İki illik fasilədən sonra 1944 – cü il aprel ayının 10 – dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır.Bu mərhələ 1946 – cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941 -1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur.
Qəzetin səhifələrində Məhəmməd Biriya,Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Hökumə Billuri, Həbib Sahir, Mədinə Gülgün,Məhəmmədəli Hilal Naseri və bir çox başqalalarının şeirləri, Səməd Səbahi, Mir Rəhim Vilayi, Məmmədəli Fərzanə
(Qövsi) və başqalalarının məqalələri çap olunurdu.
Qəzet nəşr olunduğu illərdə (1941 – 1946)
Mirzə İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev qəzetin baş redaktorları olmuşlar.
Redaksiyada isə S.Rüstəm, O.Sarıvəlli,M.Rahim, yazıçılardan S.Rəhimov, Əvəz Sadıq, Ənvər Məmmədxanlı, Qılman İlkin, Seyfəddin Dağlı, İsrsfil Nəzərov (məsul katib),Qulam Məmmədli, Cəfər Xəndan( baş redaktorun müavini), Məmmədağa Sultanov, rəssam İsmayıl Axundov və bir çox başqaları işləmişlər.
50 – yə yaxın yerli şairlər “Vətən yolunda” qəzetində öz şeirlərini çap etdirirdi.
Elə onlar da qəzetin nəzdində “Şairlər məclisi” yaratdılar. İlk iclası 1945 – ci il yanvarın 7 – də keçirildi və Mir Mehdi Etimad onun sədri seçildi.
Şəkildə:Azərbaycan Demokrat Firqəsinin fəalları və ” Vətən yolunda” qəzetinin əməkdaşları.
Təbriz 1325 şəmsi (miladi 1946 – cı il)
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü