آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azabdlıq Layihəsi) on səkkizinci hissə

Dr: Məhəmmədhüseyn Yəhyai

İran Tudə Partiyası ilə Azərbaycan Demokrat Partiyası arasında birlik böhranı hələ bitmədən

Partiya digər böhranlarla üzləşdi. Xüsusilə dünya kommunist hərəkatında nəzəri cəhətdən fikir ayrılıqlarından yaranan böhranı göstərmək olar. Demək olar ki, Çin Xalq Respublikası rəhləri ilə Sovet İttifaqı rəhbərləri arasında yaranan fikir ayrılığı partiya daxilində öz təsirini buraxdı. Sovet Kommunist Partiyasının 20-ci qurultayında (1956) qeyd olunan fikir ayrılıqları hələ də bəzi solçu qüvvələr tərəfindən tənqid olnurdu. Bu fikir ayrılığı baxışın, metodların və nəzəri şərhlərin öyrənilməsi ilə bağlı davam edirdi. Çin inqilabının lideri Mao Tszedun iyirminci qurultayın qərarlarını və Xruşşovun fikirlərini dəstəkləsə də, bunu revizionizmin başlanğıcının ilk addımı hesab edirdi. O, dünya sol və kommunist partiyalarının separatçı fəaliyyətini dəstəkləyirdi. İran Tudə Partiyası da öz rəhbərliyində parçalanmaya və neş dəstəliyə düçar olmuşdu. və , öz O, təşkilat daxilində ayrılmanın qarşısını almağa çalışır və partiya liderlərinin əksəriyyətinin mühaciətdə vaxt keçirdikləri Sovet İttifaqının mövqelərini müdafiə edərək  bu istiqamətdə yazırdı: İranın Tudə Partiyası. Sovet İttifaqı Kommunist Partiyası və onun Mərkəzi Komitəsinin siyasətini ürəkdən bəyənir… Qətiyyətlə inanırıq ki, Çin Kommunist Partiyasının rəhbərləri tərəfindən irəli sürülən siyasət və onların bu istiqamətdə apardıqları fəaliyyət bütün dünyada, o cümlədən ölkəmizdə milli-azadlıq hərəkatına ciddi ziyan vuracaqdır. Bu səbəbdən də biz bu xətti-hərəkəti və bununla bağlı Çin Kommunist Partiyası rəhbərlərinin fəaliyyətini qətiyyətlə pisləyirik.”(Sənədlər və Baxışlar, səh 491)

