آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZADLIQ HƏRƏKATININ MÜCAHİDİ

HEYDƏR XAN ƏMİOĞLU

Heydər Əmioğlu adı ilə məşhur olan Heydər xan Əfşar 1880 – cı ildə (şəmsi ili 1259 – cu il) Səlmas şəhərində (Rizaiyyə) anadan olmuş – dur.Heydər xan ibtidai və orta təhsilini Səlmasda, ali təhsilini isə Tiflis şəhərində almışdır.Bir müddət Bakı şəhərində elektrik mühəndisi işləmişdir.Özünün yazdığına görə, Heydər Əmioğlu hələ gənc ikən, yəni 15 – 16 yaşlarından siyasi mübarizəyə qoşulmuşdur.

Heydər Əmioğlunu mübarizəyə sövq edən əsas əməl onu əhatə edən mühitin ədalətsizlikləri, mənsub olduğu xalqın məhrumiyyətləri idi.Heydər Əmioğlu Batumda, Tiflisdə və Bakıda təhsil alarkən bu şəhərləri siyasi tətillər, fəhlə hərəkatı bürümüşdü.Bütün bunlar Hedər xana təsir etməyə bilməzdi.O, Məşhəd şəhərində işıq karxanasını yaratmaq üçün dəvət edilərkən artıq siyasi cəhətdən yetkinləşmiş və və inqilabi təcrübə qazanmışdı.

Heydər Əmioğlu Tehranda ikən məşrutəçilərlə müxalif olan müstəbidlərlə mübarizə aparırdı.

Qatı müstəbid Mirzə Əli Əsgər Atabəyi öldürən Abbas ağa Sərraf Təbrizi, azadlıq hərə – katında iştirak edənlərin əksəri Məhəmmədəli şaha bomba atanlar Heydər Əmioğlu tərəfindən təlim almışlar.Tehranda dəfələrlə həbs olunan Hedər Əmioğlu qaçaq yolla Rusiyaya getmişdir. O, Təbrizdə istibdada qarşı mübarizə aparan Səttarxanın döyüş səngərlərində iştirak etmək üçün bütün çətinlikləri dəf edərək özünü Təbrizə çatdırmışdır.

Heydər Əmioğlu, Səttarxan, Bağırxan, Əli Müsyö və digər görkəmli hərəkat xadimləri ilə səngər yoldaşı olmuşdur.

O, Təbrizdə, Mərənd və Xoyda xalq hərəkatının yaradılmasında özünün biliyini, bacarığını əsirgəməmişdir.

Tarixdən məlum olduğu kimi məşhur mürtəce mərəndli Şücanizam Təbriz məşrutə hərəkatına qarşı vuruşan ən qəddar düşmənlərindən biri idi. Onun Culfa ilə Təbriz arasındakı əsas yolu nəzarət altında saxlaması hərəkatın irəliləməsi- nə mane olurdu. Səttarxanın və onun yaxın adamları Şücanizam kimi mürtəce ünsürü götürmək və bununla da Mərənddə istibdad qüvvələrini əzib Təbriz – Culfa yoluna nəzarət etmək üçün yollar axtardıqları zaman Heydər Əmioğlu özünün cəsarətli tədbirini irəli  sürür .

O, Mirzə İsmayıl Noubəri ilə müşavirə etdikdən sonra Şücanizamın Təbrizdəki dostu Seyfəlsadata məxsus əl möhrünün eynini düzəltdirir və içərisinə partlayıcı maddə qoyulmuş bağlamanı həmin möhürlə möhür- Iəyib Mərəndə Şücanizamın ünvanına göndərir- Iər.Şücanizam öz evində bağlamanı açdırarkən bağlama partlayır, nəticədə Şücanizam və oğlu ölür.Bu hadisə Mərənddə mütərəqqi qüvvələri ruhlandırır. O, əksər döyüşlərdə Səttarxanla birlikdə olmuşdur.

Heydərxan görkəmli hərəkat xadimi Səttarxanın məhəbbət və hörmətini təsadüfən qazanma – mışdır.O, özünün göstərdiyi rəşadət ilə xalq hərəkatına xeyir verən ağıllı tədbirləri ilə nail olmuşdur.Buna görə də Mərənd və Xoyun azad edilməsi Səttarxan tərəfindən Heydər Əmioğluya tapşırılmışdır.Heydər Əmioğlu da bu məsul vəzifənin öhdəsindən layiqincə gəlmiş –  di.Bu xüsusiyyətlərinə görə Səttarxan, Hüseyn xan Bağban və başqa inqilab xadimləri kimi Heydər Əmioğlunun da haqqında xalq tərəfindən mahnılar yazılmışdı:

Əmioğlu gəldi Xoya,

 Xoylular qərar qoya,

Yetimlərin qarnı doya,

Yaşasın gözəl Əmioğlu.

Əmioğlu minib faytona,

Tumar verib boz atına,

Çörək yenib yaz altına,

Yaşasın gözəl Əmioğlu.

Rastabazarın rastası,

Gəlir mücahid dəstəsi,

Əmioğludur sərkərdəsi,

Yaşasın gözəl Əmioğlu.

Məşrutə hərəkatı məğlub oldu.Qorxmaz sərkərdə bir müddət öz mübarizəsini gizli şəkildə davam etdirdi.Heydər xan Əmioğlu  ( Əfşar ) 1921 – ci ildə (1300 şəmsi ilində) ingilis cəsuslarının və Mirzə Kiçik xanın xəyanəti, ( o cümlədən bolşeviklərin ) Ehsanulla xanın solçuluğu nəticəsində qətlə yetirilmişdir.

Facebook
Telegram
Twitter
Email