Mir Rəhim Vilayi Əbdüləli oğlu 1916 – cı ildə Təbriz şəhərində ruhani ailəsində anadan olmuş, Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Bakıya köçərək 1938 – ci ilədək həmin şəhərdə yaşamışdır.
Mir Rəhim Vilayi ibtidai təhsilini Bakıdakı İran məktəbində fars dilində başa çatdırmışdır.
1930 – 1932 – ci illərdə Bakıda məktəbi bitirmiş, 1932 – 1934 – cü illərdə axşam məktəbini,
1934 – 1935 – ci illərdə bir illik hazırlıq kursunu bitirmiş, 1936 – cı ildə fizika – riyaziyyat fakültəsində təhsiluni davam etdirmişdir.
1937 – 1941 – ci illərdə Tehranda “Qəsri – Qacar” zindanında beş il siyasi məhbus kimi oturmuşdur.1941- ci ilin sentyabr- oktyabr aylarında Qızıl Ordunun İrana daxil olması ilə o da başqa siyasi məhbuslar kimi zindandan çıxaraq Təbriz şəhərinə gəlmişdir.
1941 – ci ildə Təbrizdə Azərbaycan antifaşist təşkilatının sədr müavini və onun mətbuat orqanı olan “Yumruq” qəzetinin redaktoru (1941 – 1945) olmuşdur.
1945 – ci ildən İran Xalq Partiyasının Azərbaycan təşkilatının MK üzvü və sonralar Azərbaycan Demokrat Firqəsinin peşəkar firqə üzvü kimi fəaliyyət göstərmişdir.
Təbrizdə nəşr olunmuş “Azərbaycan”, “Vətən uğrunda”, “Fəryad”, “Ədəbiyyat səhifəsi” kimi demokratik qəzetlərin səhifələrində antifaşist məqalələri ilə irtica və imperializmə qarşı çıxış etmişdir.
1943 – 1945 – ci illərdə Sovet – İran Mədəni Əlaqələr Cəmiyyətinin Təbriz şöbəsinin nəzdində təşkil olunmuş daimi Sovet sərgisinin müdiri vəzifəsinfə çalışmışdır.
1945 – ci ilin sentysbr – oktyabr aylarında Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzetinin redaktoru seçilmişdir.
ADF – nin I qurultayında MK – nın üzvü, həmin ilin noyabr – dekabr aylarında keçirilən seçkilərdə Mərənd, Zunuz şəhər və mahalından Azərbaycan Milli Məclisinə nümayəndə seçilmişdir.1945 – ci ilin dekabr ayının 12 – dən 1946 – cı ilin dekabr ayına qədər Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin katibi və ADF- nin Səttarxan bayraqlı Təbriz şəhər komitəsinin sədr müavini vəzifələrində işləmişdir.
1946 – cı ildə, Azərbaycan Həmkarlar İttifaqının iyun ayında Təbrizdə keçirilmiş I qurultayında plenum üzvülüyünə də seçilmişdir.
ADF – nin Təbriz şəhər komitəsinin orqanı olsn aylıq “Demokrat” məcmuəsinin müdiri olmuşdur.1945 – 1946 – cı illərdə milli – azadlıq hətəkatında , silahlı üsyanda – İran Azərbaycanında (12 dekabr 1945 – ci il) hakimiyyəti ələ almaqda iştirak etdiyinə görə Azətbaycan Milli Məclisi Rəyasət Heyətinin fərmanı ilə “21 Azər” medalı və partiya sahəsində fəaliyyətinə görə 1946 – cı ildə”Səttarxan” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Milli Hökumətinin süqutundan sonra bir neçə ay Təbrizdə gizli vəziyyətdə yaşamış, nəhayət 1947 – ci ilin mart ayında Sovet Azərbaycanına mühacirət etmişdir.
1947 – 1951- ci illərdə Bakıdakı iki illik partiya məktəbini bitirmişdir.
1947 – 1949 – cu illərdə ADF – nin orqanı “Azərbaycan” qəzetində siyasi – ədəbiyyat şöbəsinin müdiri, 1949 – 1953 – cü illərdə “Azərbaycan” qəzetinin redaktoru vəzifəsində çalışmışdır.
1952 – 1956 – cı illərdə aspiranturanı bitirmiş, 1953 – 1957 – ci illərdə ADF – nin təbliğat – təşviqat şöbəsinin müdiri, 1957 – 1959 – cu illərdə ADF MK – sının sədr müavini vəzifəsində çalışmışdır.
1959 – cu ildən 1968 – ci ilin iyun ayına qədər Azərnəşrdə siyasi ədəbiyyat şöbəsində böyük redaktor vəzifəsində işləmişdir.Əsərlərin keyfiyyətli redaktə olunmasına görə 1964 -1966 – cı illərdə Nazirlər Soveti yanında Mətbuat komitəsi və Mədəniyyət işçiləri Həmkarlar İttifaqı Mərkəzi Şurası tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
1968 – ci ilin iyun ayından etibarən Azərbaycan Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran tarixi şöbəsində baş elmi işçi işləmişdir.
1975 – ci ildə “Azərbaycan Milli Hökumətinin dövründə mətbuat” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Görkəmli alim – fədai Mir Rəhim Vilayi 1976 – cı ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdur.
Təqdim etdi: Güləddin İsmayılov