Mərkəzi Komitənin keçmiş ümumi iclası nə şərait altında toplanmışdı?
Mərkəzi Komitənin keçən ümumi iclası ağır bir vəziyyətdə təşkil olunmuşdu. O vaxt kəndlilər və firqə şöbələri jandarm cəlladları vasitəsilə böyük təzyiq və fişarlara məruz qalmış idi. Gündə yüzlərcə kəndli jandarm zülmündən fərar edib firqə komitəsinə pənah gətirir, oradan imdad və kömək tələb edirdilər. Zindanlar, cürbəcür bəhanələr üzrə toqif edilən kəndlilər ilə doldurulmuşdu. Balaxərə bütün dövlət dəstgahı bizim milli hərəkatımızı boğmaq üçün ayağa qalxmışdı. Tehran hökuməti firqə təşkilatını mənhəl etmək, firqəmizin rəhbərlərini öldürüb meydandan çıxarmaqdan ötrü var qüvvəsilə çalışır və bu yolda heç bir cinayətdən çəkinmək istəmirdi.
Fədai dəstələri təzə təşkil olmağa başlamışdı. Bu gün böyük bir qüdrətə malik olub Tehran mürtəcelərinin canlarını lərzəyə salan bu milli qüvvə təzə ayaq tutmaqda idi.Hətta bu iş o qədər kiçik, o qədər sadə idi ki, biz cürət edib Mərkəzi Komitə iclasında o xüsusda geniş məlumat verə bilmədik.Bununla belə keçmiş ümumi iclas tarixi bir iclas idi.İclasda firqə özünün qəti sözünü deyib dəfadən həmləyə keçmək fərmanı sadir etdi.İftixar ilə deyə bilərəm ki, o cələsədə firqənin mənə olan təvəccöhinə və etimadına dayanıb ümumi iclasa milli mübarizəmizdə yeni bir dövrə başlandığını elam etdim, arzularımızın yaxınlaşdığını söylədim.Əgər fəramuş etməmiş olsuz o gün mən açıq surətdə dedim ki, artıq müdafiə dövrəsi kiçilmişdir. İndi biz dağın qələsinə çatmışıq, məqsəd və hədəfimiz gözümüzün önündədir. Fədai qüvvələti artıq jandatm cinayətlərinə xatimə vermək üçün işə başlamış, kəndliyə intiqam çəkmək icazəsi verilmişdir. O gün firqə və milli hərəkat böyük xətər qarşısında idi. Azərbaycanın mühüm şəhər və nizami məntəqələrində Tehran irtica dövlətin cinayət amiz əmrlərini icra edən nizami qüvvələr bizim hərəkatımızı bu qəmaq fərmanı almışdı.
Təbriz, Ərdəbil, Urmu , Miyandoab, Şahindej və sair nöqtələrdə müntəzəm qoşun hissələri bizə nisbət xəsmanə mövqe tutmiş sərtib dərəcəsini, sərhəng vər həram, sərhəng Zəngənə tipləri ölkəmizi qan və atəş dəryasında qərq etməyə məsməm olmuşlardı.Belə bir zamanda Mərkəzi Komitəmizin ümumi iclası bizə həmlə fərmanı verdi və milli azadlıq mübarizəsinin başlanmasını bütün firqə əfər adına elam etdi. Bunilə firqə səflərində hərbi iş başlandı. Təşkilatın bütün sağlam üzvləri silaha sarılıb fədai dəstələrinin çərdəgini və rişəsini təşkil verdi.Bütün xalq Mərkəzi Komitənin ümumi iclasının açıq təsmimi üztə hərəkətə gəldi, ayağa qalxdı, milli arzularını həyata keçirməyə başladı.
FƏDAİ DƏSTƏLƏRİNİN TƏŞKİLİ
Fədai dəstələrinin yaranmasında mütəəssüfanə bu vaxtadək çox az eşidilmişdir. Bu təşkilatın təfsili miilli tariximizin ən şanlı səhifələrindən birini vücuda gətirmişdir. Fədai təşkilatı çox təbii bir surətdə xalq hərəkatından doğmuşdur. Kəndlərdən intiqam almaq qəsdilə meydana çıxan bu cərəyanda firqə təşkilatlarının göstərdikləri fədakarlığı inkar etməyə lüzum yoxdur. Doğrudur, kəndli jandarm zülmündən cana doyub onun şərini dəf etmək üçün silah əldə mübarizəyə qiyam etnişdi. Lakin onu təşkil edən, onun başında duran, onu düzgün hədəfə sövq edən firqəmizin yerli təşkilatlarının tərbiyət etdiyi qəhrəmanlar olmuşdur.
Mən etiraf edirəm ki, fədai hərəkatında böyük nöqsanlar da olmamış deyildir.Çox yerlərdə yabançı və kəsif ünsürlər də bu müqəddəs addan sui istifadə etməyə çalışmamış olmamışlar.Bəzi yerlərdə gecə – gündüz yuxusuz və ac qalan fədai qüvvələrinə kömək etmək qəsdilə əhali tərəfindən də və tələbanə köməkliklər də olmuş, hətta anbar dağıtmaq və ya bəzi ərbabların atlarını müvəqqəti olaraq tutmaq da nəzərə çatmışdır.Lakin bunun ümumiyyəti yoxdur.Ümumiyyətlə, fədailər çox yerdə ac və möhtac olduqları halda xalqın malına tamah etməmiş, özlərini dünya malından biniyaz göstərmişlər.
Bizim firqə komitəsində bəzi fədailərin yararlıq göstərmələri və pak rəftarları haqqında elə məlumatlar var ki, ayrı mövqedə ona inanmaq belə ola bilməz. Ac, yoxsul fədailərin əllərinə keçən külli miqdarda nağd pulları gətirib dövlət idarələrinə vermələri nadir ittifaq düşən hadisələrdən deyildirmi?
Bununla belə indi artıq fədai təşkilatlarının öz vəzifəsini əncam verdiyini qeyd etməliyik.
İndi çox yerdə fədai başçılarının öz vəzifələrindən xaric olmaları da müşahidə edilməkdədir. Milli Hökumət çox tez bir zamanda milli qoşun yaratmaq işinə şəruh etdikdən sonra bu işin qabağı tezlik ilə alınacaqdır və bu təəssüflü nöqsan da rəf olacaqdır. Bu vasitə ilə fədailərin bir qismi ölkənin əmniyyətini hifz etmək üçün nəzmiyə təşkilatlarına keçəcəkdir.
Jandarm təşkilatlarının üsula qələt və azadlıq əleyhinə qurulduğunu nəzərə alaraq Milli Hökumət bu təşkilatı tamamilə mənhəl süqutundan sonra kəndliləri zülm və əsarət altında saxlamaq üçün cəllad rolu oynamamışdır.
Qanuni bir məmləkətdə daxili əmniyət qeyri bir nizami təşkilat olan daxilə vəzarətinə tapşırılar. Dər vaqe jandarm və ya nizamiyə məmurları ədliyyənin intizamat məmurları sayılar. Biz də isə bunun əksinə olaraq üzrə vəzarət cəngə tabe tutulur, ya müstəğimən diktatorların iradəsilə məmləkəti qarət etmək üçün onun fasid niyyətini mövqe icrayə qoyardı.
Biz artıq bu təşkilatı birdəfəlik öldürüb elə dəfn etməliyik ki, bir daha xortlayıb ayağa dura bilməsin. Onun yerində isə daxilə vəzarətinin şöbəsi olan nəzmiyə təşkilatı qurulur, gərək şəhərlərdə olduğu kimi kəndlilərin əmniyyəti də onun öhdəsinə məhul edilsin. Bu nəzər ilədir ki, yerli fədailərdən sağlam bir hissəsini istixdam edib vəzarər daxilinin ixtiyarına qoymaq lazım gəlir. Fədailərin qalan hussəsi isə ya qoşuna alınacaq, ya mərur zaman ilə öz xüsusi işlərinə qayıdacaqlar. Bu vasitə ilə istər kənd, istər isə şəhərlərdə vəziyyət adi hala düşəcəkdir.
Biz fədai təşkilarına başladığımız zaman Milli Hökuməti yaratmaq üçün cürbəcür pişnihadlar var idi.Bəzi firqə üzvləri müəyyən bir gündə qitam edib dövlət idarələrini tutmaq,qoşun hissələrini silah gücü ilə darmadağın etməyi pişnihad edirdilər.Bəziləri isə Tehrana teleqraf vurmaq, küçə və xiyabanlarda böyük nümayiş və mitinqlər təşkil etmək yolu ilə bu böyük məqsədin ələ gətirməyinə mümkün sayırdılar.Hətta bundan əvvəlki ümumi iclasadək bizim bəzi firqə üzvlərimiz Mərkəzi Komitəni mühafizəkarlıqda müttəhim edib deyirdilər mitq və nümayiş olmadığına görə firqə üzvləri ruhdan düşüb, məyus olmağa başlamışlar.Əgər tez bir zamanda təzahür və nümayişlərə başlasaq irtica bizim təşkilatlarımızı tamamilə mənhel efəcək və bəsatımızı pozacaqdır.Hələ Mərkəzi Komitənin özündə bədbinlik gündən günə artıb və ciddi firqə üzvlərindən bizim kəndlini başına buraxıb onun dərdinə yetişmək istəmədiyimizi üzümüzə vurur və oyunu uduzduğumuzu söyləyib dururlardı.
Bu narazılığa baxmayaraq biz fədai dəstələrinin quruluşuna böyük ümid bağlayıb işin içərisindən xəbəri olmayan firqə üzvlərinin acı sözlərini udub öz işimizə davam edirdik.Biz o gün hiss etmişdik ki, xalq bizimlədir.O bizim ardımızca gedəcəkdir.Lakin əgər biz əcələ edib təzahürə başlasaq ya mitinq və nümayiş ilə düşməni ayıq salsaq onda o hərc – mərc və şuluqluq yaratmağı bəhanə edib hərəkatın qabağını alar, nəticədə xalq mərub və ya məyus olub arxamızdan çəkilər.Ona görə acı tənqidlər və şədid tərzlərə baxmayıb kəmal xonsərdlik ilə xəlqi təşkil edib, fədai dəstələrini firqənin inanılmış adamlarının rəhbərliyi altına çəkməyə çalışırdıq.Nəhayət, hərəkat xalq içərisindən başlayıb bütün ölkəni bürüyüb Tehran irticasının qoşun qələlərini üzüyün qaşı kimi mühasirəyə alıb milli qüdrətimizin qabağında diz çökməyə məcbur etdi.
FİRQƏ DÖVLƏTİN QABAĞINDA DURAN
DÖVLƏT QURULUŞU HAQQINDA
Bizim milli dövlət quruluşu haqqında götürdüyümüz qədəmlərin sürəti dünya tarixində az görülən ittifaqlardandır. Əgər inqilab və kudta tərəfindən işə başlanılmış olsaydı şayəd bizim sərf etdiyimiz müddət az nəzərə gəlməyə idi. Söz burasındadır ki, biz tam mənasilə təşkilat yolu ilə işi qabaqdan aparmağa müvəffəq olmuşuq.Bu yolda düşünüb tərtib verdiyimiz xalq iclaslarının böyük köməyi olduğunu qeyd etməliyik. Mitinqlər və onlarda toplanan imzalar sübut edirdi ki, xalqın ürəyi bizimlədir, istədiyimiz vaxt ümummillət ayağa qalxıb bizim ardımızca gələcəkdir.
İki həftə hazırlıq gecəsində müəyyən bir gündə bütün Azərbaycan kənd və şəhərlərində təşkil tapan bu mitinqlər firqənin böyük yaradıcılıq qüdrətinə malik olduğunu də isbat etdi. Bu mitinqlərin parçalar üzərində çıxartdığı qərarlarda yüz minlərdən mütəcaviz imza verdir ki, bunlar Azərbaycan Milli Muzəsinin ən dəyərli əsnadi hesab olunacaqdır.
İnanın ki, əgər xalqın təvəcce və rəğbəti olmasaydı bu qədər imzanı az müddətdə toplamaq olmazdı. Bundan başqa mitinqlərdə şirkət edənlərin sayı milyonlara baleğ olmuş bu təriqilə milli azadlıq şüarımız ümumxalq tərəfindən meydana atılmış idi.Firqə və Mərkəzi Komitəmiz bu böyük və tarixi iş ilə həmişə iftixar edəcəkdir.
Mitinqlərdən sonra biləfasilə böyük milli konqrənin təşkili və onun özünü məclisi müəssisan adlandırması da tarixi bir işdir. Bildiyiniz üzrə bu konqredə yeddi yüzdən əlavə nümayəndə iştirak etmişdir.Bu, təşkilatçılıq nöqteyi – nəzərindən şayan diqqətdir.Bütün Azərbaycanın dərin güşələrindən nümayəndələr toplayıb Milli Konqrəyə təşkil vermək demək ilə qurtaran işlərdən deyildir.Burada böyük təşkilatçılıq və şədid bir intizam hökm sürmüşdür.
