Həsən Zərbəli oğlu 1271 – ci ildə (1892) Muğanda kəndli ailəsində anadan olmuşdur.O, molla məktəbində təhsil aldıqdan sonra hələ kiçik yaşlarından əkinçiliklə məşğul olur.Atası vəfat etdikdən sonra isə ailənin bütün ağırlığı onun boynuna düşür.Həsən sonralar Biləsuvara köçür və nəhayət, iş və çörək dalınca başqa şəhərlərə də getməli olur.Ölkənin ayrı – ayrı şəhər və kəndlərində fəhləlik və muzdurluq edərək işlədiyi zaman zəhmətkeşlərin mövcud müstəbid rejim əleyhinə apardıqları mübarizə ilə yaxından tanış olur.Bir çoxları kimi o da məhrumiyyətlərə və zülmə qarşı mübarizə aparanların sırasına qoşulur. 1322 – ci ildə (1943) xalq hərəkatının şiddətləndiyi bir dövrdə Biləsuvarda olan Həsən ziddi – faşist təşkilatında iştirak edir və nəhayət, Hizbe Tudə İranın sıralarına daxil olur. O, hizbin məram və məqsədlərinin kəndlilər arasında yayılmasına çox böyük səy göstərir.Biləsuvar təşkilatı tərəfindən ona tapşırılan vəzifələrin həyata keçirilməsində var qüvvəsini işə salır.
Başqa partiya üzvləri kimi Həsən də 1324 – cü (1945) ildə Azərbaycan Demokrat Firqəsinə daxil olur və Biləsuvarda çağrılmış konfransda məhəlli komitənin üzvlüyünə seçilir.O, firqəyə daxil olduğu gündən Biləsuvar və onun kəndlərində firqə təşkilatının yaranıb möhkəmlənməsində səmərəli fəaliyyət göstərir.
21 Azər nəhzətinə hazırlıq dövründə Azərbaycanın ayrı – ayrı şəhər və qəsəbələrində, o cümlədən Biləsuvarda da firqənin rəhbərliyi altında hərəkat gündən – günə şiddətlənirdi.Bu zaman məhəlli komitənin göstərişi əsasında Biləsuvarda olan polis və jandarm idarələrinin tərksilah olunması xalq fədai dəstələrinin qarşısında dururdu.Bu vəzifələrin yerinə yetirilməsində Həsən Zərbəli oğlu da əldə silah iştirak etmiş və 21 Azər nəhzətində özünəməxsus rəşadət göstərmdir.O, cəsur, mübariz və döyüşlərdə sınanmış qorxmaz bir fədai idi.Xalq hərəkatındakı xidmətlərinə görə Həsən məhəlli komitənin və Milli Hökumətin təklifi əsasında Milli Məclis tərəfindın ” 21 Azər” medalı ilə təltif olunur.
Həsən Zərbəli oğlu az savadlı olsa da Azərbaycan Demokrat Firqəsinin , xalq hərəkatının sırslarında yetişmiş bir inqilabçı səviyyəsinə yüksəlmişdir.O, ömrünün axırına qədər öz vətəninə, xalqa və onun inqilabçı firqəsinə sədaqətlə xidmət etmişdir.
Şah qoşunlarının Azərbaycana xaincəsinə basqını zamanı – 1325 – ci ildə (1946) Azər ayının 29 – da (20 dekab) Həsən Zərbəli oğlu da təqib olunur.Əliş bəyin köməyilə mürtəce qüvvələr tərəfindən tutulur və sonralar jandarm idarəsinin göstərişi ilə yerli bəylərdən cəllad Böyük bəy vasitəsilə güllələnirO, ölüm ayağında özünü polad iradəli və mətin inqilabçı kimi aparır.Ölümün gözünə dik baxır və xalq işi uğrunda şəhid olmağı iftixarla qəbul edir.Onun son sözü bu ölmuşdur:”Yaşasın azadlıqsevər qəhrəman xalqımız və onun rəhbəri Azərbaycan Demokrat Firqəsi!”
Cavan ömrünü azadlıq yolunda qurban vermiş Həsən Zərbəli oğlunun xatirəsi, 21 Azər nəhzətinin qələbəsi uğrunda xidmətləri xalq tərəfindən etiramla yad ediləcəkdir.
Təqdim etdi: Güləddin İsmayılov