آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Respublikasında Qydiyyatda olan “İranlı Mühacirlərin Cəmiyyəti İctimai Birliyi”nin dövri seçkilərin keçirilməsi

Azərbaycan Respublikasında Qydiyyatda olan

“İranlı Mühacirlərin Cəmiyyəti İctimai Birliyi”nin dövri seçkilərin keçirilməsi

Cümə günü, 17 iyun 2022 il saat 12;00- da Azərbaycan Respublikasında Qydiyyatda olan “İranlı Mühacirlərin Cəmiyyəti İctimai Birliyi”nin Bakı şəhərindəki qərargahında dövri seçkiləri uğurla keçirildi.

Əvvəlcə Azərbaycan Demokrat Firqəsinin sədri Adilə Çernikbulənd yoldaş yiğıncaq iştirakçılarını salamladı, ümumxalq etiraz hərəkatı habelə Dağlıq Qarabağ müharibəsi şəhidlərinin və həlak olan mühacir yoldaşların xatirəsini bir dəqiqəlik sükutla yad etdi.

Mandat komissiyasının məruzəsindən sonra Adilə yoldaş iclasa sədrlik etmək üçün yığıncaq iştirakçılarından birini seçməyi xahiş etdi. İclası idarə etmək üçün Solmaz xanım Təvhidi səs çoxluğu ilə seçildi.

Solmaz xanım ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və dedi: Bu ocaq, Azərbaycan Respublikasında yaşayan bütün İranlı mühacirlərin ümid yeridir. Atalarımız, analarımız buranı öz əlləri ilə tikib bizə yadigar qoyub getdilər. Ona görə də bu məşəli yandırmaq bizim borcumuzdur.

Sonra İdarə Heyətinin hesabatı haqqında tədbir iştirakçılarına məlumat vermək üçün söz İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyinin sədri Firidun İbrahimi  yoldaşa verildi. O, bütün problem və sıxıntılara baxmayaraq, uzaqdan-yaxından iştirak edən cəmiyyət üzvlərinə öz təşəkkürünü bildirib, cəmiyyətin idarə heyətinin fəaliyyəti ilə bağlı geniş hesabat verdi.

Hesabata, mühacirlərin problemlərinin həlli üçün bir sıra vilayətlərə səfərlər, mühacirlər və əyalət rəsmiləri ilə görüşlər təşkil edilməsi, Azərbaycan Respublikasında keçirilən Beynəlxalq Kitab Sərgisində kitab sərgilərinin keçirilməsi, mühacirlərin taleyi ilə bağlı rayonlarda tədbirlərin keçirilməsi, lazımi şəraitin təmin edilməsi, həmçinin başqa ölkələrdəki türkdilli birliklərlə  koordinasiya etməyə çalışmaq, milli şənliklərin, o cümlədən Novruz kimi günlərin keçirilməsi, kitab, jurnal çap etmək və s. daxildir.

O, pandemiyanın çətin şərtlərinə (covid 19) və ciddi maliyyə problemlərinə baxmayaraq bütün bunların həyatakeçirildiyini söylədi.

Sədrin verdiyi hesabat yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi.

Cənab İsmayıl Abdullahi cəmiyyətin maliyyə və cənab Əlireza Lətifi Təftiş Komissiyasının hesabatını tədbir iştirakçılarına təqdim etdilər. Onların verdikləri  hesabatlar da bütün iştirakçılar tərəfindən qənaətbəxş sayıldı.

Hesabatlar dinlənildikdən sonra sıra yeni idarə heyətinin seçılməsinə çatdı. Seçki Komissiyası yeni dövr üçün idarə heyətinə 11 nəfərin adını təklif etdi. İştirakçılardan biri onun adının idarə heyəti tərkibində olmamasına etiraz etiraz edərək iclası tərk etdi. Daha sonra namizədlərlə bağlı hər hansı irad və ya təklifin olub-olmadığı soruşuldu. Tərkibin artması üçün başqa iki nəfər təklif edildi. Təklif səsə qoyulub və qəbul olundu.

Nəticədə cəmiyyətin idarə heyətinə namizədlərdən 13 nəfərin adı açıqlanaraq səsə qoyularaq, yeni idarə heyəti yekdilliklə təsdiq edildi.

Sonra Seçki Komissiyası Təftiş komissiyasına üç nəfərin namizədliyini verdi. Heç bir etiraz və ya təklif olmadıqdan sonra. İştirakçılar səs verilərək təsdiq olundu.

 Daha sonra sədr vəzifəsinə Firidun İbrahimi yoldaş və digər dörd nəfər müavinin (təşkilat, maliyyə, elm və təbliğat üzrə) namizədliyi irəli sürüldü. Bu təklif də yekdilliklə qəbul edildi.

Yığıncaq iştirakçıları, eləcə də seçilmişlər arasında qadınların olması yeni idarə heyətinə rəngarənglik verərək onu daha da əhəmiyyətli səviyyəyə qaldırdı.

5 saata yaxın davam edən yığıncaq sona yetdi..

17 iyun 2022-ci il

Facebook
Telegram
Twitter
Email