آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Şəhid Ənuşirvan İbrahiminin xatirəsinə

Yoldaşlar, biz getdik, Yolumuzu siz davam edin!

1987-ci il sentyabrın 13-i günorta vaxtı idi. Uşaqlar süfrə qurmuşdular. Onlar stol arxasında oturmaq istəyərkən, kameranın qapısı açıldı. Ənuşirvanı səslədilər. Bir anlıqa urəklər sıxılıb və dodaqlarda gülüşlər qurudu. Onun vədəsi dolmuşdu. Ona günorta yeməyini  yeməyə belə icazə vermədilər. Ənuşirvan ayağa qalxmışdı. İlk növbədə kameraya ağır və  acı bir sükut çökdü, sonra məhbusların üzləri göz yaşları bürüdü. Ənuşirvanı güllələməyə aparırdılar. Gözlər onun ağzına dikilmişdi. O, bir söz deməli idi. Ənuşirvan qısa çıxış edərək belə söylədi: “Yoldaşlar, biz getdik, yolumuzu siz davam edin”. Mən, partiyam üçün qürur və sevgi ilə öləcəyəm. Mən öz mübarizəmi  davam edib və partiyamı son ana qədər müdafiə edəcəyəm.”

Ənuşirvan İbrahimi yoldaşın güllələnməsi xəbəri onun bütün əski dost və yoldaşlarını ağır matəmə qərq etdi. Biz sədaqətli və sevimli bir isanı itirdik. “Ənuş” İran və xüsusən də Azərbaycan xalqı üçün layiqli və qürurverici bir övlad idi. Yaxın yoldaşları arasında o, yeganə şəxs olaraq zəhmətkeş inqilabçı bir ailədə tərbiyə alıb və boya-başa çatmışdı. Yeniyetmə çağlarından, yəni ata və ailəsinin Nəhavənd şəhərində sürgün həyatından danışarkən, biz ola qibtə edirdik.

Firidun, İranduxt, İrəc  və Ənuşirvan xiyalı və zəhmətkeş valideynlərin ocağında boya-başa çatmışlar. “Ənuş” hələ yeniyetmə olarkən Azərbaycan milli hərəkatının kadrlarından biri idi. Azərbaycan milli hərəkatı məğlub olduqda o, böyük qardaşı Firidunu həmişəlik itirdikdən sonra 18 yaşında mühacirətə getməyə məcbur olmuşdu. “Ənuş” bu faciədən sonra bir an belə İran və Azərbaycan xalqının xoşbəxtliyi uğrunda mübarizəni dayandırmayaraq son nəfəsinə qədər qardaşı Firidunun fəxredici yolu ilə getdi.

Amma Ənuşirvan yoldaşlarnın xatirəsində təkcə inqilabçı bir şəxsiyyət deyil, həm də insanlıq keyfiyyətinə sahib bir insan olaraq unudulmayacaq, yaşayacaqdır. O, həqiqətən bir insani xarakterə malik bir şəxsiyyət idi. Dostluq və yolaşlıqda tayı-bərabəri yox idi. Həmişə və hər yerdə dostların problemlərini həll etməyə çalışırdı. Deməli, onun təmənnasız yardımı üzərində daima hesab etmək olardı. Ənuş partiya işlərini yorulmadan yerinə yetirirdi. O, İrana göndəriləcək xırda-xırda partiya nəşrlərini yerləşdirəndə o qədər dəqiq, həvəs və zövqlə iş görürdü ki, adamı heyrətlənirdi. O, işi yaxşı yerinə yetirmək əsas prinsiplərdən sayılırdı. Bütün işləri dəqiqlik və nizamla yerinə yetirirdi. Onun sənədləri arxivləşdirmə işi adamı heyrətləndirirdi. Qısa müddət ərzində İrandan gələn gizli nümayəndələr üçün bir kitabxana qədər nəşriyyələri lazımı yerdə yerləşdirərək onların ixtiyarında qoyurdu. Düşmənin hilələri qarşısında onlara necə mübariz etməyi öyrədərək yola salırdı. Beləliklə də onlar şah rejimi ilə mübarizə aparıb və genişləndirsinlər.

O, inqilab qələbə çaldıqdan sonra imperializm və irticaya qarşı mübarizədə öz borcunnu yerinə yetirmək üçün dərhal xalqın köməyinə gəldi. Beləcə onun təlatumlu yaşayışı davam etdi. Bir ayağı Təbrizdə və bir ayağı isə Tehranda idi( daima Təbriz-Teheran arasında get-gəldə idi). Hər yerə baş çəkirdi. Onun gecə-gündüzləri partiya işlərinin eniş-yoxuşlarında, siyasi inqilabın sosial inqilaba çevrilməsi uğrunda mübarizədə keçirdi. Hər kəs ilə müzakirə və sohbət etməkdə idi.

Ənuşirvan Yoldaş 1305-ci(1926) ildə mübariz və ziyali bir ailədə anadan olmuşdur.  Gənclik illərindən mübarizəyə başlamış və 1322-ci ildə İran Tudə Partiyasının gənclər təşkilatına qoşulmuşdur. İrticanın Azərbaycan xalqının milli hərəkatına vəhşicə hücumundan, sonra vətənini tərk etməyə məcbur oldu Mühacirətdən bir il sonra o, Azərbaycanın Demokrat Firqəsinə qoşuldu. Mühacirət illərində o, xarici dillər istitunda ingilis dili fakültəsini bitirmiş, İctimai Elmlər Akademiyasında təhsilini davam etdirmiş və tarix elmləri doktoru elmi dərəcəsini müvəffəqiyyətlə başa vurmuşdur.

O, bu illər ərzində müxtəlif partiya vəzifələrini yerinə yetirmiş və başqa işlərlə yanaşı, 1348-ci(1969) ildə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini olmuşdur.

O, 1354-cü(1975) ildə İran Tudə Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, 1357-ci(1979) ildən isə həmin partiyanın Mərkəzi Komitəsinin Siyasi büro üzvü və katibi olmuşdur. Ənuşirvan İbrahimi Yoldaş ailəsinin üçünü övladı olaraq zəhmətkeşlərin azadlığı və hüquqları uğrunda mübarizədə canını fəda etdi. Hələ yeniyetmə olarkən  atsı zəhmətkeşlərin azadlığı yolunda mübarizə edərkən tutulub və edama məhkum edildi. Ənuşirvan və qardaşı Firidun atalarının Qəni İbrahiminin yolunu cəsarətlə davam etdilər.

1325-ci(1946) ildə Azərbaycan Xalq Hərəkatına şiddətli hücumdan sonra güllələnənlər arasında Ənuşirvanın məşhur qardaşı Firidun da var idi. Ata və qardaşın ölümü gənc Ənuşirvanı sarsıtmadı. O, vətən eşqilə sərhəddləri aşdı. Taki bir gün bu mübarizə alovunu daha da körükləyərək  gücləndirsin.

yolu davamlıolsun!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədr müavini

Facebook
Telegram
Twitter
Email