Partiyanın belə mövqe tutması mərkəzi kadrda parçalanmanın qarşısını ala bilmədi və onun bir qrup nüfuzlu üzvləri Çinin mövqeyini dəstəkləyərək partiyanı tərk etdilər. İllər boyu Çinin siyasi mövqeyini dəstəkləmək, xüsusilə solçu gənclər və xaricdə təhsil alan tələbələr arasında davam etdi. Bu məsələ isə partiyanın fəaliyyətinə öz təsirini buraxırdı. Bu arada partiyanın mərkəzliyində tutarsızlığı, bəzən də əməkdaşlıq etməməyi geniş surətdə yayırdı. Bu üsul və davranış partiya və firqə arasında görünən və görünməyən ziddiyyətləri daha qabarıq şəkildə göstərirdi. Bu isə İran ictimaiyyətinin sürətlə dəyişdiyi bir şəraitdə baş verirdi. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi qənaət və inflyasiyanın qarşısının alınması üzrə təkliflərinin “Əmini” tərəfindən həyata keçirilməsi uğurla başa çatırdı. Və inflyasiya bir faizə qədər azaldı, lakin iqtisadiyyatın daralması onun bütün sahələrində tənəzzülə gətirib çıxardı. Nəticədə, ölkə ağır böhranla üzləşirdi, bir tərəfdən torpaq və ev qiymətləri, digər tərəfdən isə maaşlar aşağı düşürdü. Dövlət çevrilişdən sonra İqtisadiyyat ən pis vəziyyət ilə üzləşimişdi. Tikinti işlərinin azalması, əksəriyyəti Azərbaycandan olan və mərkəzə gələn minlərlə fəhləni işsizlik, sərgərdanlıq hətta, aclıq təhlükəsi ilə üz-üzə qoymuşdu. Nəticədə cəmiyyət od və çaşqınlıq içində yanırdı. Bu səbəbdən də avanqar bir qüvvəyə çox ehtiyac duyurdu.  Bu dərin böhrandan çıxmaq üçün köklü bir sosial islahatın həyata keçirilməsi qaçılmaz idi. Əmininin kabinetində nəzərdə tutulan və hazırlanan bu islahatlar şah tərəfindən 6 prinsiplə həyata keçirildi. Ruhanilər onun iki prinsipinə (qadınların azadlığı, onların seçkilərdə iştirakı və torpaq islahatı) qəti şəkildə qarşı çıxdılar. Onlar dövlət çevrilişi nəticəsində qəddarcasına yatırılan partiyaların və mütərəqqi qüvvələrin boşluğundan istifadə edərək şaha, onun apardığı ictimai islahatlara qarşı mübarizəyə qalxdılar.Lakin bu mübarizədə məğlub olduqda şahın mövqeyini gücləndirdilər. Şah və onun sarayı bir müddət uzaqlaşdı. Lakin sonrakı illərdə müxtəlif yollarla onları sakitləşdirdilər. şəhərdə və kənddə sol habelə demokratik qüvvələrə qarşı onların təşkilatlandırılması üçün zəmin hazırladılar. Bu tendensiya və iqtisadi inkişaq özü ilə sosial məsələləri gətirmək üçün siyasi və partiya təlimləri vasitəsilə demokratiyaya yol açmalı idi. Ona görə də ictimaiyyətin siyasi partiya və milli, mütərəqqi təşkilatlara çox ehtiyacı var idi. Kütləvi bazası olan siyasi partiyalar, mütərəqqi təşkilatlar hələ də keçmişin ağır repressiya yükü altında qalxmamışdılar. Xüsusi ilə dövlət çevrilişi zamanı ölkə daxilində ictimai-siyasi fəallar təqib, həbs və edamlarla üz-üzə dayanmışdılar. Onunla yanaşı Xaricdəki partiya üzvləri mühacirət, yerdəyişmə böhranları və yeni yerlərdə sabitləşmə problemləri ilə üz-üzzə idilər. Bəzən də şəxsi niyyətlər əsasında əvvəlki illərin hesablaşması və dövlət çevrilişi nəticəsində partiya siyasətinin iflasa uğraması  məsələləri onları məşğul edirdi. Bu da partiya və sol hərəkat üçün çox zərərli idi. Bu arada bir tərəfdən partiyadaxili parçalanmalar, digər tərəfdən isə partiya və firqənin təşkilati birliyinin nəticələri mərkəzi kadrlar habelə ayrı-ayrı şəxslər arasında gərginliyi artırırdı. Beləliklə də taleyüklü günəş ilinin 4-cü onilliyi xüsusi şəraitdə başlayaraq sürətlə davam edirdi. İqtisadiyyat və siyasətdə bu həlledici dövrün ardınca inkişaf proqramlarının (üçüncü və dördüncü inkişaf planları) həyata keçirilməsi ilə ölkədə struktur dəyişikliklərinin baş verdiyi bir vaxtda silsilə hadisələr partiya və firqəni bürümüşdü. Günəş ilinin 4o-ci illərində neft satışı və xarici yardım sürətlə artdı. Demək olar ki, bu onillikdə s iyasətdə habelə iqtisadiyyatda baş verən ən mühüm və təsiredici hadisələr, struktur dəyişiklikləri həm hiss olunan, həm də görünən şəkildə özünü göstərirdi. Bəzi sosioloqlar və iqtisadçılar iqtisadiyyatda bunu qızıl onillik hesab edərək, bu gün də xatırlayırlar (Əli Mizakhaxni, iqtisadiyyat dünyasının redaktoru, Pəncərə televiziya proqramı).

