Əziz fəhlələr və zəhmətkeşlər!
1 May –Beynəlxalq Fəhlə Günü – dünya fəhlə sinfinin həmrəyliyinin rəmzidir və mövcud ədalətsiz cəmiyyətdə fəhlə sinfinin əmək hüquqlarının müdafiəsi üçün öz tələblərini ifadə etmək imkanı yaradır..
İranda bu əlamətdar gün fəhlələrin tarixi mübarizələrini və sonsuz əzablarını əks etdirməklə yanaşı, həm də sosial ədalətin bərqərar edilməsi üçün bir çağırışdır.
İran İslam Respublikasında mövcud əmək münasibətlər sistemi insan ləyaqəti və mütərəqqi əmək hüquqlarına deyil,mövcud hakimiyyəti qoruyan oğrular rejiminə əsaslanır.Bu rejimdə istismar birbaşa zorakılıqla deyil,hüquqi boşluqlar,qanunlardan yayınma , məsul qurumların haqsızlığa göz yumması vasitəsilə həyata keçirilir.
Əmək müqavilələrinin olmaması və ya formal müqavilələrlə işə götürülmə,fəhlə hüquqlarının pozulmasının ən geniş yayılmış üsullarındandır.Mövcud müqavilələrlə belə işə götürənin öz öhdəliklərini yerinə yetirməməsi adi hala çevrilmişdir. Bu vəziyyət fəhlələri susmağa və az da olsa müəyyən gəlir əldə etmək üçün haqsızlığa boyun əyməyə məcbur edir.
Minimum əmək haqqından da aşağı maaşlar,aylar və hətta illərlə maaşların geçikdirilməsi geniş yayılmış adi hala çevrilmişdir.Təkcə son bir il ərzində on minlərlə fəhlə minlərlə ay maaş borcu ilə üzləşmişdir. Bu böhran xüsusilə bələdiyyələr kimi dövlətə bağlı qurumların fəaliyyətində özünü daha açıq şəkildə göstərir və bir daha faciənin dərinliyini ortaya qoyur.Mürəkkəb və uzun inzibati prosedurlar,sonsuz gecikmələr,qərarların verilməsi və ya onların icrasındakı ləngimələr fəhlələri dözülməz və əziçi bir vəziyyətlə üz-üzə qoyur.Bu prosesdə çox vaxt qalib gəlsələr belə,fəhlələrin nail olduqları “haqları” sönmüş ümidlərinin dəyərsiz qalığına çevrilir.
İranın işçi qüvvəsinin böyük hissəsi rəsmi müqavilələr olmadan çalışdığına görə istismar olunmağa məcbur edilir.Əmək müqavilələrində tərəflərin məsuliyyəti nəzərdə tutulmadığına və ya təmin edilmədiyinə görə ədalət qeyri müəyyən və abstrakt bir anlayışa çevrilir.
Fəhlələrin əmək hüquqlarının pozulması təqaüdə çıxma mərhələsində də davam edir.Həyatın minimum ehtiyaclarını qarşılamayan aşağı pensiya təyinatı,müntəzəm gecikmələr mövcud olan ədalətsizliyin təzahürüdür.
Əmək Nazirliyi, özünün qeyri effektiv strukturu ilə, insan və texniki resurslarının çatışmazlığı ilə fəhlələrin hüquqlarını qorumaq iradəsi və gücündən məhrum olan passiv bir quruma çevrilmişdir.
Bu gün İranda hökumətin ən yüksək pilləsindən tutmuş özəl sektora qədərki bütün qurumların mövcud əmək münasibətlərində fəhlə sinfinin istismar və zülmə məruz qalmasında eyni payı vardır.Bu ədalətsiz sistemdə fəhlə məhsuldar bir qüvvə olmayıb imtiyazlı azlığın mənafeyini qoruyan bir vasitə rolunu oynayır.
Beynəlxalq Fəhlə Günü təbrik və şənlik günü olmayıb,köklü və struktur islahatlara çağırış günüdür. Bu gündə dünya fəhlələri istismara ,ədalətsiz maaşlara,təminatsız əmək müqavilələrinə və işsizliyə qarşı etiraz səsini ucaldır.
İranda fəhlələr dolanışıq,müstəqil həmkarlar təşkilatlarının yaradılmasına qoyulan qadağalar kimi böhranlarla,represiyalarla üzləşirlər.Onların haqlı etiraz səsləri çox vaxt hədələr ,işdən çıxarmalar və həbslərlə cavablandırılır.
Yuxarıdakıların göstərişi ilə qurulan passiv və müşahidəçi şuralarla deyil,yalnız müstəqil həmkarlar ittifaqıları və birliklər vasitəsi ilə tapdanmış hüquqlara nail olmaq mümkündür.
Fəhlələr istehsal,xidmət ,təhsil,səhiyyə və nəqliyyat sektorlarının əsas sütunlarıdır.Fəhlə həmrəyliyi və təşkilatçılığı ədalətsiz sistemin haqsızlığının qarşısında dayanıb onu köklü dəyişikliklərə yönəldə bilər.
Beynəlxalq Fəhlə Günü birlik,təşkilatlanma və mübarizəyə çağırış günüdür.
Yaşasın fəhlə sinfinin həmrəyliyi!
Yaşasın sosial ədalət uğrunda mübarizə!
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi.
Ordubihişt 1404.
May 2025