Bizim möhkəm və əməli şüarlarımız millətimizin məhvinə çalışan düşmənləri acıqlandırıb onları divanələr kimi mənasız hərəkətlər büruzə vermək və məntiqsiz sözlər danışmaqda davam etdirməkdədir.
Eşitdiyimizə görə Seyid Ziya dəstəsi və Azərbaycana vəkillik etmək istəyən beş – üç yalançı pəhləvan axır vaxtlarda sadəlövh və heç bir siyasi iş ilə əlaqəsi olmayan bazar camaatını çəkib Tehrana aparmağa çalışırlar.Biz əlbəttə evini, zindəganlığını kəsbi – ticarətini tərk edib Tehranda mürtəce farsların təhqirləri və təhqiramiz hərəkətlərini öz xalqının qardaşlığına tərcih verən adamların getməsindən çox da təəssüf etmirik.Onlar çox tez bir zamanda gördükləri işin zərərini hiss edib, peşman olacaqlar.Bu peşmançılıq onlar üçün faydasız ola bilər.Bu bizə aid deyildir.Bizim nəzərimizi cəlb edən işin ayrı cəhətidir.Tehran bizim sərvət və varlığımızı bu vasitə ilə əlimizdən almaq, ölkəni fərqü – fəlakətə sövq etmək istəyir.Firqəmiz bu ciddi məsələni nəzərdə tutmalıdır.
Biz işə başladığımız zaman düşmənlərimizin göstərdikləri əksüləməli unutmamışıq.Çox gözəl bilirdik ki, onlar bizim qabağımıza cürbəcür əngəllər çıxara bilərlər.Məxsusən, süni işsizlik yaradıb, xalq arasında vəhşət yaratmaqla əllərinə bəhanə salıb xalqın malına və heysiyyətinə əl atmaqda sudan balıq tutmaq kimi alçaqlıqda onların mahir olduğunu dəfələrlə imtahan etmişdik.Ona görə əmniyyəti saxlamağı, xalqın mal, can və heysiyyətini qorumağı əsas bir şüar olaraq təqib edib əmələn hər yerdə baş verən hərc – mərcin qabağını almağa əvvəldən tədbirlər görmüşdük.
Azərbaycan xalqının düşmənləri isə bu zəhməti puça çıxarmaq yolunda iki ay tamam qüvvələrini sərf edib cürbəcür oyunlar oynadılar.Lakun bizim qərarımız xələlnapəzir idi.İndi düşmənə heç bir bəhanə verməyib, başladığımız böyük işi mətanət və ağıl ilə təqib edib firqəni möhkəm payə və və əsas üstündə qoymağa müvəffəq olduq.
İndi xalqı qorxudub bu vasitə ilə sərvətimizi çəkib aparan xainanə siyasət ilə ciddi surətdə mübarizə etmək zamanı gəlib çatmışdır.
Bu işdə dəxi mətanət və xunsərdliyi hifz etmək lazımdır.
Düşmənlərin törətdikləri vəhşət və qorxunu aradan qaldırmaq və xalqı firqəmizin şüarlarının həqiqətinə inandırmaq üçün şəhərlərdə təbliğat işini gücləndirmək lazımdır.
Bu iş çox zəif bir haldır Mərkəzi komitəmizin ümumi iclası konfranslar və mitinqlər işinə icazə vermişdir.Artıq firqə daxili işlərini yoluna qoymuş, kafi miqdarda firqə siyasəti ilə aşina olan adamlar yetirməyə müvəffəq olmuşdur.
Bu gündən etibarən təbliğata girişib, şüarlarımızı xalq üçün böyük iclaslar və geniş mitinqlər vasitəsilə izah etməli və xalqın gözünü açıb onu peşmanlıq törədən işlərdən qaytarmalıdır.
Hərgab bu iş bir qədər ciddi də olsa, yəni xalqı vəhşətə salan ünsürlər vətənimizin sərvıtini çəkib aparmaqdan əl götürməzlərsə, onda xalq öz gücü ilə bu işin qabağını almalıdır.
Azərbaycanın istehsal etfiyi sərvət onun doğma xalqının ehtiyaclarını rəf etməyə sərf olunmalıdır.Bunun əleyhinə çalışan xainlərə deyin: ” Biz ölümə məhkum olsaq da öz vətənimizdə, öz ana yurdumuzda dəfn olmağa iftixar edirik.”
“Azərbaycan” ruznaməsi, 12 noyabr 1945 – ci il.
Təqdim etdi: Güləddin İsmayılov