Yəhya Həbib oğlu Şeyxi 1300 – nci şəmsi ilində (1921 – ci il miladi) Ərdəbil şəhərində yoxsul bir ailədə anadan olmuşdur.O, hələ uşaq ikən atası ölür, ailənin yaşayış vəziyyətinin çətinləşməsi – nə baxmayaraq Ərdəbildə ibtidai təhsil ala bilir
və öz doğma şəhərində orta məktəb olmadığı üçün Tehrana getmək məcburiyyətində qalır.Lakin Tehran şəhərində də bir sıra maddi və ictimai məhrumiyyətlər, düzgün olmayan maarif quruluşu ona təhsilini davam etdirmək imkanı vermir. Şeyxi sərbazlıq (əsgərlik) xidmətinə cəlb olunduğu üçün gürühbanlıq (gizir) məktəbinə, sonra isə setvani (leytenant) zabitlik məktəbinə daxil olur.
Yəhya Şeyxi Tehran zabitlik məktəbini kiçik leytenantlıq dərəcəsi ilə qurtararaq Ərdəbilə göndərilir və az sonra Qələ Bərzənd kəndində yerləşən nizami bölmənin fərmandehi olur.O, hələ İran ordusunda xidmət etdiyi vaxt belə sərbazlara bir insan kimi yanaşaraq onların hüquq və mənafeyinin tapdalanmasına səy göstərirdi.
Şeyxi 1324 – cü ildə (1945) leytenant olur. Bu zaman ümum İran miqyasında, o cümlədən Azərbaycanda da azadlıq hərəkatı genişlənir, onun təsiri ordu daxilinə də keçir.Bir çox cavan zabitlər kimi Şeyxi də İran ordusunun xalqın mənafeyinə zidd, irticanın mahiyyətini hiss etməyə başlayır.1324 – cü ildə Azərbaycan xalqının milli azadlıq hərəkatı özünün ən yüksək mərhələsinə – silahlı üsyan zirvəsinə yaxınlaş –
dığı mövqe Yəhya Şeyxi də leytenantlıq dərəcəsini daşıdığı İran şahənşah ordusundan üz döndərərək Germiyə gedir.Bundan sonra o, tamamilə tip fərmandehliyinin əmrindən boyun qaçırır və bir daha Bala Bərzənd bölməsinə qayıtmır.O, əsgərləri ilə birlikdə fədailərə qoşulur. Nəhayət ,Azərbaycan xalq silahlı qüvvələri sırasına daxil olur.
1324 – cü ildə (1945) Azərbaycan Demokrat Firqəsinə üzv olmaqla onun ictimai fəaliyyəti, həyatı, mübarizəsi yeni məzmun , yeni məna kəsb edir. Şeyxi Azərbaycan xalqının azadlığı uğrunda qışın ən şiddətli və soyuq günlərində hətta, fədailərlə birlikdə dağlar döşündə yorulmadan çalışır. 21 Azər hərəkatı qələbə ilə nəticələndikdən sonra Azərbaycan Demokrat Firqəsi və Milli Hökumət Yəhya Şeyxinin xidmətini, bacarıq və ləyaqətini, fədai dəstələrinin hərbi təlimat işlərində çəkdiyi zəhmətləri nəzərə alaraq onu” 21 Azər” medalı ilə təltif edir.O, baş leytenantlıq dərəcəsu ilə Azərbaycan Xalq Qoşunları sıralarına qəbul olunur.
Məhəmməd Rza şah və Əhməd Qəvam dövləti hər vasitə ilə olur – olsun Milli Hökumət zamanı Azərbaycan daxilində ixtilaflar düzəltmək, fitnələr yaratmaq, əmniyyəti pozmaq və sair bu kimi işlərlə məşğul olurdular. Onlar bu iş üçün külli miqdarda büdcə vəsaiti ayırır, imperialist dövlətlərin əməllərindən, xalq düşmənlərindən, işdən qovulmuş jandarm və polislərdən, Tehrana qaçmış feodallar, bəylər və xanlardan istifadə edirdilər.Onlar hər mahalda əlverişli dağlar və meşələrdə hökumətə qarşı hücum dəstəsi düzəldir.Əmniyyəti və rabitəni pozub qəhrəmanlıq göstərirdilər.Şeyxi azadlıqda ikən Savalan yaxınlığında jandarm zabitlərinin vasitəsi ilə idarə olunan bu cürə dəstələrdən birinə təsadüf edir.O, bu hadisə haqqında məlumat verdikdən sonra Ərdəbil Vilayət Komitəsi və tabor fərmandehinin əmri ilə bir dəstə fədai və əsgərlə birlikdə həmin quldur dəstələrinə qarşı vuruşur.O, bu məmuriyyəti layiqincə yerinə yetirdiyi üçün firqə rəhbərliyi və qoşun fərmandehliyi tərəfindən təqdir namə almağa müvəffəq olur.Yəhya Şeyxi uca boylu, ciddi qiyafəli,Azərbaycan Qızılbaş Xalq Qoşunlarının rəşadətli, xalq işinə sədaqətli zabiti idi. O, 1325 – ci ildə (1946) Azər ayında Xalxal fədai taborunun fərmandehliyinə təyin olunur.İran şahənşah ordusu xaincəsinə Azərbaycana hücum edir. Azərbaycan xalqının igid oğlu Yəhya Şexi səngərdə şah qoşunlarına qaşı son gülləsinə qədər qəhrəmancasına vuruşur.Döyüşdə ayağından yaralanır.Düşmən bundan istifadə edərək onu əsir götürür və azadlıq yolunun mübariz oğlunu vəhşicəsinə güllələyirlər.
Düşmənə qarşı mərdlik bə cəsarətlə vuruşan Yəhya Şeyxinin adı ürəklərdə yaşayacaqdır.O, öz şərəfli adını azadlıq yolunun mübarizləri salnaməsinə mərdlik və rəşadətlə, xalq işinə sədaqətlə yazmışdır.