Firqənin fəal və qəhrəman üzvləri bu yolda böyük fədakarlıq edib insan qüvvəsindən ziyada yararlıq göstərmişlər. Konqrənin qərarları isə fövqəladə mühüm, fövqəladə qiymətlidir. Burada milli dövlətimizin əsası qurulub. Məclisi Milli və Milli Hökumət şüarı meydana atılmaqla fora müvəq icrayə qoyulmuşdur.
Bir birini az tanıyan yeddi yüz nəfəri biri birinə bağlayan əcəba millətin iradə və arzusi deyildir, nədir?
Konqrənin gedişi fövqəladə mətin və mənzəm olduğu halda onun çıxardığı qərarlar da fövqəlada mənalıdır.Konqrə milli dövlətimizin əsasını qurduqdan sonra onu bütün dünyaya tanıtmaq üçün verdiyi tarixi elamiyyə də şayan əhəmiyyərdir.Biz bu deklarasiyonu İran Məclisi Millisinə şaha da etmam höccət qəsdilə göndərdik ki, bəlkə ləcacət daşını ətəklərindən töküb bizim haqq və azadlığımızı təsdiq etsinlər.Lakin həmişə olduğu kimi hər növ azadlığa müxalif göstərən Tehran irtica gözünü açıb həqiqəti göstərməkdən aciz qaldı bə elamiyyəmizə cavab vermək əvəzində rejim dövlət vasitəsilə bizim başçılarımızı macəraçı adlandırıb hərəkatımızı silah gücilə boğmağa tədid etdi.Bizim üçün ayrı bir yol yox idi. Tehransız üz tutduğumuz işi icra yetirməli, öz milli azadlığımızı təmin etməli idik.Onun üçün cavaba müntəzir olmadan üçüncü böyük qədəmə götürüb Məclisi Milli entexabatına başladıq.Bu, firqə və millət üçün böyük imtahan idi.Bu imtahandan firqə və xalqımız başı uca çıxdı.Təhdid və təhmih olmadan keçirilən məclis seçkilərinfə müddətin azlığı və firqənin hazırlıq vaxtı olmadığına baxmayaraq yüz minlərlə əhali şirkət etdi.Rəy verənlərin sayı bəzi yerlərdə yüz qat qabaqkı seçkilərdən artıq oldi.Bütün xalq təbəqə və sənəf nəzərdə olmadan öz rəyini verməklə şüarlarımızı qəbul etdiyini göstərdi.Ana və bacılarımızın entexabatda şirkətin millətimizin vəhdətini və müasir bir millət olduğunu isbat etdi.Nəhayət, arzu etdiyimiz Məclisi Millimizin eftetahi ilə Milli Hökumətimiz təşkil tapdı.Məclisimizin birinci dövrə eclalsiyəsi Təbriz şəhətində olan qoşun hissələrinin təslimi və idarələrin Milli Hökumət ixtiyarına keçməsilə böyük milli bayram şəkli aldı.
Məclisi Millimiz birinci dövrə icladında mənalı qərarlar çıxardı.Az bir müddətdə çoxlu qanun layihələri qəbul edib milli dövlətimizin binasını möhkəmləndirdi və özünün daxili nizamnaməsini mütaliyə və təsdiq etdi.Əlbəttə, məclis Azərbaycan üçün sabiqəsiz bir təşkilat idi.Bu təşkilat get – gedə təkmil olunub daha mənzəm şəklə düşəcəkdir.Təcili bir surətdə tənzim olunan qanun layihələrimiz nöqsansız ola bilməz.Lakin çox tez bir zamanda cərəyana düşüb adi yolunu tapmaqla bütün növ əğsəmiz rəf olunacaqdır.
