Biz maliyat barəsində çox təkid etməliyik və bu mövzu indiyə kimi neçə dəfə təkrar olmuşdur.
Maliyatı biz ondan ötrü alırıq ki, maliyat vasitəsilə ölkəmizin ehtiyaclarını rifah edək.Buna görə lazımdı ki, təzliklə maliyat cəm olsun və bir yerdə təmərküz tapıb ölkələrimizin lazımi məsrəflərinə yetişsin.Ağayi Həbib İlahiyə dedilər ki,” Ajir” ruznaməsində indiyə kimi maliyat bər dər amədin əleyhinə çoxlu məqalələr yazılmışdır, ancaq bu cür deyildir..Biz ondan maliyat bər dər amədin verilməyinə tərəfdarıq, amma doktor Malispo maliyətdən əlavə siyasi işlərə qarışırdı.Bizim azadlığımızı da məhdud etməyə təsbeş edirfi.Maliyət bər dər aməd idarəsində olan narva hərəkətlərə əlbəttə, biz həmişə müxalif olmuşuq.Biz ” Ajir” ruznaməsinin əvvəlinci dövrəsində maliyə bər dər amədi müdafiə etməklə bərabər Malispinun siyasi işləri ilə mübarizə emişik.Maliyyət bər dər aməd qanuni zaman cəngdə adilanə bir qanundur.Qeyri- adi gəlir və mənfəətlərə də maliyət almaq gəlirdi.Müharibədən sonra istifadə edib böyük pullar qazananlar bu adilanə maliyətdən boyun qaçırmaq üçün xalq içərisində fitnə fəsad tolid etməyə çalışırlar.
Mən Tehranda bir nəfər tacirdən ləvazim təhrir alardım. Sonra gördüm o, ticarət xanəsini bir neçə mağazaya təqsim edibdir ki, bu vasitə ilə maliyət bər dər aməd vetməsin.
Burada da bəziləri vardır ki, o cür edirlər və maliyət istəyəndə dad və fəryad salırlar ki, verməsinlər. Amma maliyət yığılmasa işlər düzəlməyəcəkdir. Biz ölkəmizi idarə edə bilmərik.Qoy cəng müğəyyində xalqın qanını sorub milyonlarla qazananlar naməşruh gəlirlərindən bir az da xalqın rifahından ötrü , ölkələrinin abadlığından ötəri, maliyət verdinlər. Onlar minlərcə adamların var – yoxunu aparıblar.
İndi də ğərək adilanə surətdə maliyətlərini versinlər. Amma maliyət alanda heç kəsə gərək tohin olmasın biz qabaqkı məmurlar kimi xalq ilə pişrəftar etməyəcəyik. Biz maliyət yığmasaq ehtiyaclarımızı rəf edə bilmətik. Darülfünun düzəldə bilmərik. Buna görə firqə gərək maliyət əleyhinə təbliğat aparanların qabağını alsın. Xalqa maliyətin verilməsi lüzumunu anlatsınlar.
Çoxları vardır ki, keçən dövrədə onlardan maliyət istəyəndə hay – huy və dad və fəryad salıb maliyət verməkdən boyun qaçırırdılar.
Biz qabaqcadan maliyətlərin alınmağına ondan ötrü israr etmirdik ki, bilirdik bu maliyətlari xalqdan aldıqdan sonra oğurluyurlar. O maliyət vasitəsilə xalqın ehtiyaclarını mürtəf etmirlər.
Amma indi maliyət alırıq ki, xalqa darülfünun, yol, karxana, səhiyyə və sairə düzəldək. Mümkündür maliyət təyin olunduqda maliyət yazanlar yaxşı iş görməmişlər. Vəli bunun ümu miyyəti yoxdur. Zaman cəng maliyəti çox qanuni bir maliyətdir.
Bəziləri milyonlarca pul qazanan müqədə minlərcə fəqir uşaqlar və yoxsul arvadlar gecələr səhərə kimi çörəkçi dükanlarının qabağında növbəyə dururdular. Minlərcə adamlar aclarından, bekarçılıqdan ölürdülər…Gərək indi onlar o hədsiz aidlərinin həqiqi və adilanə maliyətlərini versinlər və biz də bu qanuni maliyətləri hətmi surətdə alacayıq… (Alqışlar) “Azərbaycan” No 112( ikinci dövrə) ,3 şənbə, 9 bəhmən 1324 – cü il.
Seyid Cəfər Pişəvəri
Təqdim etdi: Güləddin İsmayılov