Venesuelanın seçilmiş rəsmi dövlət rəhbəri Nikolas Maduro Venesuelada ədliyyə ilinin açılışına sədrlik etmək üçün Ali Məhkəmənin önünə gəlib
“Heç bir şəraitdə istefa verməyəcəyəm” deyən Maduro, başda ABŞ olmaqla, vəzifədən getməsini istəyən bir çox ölkəyə mesaj göndərib.
Rəhbərlik etdiyi hökumətin vəzifə müddətinin bitəcəyi 2025-ci ilə qədər ölkəsini xalqın əksəriyyətinin istədiyi istiqamətdə idarə etməyə davam edəcəyinin zəmanətini verib.
Özünü müvəqqəti dövlət başçısı kimi elan edən Xuan Guaidonu “klouna” bənzədən Maduro, ABŞ-ın dəstəklədiyi Guaido üçün, “Küçədə ictimaiyyətə özünü prezident elan edən bir adamın haqsız sözlərindən bir şeylər çıxarmağa çalışırlar” – deyib.
“Tramp özünü dünyanın polisi zənn edir”
Maduro ABŞ-ın Guaidoya verdiyi dəstəyi pisləyərək Trampa yönəlik, “Venesueladakı faktiki hökumətə, xalqa və demokratiyaya qarşı bir zərbə vurmaq istəyir. Donald Tramp özünü dünyanın polisi və Latın Amerikası ilə Karib Hövzəsinin lideri olduğuna inanma dəliliyini yaşayır” deyib.
Mayk Pensə çox sərt cavab verdi
Maduro ABŞ-ın vitse-prezidenti Mayk Pensin açıqlamalarına isə, “ABŞ prezidentinin müavininin sözlərindən prezidentinin çarəsizliyini görə bilirəm. Nifrəti və çılğınlığı görürəm. Hüququ zorlayacaqlarını görə bilirəm. ABŞ hökuməti ən pis dəlilik ssenarisini zorlayır” deyə cavab verib.
Guaidinonun andından sonra özünə dəstək verən silahlı qüvvələri təbrik edən Maduro, “Hərbi qüvvələr açıqladı. Konstitusiya, ölkə və xalqla birlikdədirlər” deyib.
Maduro həmçinin, Rusiyanın dəstəyini xatırladaraq Rusiya prezidenti Putinə təşəkkür edib. (Müxalifət.az)
pia.az