آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 Azər hərəkatının 68-ci ildönümü münasibətilə Azərbaycan Demokrat Firqəsinin bəyanatı

Əziz həmvətənlər!

Azərbaycan muxtar dövlətinin(milli hökumətinin) yaranmasından 68 il keçir. irtica və geriçi qüvvələr tərfinin xalvarlarla böhtan və iftiralara baxmayaraq, milli hökumət hələ də İranda yaşayan xaqlarının hüquqlarının bərpası, həmçinin ölkədə demokratiyanın təmini üçün İran ziyalayları, azadlıqsevərləri və zəhmətəkeşləri arasında bir örnək olaraq tanınır. Azərbaycan Milli Hökumətin bütün səndləri və Seyid Cəəfər Pişəvərinin baxışları, zəhmətəkeşlərin və məhrum xalqlarının birliyinin təmini üçün Azərbaycandan başlayaraq bütün İrana yayılması siyasətinn israrı demək idi. Pişəvərini və onun dövlət kabinəsi zülm, istbdad, zörakılıq və hər cur milli ayrıseçkiliyi, bərabrsizliyi və ədaltsızliyi aradan qaldırmaqla yanaşı, bütün İran vətəndaşlarının bərabər hüquqluğun bərqərar olması üçün çalışırdı.

1324-cü il 12 şəhrivir də(03.09.1945) ” 21Şəhrivər” bəyannaməsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə elan edilməsi, ölkənin təhlükəsizliyinə və milli mənafenin qorunmasına təkid etməklə, Azərbaycan Demokrat Firqəsinin banilərinin hədəf və məqsədləri açıq şəkildə göstərir. Elə həmin prinsip daxili və xarici irticaçılar və qarətgərlərin mənafləri ilə ziddiyyət təşkil edir. Bu üzdən də onların ğəzəb və nəfərtəlrinə səbəb olur.

Bu müraciətnamənin birinci bəndində belə yazılır: ” İranın istiqlal və təmamiyyətini saxlamaqala bərabər, Azərbaycan xəlqına daxili azadlıq və mədəni müxtariyyətt verilməlidir ki, edə bilsin özünün fərhnəgi(mədəniyyəti) yolunda və Azərbaycanın abadlaşması və tərqqisi üçün ümum məmləkətin adilanə(ədalətli) qanunularını gözləməklə bərabər, öz sərniveştini(taleyini) təyin etəsin.(Bu 21 Şəhrivər kitabında belə yazılıb- orjinal nüsxə də)” və başqa yerdə təkid olub: ” … Əminik ki, Azərbaycanın tərqi və inkişafı İranın inkişafına səbəb olacaqdır. Beləliklə də vətən, quldurlardan və mürtəcelərdən xilas olacaqdır.”

Azərbaycan Demokrat Firqəsinin banilərinin ilkin baxışları, Azərbaycan xalq qurultayının səndlərində də öz əkəsini tapmışdır. Həmçənin orada fərdi və ictmai azadlıqlar, vəcdan və mətbuat azadlığına da işarə olunmuşdur. İranın siyasi tarixində ilk dəfə olaraq qadınlara seçkilərə qatılmaq əcazəsi verildi. Geniş fəhlə, zəhmətkeş və kəndli kütlələrinin, habelə məhəlli və ölkədaxili ahalının məhrum zümrəsi, ziyalılar, azadlıqsevər qüvvələr firqənin yaranmasından sevincləri və onun sıralarına qoşulmaqları, bunların hamsı o təşkilatın programının düzgün və şəraitə oyğün olmasını göstərir.

Azərbaycan Demokat Firqəsinin fəalları aban ayinin 19-29-a qədər Azərbaycanın hər yerində etirazlar və nömayişlər təşkil etdilər. Bu xalq etirazlarının məqsədi ” əyalət və vilayət əncümənlərinin” bərpa olunmasıdan ibarət idi. Bu nömayişlərdə Azərbaycanın müxtəlf şəhər və qəsəbələrində firqə rəhbərləri və fəalları xalq içərisindən seçilərək məbarizə meydanına qədəm qoydular. Bu yığıncaqlarda xalq tərfindən firqə nümayndləri seçilib və aban ayının 29-da 724 nəfər xalq nümayəndələri xalq qurultayında iştirak etmək üçün Təbriz şəhərinə daxil oldular. Bu qurultayda şaha, başnazirə və şura məclisinin sədrinə açıq məktub yazıldı. O məktubda Azərbaycana muxtariyyət verilməsi tələbi irəli sürüldü.

1324-cü ilin azər ayının 6-da bu qurultay əyalət və vilayət əncümənləri seçəkilrinə başladı. Bu seçkilər 5 gün sürdü. Əncümən “Azərbaycan Milli Məclisi” adlandırıldı.

