Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan Milli Hökuməti qurulandan təxminən bir ay sonra “Azərbaycan Milli Hökuməti” (12 dekabr 1945), “Azərbaycan türkcəsini İran Azərbaycanında “rəsmi dövlət dili” elan etdi. Azərbaycan Milli Hökuməti 6 yanvar 1946-cı il tarixində Seyid Cəfər Pişəvərinin iştirakı ilə bəyan etdi ki, bundan sonra “Azərbaycan türkcəsi Azərbaycanda rəsmi və dövlət dili hesab ediləcək.” Bu qərar 9 yanvar 1946-cı ildə Azərbaycan Demokrat Firqesi Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan” qəzetində yayımlandı və ictimaiyyətə çatdırıldı.
Azərbaycan Milli Hökumətinin Ana Dili Haqqında Qərarı
“Azərbaycan” qəzeti, Firqe Demokrat Orqanı, 9 yanvar 1946:
“Xalqımızı dövlət aparatına daha yaxınlaşdırmaq, onun ehtiyaclarını daha asan anlamaq və həmçinin milli dilimizin və milli mədəniyyətimizin inkişaf yollarını təmizləmək məqsədilə, Azərbaycan Milli Hökuməti 6 yanvar 1946-cı il tarixində aşağıdakı qərarı qəbul etmişdir:
- Bu gündən etibarən Azərbaycan dili Azərbaycanda rəsmi və dövlət dili hesab edilir. Dövlət qərarları, rəsmi elanlar və xalq qoşununun əmrləri, eləcə də qanun layihələri tamamilə Azərbaycan dilində olmalıdır.
- Bütün idarələr (dövlət, milli, ticarət və ictimai qurumlar) bütün yazışmalarını Azərbaycan dilində aparmağa məcburdur. Bu dildə yazılmayan sənədlər rəsmi hesab edilməyəcək.
- Məhkəmələrdə bütün işlər Azərbaycan dilində aparılmalıdır. Bu dili bilməyənlər üçün tərcüməçi təyin ediləcəkdir.
- Azərbaycanın bütün idarə, müəssisə və ticarət obyektlərinin lövhələri tamamilə Azərbaycan dilində olmalıdır.
- Bütün çıxışlar və müzakirələr bütün toplantı və iclaslarda Azərbaycan dilində aparılmalıdır.
- Azərbaycanlı olmayan və digər dillərdə danışan şəxslər, əgər dövlət idarələrində işləyirlərsə, Azərbaycan dilində yazmağı, oxumağı və danışmağı öyrənməlidirlər.
- Dövlət məmurlarını Azərbaycan dili ilə tanış etmək məqsədilə, Maarif Nazirliyi (Mədəniyyət Nazirliyi) tərəfindən digər dilləri bilən şəxslər üçün idarələrin nəzdində xüsusi Azərbaycan dili sinifləri açılmalı və bu şəxslərin gündəlik iş saatı bir saat azaldılmalıdır.
- Azərbaycanda yaşayan digər millətlər öz işlərini ana dillərində apara bilərlər. Lakin onlar rəsmi elanlar yazarkən, ana dilləri ilə yanaşı Azərbaycan dilini də rəsmi dövlət dili kimi istifadə etməlidirlər.
- Azərbaycanda yaşayan kiçik xalqların məktəblərində tədris ana dillərində ola bilər, lakin eyni zamanda Azərbaycan dilinin tədrisi məcburidir.
- Azərbaycan Milli Hökumətinin Maarif Naziri qərar verir ki, Azərbaycan milli dilinin məktəblərdə tətbiqi və təsdiqi bütün müəllim və müəllimələr üçün milli vəzifə hesab edilsin.
Azərbaycan Milli Hökumətinin Baş Naziri – Pişəvəri