Beləliklə, böhran və sosial anomaliyalarla müşayiət olunaniqtisadi tənəzzül dövründən sonra sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə iqtisadiyyat əsasən tənəzzüldən çıxarıldı, sosial gərginlik xeyli azalaraq inkişafa doğru irəlilədi. Nəticədə iqtisadiyyat çiçəkləndi.

Bu dövrdə İqtisadi koordinasiya qrupları məhkəmədən saray və şahdan daha çox müstəqil olaraq İqtisadiyyat Nazirliyində, Mərkəzi Bankda, Proqram və Büdcə Təşkilatında cəmləşib, liberal iqtisadiyyatın prinsiplərini tətbiq edərək həyata keçirdilər. Nəticədə infrastrukturun modernləşdirilməsi ilə ölkə iqtisadiyyatı inflyasiyasız inkişaf etməyə başladı. Bu dövrdə orta sinif işçi sinfi ilə birlikdə kəmiyyət və keyfiyyət cəhətdən sürətlə artdı. 1342-ci ildə 555 milyon dollarolan dan neft gəlirlərinin 1347-ci ildə 958 milyon dollara yüksəlməsi bu iqtisadi artımı sürətləndirdi. Təbii ki, bu artım davam edərək, 1350-ci ildə 1 milyard 200 milyona, 1353-cü ildə 5 milyarda, 1355-ci ildə 20 milyarda qədər yüksəldi. (Yarvand Abrahamiyan, İran İki İnqilab Arasında, səh. 525)

Bu pulun böyük bir qismi Sənaye və Mədən İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində sənaye və istehsal sektoruna yönəldilib, digər hissəsi isə aşağı faizli kreditlər kimi xüsusi istehsal sektoruna verilidi. Üçüncü və dördüncü inkişaf proqramlarının həyata keçirildiyi illərdə orta iqtisadi artım 8%-i aşaraq sonrakı illərdə isə ikirəqəmli rəqəmə (25-30%) yüksəldi. Üçüncü və dördüncü inkişaf proqramlarında bənd tikintisi, elektrik enerjisi istehsalı, limaların genişləndirilməsi, yol tikintisi və s. kimi infrastruktura 4 milyard dollara yaxın vəsait xərcləndi. Eyni halda kəndlilərin böyük şəhərlərə, xüsusən də Tehrana köçməsi ilə şəhərləşmə sürətlə genişləndi. Bu illərdə daxili istehlak üçün xarici mallarla rəqabət aparmaq məqsədi ilə sənaye məhsulları, geyim, ərzaq və s. əvəzedici mallar istehsal edildi. Şəhərləşmənin genişlənib artması ilə sənaye ehtiyacları, məişət əşyaları, şəhər xidmətləri və digər ehtiyaclar artdı. Bu vəsaitlərin mühüm bir hissəsinin təmin edilməsi üçün  daxildə bacarıqlı ixtisaslı işçi qüvvəsinə və mütəxəssislərə ehtiyac var idi. Bu üzdən də peşə məktəbləri, orta məktəblər və universitetlər artaraq genişləndi. Bu onilliyin son illərində təxminən ölkə əhalisinin yarısı şəhərlərdə yerləşdi. İqtisadi proqramların icrası ölkənin müxtəlif bölgələrində iqtisadi və sosial inkişafın tarazlığını pozdu. Sənaye və Mədən İnkişaf Bankı Tehran montaj sənayesinə 60%-dən çox kredit ayırdı. Bu dövrdə Tehran əyalətinin ümumi əhalisinin 62%-ni savadlılar təşkil edirdi. Lakin bu say  Şərqi Azərbaycanda 27% idi. Tehran əyalətində hər 972 adama bir həkim və 5626 nəfərə bir diş həkimi düşürdü. Halbuki bu say Şərqi Azərbaycanda 5589 nəfərə bir həkim və 66156 nəfərə bir diş həkimi idi(Yarvand Abrahamiyan, həmn mənb, S. 553),

