آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNİN FƏDAİ ZABİTİ ƏBÜLHƏSƏN RƏHMANİ

Əbülhəsən Rəhmani 1910 – cu ildə Təbrizdə anadan olmuşdur.Atası Əli Rəhmani, “Zərqam Homayun” ləqəbi ilə Səttarxan hərəkatının fəal iştirakçılarından biri olmuşdur.

Əbülhəsən Rəhmani orta məktəbi Təbriz şəhərində bitirmişdir. 1927 – ci ildə İran Kommunist Partiyasının üzvü olmuşdur.1928 – ci ildə Moskva Dövlət Universitetinə daxil olmuş və 1931 – ci ildə həmin univesiteti bitirmişdir.

1931 – ci ildə İrana qayıdıb və həbs olunur.Bir neçə aydan sonra azad olur və orduya göndərilir.Əfsərlik ( zabitlik) məktəbini bitirəndən sonra İran ordusunda xidmət edir.

1935 – ci ildən 1937 – ci ilə qədər ali təhsil alıb təhsilini bitirəndən sonra Tehranda xidmət edir.

1945 – ci ildə İran ordusunun sıralarında aktiv inqilabi fəaliyyətinə görə həbs edilir və Kirman şəhərinə sürgün edilir.

Azad olunandan sonra İran ordusunu tərk edərək, Azərbaycan Milli ordusunda fəal iştirak edir.

1945 – 1946 – cı illərdə Azərbaycan Milli Hökumətinin Xalq Qoşunlarının kadr şöbəsinin rəisi vəzifəsində işləyir.

1946 – cı ilin dekabr ayında Azərbaycan Milli Hökumətinin süqutundan sonra Şimali Azərbaycana mühacirət edir.1947 – ci ildən 1951 – ci ilə qədər Ali Partiya məktəbində təhsil almışdır.

1951 – ci ildən 1953 – cü ilə qədər Azərbaycan Radioinformasiya Komitəsinin İran bölməsinin tərcüməçisi (fars və Azərbaycan dilindən) və redaktoru işləyib.

1953 – cü ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda işləmişdir.

1959 – cu ildə “Tarix – e Aləm araye – Əbbasi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1971 – ci ildə isə “Azərbaycan 16 əsrin ortalarından 17 əsrə qədər” mövzusunda doktorluq işini uğurla müdafiə etmişdir.

Rəhmani Əbülhəsən 1946 – cı ildən 1987 – ci ilə qədər Azərbaycan Demokrat Firqəsinin fəal üzvü olmuşdur.Bir neçə il Azərbaycanda yaşayan siyasi mühacirlərin rəhbəri olub. Dəfələrlə elmi – praktik konfranslarda iştirak edib, çoxlu sayda məruzələri və elmi məqalələri dərc olunub.

1992 – ci ildə Əbülhəsən Rəhmaninin yazdığı Azərbaycanın 17 əsrə aid xəritəsi “Tarixi – coğrafiya” kitabında dərc olunub, Azərbaycan Hökumətinin Ali mükafatına təqdim olunmuş – dur.

Əbülhəsən Rəhmani 1987 – ci ildə oktyabr ayının 14 – də vəfat etmiş, Bakıda Yasamal qəbiristanlığında dəfn edilmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email