Təəssüflər olsun ki, 1402-ci Günəş ilin Fərvərdin ayının ilk saatlarında (21 Mart 2023-cü il), Yeni ilin gəlişindən iki saat sonra, Azərbaycan Demokrat Firqəsinin zəhmətkeş əməkdaşı, Rəşid Şeybani qəflətən və ürək tutması səbəbindən xəstəxanada dünyasını dəyişdi !
Azərbaycan Demokrat Firqəsi öz ömürlük dostunun və köməkçisinin itirməsini, onun bacısı Fərəhnaz xanıma və ailəsinə, eləcə də Azərbaycan Demokrat Firqəsının və İranlı Mühacirlər Cəmiyyətinin üzvlərinə dərin hüznlə başsağlığı verir.
Əhməd oğlu Rəşid Şeybani 30 Dekabr 1966-ci il (9 Dey 1345) Bakıda anadan olmuşdur.
Rəşidin atası yoldaş Əhməd Şeybani Astara şəhərinin Ləvəndevil kəndinin tanınmış və imkanlı sakinlərindən biri idi. O zəhmətkeş Azərbaycan xalqının mənafeyini sevərək, 1324-cü ildə(1945-ci il) Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, bütün həyatını və var-dövlətini 21 Azər hərəkatının inkişafına həsr etmişdir.
Rəşid Şeybani gənclik illərindən Firqənin mətbəəsində işləməyə başlayıb. Sovet İttifaqının dağılmasından sonrakı təlatümlü dövrdə, o da digər zəhmətkeşlər kimi müxtəlif peşələrdə çalışıb. Nəhayət, 2005-ci ildə Rəşid Şeybani rəsmi olaraq Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin texniki şöbəsində işə qəbul edilib. Lakin bir ildən sonra, o vaxtkı Azərbaycan Demokrat Firqəsinin rəhbərliyinə onun qüvvəsi lazım oldu, Rəşid Şeybani fədakarcasına rəsmi işini tərk etdi və atası kimi ömrünün sonuna qədər, bütün vaxtını və gücünü Azərbaycan Demokrat Firqəsinin işlərinə həsr etdi.
Azərbaycan Demokrat Firqəsinin zəhmətkeş dostu və köməkçisinin xatirəsi ehtiramla anılsın!