Azərbaycanın digər bölgələrində vəziyyət daha pis idi. Dövlət və səhiyyə xidmətlərinin səviyyəsi çox aşağı idi. Bu səbəbdən də iqtisadi rifahdan məhrum olan əhali və regionlar bərabər faydalana bilmədilər.

Bu onillikdə bir qrup saray əyanları, mülkədar aristokratlar və bəzən müxtəlif şəxslər kapital toplayaraq, şəhərin investorları sıralarına qoşuldular. Onlar istehlak malları, bank və yaşayış binaları sahəsində  yatırım yatırdılar. Onunla yanaşı istehlakçı orta sinfin sayı da artmağa başladı. Bəzən də maddı imkan baxımından orta sinfin şəraiti daha da yaxşı olurdu. Lakin fəhlə sinfi, xüsusən də kasıblarin əksəriyyəti yoxsul olub çörək pulu qazanmaq üçün böyük şəhərlərə axışmışdı. Elm və texnologiyadan xəbəri olmayan və bəzən şəhər xidmətlərindən məhrum  olan bu zəhmətkeşlər şəhər kənarlarında çox ağır şəraitdə yaşayırdılar. Onların əksəriyyəti ölkənin sıx məskunlaşdığı yerlərdən, xüsusən də Azərbaycanın kənd və bəzən şəhərərindən mühacirət edənlər idi. Halbuki bu ağır dövrdə öz siyasi təşkilatına (Azərbaycan Demokrat Firqəsinə) ehtiyacları olan bir vaxta vətənlərini tərk etmişdilər.

Azərbaycan, firqə və Azərbaycan Milli Hökuməti ilə emosional münasibət qurmuşdu.

Azərbaycan zəhmətkeşləri siyasi, sosial və milli kimliklərinə yaxşı bələd idilər. Onlar qısa müddətdə şəhər və kənddə təşkilatlanama təcrubəsinə yiyələnmişdilər. Onlar təcrubə əsasında böyük potensiala sahib idilər və bu səbəbdən də gələcəkdə ölkənin ictimai-siyasi dəyişikliklərində önəmli rol oynaya bilərdilər. Azərbaycanda siyasi təşkilatın və milli hökumətin məğlubiyyəti ilə azərbaycanlılar öz milli və vətəndaş hüquqlarından məhrum oldular. Onlar təkcə Azərbaycan bölgəsində deyil, həmdə İranın digər bölgələrin taleyində həlledici rola malik idilər. Senzuraya məruz qalan və informasiyanın sərbəst hərəkətdən xəbərsiz olan bir çox azərbaycanlı xarici hadisələrlə bağlı kifayət qədər məlumat əldə edə bilmirdi. Onlar hələ də firqənin gələcəyinə nikbin baxırdılar. Onlar Azərbaycanın şəhər və kəndlərində yenidən firənin ofislərini açılması və onun Azərbaycanın matəm bölgəsinə sevinc gətirəcəyi günü gözləyirdilər. Onlar firqə ilə partiya tıçkilatlarının niyə və necə birləşməsindən xəbərsiz idilər. Onlar ölkənin partiya və firqə kimi iki mühüm siyasi təşkilatının birləşməsi haqqında kifayət qədər məlumatları yox idi. Hətta bunun zərurətindən belə xəbərsiz idilər. Ona görə də Azərbaycan zəhmətkeşləri çaşqınlıq içində idilər. Günəş ilinin 4-cü onilliklərindəki siyasi və sosial-iqtisadi dəyişiklikləri onu daha da mürəkkəbləşdirdi….

