“Ölkənin siyasi quruluşunda və dövlət aparatında, hətta kiçik dəyişikliklər belə əmələ gəlməmişdir.Köhnə quruluş olduğu kimi saxlanılmışdır.Hətta bəzi yerlərdə daha kəskinləşmişdir Hakim təbəqə zəhmətkeş xalqın tələbi ilə maraqlanmır.Onlar zəhmətkeşlərin tələbat və ehtiyaclarını ödəmək əvəzinə ağır cəza tədbirlərinə əl atırlar.”
“Ajir” qəzeti, Tehran 19 aprel 1944 – cü il.
“Bizim hərəkatımız milli bir hərəkatdır.Bu elə bir hərəkatdır ki, Azərbaycan xalqının bütün təbəqələri onda iştirak edirlər və onlar tutduqları yoldan son məqsədlərinə çatmayınca geri qayıtmayacaqdır.”
“Azərbaycan ” qəzeti, 01 noyabr 1944 – cü il.
“Amerika dövləti müharibə dövründə 300 milyard dollardan artıq qazanmışdır.Heç də pis mamilə deyildir.Çünki bu mamilədən Amerika sənaye maqnatları da böyük qazanc əldə etmişdilər.Eyni zamanda Amerika müharibənin dağıtdığı əsərlərindən heç bir şey görmək mümkün deyil idi.Belə gözləyən dövlətlərin nümayəndələrindən ədalətli, düzgün və demokratik bir sülh yaratmaq şəraitini gözləmək olmazdı…Konfransda demokratik və ədalətli bir sülhə qarşı geniş mübarizə gedirdi.”
” Azərbaycan” qəzeti, 02 fekabr 1946 – cı il.