آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİ – 80

Azərbaycan Demokrat Firqəsinin fədailərindən biri olan Səfər Qəhrəmani 1922 – ci ildə Cənubi Azərbaycanın Şişəvan kəndində anadan olmuşdur.İlk təhsilini Əcəbşirdə bitirib.Lakin imkansızlığa görə təhsilini davam etdirə bilməmişdir.Gənclik illərindən yerli ərbablarla mübarizə aparmağa başlayır. 1945 – ci ildə Azərbaycan Demokrat Firqəsi yaranandan sonra onun üzvü olur. 21 Azər hərəkatında fəal iştirak etmiş və Şişəvan fədailərinə başçılıq edir. Noyabrın 20 – dən dekabrın 11 – nə qədər Marağanın şah qoşunlarından təmizlənməsinə rəhbərlik edir.Azərbaycan Milli Hökuməti qurulduqdan sonra yaradılmış Qızılbaş Xalq Qoşunlarında zabit kimi xidmətdə olmuşdur.O, Urmiyanın şah qoşunlatından azad edilməsində iştirak etmişdir.

1946 – cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdın sonra bir müddət bir neçə fədai ilə birlikdə İran – İraq sərhəddində şah qoşunlarına qarşı partizan döyüşləri aparır.Daha donra İraq ərazisinə keçir.Burada yerli hakimiyyət tətəfindən həbs edilir və Ərbil həbsxanasına salınır.Səfər Qəhrəmani həbsdən qaçaraq Urmiyaya gəlir. 1948 – ci ildə Urmiyada şah qüvvələri tərəfindən həbs olunur.Bir neçə il dindirildikdən sonra 1950 – ci ildə ölüm hökmünə məhkum olunur. Səfər Qəhrəmanidən başqa atası və qardaşı da həbs olunaraq müxtəlif cəzalar alırlar.1952 – ci ildə Məhəmməd Müsəddiq hakimiyyətə gəldikdən sonra Səfər Qəhrəmaninin işinə təkrar baxılır. Lakun 1953 – cü idə Müsəddiq hökuməti dağılır.1955 – ci ildə isə Səfər xana verilən ölüm hökmü ləğv edilərək ömürlük həbs cəzası ilə əvəzlənir.Bir neçə il Bürazcanda yerləşən həbsxanada saxlanıldıqdan sonra Tehranda yerləşən “Qəsri – Qacar” və Evin həbsxanasına köçürülür.Həbsxanada olduğu müddətdə məhbuslar tərəfindən hörmət əlaməti kimi “Səfər xan” adı verilir.

İran İslam İnqilabından sonra Səfər xan həbsdən azad olur.İran tarixində ən uzun müddət həbsdə qalmış siyasi məhbusdur.Siyasi əqidəsinə görə ümumilikdə 32 il həbs cəzası çəkmişdir.

1999 – cu ildə Səfər xan Qəhrəmani ilə eyni kamerada həbs cəzası çəkmiş iranlı yazıçı, siyasi məhbus Əli Əşrəf Dərvişian ona həsr etdiyi “Səfərxan haqqında xatirələr” kitabını yazmışdır.

Qəhrəman fədai 2002 – ci il noyabr ayının 10 – da Tehranda dünyasını dəyişmiş və Kərəcdə yerləşən “İmamzadə Tahir” qəbiristanlığında dəfn edilmuşdu

Təqdim etdi: Güləddin İsmayılov

Facebook
Telegram
Twitter
Email