آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Heydər olğu Əliyevə                                  

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi olaraq Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Sizə bu şərəfli vəzifənizinin icrasında, Azərbaycan dövlətinin və Azərbaycan xalqının rifahi naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirik.

Qalib xalqın qalib lideri və həqiqətdən yaranan bu ifadə 7 fevral 2024-cü il tarixində bir daha öz təsdiqini tapdı. Azərbaycan xalqı prezident seçkiləri günü Sizə həmrəy olduğunu bütün dünyaya göstərdi. Ulu öndər Heydərl Əliyev siyasətinin davamçısı olaraq Siz iyirmi il Prezident olduğunuz  dövrüdə müstəqil Azərbaycan Respublikasını dünya dövlətləri sırasında söz sahibi səviyyəsinə qaldırmısınız. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycanlıların problemləri ilə yaxından daim məşqul olmuşdur. O cümlədən görkəmli mədəniyyət və incəsənət xadimləri – Balaş Azəroğlu, Söhrab Tahir, Hökumə Billuri, Əli Tudə, Mədinə Gülgün, Rübabə Muradova, Həzən Əbluc və digərlərinin zəhmətlərini yüksək qiymətləndirərək, onları fəxri adlar və dövlət mükafatları ilə təltif etmişdir.

Bu gün Siz də nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə yaşayan azərbaycanlıların problemləri ilə yaxından əlaqədəsiniz. Buna örnək olaraq 2022-ci ilin noyabr ayında Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə, eləcə də başqa mötəbər qurum və yığıncaqlarda söylədiyiniz nitqlərinizdə dünyada yaşayan bütün azərbaycanlıların prezidenti olduğunuzu sübut etdiniz, bu da biz cənubi azərbaycasnlılar üçün qürurvericidir.

Biz, 1945-ci ildə Cənubi Azərbaycanda (İran) görkəmli siyasi xadim Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaranmış Azərbaycan Milli Hökumətinin siyasi kursunun davamçıları olaraq apardığınız daxili və xarici siyasətinizi dəstəkləyir, bir daha Sizi Azərbaycan Respublikasına Prezidenti seçildiyiniz münasibəti ilə ürəkdən təbrik edirik.

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin

Sədri Firidun İbrahimi

08 fevral 2024

Facebook
Telegram
Twitter
Email