آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

AŞIQ HÜSEYN CAVAN

Aşıq Hüseyn Cavan 1916 – cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının Uti kəndində yoxsul bir ailədə dünyaya göz açmışdır.

Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə onu Şimali Azərbaycana gətirmişdir.Hüseyn yeddi yaşından muzdurluq etmiş, qoyun – quzu otarmışdır.1927 – ci ildə 1935 – ci ilə qədər Göycəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur.

Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy – düyünlərdə, el şənliklərində çıxış etmişdir.1934 – cü ildə arabir şeir yazsa da, yaradıcılığa əsasən 1940 – cı ildən başlamışdır.Onun ilk şeirləri”Gül Azərbaycan,”Oyan, vətəndaşım”,”Ana vətən”,”Oktyabr”və s.Təbrizdə “Vətən yolunda”qəzetində dərc olunmuşdur.1938 – ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır.Milli – demokratik hərəkatın təlatümə gəldiyi zaman səngərləri gəzmiş, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırmışdır. Azərbaycan Milli Hökuməti onun bu fəaliyyətini “21 Azər” medalı ilə təltif etmişdir.1946 – cı ilin martında Təbrizdə Dövlət Dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, inqilabi ruhlu nəğmələri ilə çıxış etmişdir.Burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat Firqəsi və Milli Hökumət ona xalq artisti fəxri adını vermişdir.İranda Seyid Cəfər Pişəvəri hökuməti (Azərbaycan

Demokrat Firqəsi) məğlub olandan sinra Sovet Azərbatcanına mühacirət edən Aşıq Hüseyn Cavan burada yaradıcılığını davam etdirmişdir.Üç xalq dastanı yaratmışdlr.

Milli Hökumətin süqutundan sonra 1946 – cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir.Sonra Qasım İsmayılov (indiki Goranboy) rayonunun Əzizbəyov kəndində ( indiki Kəhrizli) yaşamışdır.(1948 – ci ildən) Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır.Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diploma layiq görülmüşdür(1953).

Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin rəhbəri olmuş,

“Şərəf nişanı ” ordeni ilə təltif olunmuşdur.

Onun “Azadlıq mahnıları”(1950),”Aşığın arzuları”(1950),”Şeirlər”(1953),”Sədəfli saz”(1956),””Qoşmalar”(1959),”Şeirlər”(1962),

“Danış telli sazım”(1966),”El aşığı”(1975),

“Bahar kimi” (1979) kitabları nəşr edilmişdir.

Aşıq Hüseyn Cavan 1985 – ci noyabrın 14 – də vəfat etmişdir.

Bu gün həm fəxrimdir, həm varlığımdır

(21 Azər münasibəti ilə)

♡♡♡

Müqəddəs vətənə , əziz günlərə,

Söz yazıb oxumaq iftixarımdır.

“Azərbaycan” adı “Azər”kəlməsi,

Ulu babalardan yadiğarımdır.

Çün “Azər” adıdır elimun adl,

Qorxu bilməz onun igid övladı.

Ürəyimin sözü, ağzımın dadı,

Dilimin əzbəri, ilk şüarımdır.

Bax, bu gün yağını biz saldıq taxtdan,

Bax, bu gün qan içən düşdü nurağdan,

Bax bu gün nur saldıq biz bir çırağdan,

Bu gün həm fəxrimdir,həm vüqarımdır.

Bax, bu gün xalqımız azad dil açdı,

Bax, bu gün ellərim tazə dil açdı,

Bax, bu gün gülşənlər solmaz gül açdı,

Bu gün tazə ilim, xoş baharımdır.

Çoxdur bu günlərin eşqinə düşən,

Azadlıq uğrunda daim döyüşən,

Hər kəsin ki, bu gün könlü olub şən,

O mənim köməyim, havadarımdır.

Mən el aşiqiyəm, eldir qüdrətim,

Bu günün adilə artıb şöhrətim.

Budur körpəlikdən arzum, niyyətim,

El ilə yaşamaq ilk qərarımdır.

Gecələr sübhədək qalıram oyaq,

Kirpik çalmayıram bir əsgər sayaq,

O mehriban vətən, o ana torpaq

Bir nicat gözləyir, intizarımdır.

Mən Cavan Hüseynəm, sazım döşümdə,

Yağılar tab etməz mərd döyüşündə.

Təbrizdə dostlarla ilk görüşümdə,

Saz çalıb oxumaq, arzularımdır.

Aşıq Hüseyn Cavan

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email