır həyatı və Rza şah üsul – idarədinin yaratdığı ədalətsizliklər Vəli Gənce Mehrin də mübarizə əzmini bir daha
qüvvətləndirir.Azad fikirlərinə görə onu maşinistlikdən belə qovurlar.Gənce Mehr ailəsini saxlamaq üçün uzun müddət şəhərbəşəhər gəzir, Tehranda, Urmuda və Təbrizdə özünə iş axtarır.Cəmiyyətdəki haqsızlıq və zülmə qarşı üsyankar ruhda tərbiyələnmiş olan Vəli Gəne Mehr ölkəmizdəki demokratik hərəkata qoşulmaya bilməzdi. Milyonlarla zəhmətkeş xalq kütlələri kimi , o da xalqın və vətənin azadlığını bu mübarizədə görürdü. Gənce Mehr Urmuda Milli Hökumətin polis idarəsində namusla işləmiş, ictimai asayişin qorunmasında, demokratik quruluşun nailiyyətlərinin gedişində və düşmənlərə qarşı mübarizədə fəal iştirak etmişdir.Elə buna görə də cəlladlar yaralı olmasına baxmayaraq iki gün ərzində ona olmazın işgəncə və əzab verdilər. Lakin nə Vəlinin və nə də digır 22 yoldaşın iradəsini qıra bilmədilər. Azər ayının son günü bizi zindandan çlxartdılar.Yoldaşlardan bir neçəsi ağır yaralanmış dostlarının , o cümlədən Vəlinin qoltuğuna girmişdilər.Vəli çətinliklə də olsa yeriyir, düşmən qarşıslnda özünü sındırmırdı.
Şaxtanın və zülmətin hökm sürməsinə baxmayaraq bizi şəhərdən kənar kərpic kürələrinə gətirdilər.Arxamızda qalın divar, qarşımızda enli bir çola dayanırdı. Tüfənglərin şaqqıltısı zamanı yanımda dayanmış Vəli yumruğunu göyə qaldırıb döyülmədi və səsləndi: “Alçaqlar, tarix bu cinayəti unutmayacaqdır.Həqq bizimlədir! Son qələbə bizimlədir!” Vəlinin bu sözləri kərpic kürələrində əks – səda saldı.Elə bil yüz nəfər bir yerdən səslənirdi: son qələbə bizimlədir!
Ani sükutu tüfənglərin atəş sədası pozdu. Bizi güllələməyə gətirənlər çox tələsirdilər.Çünki onlar şəhərə qayıdıb yeni cinayətlərdə iştirak etməli idilər. Görünür ona görə də kimin ölüb, kimin ölmədiyini öyrənmədən şəhərə qayıtmışdılar.Səhərə yaxın alaqaranlıqda oyandım.Çiynimdən və qolumdan yaralanmışdım.Onlar çolanın üstünü örtməyib getmişdilər və hamının öldüyünü zənn etmişdilər.O, zamandan 20 il keçməsinə baxmayaraq çolada yanımda arxası üstə düşmüş Vəli Gənce Mehr elə bil gözümün qabağındadır. Onun yumruğu yenə də düyünlənmiş halda qalmışdı.Dodaqlarındakı qəzəb və gözlərindəki mübarizə əzmini indi də xatırlayıram.O, mübarizə üçün doğulmuşdu.
Heydər susdu.Lakun onun xəyalında Vəlinin yüksək keyfiyyətlərini ifadə edən daha böyük mənalar gizlənirdi.O, bunları ifadə etmədən susdu.Çünki çox həyəcanlı idi.
Bəli, mən indi kərpic kürələrinin şəhərə doğru uzanan yol ilə addımlayarkən onun Vəli haqqında söylədiyi hekayəsi və ürəyimdə əbədi heykəl salmış olan dostumu düşünür və xatırlayırdım.Bir daha bu qənaətə gəlirdim ki,xalq işi uğrunda canını qurban verənlər ölmürlər, onlar həmişə diridirlər.Bizimlə bir yerdə,bir cərgədə mübarizə aparırlar.
Təqdim etdi :İ.G.
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv