Azərbaycan xalqının azadlıq hərəkatının mərd mübarizlərindən biri də Sultanəli Qurban oğlu Mirzəzadədir.
Sultanəli Mirzəzadə 1925 – ci il iyulun birində Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.Sonradan Lənkəran şəhərində yaşayıb və orta təhsilini də burada almışdır.
1938 – ci ildə ailəsi ilə birlikdə İrana getmiş və İranın Astara, Ərdəbil, Zəncan şəhərlərində fəhlə işləmişdir. 1942 – ci ildə İran Xalq Partiyasının sıralarına daxil olmuş və
1945 – ci ildə Azərbaycan Demkrat Firqəsi yaranan gündən firqənin üzvü olmuşdur. 1945 – ci ilin dekabr ayından əlinə silah götürüb ADF – nin göstəriş və tapşırıqlarını bir fədai olaraq yerinə yetirmişdir.
Astara şəhəri qəddar şah quldurlarından xilas edilərkən yerli firqə fəalları arasında olmuş, yaşadığı şəhərdə əmin – amanlıq yaratmaq işində Azərbaycan Milli Hökumətinin bir polis işçisi kimi hüquq – mühafizə orqanlarında çalışmışdır.Ona verilən tapşırıqları həmişə can – başla yerinə yetirdiyi üçün Azərbaycan Milli Hökumətinin ali mükafatı olan “21 Azər” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Milli Hökumətinin süqutundan sonra 1946 – cı ilin dekabrın sonlarında digər fədai yoldaşları kimi Şimali Azərbaycana mühacirət etmişdir.
Sultanəli Mirzəzafə 1945 – 1946 – cı illərdə həm Cənubi Azərbaycandakı milli – demokratik hərəkat zamanı və həm də onun süqutundan sonrakı mühacirət illərində Azərbaycan Demokrat Firqəsi, onun amal və hədəflərinə, Azərbaycan Milli Hökumətinə qəlbən, ruhən, bütün varlığı ilə sadiq şəxslərdən biri olmuşdur.
Sultanəli Murzəzadə mühacirət dövründə də firqə sıralarında olub onun göstərişlərini sədaqətlə yerinə yetirmişdir. 1952 – ci ildə Bakı şəhərində axşam fəhlə – gənclər məktəbini bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur.1956 – cı ildə universiteti bitirdikdən sonra
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitədinin göstəriş və məsləhəti ilə 1956 – 1963 – cü illərdə ADF – nin Mərkəzi Komitəsinin təlimatçısı, ADF – nin Ağstafa Rayon Komitəsinin sədri vəzifələrində çalışmışdır.
1964 – cü ildə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və hüquq bölməsində aspirantiraya daxil olub və 1971 – ci ildə hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır.
1967 – ci ildə AMEA – nın Şərqşünaslıq İnstitutunun yerli Həmkatlar Komitəsinin sədri olmuşdur.
Hüquq üzrə fəlsəfə dktoru olan Sultanəli Mirzəzadə uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.Bünyadzadə adına Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətlə məşğul olmuş, 1945 – ci ilin dekabr ayının 12 – də Təbrizdə təşkil olunmuş Azərbaycan Milli Məclisinin fəaliyyətini araşdırmış, bu barədə onun çoxlu dəyərli əsərləri işiq üzü görmüşdür.
Görkəmli fədai – alim Sultanəli Mirzəzadənin əməyi ADF tərəfindən gösrətdiyi xidmətlərə görə dəfələrlə Tərifnamə və Fəxti Fərmanlarla təltif edilmişdir.
Sultanəli Mirzəzadə həm hənclik, həm yaşının ajıl çağlarında da yorulmadsn Vətəni və milləti qarşısında layyiqincə xidmət göstərmişdir.
Fədai – alim 7 oktyabr 2020 – ci ildə Bakıda vəfat etmişdir.
Təqdim etdi: Güləddin İsmayılov