Mirzə Həsən Şükuhi Azərbaycanın azadixah və məşrutənin əhəmiyyətli dəstəkçilərindən biri idi.
Bu böyük insan öz səlahiyyəti çərçivəsində Azərbaycan və İran mədəniyyətinə dəyərli xidmətlər etmişdir və həyatını xalqın təhsil və maarifləndirilməsi, müstəmləkiçilik əleyhinə mübarizəyə həsr etmişdir.
Mirzə Həsən, Mirzə Mehdinin oğlu, atasının mağazasında bəzzazi işi ilə məşğul olub, lakin bu onun siyasət və ətrafında baş verən hadisələrdən baxımsızlığına səbəb olmayıb.
Mirzə Həsən Şükuhi 1862 – ci ildə Marağada anadan olub.O bir pedaqoq, şair, səyyah idi və öz şəxsi pulu ilə 1325 – ci hicri ilində (1907) ilk qız məktəbini Marağada təsis edib.O, bu şəhərin elm və mədəniyyətinin yüksəldilməsində hər hansı bir hərəkətdən tərəddüd etməyib.Şükuhi ” Həblülmətn”,”Suri – İsrafil”, “Ruhul Qudus”,” Rəhnuma” və ” Müsavat” qəzetlərində əlyazmalarını nəşr edərdi.O, bir qəzetin Marağaya gəlməsi haqqında belə yazmışdır:”İranda nəşr olunan bir çox qəzet olmuş və bütün insanlar qəzet oxuyan olmuşlar.Bazardan keçəndə bütün əsnaflar qəzet oxumaqla məşğuldular. Bu vətən mütərəqqilərinə həzz verirdi.”
Mirzə Həsən vətənpərvərlik və mütərəqqilik fikirlərinə görə həmişə Azərbaycan hökmdarı Hacı Səmədxan Şücaüldövlə qəzəblənirdi və onun nifrətindən kənarda qalmırdı.
İranda məşrutəçiliyin yüksəklik zamanında Şücaüldövlənin sifarişi ilə Şükuhi həbs olunmuş və işgəncəyə məruz qalmışdır.O Hacı Səmədxanın həbsxanası haqqında yazır: “Həbsxananın qapısı çalınanda hamımız narahat olub və ölümə hazırlanardıq.Fərraş bizlərdən birin dəmir yaxası ilə eşiyə çıxardardı, onun həbsxanaya geri dönməsinə qədər dostları çoxlu fikirlər edib narahat olardılar.Mən əvvəldən bilirdim ki, mənim həbsxanadan azadlığım çətindir.Məşrutə fikrinin təşviq etməsi və məşrutəçi olduğuma görə, habelə Hacı Şücaüldövlə və şəhər böyüklərinin mənimlə düşmənçiliklərinə görə necə azad ola bilərdim.Növbəti gün gəlib məni apardılar. Hesam Nızamın yanında saxladılar Hesam Nizamın ilk sözü bu oldu ki,Sücaüldövlə deyir: bu nə kağız ötürməkdir ki, siz edirsiz.Əmr etdi mənim bığlarımı kəsdilər, sonra fələk ağac ilə ayaqlarımı döydülər və bu işə görə on min tümən aldılar.”
Mirzə Həsən Şücaüldövlənin qəzəbinin qarşısını almaq üçün məsləhət gördü ki, bir müddət Marağa şəhəri və Azərbaycandan uzaq qalsın.Bu şəbəbdən o Məşhədə getdi və bu səfərdə bir səyahətnamə yazdı.Bu səyahətnamə 144 səhifədə nəstəliq xəttilə yazılmışdır.Şükuhi əsərdə xüsusilə Məşhəd və Buxara şəhərindən gözəl təsvirlər verir.Bu səyahətnamənin son bölümü Mirzə Həsənin Marağaya geri dönməsindən sonra baş verən hadisələrə həsr olunub.
