آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin  8 Mart Beynəlxalq Qadınlar Günü   münasibətilə təbriki

    8 Mart –  Beynəlxalq Qadınlar Günü iqtisadi,   ictimai   və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü olub, istismara, irticaçı hakimiyyətə  qarşı uzun mübarizə rəmzidir..

Bu mübarizə XX əsrin əvvəllərindən başlayaraq bu günə qədər davam etməkdədir.

    Qadınların  kişilərlə bərabər hüquqlara malik olmaq uğrunda mübarizəsi   8 mart 1857-ci ildə ABŞ-n Nyu-York şəhərində geyim fabriklərində çalışan yüzlərlə qadının aşağı maaşa,uzun iş saatının qısaldılmasına,eyni zamanda ağır  iş şəraitinə etiraz olaraq keçirilən  aksiya ilə başladı..Fabrikin sahibi  isə qadınların  haqlı mübarizəsini yatırtmaq və qorxu yaratmaq üçün  fabrikin qapılarını bağladı və işçiləri əsir aldı. Bir  müddət sonra həmin fabrikə od vuruldu və fədakar qadın işçilərinin 129-u faciəli şəkildə həlak oldu.Həmin vaxtdan etibarən 8 Mart qadınların istismara ,haqsızlığa qarşı mübarizəsinin simvoluna çevrildi

    1857-ci il hadisələrindən 52 il sonra  Danimarkanın Kopenhagen  şəhərində keçirilən sosialist demokrat qadınların 2-ci Beynəlxalq konfransında Klara Setkin adlı bir alman sosialit qadın Amerikada 8 martda yandırılaraq öldürülən  129 qadın işçinin xatirəsini yad etmək üçün  hər il 8 mart gününü Dünya qadınlar günü olmasını təklif etdi və bu təklif qəbul edildi.

     Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya,Avstriya,İsveçrə və Danimarkada keçirilib.Rusiyada 1913-cü ldə,Azərbaycanda isə 1917-ci ildə qeyd edilib.

     Həmin gün qadınlar küçələrə çıxaraq kişilərlə bərabər hüquq  və azadlıqlara, eyni əmək haqqına nail olmaq  uğrunda tələbləri irəli sürdülər və bir çox ölkələrdə bu hüquqları qazandılar.

     1977-ci ildə UNESKO- Birləşmiş Millətlər Təşkilatının mədəniyyət və təhsil  qurumu-  8 Martı rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi elan etdi.

1357-ci ilin inqilabı(1979) ,qadın və kişilərin azadlıq, demokratiya və istibdaddan qurtulmaq uğrunda birgə  mübarizəsi ilə baş verdi və bu qadınların öz hüquq və azadlıqlarına nail olmaq ümidini artırdı. Lakin inqilabın ilk günlərindən etibarən” inqilab keşikçiləri” adı altında irticaçı qüvvələr üzə  çıxaraq qadınlara hücum etməyə başladılar.Bəzən bu qüvvələr zəncirlərlə azadlıqsevər qadınları təqib edərək “Ya hicab,ya da tərs sillə!”şüarları ilə onlara hücum edirdilər.Bir müddət sonra Xomeyni bu təqibləri açıq aşkar öz çıxışlarında  müdafiə etdi.Getdikcə ağır və çətin illər yaşansa da  bu vəziyyət qadınların yenidən irticaya,istibdada  qarşı açıq  mübarizəsini alovlandırdı.

Qadınların bir çoxu  hicablarını çıxarıb atmaqla, öz hüquq və  azadlıqları uğrunda şüarlarla çıxış edərək, qəddar rejimə qarşı mübarizədə addım addım irəlilədilər.Bu yolda irticanın bütün zorakılığına sinə gərərək həbsə atıldılar,işgəncələr gördülər, canlarından  keçdilər, amma geri çəkilmədilər.

Bu gün qadınlar küçələrdə istibdada qarşı mübarizədə qəhrəman döyüşçülərə çevriliblər və  irticanın bünövrəsini sarsıdaraq tarix yazırlar.

Hələ də Neda, Aylər, Nika, Jina və digər şəhidlərin qanı küçələrdə axmaqdadır.

”Qadın,Həyat və Azadlıq” şüarları isə irticanın başına endirilən bir çəkicə çevrilib.

  Azərbaycan Demokrat Firqəsi, Azərbaycan Milli Hökuməti qürur duyur ki,onlar İran tarixində ilk dəfə olaraq qadın hüquqlarını rəsmən tanıdı, qadınlarin kişilərlə bərabər seçkiyə qatılmaq hüququnu təmin etdi.

  1320-ci (1940-cı illər) illərin əvvəllərindən etibarən mütərəqqi partiyaların  fəaliyyətə başlaması ilə qadınların ictimai,siyasi və iqtisadi sahələrdə iştirakı gücləndi..

   Dünyanın bir çox ölkələrində olduğu kimi , 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd  olunmağa başladı .8 Mart  qadınların  hüquqları uğrunda  mübarizə həyatında öz yerini tapdı.

    Ölkə rejimi bu illər ərzində müxtəlif tədbirlərin keçirilməsinə cəhd etməklə qadınları, onların həmrəylik günü olan 8 Martın qeyd olunmasından yayındıra bilmədi.

    Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi 8 Mart-Beynəlxal Qadınlar Günü münasibətilə bütün dünya qadınlarını,xüsusilə də vətənimizin fədakar,zəhmətkeş və mübariz qadınlarını təbrik edir,onların irtica qüvvələri ilə mübarizəsini təqdir edir və bu mübarizə yolunda onları dəstəkləyir.

   Azərbaycan Demokrat Firqəsi inanır ki, qələbə günü yaxındır və ölkəmizin qadınları layiq olduqları bütün hüquq və azadlıqlara sahib olacaqlar.

  Yaşasın qadınların irticaya qarşı yorulmaz mübarizəsi!                                         .

  Yaşasın Azərbaycan qadınlarının İranın bütün xalqları və millətləri ilə həmrəyliyi!

   Həmrəylik və əməkdaşlıq zəfərin təminatıdır!

   Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi 

  Mart, 2025-ci il

Facebook
Telegram
Twitter
Email