Günəş ilinin 4-cü onilliyində  ölkə iqtisadiyyatının sürətlə inkişafı, sol meyilli qüvvələrin və hətta həmkarlar ittifaqlarının geniş repressiyaları ilə birlikdə ruhanilərin xeyrinə tamam oldu. Qısa bir müddətdə məscid və ibadətxanaların sayı artdı, dini ocaqlar, gənc tələbələr və mədhiyyçilər arasında ittifaq yarandı. Demək olar ki, onun əhatə dairəsi universitetlərə və Hüseyniyyələrə qədər genişləndi. Uzun illər əvvəl yazılmış dini kitablar dəfələrlə təkrar nəşr edildi. Ümumiyyətlə onların naşirləri bazarın, bəzən də dolayısı ilə dövlət tərəfində dəstəklənərək maliyyələşirdilər. Onlarla yanaşı, dini ocaqlar öz geniş imkanlarından istifadə edərək təbliğat aparırdılar. Əli açıq meydan da at oynadırdılar. Çünki şah rejimi siyasi partiyaların, xüsusən də sol təşkilatların hər türlü fəaliyyətinə qəti şəkildə qarşı idi və ruhaniləri gücləndirməkdən məqsədi, bu cür sol partiyalara qarşında maneə törətmək idi. Dini qüvvələrşəhər ətrafında yaşayan və yaxşı yaşamaq üçün kəndlərdən axışııb gələnlər arasında geniş baza yardaraq getdikcə mövqelərini möhəmləndirdilər. Şəhərlərə mühacirətin artması ilə yanaşı, şəhər kənarlarında daha da məscidlərin sayı artdı. Azərbaycanlılar böyük şəhərlərdə, xüsusən də Tehran və ətraf ərazilərdə onlarla məscid və əzadarlıq heyətini öz adlarına qeydiyyatdan keçirərək müəyyən imtiyazlardan da bəhrələndilər. Müxtəlif vaxtlarda bu dini mərkəzlərdə pulsuz yemək paylanırdı, bu da yoxsulların və məhrumların xoşuna gəlirdi. Şah rejimi və onun müşavirləri hesab edirdilər ki, gənclərin bu cür mərkəzlərdə toplanması, onların siyasi partiyalara, xüsusən də sol təşkilatlara qoşulmasının qarşısını alacaq, rejimin də sosial bazasını gücləndirəcək. Bu təhlükəsizlik siyasəti irəlilədikcə bürokratiya və militarizm böyük xərclər hesabına genişləndi. Hər üç qüvvədə (quru, hava və dəniz) qoşunların sayı artdı. Hərbi büdcələr və bahalı silahların alınması artmaqda davam edirdi. Eyni zamanda ordu (2-ci idarə) solçu qüvvələr və həmkarlar ittifaqları tərəfindən təşkil edilən hər çür siyasi fəaliyyəti yatırmaq üçün “SAVAK” ilə əməkdaşlığı davam etdirirdi. Bu illərdə ölkədə təşkilatlanma üçün İran Tudə Partiyası və Azərbaycan Demokrat Firqəsi yollar aramağa çalışdılar. Bu məqsədlə partiyanın iki üzvü (Məhəmməd Hüseyn Məsumzadə, Həsən Rəzmi) ezam olundular. Lakin  “SAVAK”ın təşkilata nüfuz etməsi ilə onlar tanınaraq tutuldular. Yenə də daha iki üzv (Pərviz Hikmətcu və Əli Xavəri) eyni aqibəti yaşadı. Bu səbəbdən də partiyanın fəaliyyəti iflasa uğradı və SAVAK-ın sol qüvvələrə qarşı mübarizədə fəallığı artdı. Bir tərəfdən partiyadaxili parçalanmalar, digər tərəfdən isə hər gün sayı artan fəhlə sinfi daxilində partiyanın təsirinin uğursuzluğu gəncləri ayrıca marksist özəkləri formalaşdırmağa məcbur etdi. O marksist özəklərin içərisində İran Tudə Partiyasının gənclər qolundan iştirak edirdi. Onlar partiyanın fəaliyyətini tənqid edirdilər. Bu dağınıq qrupların aydın fikir və nəzəri birliyi yox idi. Bəzən duyğuları ağıl və məntiqlərinə qalib gələrək, Kuba inqilabının, Vyetnam müharibəsinin, davam edən Əlcəzair mübarizəsi və s.-nin təsiri altında partizan hərəkatlarına üz tuturdular. Bu istiqamətdə marksist təmayüllü iki qrup “Bijan Cəzəni, Həsən Ziya Zərifi” və daha çox dindar olan “Məsud Əhmədzadə və Əmir Pərviz Puyan” (sonrakı illərdə onlar da marksizmə meyl edirdilər) öndə idilər. Paralel olaraq Təbrizdə də Əlirza Nabdel, Behruz Dehqani, Səməd Behrənqi, Mərziyə Üskui və s. kimi türk ədəbiyyatına bələd olan gənc partizanlardan ibarət bir qrup yrandı. Nabdel İranTudə Partiyası və Azərbaycan Demokrat Firqəsi haqqında “Azərbaycan və Milli Məsələ” adlı tənqidi bir kitabça yazmışdır. Zaman keçdikcə Xalq Fədailəri Partizan Təşkilatının yaranmasına zəmin yaratmaq üçün bu qruplar arasında əlaqələr quruldu. Onların təcrübəsizliklərinə baxmayaraq, öz inancları yolunda sədaqətlə addımladılar. Onların bəzi avantürist hərəkətləri ola bilərdi, lakin bu yolda canlarını fəda etdilər.

