VƏ ONUN FƏALİYYƏTİ
1324 – cü il.(1945)
Azərbaycan xalqı milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə nəticəsindı 1945 – ci il dekabrın 12 – də (21 Azər 1324 – cü il) Təbriz şəhərində milli məclisi təsis etdi.Milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə Rza şah hökumətinin süquta uğraması ilə daha geniş, daha uğurlu şəkil aldı.Azərbaycan Demokrat Firqəsi müstəqil bir dövlət kimi deyil, Azərbaycsn xalqına İran daxilində milli muxtariyyət verilməsi tələbini irəli sürdü.Bu şüar dövrün vəziyyəti ilə bağlı olaraq tənzimləndi.Azadlıq və demokratiya uğrunda mübarizə prosesində milli məclisin yaradılması məsələsi ortaya yeni bir mövzu kimi deyil, İranın qanunvericiliyinə uyğun, dövrün tələblərinə münasib demokratik bir quruluş yaratmaq tələbini irəli sürdü.Belə bir mübarizə nəticəsində Azərbaycan xalqı da milli məclis yaratmaq zərurətini hiss etdi. Azərbaycan Demokrat Firqəsi həmin istiqamətdə ölkənin ictimai – siyasi vəziyyətinə münasib şəkildə xalqın hərəkatına rəhbərlik edib, milli muxtariyyət məsələsini qoydu.Firqə bir sıra əməli tədbirlər görərək, nəhayət, Mərkəzi Komitənin 1945 – ci il 7 – 8 noyabr tarixli plenumunda xalq konqresi çağırmaq üçün mitinqlər keçirilməsi haqqında qərar qəbul etdi.Azərbaycanın bütün şəhər və kəndlərindən seçilmiş nümayəndələr Azərbaycan Demokrat Firqəsinin çağırışına səs verərək, Təbrizə gələrək xalq konqresini təşkil etdilər.Müxtəlif təbəqələrin 744 nəfərdın ibarət nümayəndələrinin iştirakı ilə 1945 – ci ilin noyabr ayının 20 – 21 – də xalq konqresi keçirildi.Nümayəndələrin təklifinə müvafiq olaraq konqres özünü müəssislər məclisi adlandırıb Azərbaycan xalqının hakim orqanı kimi hərəkət edəcəyini bildirdi.İran hökuməti Azərbaycan xalqının dinc yollarla hüquqlarını rədd etdiyi üçün konqres silahlı üsyan yolu ilə Azərbaycan ərazisində hakimiyyəti ələ keçirmək və milli məclis yaratmaq qərarına gəldi.
Konqres məclisin təşkil edilməsi haqqındakı qərarının icrasını seçdiyi 39 nəfərdən ibarət komitəyə tapşırıb bu sahədə ona tam səlahiyyət verdi.Konqres tərəfindən komitəyə qəbul olunanlar:
1.S C Pişəvəri, 2.Nizamüddövlə Rəfiyi, 3.Zeynəlabdin Qiyami, 4.Hacıəli Şəbüstəri, 5.Doktor Salamulla Cavid, 6.Sadıq Padiqan, 7.Məhəmməd Biriya, 8. Həsən Cövdət, 9.Dibaiyan, 10.İlhami, 11.Nurulla Yekani, 12.Sadıq Dilməqani, 13.Doktor Məhtaş, 14.Hacı Zeynəlabdin Rəhimzadə, 15.Əli Maşinçi, 16.Hilal Nasiri, 17.Muradəlixan Teymuri, 18.Səməd Səidi,19.Pürrədul, 20.Vahabzadə,21.Hacı Mustafa Davudi,
22.Müqərrədçiyan, 23.Ziyayi,Hacı Əmirxan Xadimi Milli (Səttarxanın qardaşı) 25.Nüsrət bəy Şahin,26.Burçalu, 27.Mükərrəm Turabi, 28.Mir Musa Basmıncı, 29.Məhəmməd Cəlili, 30.Firidun İbrahimi, 31.Burhani, 32.Müinzadə,33.Şeyx Musa Xou, 34.Yusif Babaxan, 35.Cəfər Kaviyan,
36.Seyid Mehdi Haşimi, 37.Haməm Mozezadə, 38.Mirrəhim Vilayi, 39.Mir Mehdi Çavuşi.
Konqresin tapşırığını həyata keçirən komitə seçicilərin Milli Məclisə seçilməsi haqqında bəyənat verdi, həmin bəyanat haqqında milli məclisə seçkilər başlandı (23 noyabr 1945 – ci iı). Gizli səsvermə yolu ilə 101 nəfərdən ibarət nümayəndə milli məclisə seçildi.1945 – ci il dekabr ayının 12 – də Milli Məclis səhər saat 9 – da Təbriz şəhərində təntənəli surətdə 75 nəfər nümayəndənin iştirakı ilə açıldı.
Ən yaşlı nümayəndə Nizamiddövlə Rəfiyi məclisi açıq elan etdi.Sonra Milli Məclis özünün səlahiyyətini , vəzifələrini və iş qaydalarını müəyyən edən daxili nizamnaməsini qəbul etdi.Dövlət hakimiyyətinin ali orqanı olan milli məclis qanunvericiliyi və ali nəzarəti həyata keçirməyə başladı.Ali idarəedici və sərəncamverici orqan Azərbaycan Milli Hökuməti Milli Məclis tərəfindən yaradıldı. Seyid Cəfər Pişəvəri Baş nazir təyin olundu.