Qeyd etmək lazımdır ki, bu qısa müddət ərində Azərbaycan Demokrat Firqəsinin üzvlərin sayı təxminən 200 min nəfər idı.

1324-cü ilin azər ayının 21-də (12 dekabr 1945) milli məcəls 101 nümayəndə üzvlərdən 75 nəfərinin iştirakı ilə rəsmi şəkil də işə başladı.47 yaşlı mirzə Əli Şəbüstəri məclisin rəisi seçildi. Məclis dövlətin müxtəlif orqanlarını təyin etədi. Vəzirlər heyəti Pişəvəri başnazir olmaqla10 nəfərdən təşəkil tapdı. Dövlət kabinəsinin tərkibində müdafiə və xarici işlər nazirləri yox idi.

Firqənin ilk qurultayından sonra Seyid Cəfər Pişəvəri 1324-cü ilin mehər ayının 10-da məqaləsində yazır: ” bizim şüarlarımız gizli və şübhə törədən deyil, biz separatçılıq və İranın ərazı bütövlüyünə qarşı düşünclərlə mübarizə edirik…. Əyalətt və vilayət əncümənlərinin yaradılması bizim qanuni haqqımızdır… Atalarımız bu haqqı zor, qəhr və qələbə ilə əldə etmişlər. (İndi) biz onu qəsbkarların caynağından çıxarmaq istəyirik…”

1324-cü ilin azər ayının 21-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli dövlət Azərbaycan milli məclisndə təsdiq olundu. Bu dövlət Təcili olaraq bütün gücü ilə zəhmətkeşlər habelə məhrum Əhalinin yaşayışının yaxşılaşması uğrunda mühum siyasi, iqtisadi, ictmai, mədəni tədəbirləri həyata keçirməyə başladı. Azərbaycan xalqının mədəniyyətinin inkşafı yolunda, xüsusilə ana dilində ibtidai məktəbdən ali məktəbə qədər tədris proqramlarını hazırlayıb, həmçinin Təbriz universitetinin və pedaqoji instutunun yaradılması prosesini sürətləndirdi. İqtisadiyyat sahədə kiçik və yüngün sənayedən himayə edərək, torpaq islahatı və sinfi şuraların yaradılmasını həyata keçirdi. Həmçinin Azərbaycanın bütün yerlərində nəzart komitələri, əmək qanunlarınını təsədiq edib və ərzaq mallarından vergi tutulmaq ləğv edildi. Həmçinin əhalinin savadlanması üçün tədris kursları açıldı. Radio, kütləvi informasiya mərkəzləri və çapxanalar dair olundu. Milli hökumət əyalətin abadlaşdırılması üçün onlarla prayektləri planlaşdırdı. Təbrizin mərkəzi küçəsi asfalt olundu. Küçələrə Səttarxan, Bağırxan və başqa məşrutə qəhrəmanlarının adları verildi. Xəstəxanalar, kiliniklər təsis edildi. Qocalar evi və uşaq bağçaları dair oldu. Habelə milli hökumətin ən mühum islahatlarından birə də kəndlilər arasında torpaq bölgüsü idi və bu da kənd təsrrüfatında yeni əislahat sisteminin gətirilməsi və onun inkşafı demək idi. Geniş sürətdə yolların çəkilişinə başlandı.

1324-cü ilin isfənd ayının 5-də torpaq islahatı barədə Azərbaycan qəzeti yazdı: ” Alınıb- satılan daşınmaz xalisə (dövlət) və başqa növ mülklərin sayı uç min parça mülkdən ibartdir. Azərbaycanı tərk edən, milli hökumətin düşmənlərinin mülklərinin sayı 437 olmaqla, yuxarıdakı statistikada qeyd olunmamışdır. Bu torpaqları bölüşdürməklə demək olar ki, bir milyun kəndli torpaq sahibi olacaq. Bunun ardınca Miyandab(Quşaçay), Xoy, Əhər Təbriz ətrafı xalisə torpaqların bölünməsinə aid bildiriş nəşr oldu.

