آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

     2025-ci il Yeni il  münasibətilə  təşkil edilən  tədbir Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri  yoldaş Adilə  xanımın doğum günü ilə bir gündə keçirildi

Bu il Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları,həmçinin Azərbaycan Respublikasında yaşayan iranlı mühacirlər üçün yeni ilin qarşılanması xüsusilə əlamətdar idi.11 dey (2 yanvar) tarixinə təsadüf edən Adilə xanımın 94-cü doğum gününü , firqənin ideyası uğrunda 79 illik yorulmaz mübarizəsinə görə təntənəli şəkildə təbrik edilməsi qərara alındı.

. Mərasimin əvvəlində yoldaş Firudin İbrahimi iştirakçıları salamladı və tədbirin təxirə salınmasının səbəbini Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə əlaqələndirdi.Bu hadisədə 38 nəfərin həyatını itirdiyi qeyd edildi.Yoldaş İbrahimi həmçinin  qeyd etdi ki,bu il Azərbaycan Demokrat Firqəsinin  80-cı ildönümü tamam olur.12 şəhrivər 1324-cü ildə (şəmsi ili) Seyid Cəfər Pişəvəri və bir qrup azərbaycanlı siyasi fəal tərəfindən təsis edilən bu firqə və 21 Azər hərəkatı müasir Güney Azərbaycan tarixində önəmli dönüş nöqtəsi olmuşdur.

21 Azər hərəkatı milli azlıqların etnik hüquqları,muxtariyyət və xarici qüvvələrin təsirinə dair məsələlərə diqqət yetirmişdir.

Azərbaycan Milli Hökumətinin mərkəzi hakimiyyət və xarici qüvvələr tərəfindən bir ildən sonra məğlub edildiyinə baxmayaraq,onun əhəmiyyətli  təsiri siyasi və mədəni həyatımızda  öz əksini tapmışdır.

Yoldaş İbrahimi qeyd etdi ki,Azərbaycan Demokrat Firqəsinin  79 illik yorulmaz mübarizəsi onun demokratiya,social hüquq və azadlıqlar və Azərbaycanın mədəni kimliyini müdafiə etmək uğrunda apardığı səylərin göstəricisidir.

ADF-nin sədri Adilə xanım gənc yaşlarından başlayaraq firqənin tanınmış simasına çevrilərək inqilabi fəaliyyətində zamanla  güçlü və təsirli liderə çevrilmişdir.Onun   firqənin ilk üzvlərindən sağ qalan yeganə şəxs kimi yorulmaz mübarizəsinə görə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi onu 21 Azər medalı ilə təltif etdi.

Medalın təqdimatından sonra elm ,ədəbiyyat və incəsənət xadimləri,o cümlədən professor Solmaz Tohidi,Pərvanə Məmmədli,Həcər Ümmani Hüseynova,Səməd Bayramzadə,Rəhim Hüseynzadə,Taryel Ümid və İsmayıl Abdullahi çıxış edərək Adilə xanımın mübarizəsini və əzmkarlığını yüksək qiymətləndirdilər .

Adilə xanım öz çıxışında firqənin ideyası uğrunda şəhid olan fədailəri yad etdi,tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək,  bu yüksək mükafata layiq olduğu üçün  hisslərini ifadə etməkdə aciz olduğunu   etiraf etdi

Mərasim güneyli mühacir xanəndələr Ruhəngiz Müsəvi və Tahirə Muradovanın.(Rübabə Muradovanın bacısı) canlı musiqi ifaları və iştirakçıların rəqsləri ilə davam etdi.

Tədbir şən və coşqulu ab- hava ilə başa çatdı və yadda qalacaq əlamətdar bir hadisəyə çevrildi.

Facebook
Telegram
Twitter
Email