آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ – 80/ HACI MİRZƏ ƏLİ ŞƏBÜSTƏRİ

Hacı Mirzə Əli Şəbüstəri 1898 – ci ildə Şəbüstərdə anadan olmuş, ilk təhsilini orada almışdır.

Gənc yaşlarından siyasi fəaliyyətə başlamış və 1916 – cı ildə qurulmuş Ədalət Partiyasının üzvü olmuşdur.

1920 – ci ildə Təbrizdə Xiyabani hərəkatında fəal iştirak etmişdir. Bundan sonra Xiyabani hərəkatında iştirak edən iki qardaşı doktor Salamulla Cavidlə birlikdə Bakıya köçürlər. Hacı Əli Şəbüstəri isə Təbrizdə qalır. Hacı Əli Təbrizdə qaldığı müddətdə daim təqib olunur və ona Təbrizi tərk etmək qadağan olunur.

1921 – ci ildə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin”

jurnalında məqalələrini çap etdirir.

1941 – ci ildə İran Tudə Partiyası yaranır.O, partiyanın üzvü olur. Partiyanın Təbriz

komitəsinin yaradılmasında iştirak edir.Daha sonra İran Tudə Partiyasının üzvülüyündən çıxır.

1941 – ci ildə Təbrizdə Azərbaycan Cəmiyyətinin sədri olur. Noyabr ayınının 1 – də cəmiyyətin mətbu orqanı olan “Azərbaycan” qəzeti çap olunur. Hacı Əli Şəbüstəri İşmayıl Şəmslə birlikdə qəzetə redaktorluq edirlər.

1945 – ci ilin Azər ayının 21 – də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olur. Azərbaycan Cəmiyyətinin üzvləri kapitalizmi, imperializmi, müstəmləkəçiliyi tənqid edən şeirlər və məqalələr yazıb qəzetdə aktiv fəaliyyət göstərirdilər.

Bu fəaliyyətlərinə görə təqib olunduqları üçün 1942 – ci ildə Hacı Mirzə Əli Şəbüstəri, İsmayıl Şəms, Mir Mehdi Etimad və Məhəmməd Biriya Azərbaycan SSR Daxili İşlər Komissarının müavini, general Ağasəlim Atakişiyev tərəfindən Təbrizdən Bakıya gətirilir…

1945 – ci ilin sentyabr auının 14 – də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Firqəsinin qurulması ilə bağlı Hacı Əli Şəbüstərinin də üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradıldı.1945 – ci ilin noyabr ayının

20 – də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin sədri seçilmişdir.1945 – ci ilin dekabr ayının 12 – də Azətbaycan Milli Məclisinin ilk iclası keçirildi. Məclisin çıxardığı qanun və qərarların icrasını həyata keçirərək, Hacı Əli Şəbüstərinin sədrliyi ilə 9 nəfərlik rəyasət heyəti seçildi.

Haçı Əli yeni hökumətdə yaradılan Dil qurumunun rəhbəri olub. Qurumun fəaliyyət göstərdiyi dövrdə Azərbaycan ərazisində adları farsca olan mağaza və yeməkxanaların adları türkcəyə dəyişdirildi. Bundan başqa qurumun hədəfi Azərbaycan türkcəsində bəzi islahatlar keçirmək olub.1946 – cı ilin yanvar ayında Hacı Əli Şəbüstəri Rza Pəhləvinin heykəlinin Gülüstan bağından götürülməsi ilə bağlı qərar imzalayıb.Bu qərara görə bağda Səttarxanın heykəli qoyuldu və bağa “Sərdar bağı” adı verildi. Ərk qalasının yanında isə Bağır xana heykəl qoyuldu.

1946 – cı ilin avqust ayının 1 – də doktor Salamulla Cavidin təhbərliyi ilə Hacı Mirzə Əli Şəbüstəri də nümayəndə heyəti ilə birlikdə Tehrana danışıqlara gedir.

Şah qoşunları 1946 – cı ilin dekabrın 5- də Miyana istiqamətindən hücum edirlər. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşunlarına qarşı mübarizə aparmaq üçün Azərbaycan Milli Hökumətinə müraciət edirdilər. Bundan sonra Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Bu komitəyə Hacı Əli Şəbüstəri də üzv oldu.

Azərbaycan Milli Hökmətinin süqutuna bir gün qalmış 1946 – cı il dekabrın 11 – də Seyid Cəfər Pişəvəri və hökumətin digər üzvləri Təbrizi tərk etdilər.Hacı Əli Şəbüstəri, doktor Salamulla Cavid, Məhəmməd Biriya və Mir Rəhim Vilayi Təbrizdə qaldılar.

1946 – cı ilin dekabr ayının 13 – də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu və Azərbaycan Milli Hökuməti süqut etdi.

Milli Hökumət dağıldıqdan sonra Hacı Mirzə Əli Şəbüstəti doktor Salamulla Cavidlə birlikdə həbs olunaraq Tehrana aparılır və ev dustaqlığında saxlanılır.

1947 – ci il may ayının 13 – də ona ailəsi ilə birlikdə İsfahana hərbi xidmətdə olan oğlunun yanına getməyə və cəzadını İsfahanda çəkməyə icazə verilir.1947 – ci ilin iyunun 7 – də buraxılır. Həbsdən çıxdıqdan sonra bir müddət Şirazda yaşayır.1948 – ci ilin aprel ayında doktor Salamulla Cavidlə birlikdə iki il həbs cəzasına məhkum olunur və 1948 – ci ilin iyul ayında həbsdən azad olunur.

Hacı Mirzə Əli Şəbüstərinin sonrakı həyatı haqqında məlumat yoxdur.

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email