Äziz həmvətənlər, dəyərli Azərbaycan xalqı!
Azərbaycan Demokrat Firqəsi olaraq, 1404-cü ilin gəlişini və Novruz Bayramını səmimi qəlbdən təbrik edirik. Novruz, təbiətin oyanışı, yenidən dirçəlişi və ümidin rəmzi olmaqla yanaşı, xalqımızın mədəniyyətinin və tarixi irsinin də bir parçasıdır.
Bu bayram bizə birliyimizi, dostluğumuzu və ortaq dəyərlərimizi xatırlatmaqdadır. Qışın soyuq günləri geridə qalarkən, baharın ilıq nəfəsi torpağa can verir, pəncərələrdə gülülər açılır, və təbiətin oyanışı insan qəlbində yeni ümidlər yaradır.
Novruz, eyni zamanda azadlıq, ədalət və hüquqlar uğrunda mübarizə aparan xalqların birlik və dayanış rəmzidir. Biz, bu bayramda bütün xalqların bərabərliyi və haqlarının tanınması üçün olan inamımızı bir daha vurğulayırıq.
Arzu edirik ki, bu bahar dünyamıza sülk, rifah və xoşbəxtlik gətirsin. Hər bir ailənin ocağı isti, gülüsülər bol olsun. Qoy xalqımızın iradəsi və ümidi gələcək nəsilərə ışıq olsun.
Novruz Bayramınız mübərək olsun! Azadlıq, ədalət və birlik daim var olsun!
Azərbaycan Demokrat Firqəsi – Novruz 1404