Mirzə Həsən Şükuhi Marağanın azadıxahlarından biri idi.Onun atası Mirzə Mehdi Şükuhi Azərbaycanın məşhur yazıçı və şairlərindən idi.
Mirzə Həsən Şükuhinin başında azadlıq sevərlik həvəsi vardı.Vətənpərvər olduğuna görə vətən tərəqqisi və onun yaxşılaşdırmasını istəyirdi. İnsanların kütləvi hərəkətlərinin ilk günlərindən məşrutəxahlıqla həmrah idi.Azadixahların önündə olmuşdur.O, bu inqilabın eniş – yoxuşunda çoxlu zərərlər görmüşdü.
Şükuhi gündəlik yaddaşlarında öz xatirələrini 1324 – cü hicri ( miladi 1906 – cı il) ilində başlayıb və öz gördüyü və eşitdiyi hadisələri 1336 – cı hicri ilində(1917) sona çatdırıb.
Mirzə Həsən Şükuhinin Marağa şəhərinin icmasında olması və Hacı Səmədxan Şücaüldövlənin həbs və işgəncəyə məruz qalması, həbsxana və orada həbs olunanların əhvalı və necə olduqları bu yaddaşda bilinir.Belə yazılara görə İranın bütün xalqının payı bu böyük hərəkat və inqilabın səmərəli olmasında görünür.
Şükuhi Təbriz məşrutəçilərinin haqqında yazır: “Mirzə Hüseyn, Mirzə Həsən Rüşdiyyənin qardaşl, Mirzə Cavad, Şeyx Səlim və Mirzə Ələkbər cənabları kəfən geyərək mənbərə çıxıb, vəliəhd və hökumətin digər vəkilləri və onların zülmündən danışıb, insanları həyəcana gətirirdilər.Mərsiyə yerinə məşrutə, azadlıq, ədalət və bərabərlikdən danışıb və insanları öz ayıq, yazıqlıq bolluqlarından xəbərdar edir, ağlayıb fəğan edirdilər.”
Sonra Darol şura parlamentinin seçkilərinə işarə edib və Azərbaycanın seçilmiş nümayəndəlirindən ad aparıb, mətbuatın xalqın oyanışında olan rolundan söz açıb və deyub: “Həblülmətn” qəzetəsi ki, Hindistanın Kəlküttəsində Müəyyid – ilislamın səyilə nəşr olunur,Marağada vəkilliyi mənə həvalə olunmuşdur.”
Müzəffərəddin şahın ölümündən və Məhəmmədəli şahın taxta oturmasından və onun parlamentə görə diqqətsizliyindən xəbər verir.O, şah və saray əyanlarının məşrutəyə olan sui – qəsdlərindən yazır.
1334 – 1336 – cı hicri illərində (1915 – 1917) hadisələrini qısaca qeyd edir və ondan səthi keçir.
O, 1336 – cı hicri ilinin (1917) aclıq və yüksək qiymətlərindən yazır:” Aclıq və bahalıq yüksək dərəcəyə çatıb, bu şəkildəki kasıb və yoxsullar küçə bazarı alıb”.
Mirzə Həsən atasından fərqli olaraq yaxşı şair deyildi və onun söylədiyi şeirlərin ədəbi dəyəri yoxdur.Sadəcə bu cəhətdən iki tarixi hadisələrə rinə işarə edir və onları nəzərə almaq olar.
Bu azadixah insan haqqında məşhur tarixçi Əhməd Kəsrəvi özünün” Tarixi – məşruteyi – İran” kitabında haqlı olaraq yazır ki, Marağa şəhərinin azadlıq fədailərindən Mirzə Həsən Şükuhi məşrutiyyət, elm və azadlıq uğrunda nəinki mülklərini qurban vermiş, hətta canını da əsirgəməmiş – fəfələrlə zindana, işgəncəyə, sürgünə məruz qalmışdır.
Mirzə Həsən Şükuhi 1917 – ci ildə Marağa şəhərində vəfat etmişdir.
Təqdim etdi: Güləddin İsmayılov