Milli Demokratik hərəkatın qələbəsi uğrunda mərdliklə mübarizə aparan fədailərdən biri də Qulaməli İsmayılzadədir.İsmayılzadə Qulaməli 1301 – ci il şəmsi ilində (1922) Dizcərud mahalındakı İrvan kəndində muzdur kəndli ailəsində anadan olmuşdur.Onun uşaqlıq dövrü çox ağır keçmiş, nökərçilik etdiyi xanın qapısında həmişə döyülüb təhqir olunmuşdur.Hələ kiçik yaşlarından zülm və istismara , təhqir və yoxsulluğa məruz qalmış Qulaməli 1322 – ci ildə ( miladi1943) Hizbe Tudə İranın sırslarına daxil olmişdur. İsmayılzadə hizbə ( partiyaya) daxil olduqdan sonra onun ən fəal üzvlərindən birinə çevrilir.O, həmişə belə deyirdi:” Mən hizbin sərbazıyam.Təşkilata lazım olan ən çətin tapşırıqları xahiş edirəm ki, mənə tapşırsınlar.”
Qulaməli İdmayılzadə 1324 – cü ilin hələ aban ayında (1945, oktyabr – noyabr) Şişvan qəsəbəsində jandarm və polis qüvvələrinin tərksilah olunmasında fəal iştirak edir. Azərşəhrin irtica qüvvələrindən təmizlənməsində, şanlı 21 Azər günündə, Təbriz şəhərinin azad olunmasında diqqətəlayiq rəşadət göstərdiyi üçün sonralar Milli Hökumətin təklifi əsasında Milli Məclis tərəfindən ” 21 Azər” medalı ilə təltif olunur.Yüzlərlə fədai ilə birlikdə Qulaməli də Həştrud, Çaroymaq və Çardəhl mahallarında irtica qüvvələrin silahlı dəstələri ilə inadla vuruşmuşdur.Çaroymaq mahalının Ərəbşah dağlarında məşhur mürtəce Hacı Qəhrəman xanın quldur dəstələri ilə vuruşmalarda xəstələnməsinə baxmayaraq Qulaməli bir gün də olsun döyüşdən əl çəkməmişdir.O, 21 Azər nəhzətinin qələbəsində çalışdığı kimi, onun nailiyyətlərinin qorunmasında da fədakarlıq göstərmiş,son nəfəsinə qədər xalq işinə sadiq qalmışdır.
Şahənşah qoşunları 1325 – ci ildə (miladi 1946)
Azərbaycana xaincəsinə basqın edən zaman Qulaməli Ərəbşah və Gücəqala kəndlərində Şükür xan və Hacı Qəhrəmanın quldur dəstələri ilə üz – üzə gəlir və onlarla inadla vuruşur. Düşmən qüvvəsi çoxalır, şahənşah qoşunlarının piyada və süvari hissələri Hacı Qəhrəmanın köməyinə gəlir və nəhayət, Qulaməli bir neçə yoldaşı ilə birlikdə dağlara çəkilməyə məcbur olur.O, şaxtalı sərt dağlarla düşmən qüvvələrinin təqibi altında gecə – gündüz yol gəlməli və bəzən də vuruşmalı olur.Nəhayət,
Həştrud mahalının Kültəpə kəndində qısamüddətli atışmadan sonra fədailər məşhur feodal Solətinin atlıları tərəfindən mühasirəyə alınırlar.Düşmən onu nə qədər aldatmağa çalışır, mümkün olmur.Bütün fədailər düşmən tərəfindən ölümlə hədələnir.Lakin təslim olmurlar.Nəhayət, çox atışmadan sonra Solətinin atlıları Qulaməlinin yoldaşları ilə birlikdə olduğu evə od vurub yandırırlar, qorxmaz fədai Qulaməli İsmayılzadə yanan evin alovları içəridindən çıxarkən düşmən tərəfindən açılan güllələrə hədəf olur.Qulaməli İsmayılzadə son nəfəsində də öz əqidəsində möhkəm dayanmış, iftixarla, başı ucalıqla ölməyi düşmənə təslim olub alçalmaqdan üstün tutmuşdur.O, öz cəsarəti və barışmazlığı ilə fədailik ləyaqətini yüksəltmişdir.Onun əziz xatirəsi cəsarət və bacarığilə, düşmənə qarşı barışmazlığı ilə birlikdə cavan nəsillər tərəfindən yad ediləcəkdir.
Təqdim etdi: Güləddin İsmayılov