“Tehran ruznamələrinin biri firqəmizi enteğad edərkən yazmışdı ki azərbaycanlıların şikayəti yersizdir, çünki İranın ayrı əyalətlərinə də təvəcce edilməmişdir.
Biz ayrı əyalətlər barəsində bəhs etmək istəmirik. Mümkündür bu iddia çox həqiqətə yaxın olsun, vəli Azərbaycanın mərkəzi olan Təbriz şəhərini o məqaləni yazanlar gəlib görsə idilər təsdiq edərdilər ki, Cəndəğ və Bəndər Abbas ilə də bu məamilə edilməmişdir.Urmiyə (Rzaiyyə), Ərdəbil, Xoy qətən Kaşan və Qum ilə müqayisə edilə bilməz. Dər surətiki Rza xan meydana çıxandan əvvəl abadanlıq və fərhəng cəhətdən bu şəhərlər, hətta Tehranın özündən belə irəlidə idilər.
Təbrizdə teatr və nümayişxanalar olduğu zamanda Tehranda bu ad ilə adlandırmaq mümkün olan bir müəssisə belə yox idi. Astarada xalqın öz köməyi və təşəbbüsü ilə açılan mədrəsələrin nəzirlərini İsfahanda görmək olmazdı. Təbrizin, Ərdəbilin ticarət müəssisələri bütün İranda şöhrət və etibarda birinci hesab olunardı. Urmiyənin gözəlliyi, abadlığı İranı səyahət edən urupalıların əsərlərində mühüm yer tutardı.
İndi istəyirik Azərbaycan haqqında məqalə yazanlar gəlib bu şəhərləri nəzərdən keçirə idilər. Təbriz hətta Qəzvin ilə müqayisə edilə bilməz.Orada əğalən tazə üsulla icad edilmiş üç asfalt xiyabana təsadüf edilir.Böyük Təbriz şəhərinin mərkəzi xiyabanının yarısı belə asfalt deyildir.Yayda toz – torpaq, qışda palçıq və mərdablar içərisində sürünüb sürüklənən cəmaəti burada saxlayan fəqt naçarlıqdır.
Qışda yanacaq yoxluğu, yayda su qəhətiliginin Təbrizin hamamlarından istifadə etmək qeyri – mümkün olan işlərdəndir…”
” Sadə bir tədqiqat aparılarsa əhalinin yüzdə yetmişi traxom və sair göz naxoşluqlarına mübtəla olduğundan idda deyil həqiqət olduğu ortaya çıxar. İşsizlik xalqımızın əksəriyyətini təhdid edir.Bu cəhətdən şəhərlərimizi tərk edib bir parça çörək dalınca başqa şəhərlərə mühacirət edənlərin sayı gündən – günə artır və qorxulu bir şəkil alır.
Mədrəsələrimiz çox fəna bir haldadır.Xalqın təvəccö və rəğbətinə baxmayaraq, hətta şəhər əhalisi uşaqların yüzdə onunu mədrəsəyə göndərə bilmir.Aclıq və fəlakət nəticəsində altı yaşlı balaların zəhmətindən bir həmanə bir surətdə istifadə edilir.Xalı karxanalarında, parça toxuyan əl dəstgahlarında çalışan kargərlərin yüzdə həştadı kiçik yaşlı tədris və təcrübəyə möhtac uşaqlardır.Bunların gündə iki rial, bəlkə otuz şahı muzd alanları vardır.Beləliklə, azərbaycanlının nəsli kəsilir və Azərbaycan xərabəzar hala düşür…” “Tehran ruznaməçiləri tək qaziyə gedir. Azərbaycan ilə İranın ayrı yerlərində fərq yoxdur deməklə özlərinin cəhalət və qərəzlərini sübuta yetirirlər.
Azərbaycan Tehrandan bir şey istəmir. Onu öz halına qoysalar kafidir.Ona imkan versələr, öz əliylə öz işlərini idarə etsin, bəsdir.Tehran bizi fələc və məzəl etmişdir.Göz açmağa yol vermir.Xırda bir iş görmək istərsək nəfəsimizi kəsir, əl – qolumuzu bağlayır. Hər gün bir uğurunu ostandar – fərmandar ünvanı altında əlinə böyük bir çamadan verib üstümüzə göndərir. Tazə və yeni bir ülgüc ilə min dəfələrlə qırxılmış başlarımızı qırxmaqdan utanmırlar…” ” Nə üçün əlli illərlə məmləkəti mətəl edən oğru, yalançı və xain məmurlar yenə gərək məmləkətə əlaqəmənd olan fəal və tazənəfəs bu azərbaycanlılardan qabaq tutulsun?” “Azərbaycanlı hətta bu naqis qanunlar bağlı qalsa belə, özünü idarə etməyə qadirdir. Tehrandan biz heç bir kömək istəmirik. Bizi öz halımıza qoysunlar bu fəqir vəziyyətdə belə onların xain məmurlarından yüz qat yaxşı bir surətdə işləyə bilərik.” P.(Pişəvəri)
“Azərbaycan” ruznaməsi, No 14, 5 mehr 1324
(27 sentyabr 1945 – ci il)
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv