آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

QAFLANTİ MURADƏLİ QUREYŞİ (1312;1933 – 1392;2013)

Qaflanti 1312 – ci ilin yazında(xordad ayının 1-də (1933,22 may) Miyananın Çaroymaq mahalınınHeydərabad kəndində(Qaflanti) yoxsul bir ailədə anadan olmişdur.Rza xanın Azərbaycanda irəli sürdüyü şovinist və çirkin siyasətinə görə, fəaliyyətinin uşaqlıq çağları, Azərbaycan xalqı – nın ən çətin günlərinə tuş gəlir.

Yeddi yaşında kəndlərindəki Mirzə Məmmədin məktəbinə göndərilir.1321 – ci ildə (1942) məktəbi buraxıb, ailəsinin məişətini təmin etmək üçün atası ilə birlikdə işləməyə məcbur olur.

1324 – 1325 – ci illərdə (1945 – 1946) illərdə Azərbaycanda qurulan Milli Hökumət, Qaflanti – nin ailəsini də nəhzətin (hərəkatın) qərarlarını doğrultmağa tərəf çəkir.O, 12 yaşında ikən yeniyetməlik röyalarını bu birliyin boyalı xatirə -Iərilə naxışlayır.

1325 – ci ilin (1946) Azər ayından sonra, Qaflantinin də fədai əmisi tutulur, nəhzətin düşmənləri tərəfindən vəhşicəsinə kəndin küçələrində öldürülür.Qaflantinin ailəsi talanır və kənddən çıxarılır.

Köçdükləri kənddə bir neçə il yaşadıqdan sonra,1329 – cu ildə (1950), Tehran şəhərinə köçür və bu şəhərdə, onun taleyi vətəndən didərgin düşmüş minlərlə azərbaycanlıların talelərinə qovuşur.

Vəramin mahalının yaxınlığında iş tapır və bir yol düzəltmə fəhləsi kimi bir neçə ay işləyir.İş qurtardıqdan sonra 1331 – ci ilədək (1952) bekar qalır.

1331 – ci ildə kiçik bir rezin fabrikasında iş tapır.Gündüzlər işləyir, gecələr isə dərs oxuyur.Qaflanti bu illərdə ailəsini də kənddən Tehrana gətirir və qırxıncı illərin axırınadək rezin düzəltmə fəhləsi sifətilə bu fabrikdə işləyir.O, bu illərdə yalnız dörd klas (sinif) dərs oxuya bilir. Tehranda uzun müddət işləyə – işləyə yazı – pozu öyrənmişdir. Qaflanti az savadı ilə gözəl şeirləl müəllifidir.

1357 -ci ildə Salamulla Cavid ” Dostlar görüşü” adlı ədəbi dərnək yaradır.Bir sıra şair və yazıçılar dərnəyə üzv olurlar.Qaflanti də dərnəyin uzvü olur. Şair Bulud Qaraçorlu ( Səhənd) Qaflantinin şeirlərində gözə çarpan cəsurluq, mübarizlik, dönməzlik kimi qürur hisslərini görür və bir ustad şair kimi Qaflanti poeziyasının inkişafında öz müsbət təsirini buraxır.1358- ci ildə onun bir sıra şeirləri” Məcmuə” adlı kitabda işıq üzü görür.

1360 – cı ildə(1981) Tehranda yaranan “Azərbaycan yazıçılar və şairlər cəmiyyəti” nin fəal üzvü olur.60 – cı illərdən sonra şeirləri Tehran və Azərbaycanda çıxan jurnallarda və qəzetlərdə çap olunur.”Yoldaş”,” İnqilab yolunda”,”Azadlıq”,” Yeni yol”,”Dədə Qorqud”, “Körpü”,” Xudafərin”,”Araz” və başqa dərgi və qəzetlərdə şeirləri dərc olunur.”Yoldaş” dərgisi ilə sıx əməkdaşlıq edir.

1369 – cu ildə(1990) Qaflantinin yeni bir kitabı şair Həsən İldırımın redaktorluğu ilə Tehranda “Nəşre Mina”tərəfindən yayılır.Bu kitab” Ömür aynası” adlanır.

Qaflanti uzun illər arzusunda olduğu Bakı şəhərinə öz həyat yoldaşı ilə bərabər 1370 – ci ildə səfər edir.(1991) Orada Yazıçılar İttifaqının qonağı olur.

O, ədəbi fəaliyyətini 1374 – cü ildən(1995) sonra “Sahir ədəbi əncüməni” dərnəyində davam etdirir.

1374 – cü ildən sonra da Qaflantinin məişət tərzinin ağırlaşmasına baxmayaraq, əvvəlki həvəslə yzıır, yaradır və üzvü olduğu ədəbi dərnəyin tədbirlərində öz təkliflərini bir ağsaqqal kimi verir.

Son illərdə o, öz xatirələrini yazmaqla məşğul olurdu.Təəssüflər olsun ki, ölüm aman vermədi.

1384 – cü ilin (2005) əvvəllərində beyin infaktı nəticəsində öz sağlamlığını əldən verir və xəstəxanada yatır.Görülən bütün tibbi yardımlar nəticə vermir.

Nəhayət, 1384 – cü ilin dey ayının 15 – də(6 yanvar 2013) Azərbaycan xalqının şair oğlu Qaflanti Muradəli Qureyşi aramızdan köçdü.

Qaflantinin cənazəsi dostları, ailəsi, Azərbaycan mədəniyyət və xüsusilə gənclərin müşaiyyəti ilə Tehranın cənub hissəsində yerləşən məzarlıq – da torpağa tapşırılır.

GƏLİN, GƏLİN ŞƏNLİK TUTAQ

Gəlin, gəlin şənlik tutaq,

Qəm, qüssəni day onudaq,

Gül gətirin budaq – budaq,

Verək bu gün kargərə,

Təbrik deyib bərzgərə.

Dağı – daşı sökənlərin,

Alın təri tökənlərin,

Zülmün belin bükənlərin,

Bu gün özgə bayramıdır,

Mahnı çalmaq əyyamıdır.

Müjdə verin şəhrə ,kəndə,

Bilsin bağda gül əkəndə.

Nəğmə desin çay, çəməndə.

Müqəddəsdir bu günümüz,

Açılıbdır düyünümüz.

Bu gün min – min cavanların,

Sədaqətli insanların,

Həqq üstə can qoyanların.

Qanlarından lalə bitib,

Həqqi batan həqqə yetib.

Gəlin – gəlin, a neftçilər,

Fərş toxuyan ilməkçilər

Qan – tər tökən mədənçilər,

Başlanıbdır işçi toyu,

Yaşayasız illər boyu.

Ay kürədə kərpic kəsən,

Zülm altında zağ – zağ əsən,

Bəs qalıbsan hayanda sən,

Dur gəl, indi həqq diləyək,

İstismarı məhv eyləyək!

Qol gücüylə sənətkarın,

Sındı beli istismarın,

Qoyub qaçdı hər nə varın,

İşçilərin zərbətindən,

Xalqımızın nehzətindən.

Mübarəkdir bayramınız,

Aydın səhər – axşamınız,

Məhəbbətlə siz hamınız.

Qüvvət gəlin çiyin – çiyin,

Yumruqlar düyün – düyün.

Qaflantiyam, qaynar qanım,

Həqiqətə qurban canım,

Budur mənim yol ərkanım,

Məzlumların üzü gülə,

Gözlərinin yaşın silə.

Qaflanti Murədəli Qureyşi

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email