Ş.M.Xiyabani 1258 – ci ildə (1879 miladi)
Təbriz yaxınlığında olan Xamnə qəsəbəsində orta tacir ailəsində anadan olmuşdur.Şeyx Məhəmməd gənclik dövründə dini təhsil almış, atasının ticarət işlərinə kömək göstərmiş, Rusiyaya səfər etmiş və nəhayət, ictimai,fəlsəfi elmlər sahəsində geniş mütaliə ilə məşğul olmuşdur.İstibdad və imperializm zülmünü öz gözləri ilə görən, xalq kütlələrinə yaxın olan, onların ictimai və iqtisadi çətinliklərini, dərdlərini, hüquqsuzluqlarını ürək ağrısı ilə hiss edən Xiyabani də XX əsrin əvvəllərində yüksələn xalq hərəkatına qoşulur.O, Səttarxan və Bağırxanın başçılıq etdikləri hərəkatda həm əlində silah döyüş meydanlarında, həm də küçə nümayişlərində, minbər və tribinalarda, məclislərdı və əncümənlərdə öz fikri, maarifçilik idealı, nitqi və mənəvi nüfuzu ilə iştirak edir.Bağırxanın qonşusu olan Xiyabani ondan, xüsusilə Səttarxandan öyrənir və onlara kömək edir.
Beləliklə,görkəmli hərəkat xadimi kimi yetişən Şeyx Məhəmməd 1299 – cu ildə məmləkətimizin daxili şəraitindən, siyasi, iqtisadi və ictimai zəmini əsasında yaranan başqa bir hərəkata rəhbərlik edir.Bu hərəkat Məşrutiyyət nəhzətinin (hərəkatının) davamı və tamamlayıcısı idi.Məşrutiyyətin nailiyyətlərini, onun başlıca məhsulu olan qanuni əsasinın tapdalanmasına qarşı çevrilmişdi.21 Azər nəhzəti isə bu hərəkatın davamı və tamamlayıcısı idi.İran xalqları, o cümlədən Azərbaycan xalqı da bu hərəkatlar zamanı öz hüquq və tələblərinin bir hissəsini əldə edə bilmiş, istibdad, irtica və imperializmə qarşı təsirli zərbələr endirmişlər.
Həyat həqiqətlərinə, cəmiyyətlərin ziddiyyətlərinə vaqif olan Xiyabani 1298 – ci ildə Azərbaycan xalqının arzu və tələblərini yekunlaşdırır.Onun mütərəqqi qüvvələrini bu tələblər uğrunda səfərbərliyə alır.1299 – cu ilin fərvərdin ayının 16 – da Xiyabani başda olmaqla inqilabi hərəkata rəhbərlik edən Demokrat Firqəsi siyasi hakimiyyəti ələ alır.Hakimiyyət cəmi 6 aya yaxın qısa bir müddət Xiyabaninin və məsləkdaşlarının əlində qalsa da, xalqın istək və tələblərinin həyata keçirilməsi istiqamətində bir sıra addımlar atır.Xarici imperialistlərin Azərbaycandan qovulması, kəndlilərlə maliklər arasında münasibətlərin, maliyət işlərinin nisbətən nizama salınması, əyaləti və vilayəti əncümənlər barəsində qanuni əsasi maddəsinin yenidən icra edilməsi, Azərbaycan dilinə,milli həyata, maarif və səhiyyə işlərinə diqqət yetirilməsi, silahlı qüvvələr yaradılması bu cəhətdən təqdirəlayiqdir.İstər hərəkata hazırlıq zamanı, istərsə hakimiyyət xalq əlində olduğu dövrdə Demokrat Firqəsinin orqanı olan ” Təcəddüd” ruznaməsi Şeyx Məhəmməd Xiyabaninin nitqlərini, digər hərəkat xadimlərinin məqalələrini nəşr etmək, ümumiyyətlə, ideoloji hazırlıq istiqamətində böyük işlər görmüşdür.Xiyabani bu dövrdə yazdığı ” Nə etməli” məqaləsində, özünü Məşrutə dövləti adlandıran və əslində Məşrutiyyət üsulunu tapdalayan onu tətil edən hakimə heyətini möhkəm məntiq və elmi dəlillərlə ifşa edir.
İranı tam müstəmləkəyə çevirmək okrtyabr ideyalarının təsirinin qarşısını almaq məqsədi güdən xain Vüsuqidövlə vasitəsilə ölkəmizə təhmil edilməklə olan 1919 – cu il müqaviləsinin tədd edilmədində Xiyabaninin və onun başçılıq etdiyi xalq hərəkatının rolu çox böyük olmuşdur. Görkəmli alim və mütəfəkkir, İran azadlıq hərəkatının parlaq simalarından biri Şeyx Məhəmməd Xiyabani bu müqavilə əleyhinə Təbrizın, Şura Məclisinin,Tehranın küçələrində və bazarından etiraz səsi qaldırmış və onu rədd etmişdir.
Xiyabani 1299 – ci il şəhrivər ayının 20 – də Təbriz şəhərində mərkəzi hökumətin göstərişiylə xain Müxbirülsəltənə və digər irtica və irtica əməlləri tərəfindən faciəli surətdə öldürülmüşdür.
Rusiya inqilabının təsiri ilə başlanan Xiyabani hərəkatı və Xiyabaninin parlaq şəxsiyyəti bir sıra alimlər tərəfindən tədqiq edilmiş, hətta burjua tədqiqatçıları da bu barədə yazmalı olmuşlar.Xiyabaninin inqilabi fəlsəfi və ədəbi irsi olduqca zəngin və qiymətlidir.O, siyasi məslək və əqidə saflığını hər şeydən üstün tutmuşdur.Xalqlar dostluğu, birliyə, mübarizə və qələbəyə möhkəm inanan Xiyabani demişdir:
“Ay Azərbaycan Demokrasisi qabaqda xoşbəxt gələcəyin var.O, bəxtəvər və nailiyyəti gələcək üçün sənə və xalqına eşq olsun!”
21 Azər hərəkatının qələbəsindən sonra Xiyabaninin məzarı (Təbriz şəhərinin Seyid Həmzə qəbiristanında) yenidən götürülmüş və bu abidənin açılışı zamanı Seyid Cəfər Pişəvəri demişfir:” Biz qəhrəmanlarımızın mücəssəməsini qoyuruq – asarinı dirildirik.
Bununla göstəririk ki, xalq onun yolunda fədakarlıq edənlərin qiymətini bilirlər.”
Təqdim etdi: Güləddin İsmayılov