Günəş ilinin bəhmən ayının 19-də bir qrup partizanlar (13 nəfər) siyasi tarixdə “Siyahkəl Qəhrəmanlığı” kimi qalan Siyahkəldə nəzarət-buraxılış məntəqəsinə hücum etdilər, lakin kəndlilərin və yoxsulların dəstəyini gözləyən gəbunclər hamılıqla öldürüldü.

Partizan hərəkatının tərəfdarları hələ də bunu uzunmüddətli mübarizənin başlanğıcı adlandırırlar. Hansı ki, sonradan Tehran küçələrinə çıxarılaraq, digər qüvvələri təhrik edib və qızışdıraraq üzbəüz döyüşə cəlb etdi. Lakin əksəriyyəti azərbaycanlı ziyalı ailələrindən olan çoxlu sayda gənc qüvvələr (fədailər) bu yolda, yəni partizan mübarizəsində həlak oldular.

Ölkə ictimaiyyətinin dəyişdiyi, təkamül etdiyi, yeni ictimai formasiyaya keçidi, gənclərin yeni formasiyada öz yerini tapmaq üçün siyasi-ictimai fəaliyyətə can atdığı bir vaxtda ölkənin ən qədim siyasi partiyası olan İran Tudə Partiyası öz daxili çəkişmələri ilə üz-üzə olduğu üçün bu prosesdən geri qaraq enerjisinin əsas bir hissəsini bu məsələlərə sərf edirdi.

Partiya və firqə birliyi ilə bağlı gərginlik hələ də öz v qüvvəsində qalmaqda idi. görünür, hər iki tərəfin bəzi rəhbərləri və üzvləri buna son qoymaq istəmirdilər. Partiyanın 11-ci plenumunda “Qulam Yəhya Danişianın” çıxışından bəzi ifadələrə nəzər saldıqda bunu aydın göstərir.

