29 Bəhmən 1356-cı ildə (18 fevral 1978) Təbrizdə baş verən üsyan,1357-ci il (1979) şanlı inqilabın mühüm hadisələrindən biri idi.Bu üsyan 19 Dey (9 yanvar) Qum etirazlarının zorakılıqla yatırılmasına cavab olaraq başladı və inqilabi dalğanı bütün ölkəyə yaydı
Təbriz –Azadlıq mübarizələrinin beşiyidir.
Təbriz tarix boyu İranda azadlıq mübarizələrinin əsas mərkəzlərindən biri olub.Məşrutə hərəkatından neft sənayesinin milliləşdirilməsinə qədər bu,şəhər siyasi və ictimai hərəkatlarda fəal rol oynayıb.Maarifçilik ocaqları və xalqın mübarizə tarixi 29 Bəhmən üsyanına zəmin yaratdı.
Azərbaycan xalqının mübarizə tarixi.
Məşrutə hərəkatı (1285-1290 Ş/1906-1911)- Təbriz Məşrutə hərəkatının əsas mərkəzlərindən biri olib.Səttar xan və Bağır xan bu hərəkatın aparıcı liderləri olmuşdur.
Şeyx Məhəmməd Xiyabani hərəkatı(1299-1300 Ş/1920-1921) Məşrutə ideyalarının dirçəldilməsi və Rza şahın diktaturasına qarşı üsyan idi.
21 Azər hərəkatı və Azərbaycan Demokrat firqəsi (1324-1325 Ş/1945-1946).Məşrutə və Xiyabani hərəkatının davamı kimi meydana çıxan bu hərəkat,mərkəzi ordu tərəfindən yatırıldı.
Neftin milliləşdirilməsi hərəkatı (1329-1332 Ş/1950-1953)-Azərbaycan xalqı bu hərəkatda mühüm rol oynadı.
29 bəhmən 1356 Təbriz Üsyanı 1357-ci ilin inqilabında dönüş nöqtəsi olub və Pəhləvi rejiminin süqutunu sürətləndirdi.
Pəhləvi rejiminin süqutuna səbəb olan böhranlar.
Pəhləvi rejimi siyasi müxalifətə qarşı amansız təzyiqlər tətbiq edirdi.Bu ictimai narazılığı artırdı 4 əsas böhran rejimin süqutunu qaçılmaz etdi:
1. Legitimlik böhranı-Şah ədalətin simvolu olmaq əvəzinə zalım bir hökmdar kimi tanınmağa . . başlandı;
2. Səmərəsizlik böhranı-iqtisadi idarəetmədəki uğursuluqlar,neft gəlirlərinin hərbi xərclərə sərf . edilməsi yoxsulluğu artırdı;
3 .Müstəqillik böhranı-xarici güclərdən,xüsusilə, ABŞ-dan asılılıq,xalqda milli qürur hissini . . . . zədələdi;.
4.Repressiya və zorakılıq böhranı-müxalifətin,siaysi partiyaların və işçi birliklərinin təqibləri . . . qısa müddətdə rejimi qorusa da,uzunmüddətli perspektivdə onun süqutunu sürətləndirdi..
Pəhləvi iqtisadi siyasətinin social nəticələri.
“Ağ inqilab “ adı ilə həyata keçirilən islahatlar social bərabərsizliyi daha da artırdı..İqtisadi çətinliklər , orta və aşağı təbəqələrin ağır durumu ictimai narazılığı gücləndirdi Hakimiyyət social və iqtisadi inkişaf əvəzinə təhlükəzislik və hərbi siyasətə üstünlük verirdi.Bu isə xalqın hakimiyyətə qarşı etimadsızlığını daha da artırdı.
29 Bəhmən üsyanının başlanması.
Təbriz xalqı 19 Dey Qum şəhidlərinin 40 mərasimi üçün toplaşdı. Səhər saat 9.30 radələrində Qızıl məscidə(Hacı Mirzə Yusif Ağa məscidi) daxil olmağa çalışan etirazçılar təhlükəsizlik qüvvələrinin maneəsi ilə qarşılaşdılar. Bu zaman Məhəmməd Təcəlla adlı bir etirazçı güllələnərək şəhid oldu.Bu hadisə şəhər miqyasında geniş qiyamın başlanmasına səbəb oldu.Xalq küçələrə axışaraq anti- hökumət şüarlarını səsləndirdi və beləliklə təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verdi.
Üsyanın nəticələri.
Etirazların genişlənməsi- bu üsyan Yəzd,Şiraz,Məşhəd və İsfahan kimi şəhərlərdə də kütləvi etirazlara səbəb oldu və inqilab prosesini sürətləndirdi.
Pəhləvi rejiminin zəifləməsi-üsyanın amansızcasına yatırılması və onun beynəlxalq səviyyədə işıqlandırılması rejimin legitimliyini daha da azaltdı.
İnqilabi qüvvələrin birləşməsi -fərqli siaysi qruplar anladılar ki,rejimin süqutu üçün vahid nübarizə aparmaq lazımdır.
Nəticə etibarı ilə,29 Bəhmən Təbriz üsyanı təkcə xalqın istibdada qarşı mübarizəsinin simvolu deyil, həm də 1357-ci ilin inqilaba aparan əsas hadisələrdən biri idi.Bu üsyan göstərdi ki,davamlı repressiyalar və xalqın narazılığı social və siyasi dəyişikliklərə səbəb ola bilər.Azərbaycanın mübarizə tarixi,İranın siyasi hadisələrində həmişə mühüm rol oynayıb və oynamaqda davam edir.
1357-ci ilin(1979) inqilabı ilə bu günkü vəziyyət arasında bənzərliklər və fərqlər.
Bənzərliklər:
Hakimiyyətə qarşı geniş ictimai narazılıq və legitimlik böhranı;
Siyasi repressiyalar ,insan hüquq və azadlıqlarının məhdudlaşdırılması;
Hakimiyyət və xalq,xüsusilə gənc nəsil arasında uçurum;
Beyin axını,hakimiyyət daxlilndə parçalanmalar və ictimai etirazların artması.
Fərqlər:
Dəyişən qlobal siyasət-o dövrün soyuq müharibə şəraiti ilə bu günkü çoxqütblü dünya fərqlidir.
Müxalifətin liderlik problemi-1357-ci ilin inqilabında vahid bir lider mövcud idisə,bu gün müxalifət arasında liderlik böhranı var.
Texnologiyanın rolu-informasiyanın yayılması indi mərkəzləşdirilmiş deyil,müxtəlif texnoloji vasitələrlə həyata keçirilir.Bu fərqli baxışların və startegiyaların meydana çıxmasına səbəb olur.
Bu fərqlərə baxmayaraq xalqın social ədalət və azadlıq tələbi dəyişməz qalır. 29 Bəhmən üsyanının ruhu,xalqın tarixən azadlıq uğrunda mübarizə apardığını bir daha sübut edir.