آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

MƏSRUTƏ İNQİLABI VƏ SƏTTARXAN

20 – ci əsrin birinci yarısında xalqımız tarixə Məşrutə inqilabı, Ş.M.Xiyabani hərəkatı və 21 Azər hərəkatı adı ilə üç böyük qəhrəmanlıq dastanı yazmışdır.Bir – birinin ardı və tamamlayıcısı olab bu hərəkatların hər biri özlüyündə xalqın azadlığı və demokratik hüquqlarının müəyyən hissəsini irtica və imperializmin əlindən almış və gələcək hərəkat üçün ideoloji zəmin yaratmışdır.Məşrutə inqilabının bir hissəsi olan Səttarxanın başçılığı altında Təbriz hərəkatı da bu cəhətdən diqqətə layiqdir.

Müzəffərəddin şah illər boyu məşrutəçiləri əzdikdən sonra mücahidlərin 5 maddəli təklif-

Iərini qəbul edərək, məclisin açılışına göstəriş verdi.O, Milli Şura Məclisinin birinci iclasında belə dedi:”İllərdir belə bir bir günün arzusun –

dayam.Allaha şükür olsun ki, çoxdankı arzuma

çatdım.”

Təbii ki, Müzəffərəddin şah ürəkdən yeni sistemi qəbul etmirdi.Edilən dəyişiklik də səthi idi.Hər halda güllə səsi bir müddət eşidilmədi.Barıt iyi xiyabanlardan təmizləndi.İgidlərin müqaviməti öz bəhrəsini vermişdi.Amma bu onların istədiyi nəticə deyildi.Məşrutiyyət fərmanı imzalanmış-

dı, lakin onda diktator özünə qaçaq yeri qoymuşdu.

1907 – ci ilin yanvarında Müzəffərəddin şah dünyasını dəyişdi.Onun yerinə oğlu Məhəmmədəli taxta çıxdı.O, qəlbində Məşrutə inqilabına nifrət edirdi.Fürsət axtarırdı ki, ordu vasitəsi ilə Məşrutə hərəkatını boğsun.Tezliklə parlament onun mənfur fikirlərindən xəbərdar oldu.Şah ilə parlement arasında qarşıdurma yaşandı.

Təbriz məşrutəçiləri şahın məxfi tədbirlərindən xəbərdar olduqları üçün fevral ayının 5 – də əncümən toplantısında bir sıra tədbirləri və tələbləri görməyi qərara aldılar.

Parlament bu tələblərin cavabını ala bilmədi. Yenidən Tehranda iğtişaşlar başladı. Dükan – bazar bağlandı.Beləliklə, 1908 – ci iyulun 23 – də

kazak və əsgərlər rus sərkərdəsi V.P. Lyaxovun əmrilə məclisi top atəşinə tutdular.Azadlıqse –

vərlər və irtica qüvvələri arasında döyüşlər yenidən başladı.

Sərdarlar bu cür xaincəsinə arxadan vurulan xəncəri gözləmirdilər.Təcrübələri də az idi.Buna görə Məclisin topa tutulması ürəklərə qorxu saldı.Aclıq, cinayət və qarət bir daha İranı bürüdü.Mücahid – istibdad davası yenidən başladı.Təbrizdə vəziyyət sabit deyildi.Şəhərin camaatı iki yerə bölünmüşdü- məşrutəçilər və onların düşmənləri.Hər iki tərəf yaxşı silahlan-

mışdı.Tehran hadisələrindən sonra Təbriz əhlinin bir hissəsi hökumətlə döyüşməkdən imtina etdi…

…1868 – ci ildəQaradağ vilayəti, Cananlı kəndində bir tacir ailəsində anadan olmuş Səttarxan dünyaya gəldi.

1905 – 1911 – ci illərdə baş vermiş Məşrutə hərəkatı, Sıttarxanı böyük sərkərdə səviyyəsinə qaldırdı.Təbrizin Əmirəxiz məhəlləsində fədailərə başçılıq edən Səttarxan qəhrəmanlığı ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi.