Qulam Yəhya Danişian partiyanın 11-ci plenumundadeyir : “Məsulların plenumda məruzəsi partiyanın real və cari vəziyyətini, xüsusən də qarşımızda duran vəzifələrlə bağlı hissəni əks etdirmir. . Həqiqi birlik və gizlilik prinsipinin olmadığından Təbriz və İsfahan p Azərbaycan Demokrat Firqəsinə qarşı böhtanlar, yalanlar, iftirala hələ də davam edir.(Partiya zabitlərinin Moskvadakı yazışmaları)artiya təşkilatları dağıldı. Təcrübəsiz və gizli işdən xəbərsiz olanlara mühüm vəzifələr tapşırıldı. Azərbaycan Demokrat Firqəsinə qarşı böhtanlar, yalanlar, iftiralar hələ də davam edir.(Partiya zabitlərinin Moskvadakı yazışmaları)

Yenə də öz hesabatınızda deyirsiniz: “Birlik işini gücləndirməkmöhkəmləndirmək üçün daha yaxşı olar ki, partiyanın mərkəzi komitəsinin bir neçə üzvü firqənin rəhbərliyinə təyin olunsun. Yaxud bir neçə təcrübəli partiya üzvləri Azərbaycana göndərilsin ki, birlik məsələsini təbliğ etsin. Yenə də əlavə edirsiniz ki, firqənin maliyyə vəziyyətindən xəbərsizsiniz. Mən yazdığım hesabatda Hesabatımda bu məsələlərə toxunmuşam. Belə qərəzlər bizim birliyimizə kömək etmir. Partiya daxilində hələ də bəzi insanlar var ki, partiyanın proqramında ölkənin çoxmillətli olması qeyd olunarsa, partiyadan istefa verməklə hədələyirlər. (Azəri, Bəydili, Cahanşahlu, İnayət və s…)

Maraqlıdır ki, partiya rəhbərliyi bu hərəkətlərə heç bir reaksiya vermir. Biz partiyanın nizamnamə- məramnaməsini qəbul etmişik və partiyanın Azərbaycan təşkilatı olaraq fəaliyyət göstəririk. Azərbaycan təşkilatı uzun illərdir ki, təşkilati kadrların hazırlanması ilə aktiv və müntəzəm fəaliyyət göstərir. Firqə  geniş imkanlara və təlimatlandırılmış kadrlara malikdir. , Firqə müxalifləri qorxurlar ki, əgər tam birlik olarsa, firqə üzvləri partiya orqanlarına nüfuz etməklə onu ələ keçirəcəklər. Beləliklə də illərlə ənənəvi şəkildə rəhbərlikdə olanlar isə mövqelərini itirə bilərlər. Ona görə də onlar birliklə(vəhdət) ikili istandartla yanaşırlar, yəni  əlləri ilə irəli çəkir, ayaqları ilə geri itələyirlər. Siz partiya içində firqəni çöküntüsü qalmayana qədər əritmək istəyirsiniz.” (Qulam Yəhya Danişianın xatirələrindən xülasə, tərcüməçi, Səməd Niknam, səh. 220-232)

Buradan da aydın ki, partiya rəhbərliyin bəzi üzvləri, partiya kadrları bu birliyə inanmırdılar. Onlar bunu öz davranışları ilə nümayiş etdirirdilər. Bəziləri isə söz və davranışlarında təhqir və böhtanlara da əl atırdılar. Firqə təşkilatçılıq sahəsində böyük təcrübəyə malik idi. O, qısa müddət ərzində Azərbaycanın bütün bölgələrində, hətta ucqar kəndlərində öz nümayəndəliklərini açmış və öz milli hökumətini qurmuşdur. Bu səbəbdən də partiyanın öz üzvlərini təlim üçün Azərbaycana göndərmək təklifinin təklifi firqəni təhqir etməkdən başqa bir məqsəd güdmürdü. Bu danışıq və davranış İran ictimaiyyətinin, xüsusən də Azərbaycanın siyasi təşkilatlanmaya ciddi ehtiyac duyduğu və maraqla firqənin Azərbaycanda habelə fəhlə bölgələrində fəaliyyət göstərməsini istədiyi bir vaxtda baş verdi.

Ardı var…

Facebook
Telegram
Twitter
Email