Yerli mediaya görə, Bakı aeroportundan Çeçenistan Respublikasının Qroznı şəhərinə doğru yola çıxan Embraer 190 tipli təyyarə, əlverişsiz hava şəraiti və sıx duman səbəbindən marşrutunu dəyişdi. Təyyarə əsas marşrutdan cixdıqdan sonra, Gazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpıldı. Təəssüf ki, bu dəhşətli qəza nəticəsində təyyarənin 67 sərnişinindən 38-i həyatını itirdi.
Sağ qalanlar arasında 26 nəfər xilas oldu, amma bəziləri ciddi xəsarət alaraq xəstəxanalarda müalicə olunurlar. Hadisə yerindən yayılan şəkillər təyyarənin gövdəsində ciddi zədələr olduğunu və vəziyyətin çox ağır olduğunu göstərir. Bu hadisə Azərbaycanda və qonşu ölkələrdə dərin şok və kədər yaratdı.
Hadisədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərhal ölkədə bir günlük milli matəm günü elan etmək üçün fərman imzaladı. Bu qərar qurbanların ailələrinə başsağlığı vermək və onların xatirəsini əbədiləşdirmək məqsədilə qəbul edildi. Prezident İlham Əliyev, Rusiya Federasiyasına Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi zirvə görüşünə qatılmaq üçün səfər etmişdi. Hadisə barədə məlumat aldıqdan sonra isə Bakıya qayıdaraq, böhranı idarə etmək üçün şəxsən tədbirlər gördü.
Rusiya hökuməti də qəzanın səbəbi ilə bağlı fərqli şübhələrin irəli sürülməməsi üçün, rəsmi araşdırma nəticələri açıqlanana qədər heç bir fərziyyənin irəli sürülməməsini tələb etdi. Kreml sözçüsü Dmitri Peskov bu barədə bildirib: “Hadisənin səbəbi ilə bağlı müzakirələr aparmaq, araşdırmalar başa çatmadan qeyri-ciddi olardı.” Eyni zamanda, Gazaxıstan rəsmiləri təyyarənin qara qutusunun tapıldığını və araşdırmaların ciddi şəkildə davam etdiyini açıqladılar.
Bu faciə yalnız Azərbaycanda deyil, həmçinin digər ölkələrdə də böyük hüzn və kədər doğurdu. Araşdırmalar davam edərkən, bir çox insan bu qəzanın səbəbinin tezliklə aydınlaşacağı və gələcəkdə belə hadisələrin təkrarlanmasının qarşısının alınacağına ümid edir.
Azərbaycan Demokrat Firgəsınin, Gazaxıstanda Aktau şəhəri yaxınlığında baş verən və çox sayda Azərbaycan vətəndaşının həyatını itirməsinə səbəb olan bu ağır qəzaya görə Azərbaycan hökumətinə və xalqına başsağlığı verir. Bu dəhşətli hadisə, Azərbaycanın və onun sərhədlərini aşan bölgələrin insanlarının qəlbində böyük bir kədər və təsir yaratmışdır.