Məclis topa tutulduqdan sonra 1908 – ci ilin iyun ayında Səttarxanın rəhbərliyi altında Ali Hərbu Şura yarandı.Ali Şuranın baş komandanı Səttarxan və onun müavini Bağırxan, üzvləri Əli Müsyö,Hacı Əli,Seyid Haşım xan təyin edildi.1909 – cu ilin aprel ayında Təbriz üsyanı düşmənə böyük tələfat verməklə onları Təbrizdən çıxarmağa nail oldu.Bu döyüşlərdən sonra Azərbaycan Əyalət Əncüməninin qərarı ilə Səttarxana” Sərdari- Milli”(Xalq sərkərdəsi),

Bağırxana ” Salari – Milli”(Xalq rəhbəri) kimi fəxri adlar verildi.Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırıldl.

Tehran, Qəzvin, Rəşt,İsfahan, Həmədan və başqa şəhərlərdə” Səttarxan” adlı komitələr yarandl.Təbriz Əyalət Əncüməni özünü Şura Məclisinin varisi adlandırdı.1908 – ci ilin sonuna qədər bir çox vilayətlər düşməndən təmizləndi.

İnqilabi hərəkatın güclənməsindən sonra irtica qüvvələri qorxuya düşdü.Onlar Səttarxanı, Bağırxanı fədailərdən, Təbrizdən ayırmağa çalışdılar.Səttarxanı Tehrana dəvət etdilər.

1909 – cu ildə onun Tehrana getməsini təşkil etdilər.1910 – cu il mart ayının 6 – da Səttarxan və Bağırxan 300 nəfər fədai ilə Tehrana yola düşdülər.

Səttarxan, Bağırxan və onların fədai dəstəsi yolüstü hər yerdə – Zəncanda, Qəzvində, xüsusən Tehranda çox təntənə ilə qəbul olundular.İmperialistlərin təzyiqi ilə Səttarxanın və Bağırxanın Tehrana gətirilməsində məqsəd onları fədailəri ilə birlikdə tərksilah etmək idi.1910 – cu il iyulun 22 – də məclisin razılığı ilə mücahidlərin tərksilah olunması haqqında hökumətin fərmanı elan olundu.Fərmanda deyilirdi ki, silahı təhvil verməkdən imtina edənlər dövlət canisi kimi cəzalandırılacaqlar.

Atabəy bağında toplaşan fədailər silahı vermək istəmədilər.Tarixçi Əhməd Kəsrəvinin yazdığı kimi Səttarxan onları dilə tutaraq dedi ki, ” bu hökuməti biz özümüz yaratmışıq, yaxşı olmaz ki, biz onun əmrini yerinə yetirməyək.”

Onlar silahlarını təhvil verdilər.Buna baxmaya-

raq, iyulun 24 – ü günün ikinci yarısında ( bəzi mənbələrdə 1910 – cu il avqust ayında)Tehran polisinin rəisi Yepremxanın göstərişi ilə hücum edib Atabəy bağını mühasirəyə alıb,Səttarxanın silahlı qüvvələrini tərksilah etdilər.Həmin gecə Səttarxan ayağından ağır yaralandı.Onların Tehrandan çıxmalarına icazə verilmədi.Nəhayət, həmin güllə yarasından 1914 – cü il noyabr aylnın 9 – da Səttarxan 48 yaşında vəfat etdi və Tehranda Şah Əbdüləzim qəbristanlığında dəfn olundu.Sonradan Səttarxanın ölümü ilə ürəyi soyumayan düşmən onun iki qardaşı oğlunu – Məhəmməd və Kərimi də dar ağacından asdırdılar.

Səttarxanın qəbri 1924 – cü ildə inqilabçılar tərəfindən təmir edildi…

Qaynaq:1. Pənahi Semnani”Səttarxan Sərdare Melli və nəhzəte Məşrutə,”Tehran – 1376(farsca)

2.Səməd Sərdariniya”Azərbaycanın məşhurları”

2 – ci cild,Təbriz -1377(farsca)

3.İbrahim Naseri”Məşrutiyyət və Təbriz” Təbriz – 1382(farsca)

4.”Sərdari Milli Səttarxan “Bakı – 1968(əski Azərbaycan yazısı ilə)

5.Hüseyn Baykara”İran inqilabı və azadlıq hərəkatları” Bakı -2018

6.Nəriman Həsənov”Oyanmış Təbriz və Səttarxan” Bakı – 1986

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email