Firqə böyük bir siyasi təşkilatdır, o, bir dəstə savadsız və məlumatsız adamların yığıncağından ibarət ola bilməz Siyasi bir təşkilatın payası ehsasat üstündə durursa, o təşkilat uzun müddət davam edib böyük siyasi işlərin yükünə dözməz.Ehsasat və ani mənafelər dəyişib təğyir tapar, onların sayəsində toplanan cəmiyyətlərdə naçar yorulub ortadan getməyə məcbur olar.Əsaslı bir firqə düşüncə, anlaq və siyasi məlumat üstündə qurulmalı, üzvlərin birliyinə dayanmalıdır.
Minlərlə məlumatsız və siyasi biliksiz adamları bir neçə faydalı şüarlar ilə yığmaq mümkündür, lakun onları uzun müddət saxlamaq o vaxt mümkün olar ki, yüzlərlə anlaqlı, bacarıqlı, siyasi cəhətdən məlumatlı adamlar yetişdirməyə müvəffəq olmuş olar.
Bunsuz iş qabağa gedə bilməz, firqə başçıları orduların əfsərlərinə bənzər.Nizami və hərbi məlumatı olmayan əfsər heç bir vaxt qoşunu fəth edə bilməz.
İşimizin əvvəli olduğu üçün bu vaxta qədər göbələk kimi yağış nəticəsində çıxıb foritlə məhv olub gedən istər Azərbaycan, istərsə İranın ayrı nöqtələrinfə bu günə qədər yüzlərcə firqələr və cəmiyyətlər vücuda gəlmişdir.İndi isə onların əksəriyyətindən quru bir ad belə qalmamışdır. Nə üçün?Ondan ötrü ki, o firqələri təşkil edib onların başında duranlar siyasi məlumata malik deyilmişlər.
Biz bu nöqsanı ciddi bir surətdə rəfə edib, firqə üzvlərinin ehsasatını təhrik etməkdən artıq onların məlumatını artırmağa çalışmalıyıq. Siyasi iş və elmi – siyasi mədrəsə açmaq imkanımız yoxdur.Lakin əldə olan vasitələrdən hədəksər istifadə etməkdən sərf nəzər etmək olmaz.
Siyasi firqənin pozulmalarının ellətini xalqın təbii əxlaqiyyatində və ölkənin ab – havasında arayıb axtaranlar eştebah (səhv) edirlər. Dünyada cəhalətə, enferadi həyat sürüb qeyri mətəmdən halda əbədi olaraq qalmağa məhkum bir millət yoxdur.Bəşər müəyyən bir şərait altında tərəqqiyə doğru yeriməyə məcburdur.İctimaiyyətin qanunlarında olmadığı kimi istisna yoxdur.Burada sadə bir səbəb var.O, firqə vücuda gətirmək (yaratmaq) istəyənlərin sıralığı və firqələri idarə etmək üçün layiq başçılar yetirməyə əhəmiyyət verilməmişdir.Bizim firqəmiz ümumi savad cəhətindən yoxsul deyildi.Lakin ümumi savad kifayət etməz.Siyasi işlə məşğul olan adamlar bu işdə gözü açıq və məsat olmalıdırlar.
Firqəmiz tudə təşkilatından geniş kəndli və fəhlə dəstələri almışdır.Bu dəstələrin çoxu ehsasat üzərində cəlb edilmiş həssas və sadə adamlardan toplanmışdır.
Kəndli və fəhləyə ani mənfəət göstərib cəlb etmək çətin bir iş deyildir.Lakin onları təşkil edib siyasi mübarizədə mənzəm bir surətdə çalışdırmaq bu asanlıqla mümkün ola bilməz.
İndi istər mərkəzdə, istərsə də kənd və şəhərlərdə firqə işçilərimizin vaxtının hamısını işğal edən kəndlilərin şikayət məsələdidir. Əlbəttə, bunun ayrı səbəbi də var.Lakin əsas səbəb verilən saysız – hesabsız vədələrdir.Onların bu vədələrin yüzdə onu qədər siyasi bilik və firqəvi tərbiyə verilsəydi , indi qabağa böyük çətinlik çıxmazdı.Siyasi mübarizə od yandırmaq və tufan çıxarmaq deyildir.Odu yandırmaq asandır.Onu söndürmək, istənilən məqsəd üçün ondan ustifadə etmək güc, bilik və anlaq istər.
Bizim siyasi cəhətdən savadsız olan işçilərimizin çoz od yandırmaq, yeni işin asan qismində çox cəld və ustaddırlat. Lakin onu söndürməyə ta məqsədə aparmağın fikrində olmamışdır.Ona görə kəndli, hətta kəndlilər arasında çalışan firqə üzvləri belə ani istifadə görmədikləri halda məyus olur, əl – ayaqlarını itirir, hətta bəzən firqədən kənar durmaq istəyirlər.
Liğvan hadisəsi, həmçinin kəndlərdə baş verən indiki hadisələr isbat edir ki, keçmiş təşkilat xalqı öz dalınca aparmaq əvəzində, cərəyana tabe olmaq onun ardınca getməyə məcbur imiş, belə bir təşkilat uzun müddət davam edə bilməz.
Firqə başçıları naxoş ( xəstə) yaramaz işlərə son qoymalı, kütləni intizam və rəhbərlik altına almaq üçün firqə şöbələrini düzgün əsas üstündə qurmalıdırlar.
Avam fəriblik (aldatmaq) kəndlinin ani mənafe üzərində ehsasatını təhrik edib həmən gündə özbaşına buraxıb komitənin qapısına çəkmək xəyanətdir.
Biz sizdən minlərcə üzv tələb etmirik.Biz sizə icazə vermirik bitərəf kəndlinin xoşuna gəlmək üçün bacara bilmədiyimiz bəzi (ithaf) ilə onları aldadıb firqəyə yazfırasız.Bizcə yüz nəfər ani mənfəəti üçün gələn adamlardansa , bir nəfər məram,nizam və məqsədini anlayan üzv fədaisi daha artıq ola bilər.Çalışın üzvlərin siyasi biliyini artırın.Özünüz, yeni firqə başında duranlar siyasi biliyə silahlanıb, firqəmizin məramnaməsində böyük məsələlərə işarə edilmişdir.
Komitə üzvlərimizinm əksəri əgər o dairədə siyasi məlumata malik ola bilsələr , firqə çox böyük qədəmlər götürə bilər.Ondan əvvəl məmləkətin qanuni əsası, onun yaxşı və pis tərəfləri firqə başçıları tərəfindən dəqiq bir surətdə xalqa anladılmalıdır.
Demokrat firqələrin quruluşu və demokratizm yolunda aparılan tarixi mübarizə gərək firqə başçılarının nəzərindən uzaq qalmasın. Şikayətlər, xüsusi davalar, şəxsi münaqişə və ənfər adi ərizələr təşkilatı boğub işdən salmaqdadır.Buna son qoymaq, firqə üzvlərinə firqənin məqsədini qandırmaq lazımdır.
Kəndlərdə at oynadıb yalan vədlər verən savadslz, məlumatsız, əvam fərib təlumatçılara kəndlərdə yol verməməliyik.Bunlar firqənun başına bəla açmaqdan başqa bir iş görə bilməmişlər.
Qabaqda duran firqə vəzifəsi siyasi bilik, həqiqi təşkilat yaratmaqdan ibarətdir.Bu yolda hər bir savadlı və məlumatlı firqəyə üzv səfərbərliyə alınmalı, yerli komitələr var qüvvələrilə işə girişməlidirlər.
Seyid Cəfər Pişəvəri
Təqdim etdi: Güləddin İsmayılov