şəhid Mirvahab Əfxaminin əziz xatirəsi ehtiramla anılır!Mirvahab Əfxami (d. 1301 – şəhadəti 1367) 1301-ci ildə Təbrizdə zəhmətkeş bir ailədə anadan olmuşdur. O, yüksək intellektə malik bir insan olaraq, yeniyetmə yaşlarından siyasətlə maraqlanırdı. Həyatının siyasi, iqtisadi və sosial şəraiti onu çox narahat edirdi. Bu səbəbdən Rza şah ölkədən qaçdıqdan sonra nisbi azadlıqların yaranması, siyasi partiya və təşkilatların fəaliyyətinin başlanması ilə o da siyasi fəaliyyətini genişləndirdi. O, 1945-ci ildə Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər hərəkatının ilk iştirakçılarından olub.
Əfxami yoldaş yazır: “1945-ci ildə Azərbaycan Demokrat Firqəsi tərəfindən Azərbaycan Milli Hökuməti qurulanda mən “Azərbaycan” qəzetinin redaksiyasında çalışan və rəhbərə ən yaxın adamlardan biri idim”. 1946-cı ildə milli hökumət şah qüvvələrinin hücumuna məruz qaldıqda bir çox qüvvələrimiz, eləcə də bir çox tərəfdarlarımız öldürüldü və əsir düşdü. Eyni zamanda firqənin bəzi kadrları ilə Sovet İttifaqına mühacirət etdim. Sovet İttifaqında mühacir kadrlar, firqə üzvləri və tərəfdarları Azərbaycan Sosialist Respublikasının müxtəlif bölgələrində məskunlaşmışlar.
Əfxami yoldaş 24 yaşında (1325) mühacirətə getməyə məcbur olmuş və Azərbaycan Sosialist Cümhuriyyətində məskunlaşmışdır. Orada ali təhsil almış, Gəncə Şəhərinin İnstitutunun tarix fakültəsində təhsil almış, eyni zamanda demokrat gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuş.
O, firqənin təcrübəli bir üzvü olaraq insanlarla yaxşı ünsiyyət quramağı bacarırdı. Onun gözəl zövqü və axımlı qələmi var idi. Qələmindən axan söz bir şəlaləyə bənzəyirdi. Bunu “Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti”ndə olanlar və ya toplantılarında iştirak edənlər yaxşı bilirlər. Əfxami özü də bu cəmiyyətin yaradıcılarından və fəallarından biri olub.
Bu səbəbdən o, firqə rəhbərləri tərəfindən təbliğat şöbəsinə dəvət olunub və orada müxtəlif vəzifələrdə ləyaqətlə çalışıb. Zəkasına və iti qələminə görə firqə rəhbərliyi Mirvahabı Azərbaycan Demokrat Firqəsi təkilatının orqanı olan “Azərbaycan” qəzetinin redaksiyasına seçib. O, bacarıqlı jurnalist kimi bir neçə il orada çalışıb.
1357-ci(1979) il şanlı inqilabından sonra o, İrana qayıtmaq üçün dəqiqələri hesablayır və Təbrizə getməyə hazırlaşırdı. Firqə şöbələrinin və orqanının kadrlara ehtiyacı olduğu vurğulanaraq, ona getməyi qadağan edən bəzi dostlarının müqaviməti qarşısında deyidi: “Mən İrana mütləq gedəcəm”. O, kəskin şəkildə sözünə davam edərək deyirdi: “Başqa yolumuz yoxdur .Ya azadlıq, ya ölüm!” Böyük türk şairi Nazəm Hikmətin dediyi kimi, “Sən yanmasan, mən yanmaram”. Biz yanmasaq, qaranlıqlar necə aydılanar?” Gələcəyi bilinməyən bir mühitə girdiyimi bilirəm. Mənə güvənin!”
Mirvahab Əfxami (Əfxəm əmi) Təbrizə qayıdıb dostu, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini Ənuşirvan İbrahimi ilə birlikdə “Azərbaycan” qəzetinin nəşri üçün işə başlayır.
“Azərbaycan” qəzetinin nəşri yasaq olduqdan sonra ailəsi ilə görüşmək üçün Azərbaycan Respublikasına getmiş, lakin tezliklə Azərbacan dilində nəşr başlamış “Mərdom” qəzetində işləmək üçün yenə də Təbrizə qayıtmışdır. “Mərdom” qəzetinin çapının yasaq olunması ilə o, praktiki olaraq işsiz qalıb, lakin pasportu müsadirə olunduğu üçün ailəsinin yanına qayıda bilməyib. Bu səbəbdən partiya onu Tehrana aparır və Səfər xana məxsus olan evin zirzəmisində ona yer verir. Bu müddət ərzində o, Səfər xanın xatirələrini lentə alır.
1361-ci(1982) ildə İran Tudə Partiyasının fəaliyyətinin qadağan olunması ilə partiyanın bir çox üzvü həbs edilir və bəziləri isə mühacirət edir. Əfxami yoldaş da ölkəni tərk edib Sovet İttifaqına qayıtmaq istəyir. Bir dəfə o, kiminləsə Ərdəbilə gəlir, amma sərhəddi keçə bilmir. İkinci dəfə sərhəddi keçmək istəyərkən Astara sərhədində şübhəli şəkildə həbs edilərək rejimin işgəncə düşərgələrinə aparılır.
Həbsxanada işgəncə verənlər Sovet İttifaqına qarşı nəsə yazmaq üçün ona çox böyük təzyiq göstərdilər, lakin buna nail olmadılar. Dürüstlüyünə və müqavimətinə görə məhbus yoldaşları Əfxəm əmi çağıraraq, ona hörmət edirdilər.
Əfxəm əmi Gövhərdəşt həbsxanısının 20 saylı bəndinin məhbus üzvlərindən biri idi, demək olar ki, hamısı Tudəçi idi və rejim onları ilk təmizləmə dalğasında öldürülmək üçün solçu məhbuslar arasından seçmişdi. O və digər məsləkdaşları rejimin onları öldürmək niyyətində olduğunu bilsələr də, inanclarından əl çəkmədilər və geri addım atmadılar. Əfxəm əminin bütün yoldaşlarının xatırladığı bir cümləsi var idi: “Mən bu həbsxanada şair oldum”. O, Ərani və Ruzbehdən başlayan və davam edən “Edam nəşri” adlı uzun qəsidə bəstələmişdi.
20 saylı bəndin zidanilərinin içərisində ölüm məhkəmələrinə aparılan gün Əfxəm əmi məhkəməyə ilk genənlərdən birici idi. Onun məhkəmə bir neçə saniyədən çox çəkmədi. Məsləkdaşları Əfxəm əminin öz ideallarını qürurla müdafiə etdiyinə və ölüm onun dizlərini titrətməyəcəyinə şübhə etmirdilər.
Əfxəm əmi 1367-ci il sentyabrın 5-də Gövhərdəştdə ilk edam olunan solçulardan biri idi ki, yoldaşları onun möhkəm addımlarla Hüseyniyyə qətlgahına tərəf getdiyini gördülər.
Xatirəsi əziz, yolu davamlı olsun!
8 Mehr 1403
28 Sentyab 2024