Böyük Vətən Müharibəsi veteranı İsmayıl Fərəcov odlu-alovlu illərdə Təbrizdəki hərbi xidmətini, yubiliyarın bacısı Rübabənin çıxışlarını xatırlayaraq deyib ki, Tahirə xalqa xidmət üşün parıltılı salonlar axtarmır. Əksəriyyətin üz tutmadığı qocalar və kimsəsizlər evlərində, veteranlar qarşısında çıxışlarından qürur duyur.
İMC –nin Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq Mükafatı laureatı Tariyel Ümid ürək sözlərini poetik misralarla bitirib.
Sonra cəmiyyətin “Məşəl” ansambılının üzvləri, Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvi və Niyazi Salmanov ürək sözlərini mahnılar, Həsən Cəbrayılov isə parodiyalarla dilə gətiriblər.
Sonda yubiliyar çıxış edərək belə diqqətə və həssalığa görə cəmiyyət rəhbərliyinə və tədbirin bütün iştirakçılarına minnətdarlığını bildirib.