Doktor Salamulla Cavid Daxili İşlər naziri, Cəfər Kaviyan Xalq Qoşunları naziri, Doktor Məhtaş Kənd Təsərrüfatı naziri, Məhəmməd Biriya Maarif naziri, Doktor Ovrəngi Səhiyyə naziri, Qulamrza İlhami Maliyyə naziri, Yusif Əzima Ədliyyə naxiri, Mirzə Rəbi Kəbiri Yol, Poçt və Teleqraf – Telefon naziri, Rza Rəsuli Ticarət və İqtisad naziri, Zeynəlabdin Qiyami Ali Məhkəmə rəisi, Firidun İbrahimi Baş prokuror təyin olundular.
Milli məclisin nümayəndələri Milli Hökumətdən və ayrı – ayrı orqanlardan sorğu almaq və komissiyaların işlərində fəal iştirak etmək hüququna malik oldular.Milli Məclis nümayəndələri ölkənin siyasi vəziyyəti ilə xalqın yaxın və sıx əlaqəsini təmin edib bu yolda daha ciddi fəaliyyət göstərməyə başladı.Birinci iclasda gizli səsvermə yolu ilə məclis nümayəndələrindən rəyasət heyəti də seçildi.
İki ol üçün seçilən rəyasət heyəti 9 nəfərdən ibarət idi : Hacıəli Şəbüstəri – məclisin sədri, Sadıq Padiqan, Rəfii və Həsən Cövdət məclisin müavinləri, Məhəmməd Əzima və Mirrəhim Vilayi – katiblər, Əsgər Dibaiyan , Dilməqani və Muradəli Teymuri – rəyasət heyətinin üzvülüyünə qəbil olundular.Rəyasət heyəti dövlət rəhbərliyinin ən mühüm vəzifələrini həyata keçirməyə Milli Məclis tərəfindən vəkil edildi.Azərbaycan Milli Məclisi Azərbaycan xalqlnın milli muxtariyyət hüququnu təmin etməklə bərabər,ölkədə yaşayan milli azlıqların da siyasi hüququnu özündə tımsil etməyə başladı.” Azad millət” qəzetinun 1946 – cı il tarixli 18 – ci nömrəsində dərc olunduğu kimi seçilən nümayəndələrin tərkibinə diqqət yetirdikdə aydın şəkildə nümayəndələrin hansı siniflərdən olduqları müəyyən edilir: seçilən 101 nəfər nümayəndədən 12 nəfəri kəndli, 16 nəfəri ziyalı, 14 nəfəri sənətkar, 12 nəfəri mülkədar, 15 nəfəri fəhlə, 10 nəfəri qulluqçu, 10 nəfəri tacir, 8 nəfəri müəllim,2 nəfəri fabrik sahibi, 2 nəfəri ruhani idi.
Azərbaycan Milli Məclisi özünün birillik fəaliyyəti dövründə yüzə qədər mütərəqqi qanun və qərar qəbul etmiş və bu qanunlar Milli Hökumət tərəfindən tədricən müvəffəqiyyətlə icra edilmişdir.Həmin əhəmiyyətli qanunlardan biri Yaxın və Orta Şərq xalqları tarixində birinci dəfə olaraq qadınların Milli Məclisə nümayəndə seçilməkdə və seçilməkdə iştirak etmələri olmuşdur.Milli Hökumətin Ali Məhkəməsinin sədri Z.Qiyaminin şəxsi arxivində qorunub saxlanan sənədlərə əsasən Təbriz şəhərinin birinci dövr məclis seçkilərində mərkəzi sandığa 500 qadın, Çərandab və Lilabad seçki sandığına 459 qadın, Qərəməlik vı Şamqazanda 14 qadın, Dəvəçi və Surxabda 505 qadın, Əmirxiz və Düzduzanda 156 qadın, Xiyaban və Maralan məhəllələrində 754 qadın, Bağmeşə və Vilankuhda 262 qadın, Hökmavarda isə 521 qadın gizli səsvermə yolu ilə məclis nümayəndələrinin seçilməsinə rəy vermişdir. Başqa yadda qalan qanun birinci dəfə olaraq 1946 – cı ilin 1 mart tarixində qanun kimi qəbul olunan cismani cəzanın ləğvi haqqında qanun idi. Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizə hərəkatının səmərəsi olan məclisin yaradılması istər İran daxilində, ustərsə qonşu ölkələrdə gedən xalq hərəkatının sonrakı inkişafında təsiredici rol oynamışdır.Məzmun və forma etibatı ilə mütırəqqi və yeni hakimiyyət orqanı olan Milli Məclis geniş xalq kütlələrinin iradəsi nəticəsində yarandığına görə, geniş xalq kütləsinin mənafeyini təmsil etmiş, demokratik və mütərəqqi islahat keçirmək vəzifəsini öz qarşısında məqsəd qoymuşdu.
—
Müəllifi Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzv
AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ
(1945 – 1946)