آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsi regionda və dünyada hər türlü müharibəyə qarşıdır!

 Sovet İttifaqının dağılmasından sonra özünü dünyada qalib görən qlobal imperializm öz siyasi və iqtisadi tələblərini irəli sürməklə ağalığını genişləndirmək üçün uzun müddətdir ki, militarist siyasətinin davam etdirməkdədir.  Bu üzdən də ona bağlı rejimləri ən müasir silahlarla təchiz edərək maliyyə yardımı ilə müharibəyə hazırlayır.  Yaxın Şərq regionunda amansız müharibə hər gün daha geniş miqyas alır.  İsrail bir ildən artıqdır ki, məzlum və köçkün fələstinliləri ən ağır hücumlarına məruz qoyur, minlərlə insanı öldürür və müharibənin ölçüsünü hər gün o qədər genişləndirir ki, bölgə xalqı İsrailin hər an  İrana hücumunu gözləyir.

İran və İsrail arasında illərdir sözdə münaqişə gedir.  İslam Respublikası illərdir İsrail və bölgə ətrafında öz proksi qüvvələrini təşkil edib və bunu “müqavimət” adlandırıb.  ABŞ-nin dəstəyi ilə İsrail illərdir İran daxilində əməliyyatlar aparır ki, sonuncusu İranın Dəməşqdəki konsulluğuna birbaşa hücumu və habelə Tehranda İsmayıl Haniyənin öldürülməsi olub.

 Tehranı idarə edən Vilayəti-fəqih rejimi bütün bu müddət ərzində avantürist siyasətini davam etdirib.  İsrailə bəzən raketlərlə və bəzən də pilotsuz təyyarələrlə hücum edib. Baxmayaraq ki, bu hücumlar təxribat və insan tələfatı ilə nəticələnməsə də, İsrail cavab olaraq İrana hücum edəcəyini bəyan edib.  Müharibə təhlükəsi ölkənin iqtisadi vəziyyətini son dərəcə qaranlıq edib.  Xarici valyutaların qiyməti artır, birja bazarı ucuzlaşmadadır.  Xalq bir tərəfdən qara fikirli, mürtəce rejimdən bezib, digər tərəfdən də müharibə qorxusu ilə yaşayır.  İran xalqı İraqla səkkiz illik dağıdıcı müharibəni yaşayıb, onun törətdiyi müsibət və fəlakətləri habelə ölkə infrastrukturuna vurduğu ağır ziyanı yaxşı xatırlayır.

Bəziləri hesab edir ki, müharibə onlar və çarəsiz rejim üçün uğur gətirən şəraiti hazırlayır, ölkədə represiyanın  davam etməsinə zəmin yaradır. Amma reallıq budur ki, müharibə dağıdıcıdır. 

Biz əski  siyasi bir təşkilat olaraq müharibənin acı nəticəsini dadmışıq və onun törətdiyi fəlakətlərin şahidi olmuşuq.  Ona görə də biz qəti şəkildə imperializm və Vilayəti-Fəqihrejimi tərəfindən hər cür müharibənin qızışdırılmasına və onun tətbiqinə qarşıyıq.

Müharibə gözlənilməz dağıdıcılığa malikdir. Bu üzdən də onun qarşısını almaq üçün sülhsevər insanlarla birləşmək lazımdır.  Sülh və barış tərəfdarları birgə hərəkət etməli və bir səslə müharibəyə və onu qızışdıranlara nifrətlərini hayqırmalıdırlar. 

Biz İranın, regionun və dünyanın sülhsevər xalqlarını regionda və dünyada sülhün qorunması üçün əməkdaşlığa dəvət edirik.  İqtisadi və sosial böhrandan çıxış yolu sülhü təbliğ etməkdir.  Müharibə olan yerdə xalq kütlələri heç nəyə nail ola bilməzlər.

Qlobal sülhün və sabitliyin qorunmasına kömək etmək və müharibəyə qarşı çıxmaq dəyərli və humanist bir mövqedir.  Belə bir mövqe müharibə qızışdırıcılarını təcrid edir və onlara qarşı ictimai rəyi formalaşdırır.  Dünyanın bir çox bölgəsi müxtəlif böhran və gərginliklərlə üzləşdiyi bir şəraitdə sülh üçün diplomatiya və dialoqu həll yolu kimi dəstəkləmək bir çox insani və iqtisadi fəlakətlərin qarşısını ala bilər.  Belə şəraitdə insan hüquqlarına, sosial ədalətə və beynəlxalq əməkdaşlığa hörmət etəyin önəmi ikiqat artır.

Yaşasın sülh, müharibə və müharibə qızdırıcılarını məhv olsun!

 Azərbaycan Demokratik Firqəsi

 2 aban 1403-cü il

20 oktyab 2024

Facebook
Telegram
Twitter
Email