İran partyasının(həzbi- İran) orqanı olan Cəbhə qəzeti 1324-cü ilin mehr ayının 8-də öz baş məqaləsində belə yazırdı: ” Azərbaycan hərəkatı azadlıqsevər və mütərqqi bir hərəkatdır. Azərbaycanda torpaq islahatı həyata keçirilir və kəndlilərdən vergi almaq ləğv olunur. Bütün bu tədbirlər ancaq kəndlilərin həyat tərzinin yaxşılaşdırması üçündür. Bir il ərzində Azərbaycanda 500 məktəb, çox sayda xəstəxanalar, universətet, uşaq bağçaları, ruhı xəstəxanalar təsis olundu. onlar əhalinin bilik səviyyəsini qaldırmaqda yorulmadan çalışırlar. Bütün gucləri ilə yolları düzəldib və asfalt edirlər. Əhalinin təhlükəsizliyini qorumaq üçün var qüvvə ilə cinayəkarlığa və qulurluğa qarşı amansız mübarizə aparırlar. Azərbaycan milli hərəkatının rəhbərləri əski azadlıqsevər insanlardır. Onlar zəkalı insanlardır…”

O dövrdəki, İngltərənin Təbrizdəki konsulu yazır: ” mən fərqə rəhbərlərinin bəziləri ilə görüşə bildim… Elə nəzərə gəlir ki, onlar fəhələ sinifinin mahir rəhbərlərindəndirlər… Torpaq islahatı milli-məhəlli hökumətə çoxlu tərfdar və dost qazandıraraq, işiz kütlə yə iş yerləri yaradıldı. İdarlərdə aparılan islahatlar dövlətin daha işələk olmasına səbəb oldu. Bu yeniliklər ümumiyyətlə əhalinin dövlətə rəğəbətini artırdı..”

Əbdülrəhman Fəramərzinin qələmi ilə Keyhan qəzeti yazırdı: ” Aydındır ki, dünyanın hər bir yerində baş vern bir hərkat mütləq mürtəce dövlət başçıları tərfindən müxtəlif iftiralarla damğalanır. Əminliklə deyə bilərəm ki, Azərbaycanda məşrutə hərəkatı başlayanda da dövlət başçıları tərəfindən bu hərəkat pislənir və iftralarla damğalanırdılar. Yadımdadır ki, Xiyabanı və Cəngəl hərkatı rəhbəri mirzə Kiçikxan da belə ithamlarla töhmətlənirdi. Yəni mərkəzi dövlətdə hətta mütərəqqi şəxsiyyətlər, o cümələdən, Müşirud-dövlədə də hərəkat başçılarını quldur və şər adamlar adlandırırdı. Amma bugun onları azadlıqsevər və mücahid adlandırırlar.”

Azərbaycanın qeyrətli əhalisi!

Biz 21 Azər hərəkatının 68-i ildönümü ərfəsindəyik. Azərbaycan və Kürdüstan milli demokratik hərəkatları həssas, yəni faşizmin məğlubiyyəti günlərində qələbə çaldılar. Avropa ölkələrinin bir çoxu faşist və irticaçı hökumətin caynağından xilas oldular. Ümumiyyətlə bu ölkələrdə də milli hökumətlər quruldu. Onların bəzilərində sosailizm sistemi quruldu.

Belə bir həssas şəraitdə Azərbaycan demokratik hərəkatı keçmiş mübarizələr zəminində yarandı. Bu hərəkatın inkşafı və genişlənməsi ölkədə demokratik və istibdada qarşı hərəkata təkan verə bilərdi. Və bu da İranın istibdadan demokratiyaya keçidini əbədilşdirə bilərdi. Bu hərəkatın qələbəsi elə ilk günlərdən İranda bütün mütərqqi qüvvələr və azadlıqsevər insanlar tərfindən müdafiə edildi. Bu da mərkəzi dövləti Azərbaycanın milli muxtar hökumətini siyasi hərəkat kimi tanımağa məcbur etdi. Elə bu məsələ də daxili irtica və dünya imprializmini qorxuya saldı. Xanların və mərkəzi dövləti əlaltıları 21 Azər hərəkatının irəlil məsinin qarşısını ala bilmədikləri üçün şah qoşunları Biritanya və Amerika dövlətlərinin himayəsi ilə milli hökuməti dövürmək üçün Azərbaycana vəhşicəsinə hücum etməyə başladı. Şah qoşunları Azərbaycanda elə cinayət törətdi ki, demək olar heç bir işğalçı ordu belə vəhəiliyə əl vurmazdı.

Məhəmmdrza şahin dost və yardımçısı olan general Hüseyn Fərdust öz xatirələrində Azərbaycana hücum etmək barədə yazır: ” şahın ğöstərişi əsasında ordu xərcləri ilə əlaqədar oraya pul çatdırmaq üçün azər ayənın 22-də Təbrizə ezam oludum. Təbriz ayroportu(təyyarə meydanı) hələ də yanırdı. Yollar cəsədlərlə dülmüşədü.Gülّlələnən 2000 nəfərin siyahısını mənə göstərdilər.”