MÜHÜM MƏSƏLƏDİR
Firqə beş ayın müddətində böyük işlər görmüş, nəhayət, milli demokratik bir dövlət və bu dövlətə dayaq olan tam mənasilə müasir bir millət yaratmışdır.Beş ay bundan əvvəl Tehran mürtəce mətbuatının və fars mətəsəblərinin icad etdikləri oham və xürafat buludları arasında azərbaycanlı üçün bu sadəlik ilə millət və ya dövlət ədasına düşmək asan işlərdən deyildi.İndi artıq millətimizi sübut edib dövlətimizi milli əsas üzərində qurmuşuq.Get – gedə xalqımız və xaricilər bu adları eşitməyə adət etmişdir.Artıq Azərbaycan milli dövləti bir həqiqətdir.Tehran hökuməti özünün cahilanə siyasəti vasitəsilə bizim işimizi asanlaşdırmışdır.Müttəfiq dövlətlərin qoşunları İranda olduğu müddətdə məclis entexabatının taxiri, fərxin Azərbaycana böyük ixtiyarat ilə təyin olunması pərdəni yırtdı.Fədailəri qələ və qəmə etmək üçün qoşun göndərilməsi, Məclisi Şura və mətbuatda əleyhimizə işlədilən narva sözlər bizə artıq dərəcədə kömək etdi.Bu vasitə ilə xalqımız anladı ki, bu asanlıq ilə ona azadlıq və muxtariyyət verilməyəcəkdir.Ona görə özü öz başına çarə axtarıb milli dövləti vücuda gətirdi. Bu isə əlbəttə, kafi deyildir. Gərək hökumət möhkəm qanun üzərində əsaslansın. Biz məxsusən məclisi müəssisanda (Milli Konqredə) hazırladığımız qanune əsası layihəsini müzakirəyə qoymadıq. O vaxt fikir edirdik ki, şayəd Tehran irtica hökuməti gözlərini açıb həqiqəti görməklə bizim milli dövlətimizi təsdiq edəcəkdir.İndi isə onun xaricdə və daxildə gördüyü işlər və indiki təşəbbüslər aşkara çıxmışfır.O bizim millətimizi belə inkar etməkdən utanmır.Belə bir dövlət ilə ayrı cür rəftar etmək olmaz.Biz əlimizi əl üstünə qoyub otura bilmərik.Başladığımız işi axıra aparıb milli dövləyimizin quruluş əsasını təyin eyməli, xalqı hədəfə aparmalıyıq.Belə təklif qalmağın mənası yoxdur.Çox tez bir zamanda ikinci məssislər məclisini dəvət edib ölkənin əsas qanunlarını təsvib etmək lazımdır.Bu xüsusda dövlətin və Məclisi Millinin qərarı vardır.Qanune əsası layihəsi tənzim etmək üçün bir heyət entexab olunub işə başlamışdır.Bu qanun tam mənası ilə demokratik əsaslar üzərində yazılmalıdır.Axırıncı söz isə millətindir..Millət öz sözünü Məclisi Müəssisan vasitəsilə deyəcəkdir. Bilaxirə ” Azərbaycan azərbaycanlılarındır!” şüarı gərək əməli olsun, biz özgə millətin təhət qimumiyyətinə girməyəcəyik. Qoy bu şüarlar xalqımızın tarixində zəbt edilsin. Dövlət və firqənin qabağında duran böyük vəzifə bu şüarı həyata keçirməkdir.
Millət öz istedad və ləyaqətini göstərmiş, xalqın əksəriyyətini təşkil edən kəndli bu müqəddəs arzuya yetişmək üçün silahını can kimi bağrına basıb saxlamışdır.Bundan sonra bizim qarşımızda fəaliyyət izlərini tənzim etmək, kəndli ilə ərbab məsələsini düzgün yoluna qoymaq, Azərbaycan düşmənlərinə mülhəq olan ərbabların kəndlərinin, həmçinin dövlət yerlərini kəndli arasında bölmək kimi böyük bir məsələ durur.Əməldə görünəndi, bu iş olduqca müşkül məsələdi.Kəndlilər arasında böyük ixtilaflar tolid ola bilər.Əldə kafi qədər məlumat yoxdur. Yeri bölüb kəndlilərin ixtiyarına vermək üçün lazımi qədər mütəxəssis və xəbərə işçi yoxdur. Hökumət təsis olan gündən fəlahət vəzirliyi bu iş ilə məşğuldur. Hənuz səhih və kəmal bir layihə düzəltmək mümkün olmamışdır. Bu işdə yerli firqə təşkilatından ciddi kömək gözlənilir.
Əsla firqə təşkilatlarının iş üsulu gərək dəyişilsin. Onların təbliğat mövzuları dövlətin məşğul olduğu islahat ilə tətbiq edilsin. Artıq heyət hakimədən bəhs etmək dövrü keçmiş, istibdad hökumətinin cinayətlərini saymaq xalqı qane etməz. Ona əməli surətdə milli dövlətin yaxşı işlərini sayıb göstərməliyik. Qoy, xalq öz gündəlik həyatında səadətə tərəf getdiyini hiss etsin. Firqə gərək öz işlərində bu həqiqəti özünə məşğul qərar versin.
Sonra ölkənin müdafiəsi meydana çıxır. Fədailər yuxarıda dediyim kimi böyük xidmət göstərdilər. Lakin onlar ilə mənzəm düşmənin qabağına çıxmaq olmaz, düşmən yatmsmışdır.O, xarici impetialist dövlətlərin köməyilə bizim azadlığımızı məhv edib millətimizi ortadan aparmağa hazırlanır.Biz bir an qəflət edə bilmərik.Ona görə mənzəm milli qoşun düzəltməliyik.Bunun üçün firqə gərək ciddi hazırlıq aparsın.Millətin bütün salam əfradi milli vəzifəsini əncam vetmək üçün səfərbərliyə alınmalı, tam mənasilə müasir milli bir qoşun yaradılmalıdır.Firqənin qarşısında duran ən böyük məsələ bundan ibarətdir.Biz həmişə demişik, azadlığı verməzlət.Onu almaq lazımdır.
Bu işi bir görmüşük, lakin bu kafi deyildir. Alınan azadlığı saxlamaq və ondan lazımi istifadə etmək daha mühümdür. İndi firqə buna hazır olmalıdır. Bu isə ancaq milli qoşun təşkili ilə ola bilər.
Bunlardan əlavə firqə sıralarını möhkəmləndirib onu yabançı ünsürlərdən təmizləmək də artıq dərəcə əhəmiyyətli məsələdir. İndi firqəmiz dövlətə rəhbərlik edir. Onun üzvləri xalqın etimadını qazanmqla cameədə ad və şöhrət qazanırlar. Bu isə hər kəsi firqəyə soxulmağa təşviq edə bilər.Firqəyə soxulan xain ünsürlər oradan dövlət idarədinə yol tapıb xainanə hərəkətləri ilə xəlqi dövlətdən uzaqlandırar, ona görə yerlərdə firqə təmizliyinə artıq dərəcədə diqqət etmək lazımdır.
Bunların hamısından əlavə firqə təbliğatının qüvvətləndirilməsi lazımdır. Hər bir firqə üzvü gərək firqəmizin tarixi və onun şüarları və qabağında duran vəzifələr ilə dərindən aşna olsun və firqənin hədəf və məqsədini anlasın. Bu da çox da asan bir məsələ deyildir. Hənuz Mərkəzi Komitə üzvləri arasında bizim dövlət tərəfindən müntəşir etdiyimiz rəsmi sənədləri oxuyub düşünə bilməyənlərimiz tapıla bilər. Adi firqə üzvləti isə zənnimcə bu xüsusda çox dalı qalmışlar. Bu nöqsanı çox ciddi surətdə rəf etmək lazımdır.
Qoy yerlərdə firqənin birinci bəyannaməsindən başlayıb ta bu günki iclasların qərarlarına qədər yaxıb mütəşir etdiyi sənədləri hər bir firqə üzvü oxuyub, anlasın, onun ətrafında məlumat verə bilsin, bu, firqə içərisində böyük intibah, bəlkə inqilab yaradar.Bunu gərək etmək.
Görünür qabaqda böyük işlər, ağır məsələlər vardır. Bunları ancaq bilmək, məlumat və firqə əfər adının birliyi, səmimiyyəti sayəsində həll etmək ola bilər.
Biz də firqəyə gərək Azərbaycan xalqı ilə yanaşı, milli mübarizə aparan başqa millətlər arasında birlik yaratmaq və onların etimadını cəlb etmək ən ciddi vəzifələrimizdəndir. Bu xüsusda firqə üzvləri arasında meydana çıxan bəzi narazılıqlsrın qabağı alınmalıdır. Kürdlər kimi ermənilər və assurilər ilə firqə birlik yaratmağa çalışmalıdlr. Bu millətlər gərək Azərbaycanda tam mənasilə azad yaşayıb öz milli dillərində milli işlərini idarə etsinlər.
Milli Hökumətimiz milli əsarətə yol verməyəcəkdir. Öz millətimizin azadlığını istədiyimiz kimi özgə millətlərin də azadlığına imkan verməliyik.
Seyid Cəfər Pişəvəri
” Azərbaycan” ruznsməsi, sayı: 110, ikinci dövrə, 1 şənbə 7 bəhmən 1324- cü il.
Transliterasiya: G.İ.