Şah qoşunlarının törətdikləri cinayətlərdən əlavə mürtəcelər və xanların silahlı dəstələri də harada firqə üzvlərini və fədailəri gördükdə yerindəcə öldürürdülər. Qorxudan dağlara, meşələrə sığınan tanınmış firqə üzvü və tərəfdaşları soyuqdan və aclıqdan ölür, yaxud yirtici heyvanlara yem olurdular. Bu arada bir qrup, o cəml dən, Pişəvəri Araz Çayını keçərək Sovet Azərbaycanına sığındılar.

Sonrakı illərdə mərkəzi dövlət vasitəsilə Azərbaycan xalqının siyasi fəallarının əksəriyyəti ailələri ilə birlikdə İranın cənub və şərq məntəqələrinə sürgun edildi. Geniş şəkildə Azərbaycan zəhmətkeşləri və siyasi fəalları tutlaraq həbəsə alındılar. Bu axtarışlar və təqiblər uzun illər davam etdi. Bu siyasət isə Azərbaycanı siyasi rəhbərlərdən və fəallardan təmizəlmək məqsədi güdürdü.

Şah qoşunlarını Azərbaycanı işğal etdikdən sonra amerikalı prokuror(hakim) Vilyam Doglas Təbrizə getdi. O, Təbrizdə olarkən öz müşahidələrini belə yazır: ” İran ordusu, xəlaskar ordu adlandırılaraq yol boyu dəhşət yaratdı. Onlar kəndlilərin saqqallarına ud vurdular, onların namuslarına- qadın və qızlarına təcavüz etdilər, evləri ğarət etdilər. Onlrın mal-qaralarını oğurladılar. Baxmayaraq ki, ordunun məsuliyyəti təhlükəsizliyi qorumaq idi, amma heç bir öhdəliyə əməl etmədi . O, qara camaatı ğarət edib, öldürüb və abadlıqları viran etdi.Həbsxanalar əhali ilə dolmuşdu. Çoxlu dar ağacları meydanlarda qurulmuşədu. Millətçilərlə çox pis davranılırdı. Demokratlara tərəfdaş olan yazıq kəndlilər təhəqir olunurdular. Quca bir Azərbaycan kəndlisi bizə belə söylədi: Can və malımız tapdaq altındadır. Bu cansıxıcı və qanlı hadsə heç vaxt Azərbaycan xalqının xatrəsindən silinməyəcəkədir.”

Azərbaycan əhalisi qtəli- am edildikdən sonra Məhəmmdrza şah cinayətkarların törətdiyi əməlləri təsədiq edrək onlara öz təşəkkürünü bildirdi. Bu qanlı hadsədə hamıdan çox vəhşilik törədən hərbiçilər ləyaqət medalı ilə təltif l olundular. Məhəlli mürtəcelər, maliklər, əşair və qəbilə başçılarının əksəriyyəti hətta məclis nümayəndəliyinə təyin oldular. Simalarını dəyişdirib, milli hökumət və Pişəvəri hərəkatına qarşı töhmət və iftra dulu sözlər yazan ziyalı və jurnalistlər şahlıq süfrəsindən bir pay apardılar. Beləliklə 21 Azər hərəkatını qan dəryasında boğan irtca, istibdad hökuməti və dünya imprialistləri şənlik etdilər.

Yetmiş ilə yaxın 21 Azər hərəkatından keçəməsinə baxmayaraq, hələ də Azərbaycan xalqının azadlıqsevər ziyalıları tam ayıqlıqla və möhkəm addımlarla tapdalanmış milli haqlarnın bərpası uğrunda öz mübarizələrini davam etdirirlər. Azərbaycanın mübariz qadın və kişiləri düşmənlərin bütün fitnəkarlıqlarına baxmayaraq öz haqlı istəklərindən bir anda olsun əl götürməmişlər. İranın müasr tarixində elə bir xalq hərəkatı yoxdur ki, Azərbaycanın mübariz oğul və qızları o hərkatın önündə başqa xaqlarla çiyin-çiyinə mübarizə aparmasınlar.

Azərbaycan Demokrat Firqəsı sizi- Azərbaycan xalqının döyüşkən və mübariz qadın, kişilərini 21 Azər hərəkatının ildönümü münasbti ilə təbrik edir, milli mübarizənizdə hər birinizə başarılar arzulayır. Şübhəsiz Seyid Cəfər Pişəvəri və onun silahdaşlarının hədəf və məqsədləri bir gün gercəkələşməklə başqa xaqlarla birlikdə Azərbaycan xalqı da xöşəbəxət həyata quvşacaqdır.

Yaşasın Azərbaycan xalqının milli-azadlıq hərkatında şəhid olan insanların xatrələri!

Yaşasın, Azərbaycanın milli –azadlıq hərkatı 21 azər!

Azərbaycan Demkrat Firqəsinin Mərkəzi Komitəsi

4.12.2013

Facebook
Telegram
Twitter
Email